Hz. Mehdi camaatı qınayanın qınamasından qorxmayacaqlar
Sizdən sonra onlarla mübarizə etmək üçün müsəlmanların ən xeyirliləri (hz. Mehdi (ə.s.) camaatı) çıxar ki, ONLAR ALLAH YOLUNDA HEÇ BİR QINAYANIN QINAMASINDAN, dedİ-qodusundan QORXMAYAN İSLAM ƏHALİSİDİR..
(Sünen-i İbni Mace, 10/259)
“Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir. (Maidə Surəsi, 54)
… Əbu Basardan:
İmam Məhəmməd Baqir əleyhissalam belə buyurdu:
“Qaim… Kimsədən tövbə etməsini istəməyəcək, ALLAH YOLUNDA etdiklərindən ötəri, QINAYANLARIN QINAMASINA MƏHƏL QOYMAYACAQ.” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh.271)
Hz. Mehdinin peyğəmbərlərlə bənzərlikləri – Həbs edilməsi və saxlanması
“Əbu Basar deyər ki: İmam Məhəmməd Baqir əleyhissalamın belə buyurduğunu eşitdim:” Bu QEYBƏTİN (Mehdinin) sahibində dörd peyğəmbərin sünnəti vardır:… Dedim ki: “Hz. Yusifin sünnəti nədir?” Buyurdu ki: “Zindan və qeyb.”…
(Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 190)
İmam Zeynul Abidin əleyhissalam belə buyurmuşdur: “Bizim qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bir sıra oxşarlıqlar vardır. Nuh, İbrahim, Musa, İsa, Əyyub və Məhəmməd səllallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır. Nuh ilə uzunömürlü olmasında, İbrahim ilə doğumunun gizli olması (doğumunun evdə olmasında) və xalqdan uzaq dayanmasında; Musa ilə qorxu halı (Mehdiyə istiqamətli təhlükələrin sıxlığıyla; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə iç–içə olmasıyla) və qeybdə yaşamasında (davamlı gizlənərək yaşamasında);
İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, “Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək” deməsində); Əyyub ilə, bəladan sonra qurtuluşun çatmasında (hz. Mehdiyə də bir çox çətinlik, xəstəlik və dərd gəlməsi, ancaq eynilə hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd səllallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və hırkasının, Mehdinin yanında olmasıyla), bənzərliyi vardır. (Kemal’ud-Din s. 322, 31. babin 3. hadis)
İmam Zeynul Abidin əleyhissalam belə buyurmuşdur:
“BİZİM QAİMİMİZ (HZ. MEHDİ (Ə.S.)) İLƏ ALLAHIN RƏSULLARI ARASINDA BİR SIRA BƏNZƏRLİKLƏR VARDIR. NUH, İBRAHİM, MUSA, İSA, ƏYYUB VƏ MƏHƏMMƏD SƏLLALLAHU ƏLEYHİ VƏ ALİH PEYĞƏMBƏRLƏRİN HƏR BİRİ İLƏ BİR BƏNZƏRLİYİ VARDIR. (Kemal’ud-Din s. 322, 31. babin 3. hadis)
Həmçinin, onun (hz. Mehdi (ə.s)-ı) zindanlarına atmaqla bir atəş içində atdığını zənn edər. Halbuki onu Cənnətə atmışdır. Çünki mömin Dəccalın cəhənnəmində olsa belə könlü sanki Cənnətdədir. Müslim-i Şərifin tərcüməçisi Məmməd Sofuoğlu buradakı cənnətin dünya bağçalarından bir bağça olduğunu söyləyər.
(Mehdilik ve İmamiye, səh. 40)
Gecələri ibadətlə məşğul olub, gündüzləri gizli olacaq… (Ukayli “En-Necmu’s-sakıb fi Beyanı Enne’l Hz. Mehdi min Evladı Ali b. Ebi Talib Ale’t-Temam ve’l kamal”)
Bu əmrin sahibi (hz. Mehdi (ə.s.)) mütləq qeybə çəkiləcək və qeybindən də mütləq (xalqdan) uzaqlaşacaq (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 216)
Hz. Hüseyn ibn Əli (ə.s) belə buyurur: “… hz. Mehdi (ə.s) bir müddət gözlərdən itəcək.” (Bihar-ul Envar, c. 51, səh.133; Isbat-ül Hüdat, c. 2, səh. 333 ve 399)
Nechül Belaqadan: İnananların əfəndisi (s.ə.v.) dedi ki: “O (hz. Mehdi (ə.s.)) insanlardan gizlənərkən, izləyənlər axtarsalar belə onun ayaq izlərini görməz…. Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan Yayıncılık, derleyen: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 186.
