Hz. Mehdi (ə.s) ilk çıxarkən tanınmaz
İmam Rəbbani həzrətləri hz. Mehdi (ə.s)-ın zühurunun əsrin əvvəllərində olacağını bildirmiş, öz dövründə əsrin əvvəlindən on səkkiz il keçmiş olmasına baxmayaraq bu zühurun reallaşmadığını ifadə etmişdir:
Halbuki, bu doğuş, Mehdinin zühuru zamanında olacaq zühur deyil. Çünki, ONUN ZÜHURU, ƏSRİN ƏVVƏLİNDƏ olacaq. Hal-hazırda isə, əsrin əvvəlini, on səkkiz il keçmiş vəziyyətdədir. İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, səh.1184
İmam Rəbbani həzrətlərinin “ONUN ZÜHURU ƏSRİN ƏVVƏLİNDƏ OLACAQ” ifadəsi hz. Mehdinin zühur əlamətlərinin əsrin əvvəllərində reallaşmağa başlayacağı mənasındadır, yoxsa əsr əvvəlində hz. Mehdi (ə.s.) dərhal zühur edəcək, İslam əxlaqı dərhal hakim olacaq və hz. Mehdi (ə.s) görünər-görülməz dərhal xalq tərəfindən tanınacaq mənasında deyil.
Necə ki, İmam Rəbbani həzrətlərinin dediyi kimi HİCRİ 1400-CÜ İLDƏN DÖVRÜMÜZƏ QƏDƏR OLAN 30 İLLİK MÜDDƏT İÇƏRİSİNDƏ HZ. MEHDİNİN ZÜHURU ÜÇÜN PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN BƏHS ETDİYİ BÜTÜN ƏLAMƏTLƏR DEMƏK OLAR Kİ, HAMSI ÇIXMIŞDIR. (Hz. Mehdi (ə.s)-ın çıxış əlamətləri üçün
baxın.
http://www.hazretimehdi.com/cikis.php
İmam Rəbbani həzrətlərinin bu sözündə istifadə etdiyi “BU ANDA BELƏ, ƏSRİN ƏVVƏLİNİ, ON SƏKKİZ İL KEÇMİŞ VƏZİYYƏTDƏDİR.” Ifadəsi də əhəmiyyətlidir. İmam Rəbbani həzrətləri bu sözüylə əgər ki,Mehdi çıxmış olsaydı, kəşf və kəramət sahibi vəli bir insan olaraq özünün də əsr əvvəlindən o ana qədər keçən 18 il içərisində yaşanan zühur əlamətlərinin reallaşdırmasında hz. Mehdini imanın nuru ilə hiss edəcəyini və varlığının fərqində olacağına işarə etmişdir. Halbuki, İmam Rəbbani həzrətlərinin öz dövründə əsrin əvvəlini on səkkiz il keçmiş olmasına baxmayaraq hz. Mehdinin çıxış əlamətləri reallaşmamış, qısacası, hz. Mehdi (ə.s)-da zühur etməmişdir.
Bu səbəbdən, İmam Rəbbani həzrətləri hz. Mehdi (ə.s.) zühur edər etməz islam əxlaqının bütün dünyaya hakim olacağı, qısacası, hz. Mehdi (ə.s)-ın görən hər kəs tərəfindən dərhal tanınacağı istiqamətində bir izah və eyham yoxdur. Ancaq özü kimi dərin elmlərə sahib vəli şəxslərin hz. Mehdi (ə.s)-ı fərqində olacağına diqqət çəkmişdir.
Hz. Mehdi (ə.s) ilk zühur etdiyində hər kəs tərəfindən dərhal tanınmayacağı, xalqın arasında olmasına baxmayaraq bilinməyəcəyi, ancaq KƏŞF VƏ KƏRƏM SAHİBİ VƏLİ İNSANLARIN ONU İMAN nurundan, iman dərinliyini VƏ İMAN heybətindən tanıya biləcəyini Səid Nursi həzrətlərinin ifadələrindən də aydın olur:
Halbuki demişdik: Bu dünya təcrübə meydanıdır. Ağıla qapı açılar, lakin ixtiyarı əlindən alınmaz. Elə isə o eşhas (yəni Axırzamanın vacib şəxsləri –hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)), hətta o müdhiş dəccal belə çıxdığı zaman çoxları, hətta özü də bidayətən (başlanğıcda) dəccal olduğunu bilməz. Bəlkə nuru-imanın diqqəti ilə, o eşhas Axırı-zaman (yəni Axırzamanın vacib şəxsləri hz. Mehdi (ə.s) və hz. İsa (ə.s)) tanıya bilər. (Sözler, səh. 343-344)
(Sözlər, səh. 343-344)
İmam Rəbbani kimi kəşf və kəramət sahibi vəli bir insan olan Bədiüzzaman Səid Nursi həzrətləri Məktubat adlı əsərində hz. İsanın da yenidən dünyaya gəldiyində dərhal hər kəs tərəfindən tanınmayacağına, ancaq yaxınındakı DƏRİN İMANLI TƏLƏBƏLƏRİ TƏRƏFİNDƏN İMANIN NURU İLƏ TANINACAĞINI ifadə etmişdir:
… HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLDİYİ VAXT, hər kəs onun həqiqi İsa, olduğunu bilməyəcək. Onun Müqərrəbin vəhavasıI (dərin imanlı yaxın tələbələri), nuru-iman (imanın işığı) ilə onu tanıyar. Yoxsa bedahet (birdən-birə və açıqca) dərəcəsində hər kəs onu tanımayacaqdır… (Mektubat, səh. 60)
İstər imam Rəbbani həzrətlərinin sözlərində, istər Səid Nursi həzrətlərinin şərhlərində hz. Mehdi (ə.s)-ın zühuru ilə birlikdə islam əxlaqının bütün dünyaya dərhal hakim olacağı, hz. Mehdi (ə.s)-ın dərhal hər kəs tərəfindən tanınacağı mənasını vermir. Hz. Mehdi (ə.s.) zühur etdiyi zaman islam əxlaqı dünyanın dörd bir yanına dərhal hakim olacaq olsa, o zaman hz. Mehdi (ə.s)-ı hər kəs tanıyar və varlığının fərqində olardı.
