Hörmətli Adnan Oktarın 21 mart 2011-ci ildəki müsahibəsində Tövbə surəsi ilə əlaqədar verdiyi şərhlər.
Adnan Oktar: Tövbə surəsi, 87-ci ayə. Şeytandan Allaha sığınıram. “Geri qalanlarla birlikdə olmağı seçdilər. Onların qəlbləri möhürlənmişdir. Bundan ötrü qavrayıb anlamazlar. Lakin Rəsul və onunla birlikdə olan möminlər, mallarıyla və canlarıyla cihad etdilər; məhz bütün xeyirlər onlarındır və nicat tapanlar da məhz onlardır!” Malıyla necə cihad edər? Malını xərcləyər. Cihad demək, səy göstərmək deməkdir, yəni var gücüylə səy göstərmək. “Allah onlar üçün, əbədi qalacaqları, altından çaylar axan cənnətlər yaratdı. Böyük “qurtuluş və xoşbəxtlik” budur. Bədəvilərdən üzr istəyənlər, özlərinə icazə verilməsi üçün gəldilər. Allaha və Onun Elçisinə yalan söyləyənlər də oturdular. Onlardan inkar edənlərə şiddətli əzab üz verəcəkdir.” Peyğəmbərimiz (s.ə.v)-in dövründə, Peyğəmbərimiz (s.ə.v) var gücüylə Allah rizası üçün səy göstərir, cəhd edirdi. O dövrdə bədəvilər, yəni səhra bölgəsində yaşayan bəzi cahil insanlar vardı. İcazə verilməsini istəyirlər, biz girməyək, təbliğ etməyək, elə bir iş görməyək deyirlər, yalan danışırlar, oturub qalırlar, oturmaq istəyirlər. Çadırlarda yaxud evlərdə oturmaq istəyirlər.
“Onlardan inkar edənlərə şiddətli əzab üz verəcəkdir”. Allah: “İnkar edənlər kimdirsə, onlara şiddətli əzab üz verəcək” deyir. “Allaha və elçisinə “könüllü şəkildə bağlı qalıb””, hər hansı şəkildə bağlı qalmaq deyil, könüllü, səmimi-qəlbdən bağlı qalmaq. ““Könüllü şəkildə bağlı qalıb xeyirə çağıranlar” olduqları müddətcə”, xeyirə, yaxşılığa, gözəlliyə, xoşluğa çağıranlar olduqları müddətcə, “zəiflələrə, xəstələrə və infaq etmək üçün bir şey tapa bilməyənlərə məsuliyyət (günah) yoxdur”. İnsan gücsüz ola bilər, zəif ola bilər, xəstə ola bilər, infaq etmək üçün bir şey tapmaya bilər, lakin nə etməlidir? Allaha və Elçisinə könüllü şəkildə bağlı qalmalıdır; qəlbən çox bağlı olmalı, xeyirə çağıran olmalı və həmişə xeyirə çağırmalıdır. “Yol, təkcə, zəngin olduqları halda (təbliğ etməmək üçün) səndən icazə istəyənlərin əleyhinədir”.
Dini yaymamaq məsələsində qətiyyətlidirlər. “Bunlar geridə qalanlarla birlikdə olmağı seçərlər”. Geridə qalmağı; məsələn, hz. Mehdi (ə.s)-ın camaatında da geridə qalmaq istəyənlər olacaq. Gedəcək evdə oturacaq, gedəcək iş yerində oturacaq. Müsəlmanlarla birlikdə mübarizə aparmayacaq. Geridə qalanlarla birlikdə olmağı ağıllı rəftar kimi görəcək, məqsədəuyğun olduğunu düşünəcək. “Allah, onların qəlblərini möhürləmişdir. Bundan ötrü də, anlamazlar”. Deməli, münafiqlər xüsusi yaradılır, imanı, Quranı anlamayacaq şəkildə yaradılırlar. Həmişə xüsusi varlıqlar olur. Məsələn, hz. Mehdi (ə.s)-ın camaatında da Allah mütləq münafiq saxlayır. Münafiqin olması mühüm şeydir, çünki o şövqü artırar, həyəcanı artırar, mübarizə əzmini artırar. Münafiq olmadıqda, ətalət olar, sakitlik olar. Münafiq olduqda, həyəcan, şövq, mübarizə əzmi çox yüksək olar.