Hörmətli Adnan Oktarın 19 iyul 2013-cü ildəki söhbətindən Nəbə surəsi ilə bağlı izahları.
ADNAN OKTAR: Nəbə surəsi, Rəhman və Rəhim olan Allahın adıyla, birinci ayə, Şeytandan Allaha sığınıram: “Onlar nə barədə bir-birindən soruşurlar?” Hal-hazırda insanlar nəyi soruşurlar bir-birlərindən? Hz. Mehdi (ə.s)-ı, İslam birliyini, hz. İsa Məsih (ə.s)-ı soruşurlar. Ən çox soruşulan suallar bunlardır. Ayənin ardında Allah belə deyir: “Böyük bir xəbər barəsindəmi?” Nədir böyük xəbər? Qiyamət, hz. Mehdi (ə.s)-ın çıxışı, hz. İsa Məsih (ə.s)-ın zühuru və Yəcüc və Məcüc xəbərləridir, inşaAllah. “Ki, onlar onun haqqında ziddiyyətdədirlər.” –deyir Allah. Hz. Mehdi (ə.s) barədə ziddiyyətdədirlər.
Bəziləri “Mehdi gəldi”, bəziləri, “gəlməyəcək”, bəziləri “mənəvi şəxs (qrup halında) olacaq”, bəziləri “gəldi (öldü) basdırdıq”, bəziləri “mənim şeyxim, mənim müəllimimdir” deyirlər. Hansı ki, həmin adam normal yeriyə bilmir, acizdir, iki adamın qoluna girərək, kömək vasitəsi ilə yeriyir, amma ona Mehdi deyirlər, xeyirli uğurlu olsun. “Xeyr, onlar hökmən biləcəklər!“-deyir Allah. Deməli mehdiyyət də, qiyamət də, hz. İsa Məsih (ə.s) da çox yaxında bilinəcək. Diqqət edin, Allah bir daha deyir. “Bir daha xeyr! Onlar hökmən biləcəklər!” (Nəbə surəsi, 4,5) Bədiüzzaman nə deyir? 1545-ci ilə işarə etdiyini deyir. Diqqət etdinizsə ayə iki dəfə təkrarlanır. “Xeyr, onlar hökmən biləcəklər. Bir daha xeyr! Onlar hökmən biləcəklər!” -4 və 5ci ayyələrdir. 4 və 5-1545-ə işarə edir, inşaAllah.
“Məgər Biz yeri döşək etmədikmi?!“ Yəni, insanların rahat yaşamaqlarını təmin etdik. Döşək necə olur? Bir lay şəklində olur. “Dağları da dirək?!“ –deyir Allah. Dağların dirək olduğunu hələ yeni aşkar ediblər. Dağları üçbucaq bir şey zənn edirdilər. Halbuki, dağın iki qatı da yerin altında var. Yerin altında böyük bir kökü var, üstündə isə yalnız dirək şəklində ucu olur. Bunu, dağların dirək şəklində olduğunu, yəni köklü olduğunu yeni öyrəndik, elm yeni ortaya çıxartdı. Dirəyin xüsusiyyəti nədir? Köküdür. Dirəyi çıxartsan, görərik ki, böyük bir hissəsi yerin altında, bir qismi isə yerin üstündədir. Buna dirək deyilir. Bunu elm yeni üzə çıxardıb. Quranın bir möcüzəsidir bu.
“Biz sizi cüt–cüt yaratdıq.”–deyilir ayədə. Bütün bitkilər, heyvanlar, insanlar cütdür. “Yuxunuzu da istirahət (üçün) etdik.” Əslində Allah istəsəydi yatmazdıq, amma xüsusi olaraq, möcüzə olaraq yaradır bunu. Vaxtı gələndə, dərhal hamı məcbur olaraq yatağa girir, məzara girənlər kimi ölümü gözləyərlər. Yuxuya (ölümə) getməyə hər gün məcburdurlar. “Getdik, ölüm vaxtımız gəldi”-deyir hamı. “Getdik ölməyə”-deyirlər.
Məzara girən ölülər kimi yorğanın altına girərlər amma yenidən dirilərlər. Allah ayədə: “ölürlər, ruhlarını alıram”-deyir. “Gecəni örtük etdik.” –deyir Allah. Gecə qara bir örtükdür, işığı yox edən bir örtük kimi insanları bürüyər. Sənin işığı söndürməyinə ehtiyac qalmır. Ortalıq onsuz da zülmət qaranlıq, örtü şəklində olar. “Gündüzü isə ruzi qazanmaq vaxtı etdik.” Dolanışıq üçün, Allah, gündüzü vəsilə edir. “Üstünüzdə yeddi möhkəm (göy) qurduq.” Göyün yeddi qat olduğunu da elm yeni kəşf etdi. Quranın möcüzəsidir bu. Tam yeddi qatı var.