Hörmətli Adnan Oktarın 25 noyabr 2013-cü ildəki söhbətindən Kəhf surəsi ilə bağlı izahlar.
ADNAN OKTAR: “İki səddin arasına qədər gedib çatdı” Allah hz. Zülqərneyn (ə.s) üçün deyir. Sədd nə deməkdir? Suyun qarşısını kəsmək üçün hər hansı bir maneə. Suyun qarşısın kəsmək üçün düzəldilən maneə, sədd. Onsuz da lüğətdəki mənasına da baxanda bunu görərsiniz. Marmarayın görünüşü varmı? Görürsünüzmü? Dənizin altında iki dənə sədd var. Ayədə nə deyir: “İki səddin arasına qədər gedib çatdı.” Sədd bir, sədd iki, iki dənə yan-yanadırlar. İki dənə sədd, tam iki dənə və bu səddin xüsusiyyəti nədir? Suyun qarşısını kəsir, suyun gəlişinə maneə olan sədd. “İki səddin arasına qədər gəlib çatdı.” Yəni o səddlərin birləşdiyi yer haradır? Məsələn, bu Marmarayın giriş qapısı, bu iki səddin arasıdır, iki səddin birləşmə nöqtəsi. Cağaloğlu. Nə deyir ayədə: “İki səddin arasına qədər gəlib çatdı” deyir. “Onların (səddlərin) qarşısında az qala heç bir sözü qavramayan bir tayfaya rast gəldi.” (Kəhf surəsi, 93)
Bəzi darvinistlər həqiqətən, heç bir sözü qavramır. Bəzi marksistlər də qavramır, izah etsən də, başa düşmürlər. Bax, naşirlərin ən çox məşhur olduğu yer oradır, Cağaloğludur. Mədəniyyətin ən sıx olduğu, orada həqiqətən bəzi kəslərə bir şeylər izah etmək çox çətindir. İzah etsən də, başa düşməz, qavraya bilməz. Mübahisələrin ən sıx olduğu yerdir, mədəniyyət fəaliyyətlərinin ən sıx olduğu yerdir. Əbcədi də 2013-cü və 2015-ci il tarixlərini verir “iki səddin arasına qədər gəlib çatdı.” Marmaray 2013-cü ildə vəzifəyə başladı. İstifadəyə 2013-cü ildə verildi. İki tarix verir, 2013-cü və 2015-ci il tarixlərini verir. 93-cü ayədə onsuz da 3 burada da var, əbcədində də var.
“Dedilər ki: Ey Zülqərneyn” Zülqərneyn iki zamana, yəni iki əsrə, iki zamana xitab edir. Yəni 2000-ci illərə və 3000-ci illərə xitab edən. 2001-ci ildə 3-cü min ilə girdik, 2-ci min il bitdi. Mehdiyyət həm 2-ci min ilin, həm 3-cü min ilin fəaliyyətidir, işidir. Hz. Mehdi (ə.s) da həm 2-ci min ilin, həm 3-cü min ilin insanıdır. Xülasə, iki dövrün, iki zamanın, əsrin, iki dövrün adamıdır. İki dövrə xitab edən insandır.
“Dedilər ki: Ey Zülqərneyn, həqiqətən Yəcüc və Məcüc”, yəni anarxist-terrorist dəstəsi, qan tökənlər, təxribatçılar, polisə hücum edənlər, “yer üzündə fitnə-fəsad törədirlər.” Hal-hazırda dünyanın hər tərəfində kommunist dövlətlər, terroristlər şiddətli bir qantökmə fəaliyyəti içərisindədirlər. Suriyada da var, dünyanın hər tərəfində var. Türkiyədə də görürsünüz, Cənub-şərqdə də var. “Yəcüc və Məcüc yer üzündə fitnə-fəsad törədirlər.” Sırf bir bölgə deyil bax, yer üzündə, bütün dünyada təxribatçılıq edirlər, terror çıxarırlar deyir. “Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” (Kəhf surəsi, 94)
Tək bax, hz. Zülqərneyn (ə.s) gələndə iki sədd vardı. İki səddin arasına gəlir. Əvvəlcədən hazır edilmiş sədd var, iki sədd. Amma indi ondan bir daha sədd istəyirlər. Yeni bir sədd tələb edirlər. “Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” Pul verəymi, imkan verəymi? “O dedi: Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır.” Mənim pula ehtiyacım yoxdur deyir. Mənim sizin verəcəyiniz hər hansı bir lütfə də ehtiyacım yoxdur deyir. “Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.” (Kəhf surəsi, 95)
Yəni terror, anarxiyanı dayandırım deyir. Bu da bir mənəvi sədd kimidir eyni zamanda. Bu küfrün hücumunun dayanması. “Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi.” (Kəhf surəsi, 96)
Qətran. Məsələn, bu Marmarayda minlərlə ton dəmir istifadə edildi istehsalında. Dəmirlərin bir-birinə qaynaq edilməsində də alovdan istifadə edildi. Qaynaqda alovdan istifadə edildi və dəmirin də oksidləşməməsi üçün bəzən qətran istifadə edilir. İzolyasiya işində təcrid etmək üçün edilir suyun keçməməsi üçün geniş diametrdə qətranlı bantlar istifadə edilir. Axırzamanda istifadə ediləcək texnologiyaya da diqqət çəkir ayə.
