Ali İmran surəsi, 199-cu ayə:
“Həqiqətən, Kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir”.
“Şübhəsiz, Kitab Əhlindən, Allaha; sizə endirilənə və özlərinə endirilənə -Allaha dərin hörmət göstərənlər olaraq- inananlar vardır”. İnsanlardan bəziləri deyir ki, belə şey olmaz, inana bilməz. “Əgər bir adam xristiandırsa bir daha müsəlman ola bilməz, massondursa bir daha müsəlman ola bilməz, yəhudidirsə bir daha müsəlman ola bilməz” deyirlər. Allah isə inanarlar deyir. Siz İslamı yer üzündən silməyəmi cəhd göstərirsiniz, nə edirsiniz? İslamı dünyaya hakim etməyə cəhd göstərmək yerinə, İslamı silməyə cəhd göstərən bir üslub istifadə edirsiniz.
Ənfal surəsi, 39-cu ayə
“Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlarla vuruşun! Əgər şirkə son qoysalar, bilsinlər ki, Allah onların etdiklərini görür”.
Allah cihad edin deyir, yəni cəhd (səy) göstərin. Allah “vuruşun” deyərkən asıb-kəsin, qətl törədin demir. Şeytandan Allaha sığınıram: “Din Allaha məxsus olana qədər, fitnə yer üzündən qalxana qədər onlarla mübarizə edin”. Din dünyada Allaha məxsus oldumu? Fitnə yer üzündən qalxdımı? Qalxmadı. Allah “mübarizə edin” deyir. “Bütün din”, yəni Cənab Allah bütün dünya üçün söyləyir. Bütün dünyada fitnə qalmaması nə deməkdir? Quran yaşanmırsa, Deməli, fitnə vardır. Allah : “Bunu izah edəcəksiniz, etməsəniz harama girmiş olarsınız” deyir. Bəzi insanlar nə deyir? Yox, ehtiyac yoxdur deyirlər.
Ali İmran surəsi, 104-cü ayə:
“Sizdən xeyirə çağıran, yaxşılığı (marufu) əmr edən və pislikdən (münkərdən) çəkindirən bir topluluq olsun. Qurtuluşa qovuşanlar da bunlardır.
“Münkərdən çəkindirən”―Yəni nəhy-i anil münkər, əmri bil maruf. Bunu edən müsəlmanlar olsun, deyir Cənab Allah. Digərləri də zəmin hazırlayırlar, yəni hazırlıq edirlər. Digər ehtiyaclarla maraqlanırlar. Yəni bu bütün müsəlmanların üzərinə fərzdir, amma hamısı birdən təbliğ edə bilməyəcəyi üçün, bir qismi digər ehtiyacları ilə maraqlanacaqları üçün Allah, bu şəkildə bir əmək bölgüsünü müsəlmanlara söyləmişdir. Təbliğ bütün müsəlmanlar üçün fərzdir. Hamısı təbliğ etməlidir.
Nəhl surəsi, 125-ci ayə:
“İnsanları Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır”.
Buradakı ayədə təbliğin fərz olduğu açıq şəkildə görülür. Allah “Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et” deyir. Kimi? Bütün müsəlmanları. Rəbbin yolu nədir? Quran.
Ali İmran surəsi, 142-ci ayə:
Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?
Deməli, cəhd etmək fərzdir. Bunu etməyənlər hara gedir? Cəhənnəmə gedir. Cənnətə girmək üçün cəhd etmək, Allahın dinini yaymaq, izah etmək fərzdir.
Hucurat surəsi, 15-ci ayə:
“Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır”.
Malları ilə və canları ilə cəhd edir, dini yayır. “Sadiq və doğru olanlar”. Deməli, o biriləri sədaqətsiz və yalançı olmuş olur. Doğru olanlar da bu gözəl vəzifəni yerinə yetirənlərdir.
Tövbə surəsi, 19-cu ayə:
“Doğrudanmı siz hacılara su verməyi və Məscid-ül Haramı abadlaşdırmağı Allaha və axirət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Bilin ki, onlar Allah Qatında bərabər sayılmırlar. Allah zülm edən qövmə hidayət verməz”.
Allah yolunda edilən cihadı, yəni cəhdi, səyi Allah ən üstün sayır, ən əhəmiyyətli vəzifə olaraq görür. Müqayisə olmaz, deyir.
Tövbə surəsi, 24-cü ayə:
De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allahın əmri ilə gəlincəyə qədər gözləyin. Allah fasiqlər toplusuna hidayət verməz ”.
