QURANDA ƏN ƏHƏMİYYƏTLİ MÖVZU MÜNAFİQLƏRLƏ ELMİ MÜBARİZƏDİR

Quranda ən əhəmiyyətli mövzu küfrlə mübarizə deyil, münafiqlə mübarizədir. Küfr açıqdır, sarihdir. Yəni hədəfini açıq müəyyən edər. Özünü də açıq müəyyən edər. Mübarizə metodu da açıqdır. Amma münafiq elə deyil. Münafiq çox namərddir. Müsəlmanların içərisində şeytani bir zəka ilə çox incə fırıldaqçılıqla ayrılmamaq şərti ilə mübarizə aparar. Amma Qurandakı ifadəsi ilə əlbəttə, münafiqin bütün taktikası həmişə müsəlmanların içində olmaz. Münafiq ikinci mərhələsində ayrılma mərhələsinə girər. Ayrılmasında məqsəd də “bax, mən gedirəm, siz də gedə bilərsiniz. Getdikdə heç bir şey olmur görürsünüz. Bir bəla da olmur, başqa bir şey də olmur, Allah bir dərd vermir, heç bir şey olmaz”. Bu səbəbdən etdiyi şey “ardı gəlsin” mənasındadır. Lakin münafiqin içi də rahatlamaz. Yəni ardının gəlməsinin mümkün olub olmadığı ilə də maraqlanar. Onun üçün ayədə “bədəvilərin” yəni necə deyək bu dövrə görə, “məlumatı az olan insanların yəni az oxuyan, az araşdıran insanların içərisindən sizi izləyərlər” -deyir. Yəni nə edirlər görəsən, nə edirlər, ayrılan olurmu, bəla gəlirmi, bir dərd gəldimi? “Sizə bir uğur nəsib olsa, bu onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənirlər”. (Ali- İmran surəsi, 120) Yəni “əziyyət çəkərlər, iztirab çəkərlər” -deyir. Şəxsən özü tətbiq edərək camaat, yaxud müsəlmanların birliyi nədirsə, Peyğəmbər (s.ə.v)-in yanından getməyin mümkün ola biləcəyini göstərmiş olur. Məsələn, adam vəhy katibidir, “vəhy katibi gedərmi, o gedirsə artıq hər kəs gedər” məntiqi ola biləcəyi üçün xüsusilə vəhy katibliyi edir. Adamlar, əlbəttə ki, şoka düşürlə. Müsəlmanlar deyir: “bu adam artıq vəhyin gəlişini görür, Peyğəmbər də ona o qədər güvənmişdir, Quranı yazan insandır, yəni vəhy gəlir. O da yazır. Bu insan getdiyinə görə o zaman biz də gedə bilərik” məntiqini işlətmək üçün münafiq bunu edər. Münafiqin əsl köklü hədəfi müsəlman camaatını, birliyini tamamilə dağıtmaqdır. Yəni əsl hədəfinə o zaman çatacağını düşünər, yəni son hədəfi odur. Məsələn bax, Munafiqun surəsi, 7-də, “Məhz onlar: “Allahın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!” – deyirlər. Halbuki göylərin və yerin xəzinələri Allahındır, lakin münafiqlər anlamırlar”. (Münafiqun surəsi, 7) “… lakin münafiqlər anlamırlar “. Yəni münafiqlərdə qavraya bilməmək və ağıl zəifliyi çox güclüdür, Allah onu bir möcüzə olaraq ifadə edir. Çox zəki olur, amma anlayış qabiliyyəti, anlama və ağıl qabiliyyəti çox zəifdir. Yəni münafiq o yönü ilə dəlilik dərəcəsində anormaldır. Lakin bax deyir: “sonunda dağılıb getsinlər” münafiqin bütün hərəkətləri müsəlman birliyini dağıtmaqdır.

