Hörmətli Adnan Oktarın yeni şərhləri (13 Yanvar 2013; 10:30)
Tövbə surəsi, 32-ci ayə
“Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.”
“Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər.” Yəni şüarlar ataraq, qışqırıb-bağıraraq, oranı-buranı yıxaraq, sökərək, qıraraq mehdiyyəti dayandırmaq istəyirlər. Halbuki kafirlər kafirun və kafirat, munafiqun və münafiqat və hər cür qarşı düşüncə, istəsə də, istəməsə də Allah, öz nurunu (dinini) tamamlayar.”
Bu ayədə Allah, islamı bütün dünyaya hakim edəcəyini deyir.
Tövbə surəsi, 33-cü ayə
“Müşriklərin xoşuna gəlməsə də, islamı bütün dinlərdən üstün etmək üçün elçisini doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.”
“Müşriklərin xoşuna gəlməsə də, islamı bütün dinlərə üstün etmək üçün elçisini” yəni mehdisini, “doğru yol göstəricisi və haqq din ilə göndərən Odur.” yəni islamla, Quranla göndərən Odur. 33-cü ayə. Bilirsiniz ki, təsbihdə də Allahın adlarını 33 dəfə təsbih edirik. Massonluqda da 33 ən yüksək nöqtədir.
Tövbə surəsi, 39-cu ayə
“Əgər döyüşə çıxmasanız, Allah sizi ağrılı-acılı bir əzaba düçar edər və sizi başqa bir qövmlə əvəz edər. Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir.”
“…və sizi başqa bir qövmlə əvəz edər.” 1979-cu il tarixini verir. Məsələn, Türkiyədə islam parladı. Rəsulullah (s.ə.v), İstanbulda Mehdi (ə.s)-ın çıxacağını ifadə edir. “Siz isə Ona heç bir zərər yetirə bilməzsiniz, çünki Allah hər şeyə qadirdir”
Bu da, 2010-cu il tarixini verir. 2010-cu il tarixi, Mehdi (ə.s)-ın həyatının ən canlı illərindən biridir.