İnşiqaq surəsi, 1-25-ci ayələrin təfsiri
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adıyla. İnşiqaq surəsi. “Göy, yarılıb-parçalandığı,” Qiyamətdə atmosfer, digər ulduzlarla toqquşma və yer cazibəsinin təsiriylə oradakı qazlar sovrular. Sovrulduğunda gördüyümüz bu mavi səma, mavi qübbə açılar, qaranlıq görünər.
Yəni adi halda çölü qaradır, yəni kosmos qaranlıqdır, zülmət yəni gecə kimidir. Açılanda belə baxacaqlar ki, mavi olan deşilib, kosmos görünür. Bu çox gözəl bir vəziyyətdir. Yəni heç insanların adət etmədiyi bir şeydir. Mavi göy qübbəsinin deşilməsi və böyük bir dəliyin açılıb, böyük bir boşluğun meydana çıxıb, kosmosun və ulduzların görünməsi, gündüz zamanında inşaAllah.
“Və öz yaradılışına uyğun Rəbbinə boyun əydiyi zaman;” hamısı Allahın əmrindədir” deyir Allah. Yəni nə vaxt yarılacaq göy, nə qədər yarılacaq, haradan başlayacaq, diametri nə qədər olacaq hamısı müəyyəndir.
“Yer düzləndiyi,” yer bu an səma açıldığında yerin də quruluşunda dəyişiklik olur, adi halda dağlardan meydana gələr elə dağlar deyilmi, zərbə var, yeddi təpə var, “dünya bir titrəməyə tutulacaqdır” deyir Allah, zəlzələ təsiriylə dağlar belə əriyən qum yığını kimi olacaqlar, yəni getdikcə yelləndikcə dağlar əriyir, çatır, şəkər tozundan belə bir konusvari bir təpə düşünək, onu altdan yelləsə insanlar o yavaş-yavaş, yavaş-yavaş yayılar və dümdüz hala gələr, getdikcə düzləşər. Onun kimi “bütün yer üzü düzləşəcəkdir” deyir Allah.
Yəni o zəlzələnin şiddətindən. “Və içində olanları çölə atıb boşaldığı,” İçində olanlar nədir? Maqma. Yer qabığı parçalandığı üçün digər toqquşan ulduzların da cazibə qüvvəsiylə o qarışıqlıq da, çünki dünya orbitindən çıxır, digər ulduzlara yaxın gəlir, içindəki maqma parçalanmanın təsiriylə boşalır. Amma təbii ki, şiddətli bir boşalma, hətta ayədə:
“Dənizlərin yandığını görərsən” deyir. Dənizdən maqma fışqırır və dənizdən alovlar fışqırır, yəni dəniz yanır. “Və öz yaradılışına uyğun Rəbbinə boyun əydiyi zaman.” “Tam Allahın istədiyi kimi olar” deyir. Yəni insanlar zənn edir ki, Qiyamət anında maddə nəzarətsizdir, özbaşına parçalanar, özbaşına yırtılmalar olar, özbaşına partlamalar olar, bütün partlayışlar, dağılmalar hamısı Allahın nəzarətindədir. Yəni hər bir atom hara gedəcəyini bilər.
Baxın, atomun quruluşuna qədər. Yəni maqma partlayanda bir atom, məsələn, hara gedəcək tək-tək hissə, maqma hara qədər axacaq, necə parçalanacaq, hamısı “öz yaradılışına uyğun olaraq Rəbbinə boyun əyər “deyir Allah.
“Ey insan, həqiqətən sən, heç dayanmadan Rəbbinə doğru çalışıb çabalayırsan sonunda Ona çatacaqsan.” Məsələn, nə edirik? Təbliğ edirik, namaz qılırıq, İslamı yayırıq Allah üçün davamlı fəaliyyət göstəririk.
“Sonunda Ona çatacaqsınız.” Allaha çatacaqsınız deyir Allah. “Artıq kimin kitabı sağ yanından verilsə,” sağ əliylə ona belə kaset kimi bütün həyatını izah edən bir şey verilər, bir cisim, kiçik bir şeydir.
“O, asan bir hesab (sorğu) ilə sorğuya çəkiləcəkdir,” Qurandan məlumatı olan bunu anlayacaqdır, yəni sağ tərəfindən həyatını yekunlaşdıran, bütün həyatının içində olduğu, yəni belə videokaset kimi kiçik bir şey veriləndə, sağ əlinə verilər, sağ əlindən alınsa, o xilas olacaq deməkdir.
Allahın vədi var, yəni ikinci ehtimal yoxdur. Yəni artıq o sevinər, sağ əliylə aldığı üçün sağ əliylə alması istənir, sağ əliylə edir inşaAllah. “Və öz yaxınlarına sevinc içində dönəcəkdir.” Yəni o sevinclə, o həyatını izah edən, o cisimlə sevinc içində yaxınlarının yanına qayıdar. Yaxınları məsələn, yoldaşları, sevənləri kimsə.
“Kimin də kitabı ardından verilsə, O da, həlak (yox olmağı çağıracaqdır” Yəni arxadan alar Allah verməsin, “O da, həlak (yox olmağı) çağıracaqdır” “O da həlakı çağıracaqdır” Yəni “artıq onun üçün bir həlak vardır “deyir Allah. “Alovlu oda atılacaqdır.” Alovlu yəni normal bir alovlu deyil. Normal alovlu sakit yanar, amma dəli alovlu nəzarətsiz alovlardır. Məsələn, yanğınlarda filan coşqun alovlu olar, elə deyilmi?
