KAİNAT YOXDAN YARADILDI
Yaşadığımız ucsuz-bucaqsız kainatın necə var olduğu, hara doğru getdiyi, içindəki nizam və tarazlığı təmin edən qanunların necə işlədikləri hər dövrdə insanların maraq mövzusu olmuşdur. Elm adamları, mütəfəkkirlər əsrlərdir bu mövzuyla əlaqədar saysız hesabsız araşdırmalar aparmışlar, bir çox nəzəriyyələr çıxarmışlar.
XX əsrin əvvəllərinə qədər hakim olan fikir kainatın sonsuz ölçülərə sahib olduğu, sonsuzdan bəri var olduğu və sonsuza qədər də var olacağı şəklində idi. “Statik kainat modeli” adı verilən bu anlayışa görə, kainat üçün hər hansı bir başlanğıc və ya son söz mövzusu deyildi.
Materialist fəlsəfənin də əsasını təşkil edən bu fikir kainatı sabit və dəyişməz bir maddələr bütünü olaraq qəbul edərkən bir Yaradıcının varlığını da rədd edirdi.
Hər şey, hətta hələ yaradılmamış olan “göylər və yer” belə, tək bir nöqtədə ikən böyük partlama ilə yaradılmış və bir-birlərindən ayrılaraq kainatın bu günkü formasını meydana gətirmişlər.
|
Materializm maddəni mütləq varlıq sayan, maddədən başqa heç bir şeyin varlığını qəbul etməyən bir düşüncə sistemidir. Tarixi qədim Yunanıstana qədər uzanan, amma xüsusilə XIX əsrdə yayılan bu düşüncə sistemi, Karl Marksın dialektika materializmiylə tanınmışdı.
XIX əsrdəki sabit kainat modeli əvvəldə ifadə etdiyimiz kimi materialist fəlsəfəyə zəmin yaratmışdı. Materialist fəlsəfəçi Corc Politzer, bu kainat modelinə söykənərək, “Fəlsəfənin Başlanğıc Qanunları” adlı kitabında “kainatın yaradılmış bir şey” olmadığını qarşıya qoymuşdu və belə demişdi: “Əgər yaradılmış olsaydı, o təqdirdə Allah tərəfindən müəyyən bir anda və yoxdan var edilmiş olmalı idi”.
Politzer kainatın yoxdan var edilmədiyini iddia edərkən XIX əsrin sabit kainat modelinə söykənir və dolayısilə elmi bir iddia ortaya atdığını sanırdı. Halbuki XX əsrdə inkişaf edən elm və texnologiya materialistlərə zəmin yaradan sabit kainat modeli kimi primitiv anlayışları kökündən silmişdir.
XXI əsrin astanasında olduğumuz bu dövrdə kainatın bir başlanğıcı olduğu, yox ikən bir anda böyük bir partlayışla yaradıldığı müasir fizika tərəfindən xeyli təcrübə, müşahidə və hesabla isbat edilmişdir.
Ayrıca, kainatın materialistlərin iddia etdikləri kimi sabit və dəyişməz olmadığı, tam tərsinə daimi bir hərəkət və dəyişmə içində olduğu, genişlədiyi müəyyən olunmuşdur. Bu gün bu həqiqət bütün elm dünyası tərəfindən qəbul edilir.
İndi də bu çox əhəmiyyətli həqiqətlərin elm dünyası tərəfindən necə ortaya çıxarıldığından bəhs edək:
1929-cu ildə Kaliforniya Mount Vilson müşahidə evində Amerikalı astronom Edvin Habl istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən ulduzların uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru yaxınlaşan bir işıq yaydıqlarını təyin etdi. Bu kəşf elm dünyasında böyük bir əks-səda yaratdı.
Çünki bilinən fizika qaydalarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işıqların spektri bənövşəyi istiqamətə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıqların spektri də qırmızı istiqamətə doğru dəyişər. Hablın müşahidələri əsnasında isə ulduzların işıqlarında qırmızıya doğru bir dəyişmənin fərqinə varılmışdı. Yəni ulduzlar bizdən daimi olaraq uzaqlaşır.
Habl çox keçmədən çox əhəmiyyətli bir şeyi daha kəşf etdi: Ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birlərindən də uzaqlaşırdılar. Hər şeyin bir-birindən uzaqlaşdığı bir kainat qarşısında gəlinə biləcək tək nəticə kainatın hər an “genişləməkdə” olduğu idi. Mövzunu daha yaxşı anlamaq üçün kainatı şişirilən bir şarın səthi kimi düşünmək mümkündür. Şarın səthindəki nöqtələrin şar şişdikcə bir-birlərindən uzaqlaşmaları kimi kainatdakı cisimlər də kainat genişlədikcə bir-birlərindən uzaqlaşırlar.
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)
Əslində bu həqiqət daha əvvəl də nəzəri olaraq kəşf edilmişdi. Əsrin ən böyük elm adamı sayılan Albert Eynşteyn nəzəri fizika sahəsində etdiyi hesablamalarla kainatın sabit ola bilməyəcəyi nəticəsinə varmışdı. Lakin o dövrün hamılıqla qəbul edilən sabit kainat modeli ilə tərs düşməmək üçün bu kəşfini bir kənara buraxmışdı.
Eynşteyn daha sonra bu hərəkətini “karyerasının ən böyük səhvi” olaraq adlandıracaqdı. Daha sonra Hablın müşahidələriylə kainatın genişlədiyi qəti olaraq qəbul edildi. Bəs kainatın genişləməsinin kainatın əmələ gəlməsi mövzusundakı əhəmiyyəti nə idi?
