Hörmətli Adnan Oktarın 27 oktyabr 2013 tarixli söhbətindən Nur surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: “And olsun Biz, açıqlayıcı ayələr endirdik.” (Nur surəsi, 46)  “Allah, dilədiyini doğru yola yönəldib-çatdırar.” Yəni hidayət verər Hadi adıyla təcəlli edər. Əbcədi neçə bilirsinizmi? Tam 1980. Bax deyir ki, “Allah, dilədiyini” seçdiyini “doğru yola yönəldib-çatdırar.” Hadi adıyla təcəlli edər. Bir dənə əbcədi var 1980. İman fərahlıq verər, Allaha təslimiyyət fərahlıq verər. “Ürəklər ancaq Allahın zikriylə fərahlıq tapar” deyir Allah. Ayədə söyləyir “insanlıq, bütün dünya, bütün kainat ziyan içindədir” deyir Allah, “hamısına acı verəcəyəm hamısına” “ancaq haqqı və səbri tövsiyə edənlər müstəsna” deyir “və səbir edənlər” deyir bax. “Və tevasav bil haqqı və tevasav bis səbr.” Yəni “səbri və haqqı tövsiyə edənlər müstəsna” deyir. “Hamısına əzab verərəm” bütün dünya əzab çəkir bu an.

Amma haqqı tövsiyə edən, doğrunu izah edən, İslamı təbliğ edən, səbir edənlər onlar fərahlıq içində. “O an rahatlaşdıraram” deyir. Müsəlman da kəssə təbliği yenə canını yandırar Allah. İslamı izah etməkdən imtina etsə, Allahı zikr etməkdən imtina etsə, “məni bir iztirab əhatə etdi” deyir, sarar. Vəzifəni etmirsən də onun üçün. Necə Allahı unudarsan? Sən Allahı unutsan, Allah da səni unudar. Allahı unutmayacaq və Allaha həmişə hüsnü zənn həmişə hüsnü zənn, sevirsə elə olacaq. Allahı sınaya bilməzsən sən (haşa). Yəni həmişə yaxşılıq edəcək sənə, sən də ona görə yalnız səni sevəcəksən. Sənə bir çətinlik verdiyində də qarşı gələcəksən. Ayədə var “biz” deyir “onları gəmilərə qoyarıq, gəmidə xərclər” deyir “əvvəl şişərlər” deyir xülasəylə.

“Amma” deyir “bir belə gəldiyində yağış, qasırğa, batacağını anlarlarsa, Bizə içdən və candan təslimiyyətlə dua etməyə başlarlar” deyir amma “tam bir mömin olaraq, tam bir təqva müsəlman olaraq coşğuyla dua edərlər. Sonra” deyir “fəlakət durğunlaşıb sakitləşdikdə yenə köhnə vaxtlarına dönərlər” deyir Allah. Bu çox qorxunc bir şeydir, çox anormal bir hərəkətdir. Bax deyir ki, “bunların ürəklərində xəstəlikmi var? Yoxsa şübhəyəmi qapıldılar” deyir Allah 50-ci ayədə Nur surəsində. “Yoxsa Allahın və elçisinin özlərinə qarşı haqsızlıq edəcəyindənmi qorxurlar?” Allahın və peyğəmbərin haqsızlıq edəcəyindən. Deyirlər ki, “çox böyük haqsızlığa uğradım.” Haqsızlığa uğramamısan. Nə Allah səni haqsızlığa uğradar, nə peyğəmbər haqsızlığa uğradar. “Xeyr, onlar zalım kəslər idi” deyir Allah. Zülm edirlər deyir.

“Aralarında hökm etməsi üçün, Allaha və elçisinə çağırıldıqları zaman” yəni imama, əsrin mehdisi kimsə ona, “mömin olanların sözü: “eşitdik və itaət etdik” o qədər başqa bir şey yox, amması yox. Bax “eşitdik və itaət etdik” demələridir. Məhz fərahlığa qovuşanlar” məhz fərahlıq budur. Fəlah nə demək? Qurtuluş, fərahlıq. “Kim Allaha və Rəsuluna itaət etsə və Allahdan qorxub Ondan çəkinsə, məhz qurtuluşa və xoşbəxtliyə çatanlar bunlardır.” Bax qurtuluş və xoşbəxtlik. Deyir ki, “niyə xoşbəxt olaq?” məhz xoşbəxtlik belə olar deyir Allah. Nə edəcəksən? Allaha və Rəsuluna itaət edəcək və Allahdan qorxub çəkinəcək. “Elə adamlar ki” deyir Allah, “nə ticarət, nə alver onları Allahı zikr etməkdən” indi burada ayədə nəzərdə tutulan nə bilirsinizmi?

“Nə ticarət, nə alver onları Allahı zikr etməkdən, düz namazı qılmaqdan və zəkatı verməkdən ehtirasa qapdırıb saxlamaz.” “Nə ticarət, nə alver” nə toy, nə əyləncə, nə universitet imtahanı, nə yoldaşlarla toplu söhbət mühiti, nə gəzmək, nə tətil, nə əyləncə, bu ayə dar mənalı bir ayə deyil. Allah bir nümunə verir anlasınlar deyə. “Onları Allahı zikr etməkdən, düz namazı qılmaqdan” deyir ki; tətildəydim namazımı qıla bilmədim, əyləncə vardı namazımı qıla bilmədim, Allah nə deyir bax “Allahı zikr etməkdən, düz namazı qılmaqdan və zəkatı verməkdən ehtirasa qapdırıb” ehtiras, yəni özünü hadisəyə qapdırmasını Allah istəmir, “ehtirasa qapdırıb saxlamaz. Onlar ürəklərin və gözlərin inqilaba uğradacağı (dəhşətdən qarmaqarışıq olacağı) gündən” qiyamətdən “qorxarlar” deyir Allah. Allah ona xatırlatdığı nədir?