“De ki: “Əgər atalarınız, uşaqlarınız, qardaşlarınız, yoldaşlarınız, tayfanız…“―evlənmək, oğul-uşaq, gəlin və s. “Qazandığınız mallar, az qazanc gətirəcəyindən qorxduğunuz ticarət və xoşunuza gələn evlər, sizlərə Allahdan, Onun rəsulundan və Onun yolunda cihad etməkdən daha sevimlidirsə” ―Onun yolu nədir? Quran yoludur. İslamı yaymaqdan daha xeyirlidirsə deyir Allah. “Allahın əmri ilə gəlincəyə qədər gözləyin” . Yəni Allah başınıza bəla gətirənə qədər gözləyin. “Allah fasiqlər toplusuna hidayət verməz”
Ənkəbut surəsi, 6-cı ayə:
“Kim cihad edərsə (Allah yolunda, haqq uğrunda) ancaq öz nəfsi üçün cihad edər (cihadın savabı onun özünə yetişər). Allah aləmlərdən müstağnidir”.
Allah “Cənab Allahın sizin cihadınıza, yəni səyinizə ehtiyacı yoxdur” deyir. Cihad fərzdir, amma Allahın ehtiyacı yoxdur.
Ənkəbut surəsi, 69-cu ayə:
“Bizim uğrumuzda cihad edənlərə, şübhəsiz, yollarımızı göstərərik”. Həqiqətən, Allah ehsan edənlərlə bərabərdir”.
“Bizim uğrumuzda cihad edənlərə, şübhəsiz, yollarımızı göstərərik”. Allah pul da verir, imkan da verir, insanlar da verir, kitablar verir. Yetər ki, siz cihada, cəhdə, İslamı yaymağa cəhd göstərin deyir. “Həqiqətən, Allah ehsan edənlərlə bərabərdir. ”Ehsan nədir? Allah yolunda həyatını, gəncliyini, pulunu, malını, mülkünü ehsan edir, İslamı yayır. Müsəlmanın xüsusiyyətidir.
Tövbə surəsi, 41-ci ayə:
“Ağırlı-yüngüllü (qocalı-cavanlı, atlı-piyada, güclü-gücsüz, dövlətli-kasıb) hamınız cihada çıxıb malınız və canınızla Allah yolunda vuruşun! Bilsəniz bu sizin üçün nə qədər xeyirlidir!
Malınız və canınızla Allah yolunda vuruşun, yəni əsrimizə görə kitab, CD-lər, sənədlər ilə gedib təbliğ edilməlidir. Cəhd budur. Cəhd göstərin.
Nəhl surəsi, 110-cu ayə:
“Sonra, həqiqətən, Rəbbin işgəncəyə məruz qaldıqdan sonra hicrət edənləri, daha sonra cihad edib səbr edənləri (dəstəkləyəndir). Şübhəsiz, sənin Rəbbin bundan sonra da bağışlayandır, əsirgəyəndir.
Deməli, müsəlman işgəncəyə də məruz qalır, iztirab da, acı da çəkir, amma bunlara baxmayaraq yenə cihad edir. İşgəncəyə məruz qalsa belə, cihaddan imtina etmir. Təbliğə davam edir. Cihad demək, cəhd göstərmək İslamı yaymaq deməkdir. Bu, müsəlmanın xüsusiyyətidir.
Təhrim surəsi, 9-cu ayə:
“Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! Onlarla sərt davran! Onların sığınacağı yer cəhənnəmdir. Ora necə də pis dönüş yeridir!”
Münafiqlərə sərt davran. Zəif davranılmamalıdır. Sərt deyərkən üzünü-gözünü yarmaq nəzərdə tutulmur. Yəni qərarlı və güclü fikri mübarizə aparmaq deməkdir. Əsrimizdə təbliği necə etməliyik? Kitablar, CD-lər, elmi sənədlər, elmə aid hər şey ola bilər. Yəni çox güclü, çox qərarlı bir fikri mübarizədən bəhs edir Cənab Allah.
Maidə surəsi, 67-ci ayə:
“Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz”.
Bu ayə peyğəmbərimiz (s.ə.v)-ə aid bir ayədir. Bu ayədə Allah Təala peyğəmbər (s.ə.v)-ə sən təbliğ et deyir, o birilərinə də “ey möminin və müminat” deyərək müsəlmanlara xitab edir.
Nisa surəsi, 165-ci ayə
“Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir”.
Bu ayə elçilərin vəzifəsi ilə əlaqədardır. Onlar da təbliğlə vəzifəlidirlər.