… Əbu Basirdən:
İmam Məhəmməd Baqir əleyhissalam belə buyurdu:
“Qaim… Kimsədən tövbə etməsini istəməyəcək, ALLAH YOLUNDA ETDİKLƏRİNDƏN ÖTƏRİ, QINAYANLARIN QINAMASINA MƏHƏL QOYMAYACAQ. ” (Şeyx Məhəmməd b.İbrahimi Numani, Qeybəti- Numani səh.271)
Bəla, qaçırılma və sürgünə məruz qalması
Mehdi, bizdən, Əhli-beytdəndir… Biz elə bir ev xalqıyıq ki, Allah bizim üçün axirəti dünyaya seçmişdir. Mənim Əhli-beytim şübhəsiz məndən sonra bəla, qaçırılma və sürgünə uğrayacaq. Məndən sonra Əhli-beytim bəla və müsibətlərlə qarşılaşacaqlar və sürgünə məruz qalacaqlar. (Mehdilik ve İmamiye, İbrahim Süleymanoğlu, səh. 40)
Hz. Mehdinin kürəyinin və qarnının döyülərək genişləndirilməsi
Mömin şəxs (hz. Mehdi (ə.s.)) dəccalı gördükdə: “Ey insanlar! Rəsulullahın zikr etdiyi dəccal budur” deyər. Dəccal dərhal onunla əlaqədar əmrini verər, o şəxs qarnı üzərinə uzadılar və ardından: “Onu götürüb yaralayın” deyər. ARTIQ O ŞƏXSİN Kürək və qarnı döyə-döyə genİşlədİlİr. Bu zaman (dəccal) onu iki əli və iki ayağı ilə tutar və atar. İnsanlar dəccalın onu bir atəş içinə atdığını zənn edərlər. Halbuki o bir cənnət içinə atılmışdır. (Mehdilik ve İmamiye, İbrahim Süleymanoğlu, səh. 40)
Boynunda mis lövhə olacaq
Əbu Səid əl Hudri radıyallahu ənh rəvayəti; “… DƏCCAL O MÖMİN QULU KƏSMƏK ÜÇÜN TUTAR, LAKİN BU SIRADA ONUN BOYNU İLƏ KÖRPÜCÜK SÜMÜYÜ ARASI ALLAH TƏRƏFİNDƏN BİR MİS LÖVHƏNİN HALINA GƏTİRİLƏR VƏ ARTIQ DƏCCAL ONU KƏSMƏYƏ HEÇ BİR YOL TAPA BİLMƏZ. BU ZAMAN DƏCCAL ONU İKİ ƏLİ İLƏ VƏ İKİ AYAĞI İLƏ TUTARAQ ATAR. İNSANLAR DƏCCALIN ONU BİR ATƏŞ İÇİNƏ ATDIĞINI ZƏNN EDƏR. HALBUKİ O MÖMİN ŞƏXS BİR CƏNNƏT İÇİNƏ ATILMIŞDIR.
(Sahih-i Müslüm Kitabul Fiten. Bab Hadis No:113-İmam Şarani, Kurtubi Tezkire səh. 48)
… Əbu Basirdən:
İmam Məhəmməd Baqir əleyhissalam belə buyurdu:
“Qaim… Kimsədən tövbə etməsini istəməyəcək, ALLAH YOLUNDA etdiklərindən ötəri, QINAYANLARIN QINAMASINA MƏHƏL QOYMAYACAQ.” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh.271)
Bəzi fiqh alimlərinin hz. Mehdiyə qarşı gəlmələri
“… İMAM MEHDİ (ə.s) çıxdığı zaman həsəddən (xüsusilə, yalnız, ayrıca, xüsusi olaraq) FƏQİH (fİqh alİmlərİ) ONA (HZ. MEHDİ (ə.s)-a) DÜŞMƏN OLACAQ. ONUN (HZ. MEHDİ (ə.s)-ın) QILINCI QARDAŞLARIDIR. Əlində qılınc olmasaydı, – YƏNİ QARDAŞLARI OLMASAYDI – ZAMANIN FƏQİHLƏRİ (fİqh alİmlərİ) ONUN (HZ. MEHDİ (Ə.S)) qətl edİlməsİlə fətva verərdİlər. Lakin CƏNABI HAQQ onu (hz. Mehdi (ə.s.)-ı) kərəmi ilə və qılınc (qardaşlarıyla) ilə tathir (təmizləmək, yuyub pak etmək) edəcək, onlar ona (hz. Mehdi (ə.s)-a) etimad edəcəklər. HÖKMÜNƏ İNANMAYANLAR DA QƏBUL ETMƏYƏ MƏCBUR OLUB ƏKSİNƏ İZMAR (gizləmək, saxlamaq) EDƏCƏKLƏR. “(Ramuz el-Hadis, age. 56, 73)