Məsələn, Əhzab surəsi, 20-də “Münafiqlər müttəfiqlərin çıxıb getmədiklərini güman edirlər. Əgər müttəfiqlər bir də gəlmiş olsaydı, onlar bədəvilər arasında köçəri həyat sürüb barənizdəki xəbərləri soruşub öyrənmək istəyərdilər”. Yəni cahil, məlumatı əskik olan insanların arasına dağılıb gizlicə xəbərlərinizi yəni nə oldu əzildilərmi? Hücuma məruz qaldılarmı? Tamamilə dağıldımı? Onun xəbərini gözləyir. Yəni müsəlmanların tamamilə dağılması üçün nələr edilə bilər, uzaqdan onun strategiyasını etmək istəyir. “Lakin içinizdə olsaydılar ancaq çox az döyüşərdilər” -deyir. Həqiqətən, münafiq heç xidmət etmək istəməz. Yəni onun aşkar xüsusiyyətlərindəndir. Münafiq küfrə xidmətdə ağlasığmaz çalışqandır. Küfr üçün çox qabiliyyətlidir. Məsələn, darvinizmi izah etmək vəzifəsi versən, “darvinizmi müdafiə et” desən izah edər. “Rumiliyin içərisindəki gizli dinsizliyi izah et” desən izah edər. Biri “homoseksuallığı müdafiə et” desə, onu müdafiə edər. Məsələn “müsəlmanların əleyhinə məlumat yığ” desən, edər. Yəni çox qabiliyyətlidir. Amma “İslamı izah et, Quranı izah et, iman həqiqətlərini izah et” desən, izah etməz. İzah etsə belə onun arasına küfr sızıntıları qoyaraq müsəlmanlara izah etmək istəyər. Məsələn, Quran ayəsi açıqlayarkən dərin dövlətin bir işarəsi ilə onu izah edər. Məsələn, dərin dövlətin bir simvolu ilə onu izah etməyə çalışar. Və yaxud başqa bir mövzunu izah edərkən içərisində homoseksuallığı da müdafiə edən gizli yollar olacaq şəkildə izah edər. Yəni münafiqin hər etdiyində bir pislik, bir rüsvayçılıq, bir əxlaqsızlıq vardır. Yəni diqqətlicə izlənilsə, çünki şeytan kömək etdiyi üçün, şeytan dəstəklədiyi üçün heyrət ediləcək qabiliyyətə sahib olar, çox təəccüblənərsən. Harada nə vaxt tapır deyərək. Məsələn, iman həqiqəti izah edir, baxırsan onun içərisinə belə küfrü qoymuşdur. Yəni küfrə aid simvollar qoyar, yəni sözləri seçərkən, rəsim seçimində olsun, danışıqlarının ahəngində olsun buna çox diqqət göstərər.

