PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN DABIKLA (YER ADI) ƏLAQƏDAR HƏDİSİ EYNİ İLƏ GƏRÇƏKLƏŞMİŞDİR
İraq ordusu və polis qüvvələri İŞİD-in boşaltdığı əraziyə daxil olur. Tam hədisdə ifadə edildiyi kimi, Dabıka 80 ölkə, yəni həqiqətən 80 millətdən ibarət əsgərlər girdi, eyni ilə Peyğəmbərimiz (s.ə.v)-in dediyi kimi. Məsələn, Fransız əsgərləri var, amma onlardan yüz nəfəri Mərakeş, yüzü Əlcəzair, yüzü isə Misirli olduğuna görə, o 80 millətdən də, çox olur. 80 milləti çox mənasında deyir Peyğəmbərimiz (s.ə.v). 80 millətdən çox əsgər Dabıka girdi indi. Eyni hədisdə ifadə edildiyi kimi, “Axırzamanda hz. Mehdi (ə.s) dövründə Dabıka enərlər”. Bir rəvayətdə “70 bayraq” başqa rəvayətdə də, “80 bayraqla”-deyilir, yəni 80 millət, 80 millətin əsgəri. Eyni şəkildə gəldilər. İndi orada, yenə böyük münaqişə gözlənilir. Amma hədis gerçəkləşdi. Çünki 80 millət, əsas bildirilən budur, “70 yaxud 80 bayraqla yadelli” yəni hədisdə keçdiyi kimidir. Məsələn, “Bəni Asvar” (Asvar oğulları) deyilir, Salib əhli deyilir, bir çox yazıda var. Hədis gerçəkləşdiyi vaxt baxımından da böyük məna daşıyır. Tam ifadə edildiyi şəkildə və tam yerində. İndi də, bölgədə böyük müharibə olacağını deyir Peyğəmbərimiz (s.ə.v). Amma onsuz da böyük müharibə hələ də davam edir. İnsanların bir qismi dənizdə şəhid olur, bir qismi bombardmanda, bir qismi də tanklarla, toplarla şəhid edilir. Bu müharibə hal-hazırda onsuz da bütün şiddəti ilə davam edir. Hər yerdə müsəlmanlar şəhid edilir, uşaqlar, qadınlar şəhid edilir. Eynilə Peyğəmbərimiz (s.ə.v)-in dediyi kimi.
Hədisdə Rəsulullah (s.ə.v): “Axırzamanda, Mehdi dövründə İraqdakı günahsız insanlar Şama doğru sığınacaq yeri axtararlar” –deyir. Diqqət edin, İraq və Şam, ikisində də var. “Şam yenidən qurulacaq, İraq da yenidən qurulacaq”. Yenidən bərpa ediləcəyini deyir. Yəni dağılar və yenidən tikilər. (Kenzül Ummal, Kitabul Kıyame, Kısmul Efal, cild 5, səhifə 254, El Muttakinin.)
“Şamda fitnələr bir tərəfdən sakitləşdikcə, digər tərəfdən də alovlanar”. (Risaletil Hurucul Mehdi, səhifə 63) Bir yerdə sakitləşən kimi görünür, amma yenidən alovlanır. “Sülh razılaşması, atəşkəs oldu” -deyirlər. Siz də bilirsiniz, elə deyilmi? Baxın nə deyir? “Şamda fitnələr bir tərəfdən sakitləşdikcə, digər tərəfdən də alovlanar”. Yəni bu səfər yenidən başlayır. “Və sonra onlar atəşkəsi pozacaqlar”Əhli Kitab. Yəni xarici ölkələr, “Rum” deyir, yəni xarici. Yaxud “Əhli Salıb” -deyilir. Hədislərdə müxtəlif şəkillərdə keçir. Yəni müsəlman olmayan digər qüvvələr, müsəlmanlarla zidd olan güclər. “Və sonra onlar atəşkəsi pozacaqlar”-baxın, əvvəl bir atəşkəsdən bəhs edir, görürsünüzmü? Atəşkəs etdilər, elə deyilmi? Pozdular, “atəşkəsi pozacaqlar” –deyir hədisdə. “Sonra sizə 80 bayraqla gələrlər”. Yəni 80 ayrı millətdən gələrlər Dabıka və hər bir bayraq altında 12 adam olar. Bu hədis Buxaridədir, Avf ibn Malikdən rəvayət edilir.
Dabık burada adı keçən yerlərdən birdir, yoxsa yalnız Dabıkda ola bilməz. Yəni hadisələrin bütöv bölgədə baş verəcəyi hədislərdən aydın olur. Tək bir bölgədən bəhs edilmir.
İraq müharibəsində işğalçı ordunun çox millətli olacağı Tövratda da qeyd edilmişdir. Bax Yeşeya 13/4-də Peyğəmbərimiz (s.ə.v)-in hədisinə uyğun olaraq “Bir yerə yığışan xalqların və krallıqların səs-küyünü dinləyin”. Axırzamanda baş verən hadisədən bəhs edilir. “Dağlardakı izdihamın səs-küyünü dinləyin, böyük bir xalqın səsini xatırladır” -deyir. (Yeşeya 13/4)