Onun (hz. Mehdi (ə.s)-ın) dövründə din tamamilə rəydən təmizlənərək əvvəlki mahiyyətini qazanacaq. VERƏCƏYİ BİR ÇOX HÖKMLƏRDƏ ÜLƏMANIN MƏZHƏBLƏRİNİ MÜXALİFƏT EDƏCƏK. BU SƏBƏBDƏN ONDAN (HZ. MEHDİ (Ə.S)-DAN) UZAQ DURACAQLAR. Çünki zənlərinə görə, həqiqətən Allah imamlarından sonra bir müctəhid qoymadığını qəbul edəcəklər…
(Muhyiddin Arabi, “Futuhat-El Mekkiye”, 66. bab, c. 3, səh. 327- 328)
… BİR QİSİM ZAHİR ÜLƏMALAR (hədislərin xarici mənalarına baxaraq hökm verən alimlər), O RƏVAYƏT VƏ HƏDİSLƏRİN ZAHİRİNƏ (xarici mənalarına) BAXIB ŞÜBHƏYƏ DÜŞMÜŞLƏR. VƏ YA SİHHATINI (doğruluğunu) İNKAR EDİB YA HURAFEVARİ (xurafat kimi, nağıllarda izah edilən həqiqətdən kənar bir şey kimi səhv) BİR MƏNA VERİB SANKİ MÜHAL BİR SÜRƏTİ (sanki qeyri-mümkün, ağılın vicdanı qənaətə gəlməklə qərar vermə xüsusiyyətini ortadan qaldıracaq xüsusiyyətlərdə bir şəxsi) GÖZLƏYƏN BİR TƏRZDƏ (izah etdikləri üçün), AVAM-I MÜSLİMİNƏ (belə metafizik şərhlərə inanmada çətinlik çəkəcəkləri və ya bu səbəblə heç inanmayacaqları üçün, xalqdan məlumatı olmayan müsəlmanlara imani istiqamətdən) ZƏRƏR VERƏRLƏR.
(Bediüzzaman Said Nursi Hazretleri, Kastamonu Lahikası, səh. 80)
… Hz. Mehdi (ə.s), dini Peyğəmbər (s.ə.v)-in dövründə olduğu kimi eynilə tətbiq edəcək. Yer üzündən məzhəbləri qaldıracaq. Xalis və həqiqi dindən başqa heç bir məzhəb qalmayacaq. ONUN (HZ. MEHDİ (Ə.S)-IN) DÜŞMƏNLƏRİ İCTİHAD ALİMLƏRİNİN TƏQLİD EDƏNLƏRİ OLACAQ. Çünki onlar hz. Mehdi (ə.s)-ın məzhəb imamlarının tərsinə hökm etdiyini gördüklərində bundan XOŞLARI GƏLMƏYƏCƏK, LAKİN QARŞI DA GƏLMƏYƏCƏKLƏR… ONUN (HZ. MEHDİ (Ə.S)-IN) QILINCI QARDAŞLARIDIR. Qılıncından qorxduqları üçün istər-istəməz hakimiyyətinə boyun əyəcəklər.
ONUN (HZ. MEHDİ (Ə.S)-IN) AÇIQ DÜŞMƏNLƏRİ FƏQİHLƏR (fiqh alimləri) OLACAQ. ÇÜNKİ XALQ ARASINDA BİR İMTİYAZLARI QALMAYACAQ. HƏTTA ƏHKAM XÜSUSUNDA ELMİ DƏ AZALACAQ. Bu imamın (hz. Mehdi (ə.s)-ın) gəlişiylə alimlərin hökmlərindəki anlaşılmazlıqları da aradan qaldırılacaq.
… ƏGƏR ƏLİNDƏ QILINC (ELM) OLMASAYDI FƏQİHLƏRİN ONUN (HZ. MEHDİ (Ə.S)-IN) ÖLÜMÜNƏ FƏTVA VERƏRDİLƏR. Lakin Cənab-ı Haqq, onu (hz. Mehdi (ə.s)-ı) kərəmi ilə və qılıncı (qardaşlarıyla) ilə təthir edəcək (təmizləyəcək), ONLAR ONA (hz. Mehdi (ə.s)-a) İTAƏT EDƏCƏKLƏR. ÇÜNKİ XALQ ARASINDA İMTİYAZLARI QALMAYACAQ, HƏTTA ƏHKAM XÜSUSUNDA ELMLƏRİ DƏ AZALACAQ.