Məsələn, Müddəssir surəsi 17 və 25-ci ayələr, şeytandan Allaha sığınıram, Allah: “Onu” münafiqi “sərt bir yoxuşa sürükləyəcəyəm” -deyir bax, “sərt bir yoxuş”. Münafiqin həyatı çətindir, yəni çox çətin bir həyatı vardır. Çünki ruhu həmişə bir qarışıqlıq, döyüş, mübarizə və anarxiya içindədir. Onun üçün bax, Allah deyir: “Onu sərt bir yoxuşa sürükləyəcəyəm”. Münafiqin həyatının heç bir anı hüzurlu deyil. Həmişə qarışıqlıq, həmişə tələblər, həmişə tənqid, həmişə kin, həmişə hirs, həmişə narahatlıq verən şeytani bir ruha malikdir. Quran buna bu şəkildə işarə edir. Şeytandan Allaha sığınıram. Bir daha söyləyirəm. “Onu” münafiqi “sərt” bax ala bildiyinə, sərt demək yəni normal bir insanın çıxa bilməyəcəyi, “sərt bir yoxuşa sürükləyəcəyəm”. Yəni əziyyət çəkəcək. Yəni Allah: “Onu elə bir mühitə soxacağam” -deyir. “Çünki o, düşündü” bax, münafiq düşünür “və bir ölçü təsbit etdi”. Yəni münafiq planlarını incə incə ölçü ilə hazırlayar. Bir ölçü təsbit etdi. Yəni əxlaqsızlıq etmədən əvvəl onu planlayır. Allah: “Lənətə gəlmiş” -deyir. Bu ayə onsuz da münafiqin bəlasını tapacağını göstərir. Allah “Lənətə gəlmiş, necə bir ölçü qoydu?” –deyir. Münafiqin şeytani olduğu üçün çaşdıracaq, heyrət ediləcək ölçüləri vardır, yəni mübarizə metodları çox çaşdırıcıdır. Dayanmadan, bezib yorulmadan yeni-yeni taktikalar, yeni-yeni üsullar yaradırlar. Amma Allah onu Özünün meydana gətirdiyini söyləyir, ona yaratdığını söyləyir. Bax, “Onu sərt bir yoxuşa sürükləyəcəyəm”. Yəni onda qarışıqlıq ruhunu yaradan da Allahdır, amma o özündən zənn edər. “Yenə lənətə gəlmiş necə bir ölçü qoydu? Sonra bir baxdı”. Münafiqin baxışı murdardır, Quran ona diqqət yetirir. Bax, “Üz-gözünü turşudub qaşqabağını tökdü”. Bax, baxışı murdardır, sonra qaşqabağını tökür, üzündə murdar, iyrənc, alçaq, namərd bir ifadə meydana gətirir. Bax,Üz-gözünü turşudub qaşqabağını tökdü”. Deməli, münafiq üzü ilə çox oynayır. Murdar da göstərə bilər, müşfiq sakit də göstərə bilər. Üzü sanki kukla arenası kimidir. Kukla səhnəsi kimidir, münafiq üzü ilə oynayır, yəni münafiqin sifəti teatr səhnəsi kimidir. Üz-gözünü turşudub qaşqabağını tökdü”. Yəni üzünə murdar bir ifadə verir. “Sonra da arxasını çevirib təkəbbür göstərdi”. Münafiq birdən dönüb gedər xasiyyətidir, birdən dönüb gedər. Yəni manyak bir hərəkət olduğu üçün Allah buna da diqqət çəkmişdir. Gözləmədiyin hərəkətlər edər. Məsələn, dayanarkən birdən-birə arxasını dönüb gedə bilər. “… təkəbbür göstərdi”, eqoizm və azğınlıqdan üzündə qorxunc bir qürur ifadəsi ilə, şeytani bir ifadə ilə ortaya çıxır. “və dedi:” bax danışmağa başlayır. “Bu, sehrbazlardan eşidilib təkrarlanan sehrdən başqa bir şey deyildir!”