İçeriğe geç

Nəhl surəsinin 125, 127 və 128-ci ayələrinin təfsiri

Hörmətli Adnan Oktarın 27 dekabr 2010-ci il tarixli reportajından Nəhl surəsi ilə əlaqədar verdiyi izahlar.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram: “Rəbbinin yoluna hikmətlə” yəni qısa və əsaslı sözlə-“gözəl öyüd-nəsihətlə”, müsbət dəlilə əsaslanan, ağıllı, düzgün, qaneedici, inandırıcı, qəlbin və vicdanın, ağlın təsdiq etdiyi şəkildə, “gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübarizə et.” Rasional, düzgün, dəlilə əsaslanan, səmimi, səmimi qəlbdən, Qurana, hədisə əsaslanaraq, səhabə dövrünün xüsusiyyətlərini daşıyan bir üslubla, “ən gözəl tərzdə mübarizə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”, yəni Mehdi (ə.s) da tanıyır. Mehdi sözü “doğru yola yönəlmiş, doğru yola yönəldilmiş, doğru yola yönəlməyə vəsilə olan şəxs” mənalarını verər. “Doğru yolda olanları da tanıyır.” Deməli, İnşaAllah Mehdinin kim olduğunu da tanıyan mənasını da verir.

“Səbir et! Sənin səbir etməyin ancaq Allahın köməyi ilədir. Onlara görə kədərlənmə”, deməli kədərlənmək haramdır, qadağan olunmuşdur. “Və qurduqları hiylələrə görə ürəyini sıxma”, deməli sıxılmaq da haramdır. Müsəlman şən olmalıdır. Çünki hər şeydə bir xeyir vardır və hər şey xeyirlə yaradılır, bunun səbəbi isə hər şeyi yaradanın Allah olmasıdır, bəs onda insan niyə ürəyini sıxar? Özü elədiyini düşündüyünə görə sıxar, Allahdan asılı olmadığını düşündüyünə görə ürəyini sıxar. Allahın yaratdığı bir şey üçün biz sıxıntıya düşə bilərikmi? Sıxıntıya düşmərik, niyə sıxıntıya düşək ki, onsuz da Allah hər şeyi mütləq bir xeyirlə yaradır. “Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir”, belə ki, Allah:

“Kim qorxursa, yəni halala harama diqqət yetirirsə, yaxşı işlər görürsə, Allah onlarla bərabərdir”-deyir. İndi bizi eşidirmi? Əlbəttə ki, eşidir. İndi məni danışdıran kimdir? Bu Allahdır. Sizləri mənə belə göstərən kimdir? Bu da Allahdır. Məni sizlərə göstərən kimdir? Yenə də Allahdır. İndiyə qədər danışdığım bütün sözlərimi kim yaratdı? Əlbəttə ki, Allah yaratdı. Belə olanda biri oturub kədərlənib, ürəyini sıxarsa günaha batar. Çünki hər şeyi Allahın yaratdığına görə, hər şeydə bir xeyir olduğuna görə, kədərlənməyin və sıxılmağın nə mənası var?

Haşa, bu həmin adamın Allaha şərik qoşduğu mənasını verər. Yəni o mənaya gətirər. Yəni, haşa “mən etdim, hadisələri yaradan mənəm, mənim istəmədiyim hadisələri yaradan da Allah deyil, mənəm” mənasını verər. “Mən məhz bundan ötrü sıxılıram, yaxud kədərlənirəm” deyir. Belə olduqda sən şərik qoşursan. Belə olmaz. Allah buna görə qadağan edir, çünki həm kədərlənməyin, həm də sıxıntıya düşməyin əsasında şirk durur.

Kədərlənən şəxs bir az düşünsə, şərik qoşduğunu başa düşəcəkdir. İnsanları Allahdan ayrı bir varlıq olaraq gördüyünə görə, onları şərik qoşar. Adam, insanları Allahın təcəllisi olaraq görmədiyi təqdirdə sıxılar və kədərlənər. Çünki hər şeyi və hər görüntünü yaradanın, qarşısındakı insanı danışdıranın da Allah olduğunu bildiyi halda, bir sözlə, hər şeyi Allah etdiyinə görə, onda kimin üçün və hansı səbəbə görə kədərlənməlidir?

1391583660_qurani_kerim_00001

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz