Şeyx Tusinin Qeyb əsərindən:
Fəzl, Musa ibn Sədan və Abdullah ibn Qasım əl-Hazremi vasitəsilə Əbu Səid əl-Xorasanidən rəvayət edər:
Əbu Abdullaha [Cəfər Sadiq əleyhissalam] soruşdum:
“Əl-Mehdi və əl-Qaim eyni adamdırmı?”
“Bəli!” dedi.
“Nə üçün əl-Mehdi olaraq adlandırırlar?” dedim.
Buyurdu ki:
“Çünki, özünə bütün gizli şeylər göstərilmişdir. Əl-Qaim olaraq adlandırılması da öldüyü deyildikdən (yəni, çıxışından ümid kəsildikdən, çıxmayacağı iddia edildikdən) sonra böyük bir əmrlə qiyam edəcəyi üçündür.”
(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 51, s. 30)