Həm inşaat texnologiyasına diqqət çəkir. Məsələn, inşaatlarda dəmirin istifadə edilməsi o dövrdə heç kimin ağlından keçə bilməz. Peyğəmbərimiz (s.ə.v) zamanında da yoxdur heç bir şəkildə. Amma Axırzaman inşaatlarına diqqət çəkir. Dəmir istifadə edilməsi, dəmirin qaynaqla bir-birinə birləşdirilməsi və dəmirin oksidləşməsinin qarşısını almaq üçün geniş diametrdə qətran istifadə edilməsi. Su izolyasiyasında televiziyada da göstərilir görürsünüz, qatranı tökür, üstünə yenə qətranlı bant yapışdırılır, elə deyil? Yaxşıca yedirilir, hətta isidilir, üzərinə isti alov tutulur və bunu əridərkən də istifadə edilən texnologiya Quranda eyniylə keçir, alovdan bəhs edilir.
2013-cü ildə insanlar keçir baxın, əbcədi bir də 2015-ci ili verir. 2015-ci ildə də avtomobillər keçəcək Marmaraydan. İki tarixə birdən işarə var. 93-cü ayə. İki dənə sədd inşa edilib, suya qarşı çox müqavimətli sədd. Tonlarla təzyiqi qaldıracaq şəkildə anbar texnologiyası istifadə edilərək inşa edilmiş iki dənə sədd. Bax, “İki sədd” deyir və uzun-uzadı kilometrlərlə uzanan bir sədd budur. Maddi və mənəvi səddlərə Quran diqqət çəkir. Mənəvi sədd; küfrə qarşı hazırlanan mənəvi sədd. Darvinizmə, materializmə qarşı bir sədd meydana gətiririk, bu mənəvi səddir. Amma eyni zamanda hz. Zülqərneyn hekayəsində Axırzaman texnologiyasına, betonun istifadəsi, dəmirin istifadəsi çox təfərrüatlı izah edilib. Qətranın istifadəsi çox təfərrüatlı izah edilib. “Beləliklə, nəsəddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər.” (Kəhf surəsi, 97)
Son dərəcə möhkəm, son dərəcə güclü edilir, zəlzələyə davamlıdır, elə deyil? Bax, son dərəcə çox güclü olduğuna diqqət çəkir Allah.
“Dedi ki: Bu mənim Rəbbimdən bir rəhmətdir.” Allahın rəhmətiylə belə bir imkan verir deyir. “Rəbbimin vədi gəldiyi zaman O bunu yerlə yeksan edər. Rəbbimin vədi haqdır.” (Kəhf surəsi, 98)
Nə vaxt? Qiyamətdə. İndi birbaşa qiyamətə keçməsi nəyi göstərir? Deməli, qiyamətə yaxın bir vaxtda Marmaray inşa ediləcək. Deməli, bu tip işlər qiyamətə yaxın olacaq. Yəni birbaşa qiyamətə keçid varsa ondan əvvəlki hadisələr həmişə qiyaməti işarə edən ayələr olur. Qiyamət vaxtına işarə edən ayələr sayılır. “Rəbbimin vədi gəldiyi zaman o bunu yerlə yeksan edər. Rəbbimin vədi haqdır.” Onda Marmaray necə olacaq? Parça-parça olacaq, parçalanacaq. Altdan zəlzələylə Marmaray qırılacaq, oraya su dolacaq. Su nə edəcək? Var gücüylə hər iki tərəfdən fışqırmağa başlayacaq. Həm Cağaloğlundan, həm başqa yerdən, balıqlar, insanları da içinə alacaq bir şəkildə dəli kimi bir fışqırmaqla fışqıracaq. Amma ondan sonra binalar uçacaq, hər yer qaynayacaq, hər yer bir-birinə qarışacaq. Boğaz bir-birinə yapışacaq, sonra yenidən ayrılacaq və dünya darmadağın olacaq.