Ölümü unutma deyir. Adam əylənir toya gedir, özünü itirir. Qardaşım, səhərinə ölə bilərsən, oynayarkən birdən düşər ölərsən və ya sevdiyin bir anda gözünün qarşısında düşər ölər. Ağlını başına yığ, öyünməyin üçün bir səbəb yox. Allah deyə əylən, Allah deyə gəz, üzürsənsə dənizdə Allah deyə üz. Allaha həmd et süfrəyə başlarkən yeməyə başlarkən Allaha həmd et. İtirir özünü, Allah onu istəmir. “Ya da inkar edənlərin əməlləri əngin dənizdəki qaranlıqlara bənzər. Onların üstünü bir dalğa örtər, onun üstündə bir dalğa, onun da üstündə bir bulud vardır. Bir qismi bir qisminin üzərində qaranlıqdır, əlini çıxardığında onu belə az qala görə bilməyəcək”. “Adam, özünü belə tanıya bilməz” deyir Allah. Elə hala gəlmiş ki, qəflətdən və Allah onların ruhunun qaranlığını bax necə izah edir “əngin dənizdəki qaranlıqlara bənzəyər.

Onların üstünü bir dalğa örtər” deyir, qaranlıq üzərini dalğa örtür, “onun üstündə bir dalğa” bir qat daha deyir Allah, yəni qapqara dünyası, “onun da üstündə bir bulud vardır” yəni görə bilmir artıq səssiz, dəliyə dönmüş artıq “bir qismi bir qisminin üzərində qaranlıqlar”, yəni qaranlıqlar içində qalmış, “əlini çıxardığında onu belə az qala görə bilməyəcək” özünü belə tanıya bilmir deyir Allah, əlini belə tanıya bilməyəcək vəziyyətdə. “Allah kimə nur verməmişsə, artıq onun üçün nur yoxdur” deyir. Amma kimə nur verdisə, onun üçün nur vardır. Bu dəccaliyyətə baxan bir ayədir eyni zamanda. Qaranlıqlar içində üç zülmət dalğasından bəhs edir Allah onsuz da. Əlini çıxarsa, əlini tanıya bilməyəcək şəkildə.

Amma məsələn, hz. Musa (ə.s) əlini sinəsinə soxur, bir çıxarır dümağ, nur kimi. Öz əlini tanıyır. Amma o əlini tanıya bilməyəcək vəziyyətdə, özünü tanıya bilməyəcək vəziyyətdə. Əslində o sağ əlini, bax “sağ əlini sinəsinə qoy” dediyi ayədə, hz. Mehdi (ə.s)-ın sinəsinin üstündəki əl böyüklüyündəki xala da işarə edir. Bax sağ əli, sağ əl böyüklüyündə. Onsuz da o rəvayətdəki sağ əl böyüklüyündə o xal. Demək ki, sağ sinəsində hz. Mehdi (ə.s)-ın xalı. Çünki istiqamətləndirir Allah. Əlin deməmiş, sağ əlin deyir ayrıntı verir Allah və sinəsinin üstünə qoy deyir. Demək ki, biz görəcəyik ki, onu inşaAllah, tam bir əl böyüklüyündə hz. Mehdi (ə.s)-ın sinəsinin üstündə bir hz. Musa görəcəyik. Sanki hz. Musa (ə.s)-ın əli oraya gəlmiş kimi. Yəni orada hz. Mehdi (ə.s)-ın əlamətlərindən bir dənəsi də, gizli şifrəylə orada ifadə edilmiş olur.

Hz. Mehdi (ə.s)-ın evi, eşiyi, qaldığı yer, həyatı, şəkli, şəmaili, Quranda əgər diqqət yetirib araşdırsaq, hamısının çox təfərrüatlı kodlaşdırıldığını görərik. Mən onunla əlaqədar zaman-zaman çox bağlı şərhlər edirəm. Çox təfərrüatlı izah edir. Bax deyir “qayalığa gəldiyimizdə” deyir, “iki dənizin birləşdiyi yerdə” deyir, dəqiq İstanbulda olduğunu söyləyir hz. Mehdi (ə.s)-ın. Və “irəlilədiyi yer də qayalıq bir yer” deyir. Neçə dənə qayalıq bir yer olar? “Orada görüşdülər” deyir. Və vadidən bəhs edir. “Vadinin bu tərəfində idi” deyir “Əshabi-Kəhf” deyir. Günəş bir tərəfdən girir bir tərəfdən çıxır, buna ayrıntı vermiş Allah, diqqət çəkir. “Siz Vadinin sağ tərəfində idiniz” deyir, yəni artıq bax ayrıntı. “Vadinin üst tərəfində idiniz” deyir “aşağıda Vadi vardı” deyir, “siz üst tərəfdə idiniz” yəni bu qədər. Ayrıntı -ayrıntı, ayrıntı -ayrıntı, ayrıntı -ayrıntı, adlara çatana qədər, diqqətlicə baxsanız Quranda adlara çatana qədər hamısı var. Amma iman gözüylə baxan görə bilər. Qəflət gözüylə baxan görə bilməz.

images (5)