Elə bir mühitdə hz. Mehdi (ə.s) heç bir çətinliklə qarşılaşmazdı. Halbuki, hz. Mehdi (ə.s)-ın xalq tərəfindən tanınmayacağı hətta bu xüsusiyyəti ilə hz. Yusiflə bənzərlik daşıyacağı, çətinliklərlə və təzyiqlə qarşılaşacağı, hz. Musa kimi öldürülmə, tələ qurulma, nəzarətə alınma, sürgün edilmə kimi hər cür təhlükəylə iç-içə olacağı, qeybətdə yaşayacağı Peyğəmbərimiz (s.ə.v)-in hədislərində də açıq şəkildə bildirilmişdir :
… SONRA HZ. MEHDİ ƏLEYHİSSALAM HZ. YUSİFƏ BƏNZƏMƏKDƏ VƏ ONUN (HZ. MEHDİ (Ə.S) -IN) XALQI GÖRDÜYÜNÜ, AMMA XALQIN ONU (HZ. MEHDİ (Ə.S)) GÖRƏ BİLMƏDİYİNİ VƏ hz. Əlinin də buyurduğu kimi GÖYDƏN NİDA OLUNANADƏK ONUN (HZ. MEHDİ (Ə.S)-IN) TANINMAYACAĞI QƏTİDİR. (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 167)
“Əbu Basir deyər ki: İmam Məhəmməd Baqir əleyhissalamın belə buyurduğunu eşitdim: “Bu QEYBƏTİN (MEHDİNİN) SAHİBİNDƏ DÖRD PEYĞƏMBƏRİN SÜNNƏSİ VARDIR :… Dedim ki: “HZ. YUSİFİN SÜNNƏSİ NƏDİR?” BUYURDU Kİ: “ZİNDAN VƏ QEYBƏT.”… (Şeyh Muhammed b.İbrahim-i Numani, Gaybet-i Numani səh. 190)
İmam Zeyn-ul Abidin aleyhissələm belə buyurmuşdur: “Bizim Qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bir sıra oxşarlıqlar vardır. Nuh, İbrahim, Musa, İsa, Əyyub və Məhəmməd sallallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır. Nuh ilə uzunömürlü olmasında, İbrahim ilə, doğumunun gizli olması (doğumunun evdə olmasında) və xalqdan uzaq olmasında; Musa ilə, qorxu halı (Mehdiyə istiqamətli təhlükələrin çoxluğu; öldürmə, tələ qurma, həbs olunma, nəzarətə alınma, sürgün kimi hər cür təhlükəylə iç-içə olması ilə) və qeybətdə yaşamasında (davamlı gizlənərək yaşamasında);
İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, “Mehdi gələcək”, bir qisminin də “gəlməyəcək”, bir qisminin “Mehdi gələcəkdə gələcək” ya da “gəlmiş keçmişdir” deməsində, bir qisminin isə “Mehdi heç gəlməyəcək” deməsində); Əyyub ilə, bəladan sonra qurtuluşa çatmasında (hz. Mehdiyə də bir çox çətinlik, bəla və dərdlərin gəlməsi; ancaq eyni hz. Əyyub kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla); Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimiz (s.ə.v)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və hırkasının, Mehdinin yanında olmasıyla), bənzərliyi vardır.” (Kemal’ud-Din səh. 322, 31. babin 3-cü hədis)
Sidr – Seyrəfi deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalamdan eşitdim ki: Belə buyurdu: “BU İŞİN SAHİBİNDƏ (HZ. MEHDİ (Ə.S)-DA) YUSİFLƏ BİR BƏNZƏRLİK VARDIR.” Belə dedim: SƏN SANKİ BİZƏ BİR QEYBƏTİ VƏ YA HEYRƏTİ BİLDİRİRSƏN. (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani səh. 189)