“Biz o gün bir qismini bir qisminə axışıb qarışmış halda buraxarıq” deyir Allah. İnsan nəyin içində axar? Suyun içində axar. İnsanların faciəvi ölümünü Allah xatırladır qiyamətdə. O suyun içərisində axacaqlarını, suyun içində necə yayılacaqlarını insanların, suyun insanları necə ehtiva edəcəyini və dənizlərin də yanacağını bildirir Allah. Maqmanın dənizləri aşacağını, partlayacağını və dənizlərin üzərində də alov görüləcəyini. Amma dənizlərin insanları udub insanların axırmış kimi, dalğalanması kimi dənizin, suda çalxalanacağını bildirir Allah, dalğalanma şəklində. “Sura da üfürülmüşdür artıq” deyir Allah.
Qiyamət başlayıb. “Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq.” (Kəhf surəsi, 99) deyir Allah. Yəni “bütün insanları bir yerə yığaram” deyir Allah. Bir anda, bax ard-ardadır.
“Və O gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik.” (Kəhf surəsi, 100) İnkar edirdilər, cəhənnəm dərhal göstərilir qəbul etməyənlərə.
“Ki onlar məni zikr etmək üçün”, yəni Allahı xatırlama, Allahdan bəhs etməmək üçün “gözlərinə pərdə çəkmişdilər.” Oxumaq istəmirdilər, seyr etmək istəmirdilər. Məsələn, televiziyadakı görünüşü görmək istəmir, kitabdakı yazını oxumaq istəmir. “gözlərinə pərdə çəkmişdilər.” “Quranı dinləməyə dözə bilmirdilər.” (Kəhf surəsi, 101) Quranı dinləməyə başlayanda dərhal bağlatdırır. “Aman aman aman dinləməyin” dözə bilməzdi, tab gətirə bilmir Qurana. Onun yerinə nə istəyir? Xurafat istəyir, amma bax, Qurana dözə bilmir. Xurafatı aç, həyəcanla dinləyir, iftixarla dinləyir.
“Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər?” Qullarımı, məsələn, şeyxini vəli seçir, bir mürşidi vəli seçir, Allahı unudur amma. “Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər?” Onu bütləşdirib, müəllimini, şeyxini. Sən Qurana dəvət edirsən, o deyir ki; “sən elə deyirsən amma mənim 300 il bundan əvvəlki müəllimim də belə deyir” deyir. Bütləşdirib. Quranda büt adları keçir, onlar insandır. Yəni insan bütlər, insanı bütləşdirib, daş büt deyil onlar. Quranda keçən bəzi büt adları var, normal yaşayan insan onları bütləşdirir.“Həqiqətən Biz cəhənnəmi kafirlər üçün bir mənzil olaraq hazırlamışıq.” (Kəhf surəsi, 102) Son mənzil oradır.
“De ki: Sizə əməlləri baxımından ən çox hüsrana uğrayacaq olanları xəbər verimmi?” (Kəhf surəsi, 103) Allah diqqət çəkir; “Ən çox hüsrana uğrayacaqları sizə xəbər verimmi?” İnsanlar maraqlanır nədir deyə. Vəhy gözləyirlər.
“Onların dünya həyatındakı bütün səyləri boşa çıxmışdır.” Namaz qılır, saqqalı qarnına qədər, şalvarı üstündə, cübbəsi var hər şeyi var. Bax, “onların dünya həyatındakı bütün səyləri boşa çıxmışdır.” Özünü övliya zənn edir. Xurafatlar izah edir, axşama qədər xurafat arxasındadır. Gedib ona-buna xurafat izah edir. “Özlərinin həqiqətən yaxşı işlər gördüklərini güman edirlər. “(Kəhf surəsi, 104) Məsələn, həqiqətən gedir Quran kursu açdırır, məscid tikdirir amma daim xurafatın arxasındadır, Qurana yaxınlaşmır. Qurana yaxınlaşanlara, Quranı sevənlərə də qarşı çıxır, onlarla mücadilə edir. Allah deyir ki bax: “Özlərinin həqiqətən yaxşı işlər gördüklərini güman edirlər.” deyir. Həqiqətən mömin, müttəqi, təqva sahibi olduğunu zənn edir. İnanır özünə.
