ALLAHIN KÖMƏYİ VƏ QƏLƏBƏ GƏLDİYİ ZAMAN, İNSANLARIN DƏSTƏ-DƏSTƏ ALLAHIN DİNİNƏ GİRDİKLƏRİNİ GÖRDÜKDƏ HƏMD İLƏ RƏBBİNİ TƏRİFLƏ VƏ ONDAN BAĞIŞLANMAĞINI DİLƏ. HƏQİQƏTƏN, O, TÖVBƏLƏRİ QƏBUL EDƏNDİR! (NƏSR SURƏSİ, 1-3)
“Allahın köməyi və qələbə gəldiyi zaman …”
Allah ayənin bu hissəsində din əxlaqının hakim olması, müsəlmanların yaşadığı çətinliklərin, əziyyətlərin sona çatması, dünyanın hüzura və barışa qovuşması üçün kömək və zəfər göndərəcəyini müjdələyir. Peyğəmbərimiz (s.ə.v)-in risaləti ilə birlikdə Allaha iman edən insanlar bütpərəst və hər cür digər dinsiz ideologiyaların cəmiyyətdəki hakimiyyətindən xilas olmuşlar. İslam dini bütün Ərəbistan yarımadasında və sonra isə həm şərqdə, həm də qərbdə yayılmışdır.
Peyğəmbərimiz (s.ə.v) axırzamanda Allahın Ərəbistan yarımadasında vəsiləsiylə din əxlaqını bütün dünyada hakim edəcəyini hədislərində bildirmişdir. Bu istiqamətiylə ayə hz. Mehdi (ə.s)-a da işarə edir. Çünki hədislərdə hz. Mehdi (ə.s)-ın dünyanın dörd bir yerini fikirlə fəth edəcəyini, bütün dünyada dinsiz axınları təsirsiz hala gətirib din əxlaqının hakim olmasına, Allaha iman edən gözəl əxlaqlı bir cəmiyyət meydana gəlməsinə vəsilə olacağı xəbər verilir.
“Hz. Mehdi mənim övladlarımdandır …Yeraltındakı xəzinələri çıxaracaq vəşirk diyarlarını fəth edəcək.”
(Beklenen Mehdi’nin Alametleri, Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), sf. 26)
Mənəsfarla vuruşmadıqca dünya getməz, qiyamət qopmaz. Onlarla savaşmaq üzrə, Allah yolunda döyüşən, laimin levmindən (başqalarını pisləyən insanlardan) çəkinməyən, möminlərin seçmələrindən olan əhli Hicaz yola çıxacaq vəKonstantinopol ilə Rumuya (Romanı) təsbih və təkbirlə fəthedəcəklər… O şəhərin divarları bir-bir yıxılacaq …”
(İbni Mace ve Hakim..)
“Hz. Mehdi Rumistanı 4 təkbirlə fəth edəcək …”
(Beklenen Mehdi’nin Alametleri, Ahmet İbn-i Hacer-i Mekki (Heytemi), sf. 32)
Hz. Mehdi bərabərində Peyğəmbərimizin bayrağı, köynəyi və bir çox əlamətləri olduğu halda şam vaxtında Məkkədə ortaya çıxar. Nurludur və yanında şahidləri vardır…Daha sonra Hicazı fəth edəcək …Ondan sonra dünyanı fəth etmək üçün bu ordunu müxtəlif yerlərə göndərəcək.
(Beklenen Mehdi’nin Alametleri, Ahmed ibn-i Hacer-i Mekki (Heytemi)
2.
“… insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə …”
Peyğəmbərimiz (s.ə.v.) dövründə İslam dini həqiqətən də bütün Ərəb yarımadasında yayılmışdır. Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı dövrlərdə də İslam dininin yayılması davam etmişdir. İnsanlar 4 xəlifə dövründə də İslam dininə yönəlməyə davam etmişlər. Ancaq ayə digər bir istiqamətdə hz. Mehdi (ə.s)-ın vəsiləsiylə İslam dininin bütün dünyaya yayılmasına, onun dövründə müsəlman olanların sayının çox sürətli bir şəkildə artmasına da işarə edir. Bilindiyi kimi hz. Mehdi (ə.s)-ın üç vəzifəsi olacaq. Ustad Səid Nursi həzrətləri bu vəzifələrin ən əhəmiyyətlisinin, darvinizm və materializm kimi Allahın varlığını inkar edən fəlsəfələrin fikri sistemini yıxaraq insanların imanını qurtaracağına vəsilə olacağını bildirmişdir:
Birincisi: “ …FƏN VƏ FƏLSƏFƏNİN TASALLUTİYLƏ (TƏSİRİYLƏ) VƏ MADİYYUN (MATERİALİZM) VƏ TABİYYUN (TƏBİƏTÇİLİK İNANCININ) BƏŞƏR İÇİNDƏ İNTİŞAR ETMƏSİYLƏ (YAYILMASIYLA) HƏR ŞEYDƏN ƏVVƏL FƏLSƏFƏNİ VƏ MADDİNİN FİKRİNİ (MATERİALİST DÜŞÜNCƏNİ) TAM SUSDURACAQ BİR TƏRZDƏ İMANI QURTARMAQDIR.” (Emirdağ Lahikası, mektup sf. 337)
Ümmətin gözlədiyi,AXIRZAMANDA GƏLƏCƏK ŞƏXSİN ÜÇ VƏZİFƏSİNDƏN ƏN MÜHÜMÜ (ƏHƏMiYYƏTLİSİ), ƏN BÖYÜYÜ VƏ ƏN QİYMƏTLİSİ OLAN İMAN-I TƏHQİQİNİ (HƏQİQİ İMANI) NƏŞR(YAZMA VƏ PAYLAMA YOLUYLA YAYMAQ)VƏ ƏHLİ İMANI(İMAN EDƏNLƏRİ) DƏLALƏTDƏN (AZĞINLIQDAN) QURTARMAQ …(Sikke-i Tasdik-i Gaybi, s. 9)
Hz. Mehdi (ə.s) bu vəzifələrini yerinə yetirdiyində bütün dünya səviyyəsində böyük bir oyanış olacaq və insanlar axın-axın İslam dininə girəcəklər. Ayrıca, yenə axırzamanda nüzul edəcək olan hz. İsa (ə.s)-ın vəsiləsiylə xristianlar da üçləmə inancını tərk edib, İslam dinini qəbul edəcəklər.
“… həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. …”
Allah Peyğəmbərimiz (s.ə.v)-ə və iman edən hər kəsə, belə böyük bir fəth və imani inkişaf gördüklərində Allaha şükür etmələrini əmr etmişdir. Axırzamanda hz. İsa (ə.s) və hz. Mehdi (ə.s) vəsiləsiylə İslam əxlaqının böyük dünya hakimiyyətinə şahid olanlar: ateizmin, kommunizmin, darvinizmin, materializmin və digər bütün dinsiz axınların tam mənasıyla məğlub olduğunu gördüklərində bunun Allahın vəd etdiyi kömək və zəfər olduğunu anlayacaqlar.