Kainatın genişlənməsi daha vacib bir həqiqəti də göstərirdi: kainat genişləndiyinə görə, zaman ərzində geriyə doğru getdikdə kainatın bir nöqtədən genişlənməyə başladığı ortaya çıxırdı. Aparılan hesablamalar nəticəsində isə bu tək nöqtənin sıfır həcmə malik olması aydınlaşırdı. Elə kainat da bu nöqtənin partlaması nəticəsində ortaya çıxmışdı. Bu partlayışa “Big Bang”, yəni “Böyük Partlayış” adı verildi.
Əslində bu partlayan nöqtənin sıfır həcmə malik olması ifadəsi nəzəri olaraq istifadə edilir. Çünki sıfır həcm ifadəsinin qarşılığı “yoxluq” deməkdir. Yəni kainat yoxluqdan yaranmışdır. Ən doğru şəkildə ifadə etsək, “yoxdan yaradılmışdır”. «Big Bang» nəzəriyyəsi yoxdan yaradılma həqiqətini açıq-aşkar göstərir.
Müasir fizikanın ancaq bu əsrin sonlarına doğru çatdığı bu böyük həqiqət Quranda bizə 14 əsr əvvəldən belə xəbər verilməkdə idi:
O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir. (Ənam surəsi, 101)
Bilindiyi kimi Big Bang nəzəriyyəsi başlanğıcda kainatdakı bütün cisimlərin bir yerdə olduqlarını və sonradan ayrıldıqlarını göstərmişdir. Big Bang nəzəriyyəsinin ortaya qoyduğu bu həqiqət də, dövrümüzdən tam 14 əsr əvvəl insanların kainat haqqındakı məlumatlarının son dərəcə məhdud olduğu bir dövrdə yenə Quranda belə bildirilirdi:
Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar? (Ənbiya surəsi, 30)
Yəni hər şey, hətta hələ yaradılmamış olan “göylər və yer” də tək bir nöqtədə ikən böyük partlama ilə yaradılmış və bir-birlərindən ayrılaraq kainatın bu günkü formasını meydana gətirmişlər. Ayənin ifadələrini Big Bang nəzəriyyəsi ilə müqayisə etdiyimizdə tam bir uyğunluq göstərdiklərini müşahidə edərik. Halbuki, Big Bangin elmi bir nəzəriyyə olaraq ortaya atılması ancaq XX əsrdə mümkün olmuşdur.
Kainatın genişlənməsi Böyük Partlayış nəzəriyyəsinin yəni, kainatın yoxdan var edildiyinin ən mühüm dəlillərindən biridir. Kainat yaradıldığından bəri davam edən bu həqiqət müasir elm tərəfindən ancaq bu əsrdə kəşf edildiyi halda Quranda bu həqiqət yenə bundan 14 əsr əvvəl xəbər verilmişdir:
Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zəriyət surəsi, 47)
Açıqca görüldüyü kimi, Böyük Partlayış nəzəriyyəsi kainatın “yoxdan var edildiyinin” yəni, Allah tərəfindən yaradıldığının isbatı idi. Big Bangin bu zəfəri ilə birlikdə materialist fəlsəfənin təməli olan “əzəli maddə” anlayışı da tarixə qarışmış oldu. Bəs o zaman Big Bangdən əvvəl nə vardı və “yox” olan kainatı bu böyük partlama ilə “var” edən güc nə idi? Əlbəttə ki, bu sual bir Yaradıcının varlığını göstərir. Məşhur ateist fəlsəfəçi Antoni Flev bu mövzuda bunları söyləyir:
“Etiraf etməyin insan ruhuna ən yaxşı təsir verdiyini söyləyərlər. Mən də bir etiraf edəcəyəm: Big Bang modeli bir ateist baxımından olduqca sıxıntı vericidir. Çünki, elm dini qaynaqlar tərəfindən müdafiə olunan bir iddianı sübut etmişdir:
Kainatın bir başlanğıcı olduğu iddiasını. Yalnız kainatın bir sonunun və başlanğıcının olmadığını qəbul edəcəyimiz müddətcə, kainatın bu ankı varlığının mütləq bir açıqlama olduğunu müdafiə edə bilərik. Mən hələ də bu izaha inanıram, amma bunu Big Bang qarşısında müdafiə etməyin çox asan və rahat bir vəziyyət olmadığını etiraf etməliyəm. ”
Özünü ateist olmaq üçün kor-koranə şərtləndirməyən bir çox elm adamı isə, kainatın yaradılışında sonsuz güc sahibi bir Yaradıcının varlığını qəbul etmişdir. Bu Yaradıcı, həm maddəni, həm də zamanı yaratmış olan yəni, hər ikisindən də müstəqil bir varlıq olmalıdır. Məşhur Amerikalı astrofizik Hyu Ross bu həqiqəti belə açıqlayır:
“Əgər zaman və maddə partlayışla birlikdə ortaya çıxıbsa, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə müstəqil olmalıdır. Bu bizə Yaradıcının kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir. Eyni zamanda Yaradıcının bəzi insanların müdafiə etdiyi kimi kainatın özü olmadığını və kainatı bürüdüyünü, təkcə kainatın içindəki bir güc olmadığını sübut edir.”
Bu elm adamının da söylədiyi kimi maddə və zaman bütün bu anlayışlardan müstəqil olan sonsuz güc sahibi bir Yaradıcı tərəfindən var edilmişdir. O Yaradıcı, göylərin və yerin Rəbbi olan Allahdır.