“Onlar Rəbbinin ayələrinə və Ona qovuşmağı inkar edənlərdir. Artıq onların bütün əməlləri boşa çıxmışdır.” Əslində “onlar dinsizdir” deyir Allah. “Və onların bütün əməlləri boşa çıxmışdır.” Bütün əməlləri boşa çıxmışdır. “Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik.” (Kəhf surəsi, 105) Qiyamətdə onları sorğu-sual etmədən birbaşa cəhənnəmə yerləşdirəcəyəm deyir Allah. Çünki boş-boş danışacaqlar deməli, xurafatlarla filan dayanmadan danışacaq. Allah “əhəmiyyət verməyəcəyəm” deyir, “birbaşa cəhənnəmə yerləşdirəcəyəm” deyir.
“Kafir olduqlarına, ayələrimi və elçilərimi lağa qoyduqlarına görə” Quran ayələrini qəbul etmir. Bax xurafat demir Allah “ayə” deyir, ayəni qəbul eləmir xurafatı qəbul edir. Bütü qəbul edir. “Və elçilərimi” Məsələn, hz. İsa Məsih (ə.s)-ın enişinə lağ etmələri. Hz. İsa Məsih (ə.s)-ın enişinə lağ edir. Məsələn, hz. Mehdi (ə.s) da bir elçidir, ona da lağ edir. “elçilərimi lağa qoyduqlarına görə onların cəzası cəhənnəmdir” (Kəhf surəsi, 106) deyir Allah.
“İman gətirib xeyirxah əməllər edənlərin” iman gətirmiş və səmimi. Saleh səmimi əməllərdə edənlərin. “Firdovs cənnətləri onlar üçün məkan olacaqdır.” Cənnət adlarından biridir. Ədn cənnəti-Ədnən cənnəti, Firdovs cənnəti, Cənnəti-Nayim, Nayim cənnəti.
“Onlar orada əbədi olaraq qalacaq, oradan çıxmaq istəməyəcəklər.” Cənnətdən çıxmaq istəmirlər. Əbədi deyir Allah, əbədi nədir; sonsuz.
“De ki: “Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsa” Bax yenə Allah dənizə diqqət çəkir.“və bir o qədər də ona əlavə etsəydik belə“ ikinci bir dəniz əlavə olaraq gətirilsə “Rəbbimin sözləri tükənməzdən əvvəl, əlbəttə dəniz tükənərdi.” Deyir Allah. “Mürəkkəb hadisəsi o qədər çoxdur” deyir. “Rəbbimizin sözləri” deyir.
“De ki: “Şübhəsiz mən də sizin kimi bir bəşərəm; sadəcə mənə sizin İlahınızın tək bir İlah olduğu vəhy olunur.” Yəni mənə vəhy edilə bilər.Müsəlman da nə deyir? Bizə Quran bildirmişdir. Biz Qurana əməl edirik. Allah birdir. Bildirilən Quranda, sizə bildirirəm deyirik. Eynisini Peyğəmbər (s.ə.v) nə deyir; “Mənə vəhy olunur.” Bizdə vəhy olunmuş hazır məlumatı vəhy edilib, kitab halına gəlib. Quranı insanlara bildiririk. “Mənə sizin İlahınızın tək bir İlah olduğu vəhy olunur. Kim, Rəbbinə qovuşmağı ümid edirsə, artıq saleh bir əməllər etsin.” Səmimi davransın deyir, Allah, “və ibadətdə Rəbbinə heç kimi ortaq qoşmasın.” Şirk qoşmayın heç kimi, “insanları şirk qoşmayın”deyir. Müəllimləri, alimləri, keçmiş bəzi alimləri Qurandan bəhs edildiyi filan alimdə, belə dediyinə görə ortaya çıxmayın deyir. Allah. “Quran nə deyirsə ona əməl et” deyir. Çünki indiyə qədər olan bəlanın səbəbi budur.