Hörmətli Adnan Oktarın 21 may 2012-ci il tarixli müsahibəsindən Zumər surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Zumər surəsinin 45-ci ayəsində deyilir, Şeytandan Allaha sığınıram: “Allah tək olaraq xatırlandığı zaman axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.” Allah anıldığı vaxt kafirlərin tamamilə hövsələsi qaçar. Amma başqa şeydən bəhs edildikdə, məsələn boş işlərdən bəhs edildikdə sevinərlər. 46-cı ayə. “De: “Ey göyləri və yeri Yaradan, qeybi və aşkarı Bilən Allahım! Qullarının arasında baş verən ziddiyyətlərlə bağlı hökmü yalnız Sən verəcəksən!.” Yəni Allah bildirir ki, qərar verə bilmədiyiniz məsələlərdə özbaşına hərəkət etməyin, Allahın hökmünə tabe olun!. Şeytandan Allaha sığınıram47-ci ayə. “Yer üzündə olanların hamısı və üstəlik bir o qədər də əlavə, zalımlara məxsus olsaydı, onlar mütləq hamısını Qiyamət gününün dəhşətli əzabından qurtarmaq üçün fidyə verərdilər. Halbuki, Allah onların heç nəzərə almadıqları şeyləri, onların qarşısına çıxartmışdır.” Diqqət edin, Allah: “Halbuki, Allah onların heç nəzərə almadıqları şeyləri, onların qarşısına çıxartmışdır.” Məsələn, mehdiyyəti nəzərə almırlar qarşılarına çıxır, darvinizmin məğlubiyyətə uğradığını əsla nəzərə almırlar, o da qarşılarına çıxır, materializmin çürüdüyünü nəzərə almırlar, o da qarşılarına çıxır inşaAllah. 48-ci ayə. “Onların qazandıqları pis əməllər öz qarşılarına çıxacaq və istehza etdikləri əzab onları bürüyəcəkdir.” Əvvəllər yaradılışla lağ edirdilər. Hal-hazırda özlərini hər tərəfdən əhatə etdi, inşaAllah.

quran_madeenah_opened