Tövbə surəsi, 67-ci ayə:
“Münafiq kişilər və münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar insanları pis işlər görməyə vadar edir, yaxşı əməllərə qadağa qoyur və xəsislik göstərirlər. Onlar Allahı unutdular. Allah da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar”.
Münafiq kişilər və münafiq qadınlar, bəzisi bəzisindəndir, pisliyi əmr edərlər, yaxşılıqdan saxlayarlar, çəkindirərlər. Münafiqlər də fəaliyyətdədir. Nə edirlər? Onlar da pisliyi əmr edir. Müsəlmanları təhqir edir. O da əxlaqsızlığın təbliğatını edir. Yəni münafiqlər Quranın hökmlərini dəyişdirməklə vəzifəlidirlər. Allah buyurduğunun tam əksini edərlər. Mömin isə Quranın haqqını verir. Qurandakı hökmləri izah edir. Münafiqlər də tam əksini təbliğ edirlər. Münafiqlər hal-hazırda radiolardan, televiziyalardan etmirlərmi? Edirlər. Möminlər nə edir? Onlar da əks təbliğ edirlər. Quranın möcüzələrini, Quranın həqiqətlərini, iman həqiqətlərini, Quranın gözəl hökmlərini insanlara izah edirlər və bütləri qırırlar, Darvinizmi, materializmi yerlə-yeksan edirlər. “Onlar Allahı unutdular. O da onları unutdu. Həqiqətən, münafiqlər günahkardırlar. Allahı unudur. Allahdan bəhs etməz.
Tövbə surəsi, 44, 45, 46-cı ayələr:
Allaha və axirət gününə iman gətirənlər Allah yolunda malları və canları ilə cihad etmək üçün səndən izn istəməzlər. Allah müttəqiləri tanıyır. Ancaq Allaha və axirət gününə iman gətirməyən və qəlbi şəkk-şübhəyə düşənlər döyüşə getməmək məqsədilə səndən izn istəyirlər. Onlar öz şübhələri içində tərəddüd edirlər. Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı. Onlara: “Evdə oturanlarla bərabər siz də oturun!” deyildi”.
Münafiqlər nə edir? Qaçacaq yol axtarır. Malı ilə, canı ilə şəxsən bədəni ilə, ağlı ilə, gəncliyi ilə İslamı təbliğ etməmək üçün bəhanə axtarır. Münafiqlər: “Bu peyğəmbər (s.ə.v)-in vəzifəsidir, o etsin bizə nə, bizi maraqlandırmaz” deyirlər. Cənab Allah ayədə belə münafiqlərə işarə edir. Bəhanə gətirməsin, istəmirsə açıq şəkildə söyləsin“. Əgər onlar döyüşə çıxmaq istəsəydilər, mütləq ona hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onları saxladı “(Onlara) Siz də oturanlarla birlikdə oturun” deyildi”. Yəni təbliğə, İslamı yaymağa, cəhdə getmələrini istəmədi. Bunların cihad etmək niyyəti yoxdur, cihad etmək istəmir. Bunların maraqları evlənmək, yemək, içməkdir.
Tövbə surəsi, 81-ci ayə:
Döyüşə getməyib arxada qalanlar Allahın Elçisinin əleyhinə çıxaraq evdə qalmalarına sevindilər. Onlar Allah yolunda öz malları və canları ilə cihad etmək istəmədilər və: “Bu istidə döyüşə çıxmayın!” – dedilər. De: “Cəhənnəm odu bundan da hərarətlidir!” Kaş başa düşərdilər.
Bəziləri bu ayələrin keçmişə aid olduğunu söyləyir. Halbuki, ayələr qiyamətə qədər keçərlidir.
Bəqərə surəsi, 62-ci ayə:
İman gətirənlərdən (müsəlmanlardan), musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən Allaha və axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı Rəbbləri Qatındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər.
Deməli, Sabiilərdən, xristianlardan, müsəlmanlardan iman edənlər olduğunda biz bu adama “Niyə iman etdin?” deyə bilmərik. Əksinə sevinərik. Niyə? Çünki Quranın hökmünə görə ağıllı olan müsəlman bu şəkildə davranar. Niyə müsəlman oldun, niyə namaz qıldın, niyə oruc tutdun deyilərmi? Məsələn, xristianlar oruc tutur, “Niyə oruc tutursan?” deyir. Məscidə gedir, “Niyə məscidə gəldin?” deyir. Quran oxuyur, “Niyə Quran oxuyursan?” deyir. Qurana əks bir üslub istifadə etmiş olursan.
“Yəhudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.” (Maidə Surəsi, 82 )
Allah: “Müsəlmanlara ən yaxın olaraq xristianlarıq deyənləri görərsiz” -deyir. Bunu bəziləri qəbul etmirlər. Bu ayə, Allahın ayəsidir. Sən bu ayəni qəbul etməzsənsə müsəlman olmazsan ki. “Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər.” Allah onları bəyənir, rahiblər və keşişlərin eqoist olmadıqlarını deyir.
Maidə surəsi, 83-cü ayə:
“Allahın elçisinə nazil ediləni dinlədikləri zaman haqqı bildiklərinə görə onların gözlərinin yaşla dolduğunu görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi də şahidlərlə bir yerə yaz!”.
Allah sevinclərindən ağlayarlar deyir. Bəziləri namaz qılırlar deyə narahat olurlar. Olmaz.
Ənkəbut surəsi, 46-cı ayə:
“İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mücadilə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də İlahımız, sizin də İlahınız birdir. Biz yalnız Ona itaət edirik”.
Allah bütün müsəlmanlara xitab edir. Müsəlmanlara “xristianlarla əlaqədə olun, danışın, gözəl davranın, sərt davranmayın” deyir. Eyni Allaha inanırıq deməli, Allahın birliyinə dəvət etməliyik. Massonların da iddiası budur: eyni Allaha inanırıq, İslamın haqq din olduğuna inanırıq, deyirlər. Onlara Quran hədiyyə etdik, bütün masson lojalarına Quran qoydular. Quranı müdafiə etmələri, sevmələri çox gözəldir.
Ali imran surəsi, 64-cü ayə:
De: “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə (tövhidə) gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!”.
Allah təbliğin necə olamasını göstərir. Görüşün, təbliğ edin. Təbliğ edərkən də gözəl danışın, mehriban, şəfqətli davranın deyir. Allah müsəlmanlara xristian xanımlarla evlənin, deyir. Xristianlardan sevgi görəcəksiniz, deyir.
Nəml surəsi, 18-ci ayə:
“Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və onun qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”.
Hz.Süleyman öz dövrünün lideri idi, orduları var və orduların lideri idi. Yəni müsəlmanların bir başçısı var idi. Qarışqaları da idarə edən bir qarışqa başçı var. Deməli, müsəlmanların da başçısı olması lazımdır. Heyvanların belə başçısı var, böcəklərin belə, qarışqaların belə başçısı var. Allah müsəlmanların da başçısı olmasının lazım olduğunu göstərir.
Nəml surəsi, 23-cü ayə:
“Həqiqətən, Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm” .
Baxın, ayədə hökm etməkdə olan bir qadın, qadın lider. Buradan da qadından lider olduğunu görmüş, bilmiş oluruq. Bəzi fanatiklər deyirlər ki, “Qadından lider olmaz”. Allah Quranda qadının lider olacağını göstərir. “Və hökm etməkdə olan bir qadın”. Deməli, əcəmiyyətin başçısı var. Ayənin davamında Allah, onlar Günəşə sitayiş edirlər deyə buyurur, onların belə başçısı var. Allah hər cəmiyyətin mütləq bir başı olduğunu göstərir.
Nəml surəsi, 32-33-cü ayələr:
Qadın dedi: “Ey əyanlar! Bu iş barəsində mənə məsləhət verin. Mən heç vaxt siz yanımda olmayınca qəti qərar verməmişəm”. Onlar dedilər: “Biz böyük bir qüvvət və qüdrət sahibiyik. Buyuruq isə sənindir. Nə buyuracağını özün fikirləş!”
Allah dövlət başçısının, dövlət idarəçisinin necə olacağını göstərir. Müşavirə etməli, əmrində qüvvət olmalıdır. Lakin əmrindəki qüvvət, müşavirə edildikdən sonra son hökmü, qərarı ona buraxırlar. Qərar vermə səlahiyyəti onundur. Quran, liderliyin necə olması lazım olduğunu göstərir. Allah mütləq bir lider olması lazımlılığını göstərir.
Nəml surəsi, 34-cü ayə:
“Qadın dedi: Hökmdarlar hər hansı bir məmləkətə soxulduqları zaman onu viran qoyar, xalqının hörmətli adamlarını da zəlil edərlər. Onlar bax belə edərlər”.
