Hörmətli Adnan Oktarın 3 avqust 2013-cü ildəki söhbətindən Mürsəlat surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Mürsəlat surəsi, şeytandan Allaha sığınaram, Rəhman və Rəhim olan Allahın adıyla: “Bir-birinin arxasınca göndərilənlərə and olsun” (Mürsəlat surəsi, 1) Onlar Kimdir? Peyğəmbərlər. Kimdilər? Hz. Mehdi (ə.s) və hz. İsa Məsih (ə.s)-dır. Bir-birlərinin ardınca gəlirlər.

“And olsun şiddətlə (kökündən qoparıb sovuraraq) əsənlərə.” (Mürsəlat surəsi, 2) Hz. Mehdi (ə.s) nə edəcək? Dəccaliyyəti kökündən qoparıb sovurub atacaq, inşaAllah.

“And olsun yaydıqca yayanlara .” (Mürsəlat surəsi, 3) Hz. Mehdi (ə.s) İslamı bütün dünyaya var gücüylə yayacaq. Yaydıqca yayacaq. Allah ona bu imkanı verəcək. Budur televiziya, internet, hər cür imkan.

“And olsun ayıranlara.” (Mürsəlat surəsi, 4) Allah darvinizmin, materializmin, imanın fərqini yaxşıca, hz. Mehdi (ə.s) vəsiləsiylə göstərir və ayrıseçkilik çox güclü olur. Allah ayırdıqca ayırır. Yəni küfrlə İslamı, nurla qaranlığı bir-birindən yaxşıca ayırır Allah.

“And olsun vəhyi çatdıranlara (Mürsəlat surəsi, 5) Yəni, öyüd-nəsihət çatdıranlara. Hz. Mehdi (ə.s) nə edəcək? Zikri çatdıracaq. Öyüd çatdıracaq. Hər yerdə təbliğ edəcək. Gecə-gündüz Allahı zikr edəcək.

Üzr diləmək və ya qorxutmaq üçün (xəbərdar etmək üçün).” (Mürsəlat surəsi, 6) Hz. Mehdi (ə.s) da gecə-gündüz insanları xəbərdar edəcək. Günahı və əskikliyi də ortadan qaldırmağa çalışacaq. Üzr-yəni pis olan şeylərdir. Məsələn, nə var? Sevgisizlik, mərhəmətsizlik, ədalətsizlik, terror var. Hz. Mehdi (ə.s) nə edəcək? Bu üzrləri aradan qaldıracaq və insanları xəbərdar edəcək. Haqqı və gözəlliyi göstərəcək.

“Sizə vəd edilən vaqe olacaq.” (Mürsəlat surəsi, 7) Bu nə deməkdir? İslam birliyidir. Hz. Mehdi (ə.s)-ın zühuru, hz.İsa Məsihin zühurudur.

“Ulduzlar sönəcəyi vaxt,” (Mürsəlat surəsi, 8) Diqqət edin, Allah dərhal qiyamət əlamətlərinə keçir. Deməli, hadisələr qiyamətlə, qiyamət əlamətləriylə əlaqədardır.

“Göy yarıldığı zaman” (Mürsəlat surəsi, 9) Diqqət edin, dərhal hz. Mehdi (ə.s)-dan sonra məhz bunlar olacaq. Dərhal sonra. Dərhal sonra qiyamətin əlamətləri başlayır. “Göy yarıldığı zaman.”

“Dağlar, parça-parça olub dağılacağı (toz kimi havaya sovrulacağı) zaman” (Mürsəlat surəsi, 10)

“Peyğəmbərlərə möhlət veriləcəyi zaman” (Mürsəlat surəsi, 11)

“(Bu,) Hansı günə qədər möhlət verilmişdi?” (Mürsəlat surəsi, 12) “Hansı gün üçün təxirə salınmışdı?” deyir Allah.

Allah ayədə:“Haqla batili ayırd ediləcəyi günə qədər.” (Mürsəlat surəsi, 13) -deyir. Yəni, “Buna görə mən dünyanı gözlətdirmişəm”-deyir. Qiyamətin qopmağına yaxın bilirsiniz ki, hz. Mehdi (ə.s) vəsiləsiylə qiyamət uzadılır, təxirə salınır. “Hansı gün üçün təxirə salınmışdı?”-deyir Allah. Bu təxirə salınmağa da diqqət çəkir. Təxirə salınma ilə əlaqədar hədis yalnız hz. Mehdi (ə.s) ilə bağlıdır. Qiyamətin təxirə salınmağı ilə bağlı başqa heç bir hədis yoxdur. Allah yalnız: “Övladlarımdan hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl qiyamətin vaxtını təxirə salacağam”-deyir və “Mənim övladlarımdan hz. Mehdi (ə.s) çıxacaq”-deyir və bununla bağlı çoxlu hədis var. Bir daha deyirəm, yalnız hz. Mehdi (ə.s)-a aid hədislərdə təxirə salmaqdan bəhs edilir. Quranda da bir təxirə salmaqdan bəhs edilir. Allah buyurur: “(Bu, qiyamət) Hansı gün üçün təxirə salınmışdı? (Mömini müşrikdən, haqlını haqsızdan) ayırma günü üçün” təxirə salınmışdı.

Sən Ayırd etmə gününün nə olduğunu bilirsənmi?(Mürsəlat surəsi, 14)

(Qiyaməti) yalan sayanların o Gün vay halına!.” (Mürsəlat surəsi, 15)

“Biz, əvvəlkiləri həlak etmədikmi?” (Mürsəlat surəsi, 16) -deyir Allah. Yəni, Fironları, Nəmrudları, Dəccalları, Hitleri, Mussolinini.

“Sonrakıları da onlara qatacağıq.” (Mürsəlat surəsi, 17)

“Biz günah sahibləri ilə belə davranırıq.” (Mürsəlat surəsi, 18) Məsələn, indiki dəccallar da, Misirdəki dəccalar da, Suriyadakı dəccallar da, onların davamçıları olaraq o dəccalların arxasınca gedərlər .

“O gün, yalanlayanların vay halına.” (Mürsəlat surəsi, 19)-deyir Allah.

qurani-kərim