. Məsələn, ağızından dərhal alçaqca bir ifadə çıxır, Bu, sehrbazlardan eşidilib təkrarlananindi münafiq inandırmaq üçün danışarkən öz ağlına görə elmi, tarixə də əsaslanaraq danışır. Yəni ifadə deyil, özün ağlına görə inandırıcı olduğunu düşündüyü tərzdə, elmi gördüyü tərzdə danışır. Bax, öndən də təlqin edir eşidilib təkrarlananondan ona, ondan ona nəql edilərək ki, “Peyğəmbər də bu şəkildə öyrəndi” -deyir. “Bir cadudur” dedi. İndi Peyğəmbər (s.ə.v)-ə ola biləcək ən çirkin sözlərdən birini söyləmiş olur. “Bir cadudur”, yəni Peyğəmbər (s.ə.v)-in də cadugər olduğunu söyləyir. “Bunu da başqasından öyrəndi” -deyir. “Yəni özü də bilmir” -deyir. “Ona başqası öyrətdi” -deyir. “Bu, adi insan kəlamıdır!” Yəni dini adi göstərməyə çalışır. Müsəlmanlar soyusun, şübhəyə düşsünlər, Peyğəmbər (s.ə.v)-in ətrafından dağılıb getsinlər deyə Allahın hökmlərini adi göstərməyə çalışır. Son məqsədi müsəlman birliyini yox etmək, dağıtmaqdır. Bəs şüuraltında buna inanırmı? Şüuraltında inanmır. Şüuraltında Quranın haqq olduğuna inanır, qənaəti gəlir. Bax, Allah ayədə deyir: “Buna qəti inandıqları halda, zülm və təkəbbürlə bunları inkar etdilər”. (Nəml surəsi, 14) Yəni şüuraltında çünki Quranın mükəmməl bir ahəngi var, qüsursuz bir izahatı var. Və 19 möcüzəsini də görür. Bu, nəfəs kəsici bir şeydir, böyük bir möcüzədir. Onsuz da “ölçdü” deyir bax, “bir ölçü qoydu” deyir. Burada on doqquza işarə var. Bunları gördüyü halda millət, insanlar iman edər inanar deyə tam əksini söyləyir. Amma yalan danışarkən də inandırıcı olması üçün öz ağlına görə onların inancına uyğun və elmi görünüşlü izahatlar verir. “Bu, adi insan kəlamıdır!” -deyir. Mən onu Səqərə (cəhənnəmə) salacağam”. Yəni Allah “münafiqlərin sonu budur” -deyir. Yəni tələsməyin mənasını verir. “Cəhənnəm (səqər)” “Nə səqər adamsan” deyərlər, bilirsiniz “səqərlik etdi” deyərlər. “Sən haradan biləsən ki, Səqər nədir?! O, nə tutub saxlayar, nə də buraxar”. (Muddəssir surəsi, 27-28) Yəni tutmur, rahat hərəkət edir, amma buraxmır da. Çünki cəhənnəm içində sərbəst hərəkət edir, amma azadlığı hara gedərsə bəla ilə qarşılaşır, hara gedərsə qorxunc, dəhşət verici bir hadisə ilə qarşılayır. Azadlığındakı məqsəd dünyadakı azadlıq marağını Allah orada onu üçün bəlaya çevirir. Dünyadakı münafiqlər elədir.

 

MÜNAFİQİN RUHU HƏMİŞƏ QARIŞIQLIQ VƏ ANARXİYA İÇİNDƏ OLDUĞU ÜÇÜN HƏYATININ HEÇ BİR ANI DİNC DEYİL, HƏMİŞƏ KİN VƏ HİRS DOLUDUR

Həmişə gəzmək, hərəkət etmək, münafiq ruhundakı xaosa görə sabit bir yerdə dayanmaq istəməz, çox hərəkətlidir. Yəni içində iman zəifliyindən qaynaqlanan dəhşətli bir sıxıntı vardır, ruhunda Allaha uzaq olmaqdan qaynaqlanan, Allaha qarşı mübarizə aparmaqdan qaynaqlanan və Allahı zikr etməməkdən qaynaqlanan böyük bir iztirab vardır. Onun üçün Allah Quranda deyir, şeytandan Allaha sığınram. “… Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır”. (Rad surəsi, 28) Allahı zikr etmək münafiqin ən narahat olduğu mövzudur. Allahı zikr etmək istəmədiyi üçün də Allah münafiqi çox böyük sıxıntıya salar. Ayədə deyir, şeytandan Allaha sığınıram. “… Yer isə, bütün genişliyinə baxmayaraq sizə dar gəldi…” (Tövbə surəsi, 25) Çox sıxılır. Amma imana gəlsə, İslama dönsə o sıxıntı aradan qalxar. Allahı zikr etsə o qalxar. “Nə saxlayar, nə buraxar”. (Müddəssir surəsi, 28) Yəni Allah orada azadlığını burnundan gətirir. Məsələn, bir yerə qaçmaq istəyir, macəra axtarmaq istəyir, orada başını bir bəlanın içinə soxur. Məsələn, Allah orada onu bir bataqlığa salır. Bir başqa yerdə qaçmağa çalışır, məsələn qaynayan kükürdün içinə düşür. Oradan qaçmağa çalışır başına başqa bəla gəlir. “Bəşərə dəlicəsinə susamışdır”. (Muddəssir surəsi, 29) -deyir. Yəni cəhənnəmin hamısı şüurlu olduğu üçün, yəni cəhənnəmin “insanlara əzab vermək üçün dəlicə hirsi var” -deyir. “Onun üzərində on doqquz vardır” (Muddəssir surəsi, 30) On doqquz mələk var. Mələklər cəhənnəmin içində cənnət həyatı yaşayırlar, yəni bax, qəbuletmə formasını görürsənmi? Məsələn, orada eyni varlıq cəhənnəm əzabı yaşayarkən, mələk cəhənnəm içərisində cənnət həyatı yaşayır, çox xoşbəxtdir. Məsələn, od ona başqa cür görünür. Cəhənnəmin dərələri ona başqa cür görünür. Cəhənnəm evləri ona başqa cür görünür, yəni qəbuletməsi başqa cürdür. Yəni onların qəbuletməsi ayrı, cəhənnəm əhlinin qəbuletməsi ayrı, mələklərin qəbuletməsi ayrıdır. O sonsuza qədər cəhənnəmdə çox xoşbəxt yaşayır. Eynilə cənnətdəki kimi xoşbəxtdir. Çünki qəbuletməsini Allah elə yaradır. Qəbuletmənin əhəmiyyətini də burada görürük. Çünki nə cür qəbul ediriksə, o şəkildə olur. Məsələn, biri soyuğu soyuq qəbul edərkən digəri isti qəbul edə bilir, məsələn, biri də ilıq hesab edir. Məsələn, biri duzlu olaraq dad alarkən digəri şəkər dadı alır. Biri məsələn kükürd qoxusu alarkən digəri gül qoxusu şəklində alır. Eyni qoxunu almırlar.

 

MÜNAFİQ İSLAMA XİDMƏT ETMƏDİYİ ÜÇÜN İÇİNDƏ CƏHƏNNƏM ODU KİMİ SIXINTI VARDIR. O SIXINTI İLƏ HƏMİŞƏ HÜCUM ETMƏYƏ YER AXTARAR, MÜSƏLMANLARIN VAXTINI ALAR

Münafiq İslama xidmət etsə Allah onun üstündən sıxıntını qaldırar. Amma İslama xidmət etmək istəmədiyi üçün münafiqin içində cəhənnəm odu kimi od vardır, çox sıxılar, depressiyaya düşər. Ona görə o azğınlıqla müsəlmanlara təcavüzkarlığı daha da artar, dalaşacaq, rüsvayçılıq çıxaracaq, əxlaqsızlıq edəcək mövzular axtarar və şeytan həmişə ona ard-arda ilham edər. Məsələn, “sarımsaq istəyirəm” -deyir, ona sarımsaq verilir, “indi soğan istəyirəm” -deyir soğan verilir, “indi mərcimək istəyirəm” -deyir, baş bəlası, bax, mərcimək verilir, “indi acur istəyirəm” -deyir acur gəlir. Ondan sonra Allah deyir: “Allah inək kəsməyinizi əmr etdi”. “Necə bir inək?” –deyir. Bax, baş bəlası. Allah izah edir, təsvir edir, “tam olmadı, daha detal ver” -deyir. Bax, həm Allahın hökmünü bəyənmir, həm də Peyğəmbər (s.ə.v)-in açıqlamasını bəyənmir. Peyğəmbər (s.ə.v)-ə vəhylə gəlir, Allahın vəhyini bəyənmir. “Olarmı?” -deyir “bütün inəklər bir-birinə bənzəyir” –deyir. “Daha detal istəyirəm” -deyir. Məqsədi etməməkdir və müsəlmanlara əziyyət edib narahat etməkdir, sıxmaq, vaxtını almaqdır, halbuki hər gələn ayə Peyğəmbər (s.ə.v)-in mövqeyini yüksəldir, hökmdə onlara göstərdiyi hər səbirdə hz. Musa (ə.s)-ın sonsuza qədər olan həyatındakı mövqeyi yüksəlir, Allah ömürünü də uzadır və ona sağlamlıq verir. Onu edənə Allah bəla verir. Məsələn, Samiri ömürünün sonuna qədər tək başına sürünərək yaşadı, bəlanın, xəstəliklərin içərisində yaşadı və it kimi öldü getdi və axirətdə də cəhənnəmdə sonsuza qədər əzab çəkəcək. Cəhənnəm quyusuna atılacaq, ən dərin quyuya sonsuza qədər, bax axmaqlığını görürsənmi? Hz. Musa (ə.s)-ın tələbəsi olaraq gözəl yaşamaq varkən, Fironun yamağı olmağa çalışıb sonsuza qədər əzab çəkməyi qəbul etdi, axmaq, özünü çox ağıllı zənn edir, amma bunun taleyindədir, bu da bir möcüzədir, Allahın möcüzəsidir.

 

MÜNAFİQ MÜSƏLMANLARIN ZƏİFLƏSİN, İÇİ BOŞ HALA GƏLSİN İSTƏYİR. “MƏN İSLAMDAN ÇIXDIM BİR ŞEY OLMUR” MESAJI İLƏ İNSANLARI İSTİQAMƏTLƏNDİRMƏK İSTƏYİR

Münafiqin məqsədi zəif bir müsəlman modeli, boş bir camaat, boş bir birlik, boş bir ümmət meydana gətirməkdir, yəni içi boş bir ümmət meydana gətirməkdir. Münafiqlər bunu bir çox yerdə təmin etdilər. Məsələn, “mən İslamdan çıxdım bax, bir şey olmadı” məntiqi verirlər. Bax, “mənim İslamla əlaqəm yoxdur, mənə bir şey olmadı” məntiqi verirlər, zəif ağılı olanlara cəsarət verirlər. Məsələn, “mən həmişə bir şeylər istəyirəm, həmişə təxribat törədirəm; siz də bir şeylər istəyin, siz də təxribat törədin, siz də dava salın, siz də hadisə törədin, siz də fitnə çıxardın, siz də dikbaşlıq edin, ədabazlıq edin, siz də çaqqallıq edin, çoxbilmişlik edin, höcətləşin, hörmətsizlik edin, ədəbsizlik edin, nalayiqlik edin”. Yəni münafiq küfr əxlaqı göstərərək küfrü yaxşı bir şey kimi göstərir. Məsələn, İslamı təbliğ etməyib “siz də təbliğ etməyin, mən boş otururam siz də boş oturun”. Adam axşama qədər əlində günəbaxan tumu, öz aləmində televiziya seyr edir. İslam onu maraqlandırmır, din maraqlandırmır; müsəlmanların əzilməsi, pərişan olması maraqlandırmır. Necə üstün ola bilər, necə böyük ola bilər, necə uca ola bilər onun dərdində olur. Böyümək istədikcə kiçilir. Böyümək istədikcə Allah onu alçaldır. Daha da betər pərişan olurlar. Müsəlmanlığı boş hala gətirdilər, ən böyük təhlükə odur. Bir çox yerdə bu istiqamətdə nəticə əldə edirlər. Münafiqlər müsəlman birliklərdə çox böyük kütlə halına gəldi. İmanlılar əgər bir yerdə olsa, bu münafiq birliklər saniyələr içərisində gedər.