Mehdinin gəlişi ilə alimlərin hökmlərindəki ixtilaflar da aradan qaldırılacaq. Ondan (hz. Mehdi (ə.s)-dan) həm qorxacaqlar, həm də bir şey umacaqlar. Qəlbən ONDAN (HZ. MEHDİ (Ə.S)-DAN) NİFRƏT EDƏCƏKLƏR. LAKİN BUNA BAXMAYARAQ İSTƏR-İSTƏMƏZ HÖKMÜNÜ QƏBUL EDƏCƏKLƏR.
(Medineli Allâme Muhammed b. Resul el-Hüseynî el-Berzencî, Kıyamet Alametleri, səh. 187, Pamuk Yayıncılık)
İmam Rəbbani:
Gələcəyi vəd edilən Mehdi dinin tərvicini (dəyərini artırmağı), sünnənin ihyasını (yenidən canlandırmasını) murad etdiyi (istədiyi) zaman; bidət əhli ilə əməli adət edən, savab zənni ilə dini qarışdıran (dinin əslində özündə olmayan şeyləri, dinin əmri oldugunu zənn edən bəzi insanlar) heyrətlə belə deyəcək: Bu kimsə (yəni Mehdi) dinimizi qaldırmaq və şəriətimizi aradan qaldırmaq (məhv etmək) istəyir. (Mektubat-i Rabbani, 1/535)
Mehdi camaatının sayının az olması
Məhəmməd ibn. Hənəfi (r.ə)-dən rəvayət edildi ki: sayları Bədr səhabələri (313) qədərdir. Əvvəlkilər onları keçmədiyi kimi, sonrakılar da onlara çata bilməz. Onların sayları Talut ilə çayı keçənlər qədərdir. (Kitab-ul Burhan Fi Alamet-i Mehdiyy-il Ahir Zaman, səh. 57)
Bədr savaşındakı əsgərlər kimi 313 adamın idarəsini əlində tutaraq ətrafa meydan oxuyacaq. Çünki bu 313 adam gecə abid (çox ibadət edən kimsə) gündüz qəhrəman xüsusiyyətini daşıyırlar. (Kıyamet Alametleri, səh. 169)
Aralarında qadınların da olduğu 314 nəfərdən bir qrup meydana gətirərlər. Onlar hər zalıma qalib gələrlər. Onların ürəkləri dəmir kimidir və onlar gündüz aslan, gecə də abiddirlər. Nə əvvəlkilər, nə də sonrakılar fədakarlıqda onlara çata bilməz. Kitab-ul Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh.57-68)
Hz. Mehdi (ə.s)-a aralarında qadınların da olduğu 314 adam beyət edəcək. (El-Kavlu’l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 25)
Esbağ ibn Nəbati deyər ki: Əmirəlmöminin Əli əleyhissalam belə buyurdu: “… Elə ki, sizdən yalnız gözdəki sürmə qədər və ya yeməkdəki duz qədər qalacaq. Və mən sizə bir nümunə verəcəyəm: Adamın birinin bir miqdar buğdası vardır. Onu təmizləyər və bir evə qoyar, uzun bir müddət sonra geri döndüyündə ona qurd düşdüyünü görər, onu təkrar ayırd edər və təmizləyər sonra təkrar evinə qoyar.
Uzun bir müddət sonra qayıtdığında ona təkrar qurd düşdüyünü görər. Yenidən onu ayırd edər və təmizləyər və həmişə eyni işi təkrarlayar. SONUNDA QURDLARIN HEÇ ZƏRƏR VERƏ BİLMƏDİYİ ÇOX AZ SAĞLAM BUĞDA QALAR. Məhz siz də belə. Sonunda içinizdə fitnələrin əsla zərər verə bilmədiyi çox az bir qrup qalacaq.”
(Eyni hədisi Əhməd ibn Məhəmməd ibn Səid də nəql edir.)
(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 246)
Ayrılanlar da, müxalif olanlar da ona (hz. Mehdi (ə.s)-a) zərər verə bilməyəcək. O özündən ayrılanlara baxmayaraq müzəffər olaraq yoluna davam edəcək.
