Hörmətli Adnan Oktarın 16 fevral 2013 tarixli söhbətindən Həcc surəsi ilə əlaqədar şərhlər.
Adnan Oktar: Şeytandan Allaha sığınaram. Həcc surəsi, 41-ci ayədə belə deyilir. “Əgər onlara yer üzündə”, yəni dünyada “hökmranlıq versək”, hökmranlıq versək bunun təkcə bir ədəd dəqiq əbcəd dəyəri vardır ki, o da 1979-cu ildir. Bu, yəni 1979-cu il hz. Mehdi (ə.s)-ın dəqiq zühur etmə tarixini verir. “Əgər səni yalançı saysalar”, yəni Onlar dediklərini qəbul etməz, əleyhində fəaliyyət göstərərlərsə, “bil ki, səndən əvvəl Nuhun xalqı da, Ad və Səmud tayfaları da elçiləri yalançı saymışdı” deyir. Onları da yalançı saydılar, sənin təəccüblənəcəyin bir şey yoxdur deyir. Müşriklər belədir, təkcə səni yalançı saymırlar deyir. Allah səndən əvvəlkiləri də yalançı saydılar deyir. Allah: -“Mən kafirlərə möhlət verdim, sonra onları əzabla yaxaladım”-deyir, belə ki, o qəflətən yaxaladı. Allah: -“Mənim onları inkar etməyimin necə olduğunu bir görəydin!”-deyir.