İçeriğe geç

İnsanlar, elə güman edirlər ki…. (Ənkəbut surəsi, 2)

İnsanlar, elə güman edirlər ki…. (Ənkəbut surəsi, 2)

Bu ayədə Allah “iman etdim” deyən qullarını dünya həyatında imtahan edəcəyini bildirir. Allah insanlardan həqiqi və səmimi bir iman istəyir. Bu isə insanın yalnız “mən inandım” deməsi ilə əldə edilməz. İnsanın dünyadakı vəzifəsi Uca Allaha və axirətə iman etmək, Quranda ifadə edildiyi şəkildə gözəl əxlaq sahibi bir insan olmaq, Allahın sərhədlərini qorumaq və Onun razılığını qazanmağa çalışmaqdır.

Buna görə hər insan Allaha və Onun dininə həqiqətən inandığını, şeytanın özünü azdırmaq üçün göstərəcəyi bütün səylərə baxmayaraq doğru yoldan dönməyəcəyini göstərməlidir. Eyni şəkildə kafirlərə uymayacağını, öz nəfsinin ehtiraslarını Allahın razılığını qazanmaqdan üstün tutmayacağını doğrultmalıdır.

Bunu isə qarşılaşdığı hadisələrə verdiyi reaksiyalarla ortaya qoyacaq. Allah din əxlaqını yaşamağı qəbul edən insanın qarşısına səbir etməsi lazım olan bəzi çətinliklər çıxaracaq, bunlara qarşı göstərdiyi münasibətlərə görə onu imtahan edəcəkdir.

 

Həqiqət bu ikən mömin qarşısına çıxan hər hadisəyə imtahan gözü ilə baxmalı, Allaha təvəkkül etməli və Onun rizasına uyğun olan rəftarı göstərməlidir. Allah Quranda möminləri qorxu, aclıq, mal, can və məhsullardan azaltmaqla sınayacağını bildirir. (Bəqərə surəsi, 155)

 

Yalnız çətinliklər deyil, dünya həyatındakı nemətlər də Allahın bir imtahanıdır. Allah verdiyi hər nemətlə bərabər insanın Ona şükür edib etmədiyini də sınayar. Nemətlərlə yanaşı Allah insanın qarşısına həyatı boyu qərar verməsi lazım olan bir çox hadisə çıxarar.

Əlbəttə, yaşadıqlarının bir imtahan olduğunun fərqində olan və Allahın razılığına uyğun olduğunu düşündüyü şəkildə qərar verən möminlər bu imtahanı qazanmağı və Allahın Quranda bildirdiyi kimi cənnət həyatı ilə mükafatlandırılmağı ümid edə bilərlər.

 

Dünyadakı imtahan mühitində möminlər vicdanlarının səsini dinləyib, Allahın özlərini sınaqdan keçirdiyini heç bir şəkildə unutmamalıdırlar. Səmimi qəlblə Allaha yönələn bir insan, qarşısına nə cür çətinlik çıxarsa çıxsın, mütləq bir asanlıqla qarşılaşacaq və Allahın izni ilə doğrunu tapacaq.

Bu imtahan dünyasının ən böyük sirlərindən biri iman edənlər üçün mütləq qazancla nəticələnməsidir. Ən böyük qazanclardan biri isə iman edənlərin bu sınaqlar qarşısında göstərdikləri gözəl əxlaq, cəsarət və mətanət, onların axirətdəki qarşılıqlarını və dərəcələrini artırmasıdır.

images (6)

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz