Yusif surəsi, 34-cü ayə
“Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir.“
“Rəbbi onun duasını qəbul etdi” 34 rəqəmi sizə nəyi xatırladır? Bəli İstanbul. Hicri 1453, miladi 2031-ci il, İstanbulun fəthi tarixini verir. Açıq-aşkar İstanbula işarə edir. “ və onların hiyləsini ondan uzaq etdi. Çünki O, Eşidəndir, Biləndir.” Mehdi (ə.s)-a olduqca çox hiyləli tələlər qurulacaq. Cinlər, şeytanlar, iblislər, dəccallar, qadın dəccallar, kişi dəccallar, min bir müxtəlif oyun oynayacaqlar, amma Allahın gücünün qarşısında onların ağcaqanad qədər belə bir gücü olmaz. Bütün güc Allaha məxsusdur.
Yusif surəsi, 35-ci ayə
“Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.”
Yəni hz. Yusif (ə.s)-ın məhkəmədə haqlı olduğunu sübut edən dəlillər olduğu halda, onu bir müddət zindana atdılar. Eyni zamanda Mehdi (ə.s)-a işarə edən bir ayədir.