Səmaya doğru fışqırar, çox alovlu yanar, yəni o tərz bir yanğın olacaq deyir Allah, elə bir atəş olacaqdır deyir. “Çünki o, (dünyada) öz yaxınları arasında sevinc içində idi.” Onların yanında artistlik edir, belə alçaqlıq edir, çaqqallıq edir, dinə, imana haşa lağ edir, Axırzamanla özünə görə lağ etdiyini düşünür, mehdiyyətin, dəccaliyyətin əhəmiyyət vermədiyini vurğulayır, heç bir şey olmayacağını zənn edir.
Amma oradakı gördüyü dəhşət mənzərə qarşısında qanı donur. “Həqiqətən, o, (Rəbbinə) bir daha dönməyəcəyini zənn etmişdi.” Lağ edir, məsələn, axirət yoxdur zənn edir, “dirilməyəcəyini zənn etmişdi” deyir Allah.
“Xeyr; həqiqətən Rəbbi, çox yaxşı görəndir.” O diskotekadakı halını da görür Allah, internetin başındakı halını da görür, küçədəki halını da görür, içki içilən yerdəki halını da görür, “hər yerdəki halını Mən görürdüm, təqib edirdim” deyir Allah. “Yox, şəfəq vaxtına and içirəm,” yəni “günəşin doğma vaxtına and içirəm” deyir Allah.
“Gecəyə və yığıb daşıdığı şeylərə, “Qaranlığa və yığıb daşıdığı şeylərə, “On dördüncü gecəyə girdiyi zaman aya;” Mehdi (ə.s)-ın çıxış əlamətlərindəndir ayın tutulması Ramazan ayında, ay və günəş tutulmasının olması. “Və siz, həqiqətən təbəqədən təbəqəyə minəcəksiniz.” Bir vəziyyətdən, başqa bir vəziyyətə düşəcəksiniz. Yəni dəccaliyyətdən mehdiyyətə, mehdiyyətdən təkrar dəccaliyyətə.
İndi, məsələn, dəccalliyyətin içərsinə girdi insanlar, lakin ikinci təbəqəyə girdilər, indi mehdiyyət təbəqəsindələr. Sonra mehdiyyət təbəqəsinin arxasından isəviyyət-məsihiyyətin təbəqəsinə girərlər, dünya hakimiyyəti olar, ardınca dəccaliyyət mərhələsi gələr, ardınca da Qiyamət mərhələsi gələr, təbəqədən təbəqəyə keçirlər.
Şəfəq vaxtı, mehdiyyətə işarə edər, yəni günəşin doğuşu. Gecə də dəccaliyyəti, yəni İslamın qaralması. Əvvəl günəş doğular, mehdiyyət hakim olar, ardınca gecə və qaranlıq olar. “Yığıb daşıdığı şeylərə,” tuğyanı, dəlaləti, fitnəni, fücuru hər şeyi daşıyar. Mən, əlbəttə, ikinci dərəcəli mənasını deyirəm.
Yoxsa onlar: “gecə” məsələn, quşlar yuvalarına dönərlər, heyvanlar yuvalarına girərlər, eyni zamanda ayə buna baxır. “Bu halda onlara nə olub ki, iman gətirmirlər?” deyir Allah. Yəni “niyə iman gətirmirlər” deyir. “Onlara Quran oxunduqda səcdə etmirlər.” Yəni “Quranı niyə qəbul etmirlər” deyir Allah, “niyə bunu dərk etmirlər, niyə bunu həzm etmirlər” deyir.
“Əksinə, o nankorlar, təkzib edir “ deyir Allah. “Əksinə, Dəccal tərəfdarları Quranı tamamilə təkzib edir” deyir. Yəni qəbul etmək əvəzinə rədd edib təkzib edirlər” deyir. Amma bax, Quranı təkzib edirlər, Qurana qarşı bir döyüş vardır. “Halbuki, Allah onların içlərində saxladıqlarını daha yaxşı biləndir.”
“Mən onların şüur altını və şüur altının da şüur altını bilərəm” deyir Allah, “hər şeyini Mən yaradıram” deyir çünki. “Bu vəziyyətdə sən onlara şiddətli bir əzab ilə müjdə ver.” Yəni dünyada da bəlalar, xəstəliklər, Qiyamət və dəccalliyyətin ağrıları, dəccalliyyətin döyüşləri, dəccalliyyətin onları boğması və axirətdə də əbədi Cəhənnəm əzabı. “Ancaq iman edib” əvvəl Allaha iman edir, “saleh işlər görənlərdən başqa”.
Saleh, yəni səmimi, candan, hər hansı bir namaz deyil, hər hansı bir sevgi deyil, hər hansı bir dostluq deyil, “səmimi olan” deyir Allah, onu qəbul edir, səmimi olanı qəbul edir. Namazı, orucu qəbul etmir Allah birbaşa, səmimi olan orucu, namazı və sevgini qəbul edir, dostluğu qəbul edir.
“Ancaq iman gətirib yaxşı işlər görənlərdən başqa; onlar üçün sonsuz bir əcr mükafat vardır.” Yəni “davamlı sonu olmayan, əbədi Cənnətdə xoşbəxtlik verəcəyəm onlara” deyir Allah, “mükafat vardır və davamlı savab verəcəyəm” deyir, “dünyada da.”