(Ramuz e’l-Ehadis, səh. 487) (Taberani’nin Kebir’inden)
… Əbu Basirdən:
İmam Məhəmməd Baqir əleyhissalam belə buyurdu:
“Qaim… Kimsədən tövbə etməsini istəməyəcək, ALLAH YOLUNDA etdiklərindən ötəri, QINAYANLARIN QINAMASINA MƏHƏL QOYMAYACAQ..” (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh.271)
İnsanların böyük bir qisminin hz. Mehdidən və camaatından uzaq durması
QOYUNLARIN ÇOBANLARINDAN QAÇMASI KİMİ İNSANLAR ONDAN (HZ. MEHDİ (Ə.S)-DAN) QAÇACAQDIR… Daha sonra İNSANLAR HƏR YERDƏ BİR İSLAHATÇI AXTARIŞINA BAŞLAYARLAR. ANCAQ ONDAN BAŞQA ÖZLƏRİNƏ YARDIM EDƏCƏK BİRİNİ TAPA BİLMƏDİKLƏRİNDƏ ONA QAÇMAĞA BAŞLAYIRLAR…” (Bihar ul-Envar, cilt. 52, səh.. 326)
Buyurdu ki: “Onları yer üzünün kənarlarında axtar. ONLARIN HƏYATLARI SADƏDİR, EVLƏRİ KÜRƏKLƏRİNDƏDİR, ƏGƏR HAZIR OLSALAR TANINMAZLAR, ƏGƏR QEYB OLSALAR AXTARMAZLAR, XƏSTƏ OLSALAR KİMSƏ ONLARIN ZİYARƏTİNƏ GƏLMƏZ, ƏGƏR EVLƏNMƏK İSTƏSƏLƏR KİMSƏ ONLARA GƏLMƏZ. ƏGƏR ÖLSƏLƏR CƏNAZƏLƏRİNƏ KİMSƏ QATILMAZ. ONLAR MALLARINI ARALARINDA BƏRABƏR OLARAQ PAYLAŞARLAR VƏ BİR-BİRLƏRİNİN QƏBİRLƏRİNİ ZİYARƏT EDƏRLƏR, AYRI ŞƏHƏRLƏRDƏ OLSALAR BELƏ İSTƏKLƏRİ HƏMİŞƏ EYNİDİR.” (Gaybetul Numani, səh. 238)
Mehdi camaatının zülm görməsi
Hz. Mehdi (ə.s), hz. Musa (ə.s)-ın fiziki gücünü, hz. İsa (ə.s)-ın ehtişamını, hz. Əyyub (ə.s)-ın səbrini göstərəcək. Gələcəyi zamanda onun seçilənləri (tələbələri) alçaldılacaq. Qorxu onları bürüyəcək. Məhz bunlar mənim dostlarımdır! (Beheyullah: Kitab-ı İkan, Səh: 245)
Onlar Allah yolunda mücahiddirlər və təkəbbür onları kiçik görər. Onların qiyməti dünyada bilinməz, lakin axirətdə yaxşı tanınarlar. ((Muntakab el Ezhar, Səh. 474)
Münafiqlərin Mehdiyə çətinlik çıxarması
Həşim övladlarından bir gənc (hz. Mehdi (ə.s.)) çıxacaq. İnsanları dinə çağıracaq. Ərəblərə də təbliğ edəcək. Onun əleyhdarlarının əksəriyyəti alimlər olacaq. Yazılmış rəvayətlər və köçürülmüş sözlərə baxmayaraq, onlar ancaq öz eqoist arzularını izah edəcəklər. Əgər həqiqətin özü onların həvəslərinə və arzularına zidd düşsə, o zaman söyləyəni imansızlıqla günahlandırarlar və deyərlər ki: “bunlar əvvəlki imamlarımızın izah etdiklərinə müxalifdir, dəyişməz qayda-qanunumuzda bu yoxdur.”
(Beheyullah: Kitab-ı İkan, səh: 241-243)
Əmr ibn Səddan:
XALQI (ZAHİRDƏ) MƏNİM ÖVLADIMA DƏVƏT ETSƏLƏR DƏ, MƏNİM ÖVLADIMDAN UZAQ OLARLAR. BU ELƏ PİS BİR BİRLİKDİR Kİ, ƏXLAQLARI YOXDUR. HAKİMLƏRƏ MÜSƏLLƏT OLURLAR, CABBARLARA FİTNƏNİ ÖYRƏDƏRLƏR, HAKİMLƏRƏ QAN TÖKDÜRƏRLƏR. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 170)