İstər keçmiş, istər yeni dövrlərdə olsun, döyüş olanda oradakı insanlar əgər döyüşü qazansalar oranın başçılarını çətin vəziyyətə salıb, qürurlarını qırır, hörmətdən salırlar. Quran o mövzuya diqqət çəkir.
Tğvbə surəsi, 33-cü ayə:
“Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz elçisini hidayətlə və haqq din ilə göndərən Odur”.
Ayədə izah edilən nədir? Dünya hakimiyyəti, inkar edilə bilməyəcək şəkildə dəqiq dünya hakimiyyəti. Müşriklərin kimlər olduğunu bilirsinizmi? Xurafatçılar. Müşrik Quranı qeyri-kafi sayanlar, Allahın hökmünə hökm qatanlardır. Allah: “Müşriklər istəməsə belə” deyir. Kommunist müşriklər də var, İslamı müdafiə etdiyini iddia edən müşriklər də var. Quran onların bu fəaliyyətdə olanlarına işarə edir. Allah: “Onlar istəməsə belə, İslamı dünyaya hakim edəcəyəm” deyir. İslamı dünyaya hakim etdikdə nə olur? Müsəlmanların bir başçısı olması lazımdır, elə deyilmi? Xristianların bir başçısı olacaq, massonların olacaq, hər kəsin olacaq, heyvanların, qarışqanın belə başçısı olacaq, lakin müsəlmanların olmayacaq? Müsəlmanların da bir başçısı var. O da hz.Mehdi (ə.s)-dır, inşaAllah.
Qəsəs surəsi, 5-6-cı ayə:
“Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək, yer üzündə onlara hökmranlıq bəxş edək, Firona, Hamana və onların əsgərlərinə qorxub çəkindikləri şeyi göstərək
Allah əzilən müsəlmanları, çətin vəziyyətdə olan müsəlmanları dünya hakimi, lider edəcəyəm deyir. Lider nə deməkdir? İdarə edən, başçı.
Ənbiya surəsi, 106-cı ayə:
“Həqiqətən, bunda (Quranda) ibadət edənlər üçün bir bildiriş vardır”.
Allah “Əgər səmimi müsəlmandırsa, Quranda lazımlı mesajı verdim” deyir. Allah dünya hakimiyyətinin sirlərini də verdiyini açıqlamış olur.
Əraf surəsi, 137-ci ayə:
“Musa ilə olan zəif qövmü isə yer üzünün xeyir-bərəkət verdiyimiz şərq və qərb bölgələrinə varislər təyin etdik”.
Allah burada da yenə, dünyaya hakim olacaqsınız, deyir. Allah bir sərhəd qoymur. Müqəddəs olan diyarların şərqinə də, qərbinə də, hər tərəfinə müsəlmanları hakim edəcəyəm, deyir.
Sad surəsi, 26-cı ayə:
“Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver”.
Yer üzündə xəlifə, yəni lider. Hz.Davud (ə.s) o dövrün ən güclü, siyasi, müsəlman lideri idi. O dövrdə İslam dünyaya hakim idi. Ümumi mənada ən güclü quruluşda idi. Hərçənd o dövrdə də küfr edən qruplar var idi, amma hz.Davud (ə.s), hökuməti və dövləti ən güclü idi. Hz.Davud (ə.s) müsəlmanların lideri idi.
Əraf surəsi, 69-cu ayə:
“Yoxsa sizi qorxutmaq üçün öz aranızdan olan bir kişinin vasitəsi ilə Rəbbinizin sizə öyüd-nəsihət verməsinə heyrətmi edirsiniz? Yadınıza salın ki, O, sizi Nuh qövmündən sonra xələflər təyin etdi və sizi xilqətcə daha qüvvətli etdi. Allahın nemətlərini xatırlayın ki, bəlkə nicat tapasınız”.
Məsələn, Nuh (ə.s) dövründə müsəlmanların lideri var idi. Müsəlmanlar tək qrup idi, məzhəbləri, camaatları yox idi. Bir müsəlman qrupu var idi. Hz.Nuh da onların lideri idi. Müsəlmanlar lidersiz deyildi. Hz.İbrahim (ə.s) dövründə də bir qrup var. Camaatlar, məzhəblər, təriqətlər yox idi. Hz.Musa (ə.s) dövründə də, nə məzhəb, nə camaat, nə təriqət heç bir şey yox idi. Tək müsəlman birliyi var idi. Bir lider var, o da hz.Musa (ə.s). Parçalanmalar, bölünmələr, başsız qalmaq sonradan yarandı. “Müsəlmanların başı olmaz” məntiqini müdafiə edirlər.