MÜNAFİQ ŞEYTANİ MARJİNAL QƏRİBƏ BİR MƏXLUQDUR. MÜNAFİQİN MƏNTİQLƏRİ İLƏ ŞEYTANINKI TAMAMİLƏ EYNİDİR
Münafiq, əlbəttə ki, şeytani bir məxluqdur, qəribə bir məxluqdur, çox marjinal bir məxluqdur. Şeytanın xarakteri ilə eynidir. Məsələn, mömin bir adam bir işə girər, o da o işə girər, mömini işdən çıxartdırar. Bir şəkildə böhtan atar, yəni möminin orada olmasını istəməz. Məsələn, ticarətdə bir mal aldı, mömin qazanc əldə edəcək, o malın alınmasına maneə törədər. Küfrə qarışmaz, digər pis insanlara qarışmaz, mömin onu çox narahat edər. Yəni ona mane olar. Və yaxud məktəbdə müvəffəqiyyətli bir şagird, məktəbdən atılması üçün çalışar. Böhtan atar, etibarını zədələməyə çalışar, dərsdəki müvəffəqiyyətlərinə maneə törətməyə çalışar. Yəni münafiq manyak kimidir. Məsələn, fərz edək jurnalistdirsə, o qəzetdən çıxarılması üçün çalışar, yazılarının nəşr olunmaması üçün çalışar. Yazıçıdırsa, kitablarının oxunmaması üçün çalışar, manyak kimidir. Kimi deyil, yəni manyakdır.
İNSANLARIN ARASINDA ÇOX SAYDA RUHU OLMAYAN, EYNİLƏ İNSANA BƏNZƏYƏN BİR NÖV ZOMBİ VARLIQLAR VARDIR. ALLAH QURANDA BUNLARA DİQQƏT ÇƏKMİŞDİR
Əlbəttə, aramızda -insanlar arasında ruh sahibi olmayan zombi varlıqlar vardır, yəni ölü. Allah Quranda ölü olduqlarını söyləyir. Müasir deyimlə zombi. Ruhu olmayan, insana bənzəyən, eynilə insana bənzəyən varlıqlardır, amma normalda heyvandır. Yəni danışır, sual soruşur, cavab verir. İnternetdə görürsünüz “mal” -deyirik, “mal sürüsü” -deyirik. Bunların əksər hissəsi zombidir, bu insanlar ölüdürlər. Sevgini bilmir, mərhəməti bilmir, şəfqəti bilmir, Allah qorxusunu bilmir, gözəllikdən xəbəri yoxdur, tam heyvandır. Yalnız nifrətə görə kodlaşdırılmışlar. Şeytanın çox rahat istifadə edə biləcəyi bir kütlədirlər. Bunlar xüsusi yaradılır. Allah “bunları xüsusi yaratdım” -deyir, “daha kainat yaradılmadan mən bunları yaratdım” -deyir. Və “cəhənnəmi də bunlarla doldurdum” -deyir, Allah “bu, mənim sözümdür, sözümü yerinə yetirəcəyəm” -deyir. Məhz münafiqlər də bu qrupun içindədirlər. Münafiq-küfr bu qrupun içindədir. İnsanlar təəccüblə deyirlər: “bu onsuz da kafirdirsə niyə belədir…” Mən sirrini üstübağlı izah edirəm. Mən bu qədər izah edə bilərəm. “Ölü adam” -deyirəm, daha nə deyim? Buna baxmayaraq adam anlamırsa, mən artıq ondan da şübhə edərəm. Adam ölüdür, ölü, bildiyin ölü, amma hərəkət edir. Danışır, yeyir, içir və s. Gerçək halını bilsə, adam qorxar. Çünki yeriyən ölü insanları çox qorxudar. Allah qorxmamaları üçün açıq bir məlumat vermir. Axirətdə anlayacaqlar. Məhz bunların yeri cəhənnəm olur. Cəhənnəm bunlarla dolur. Mömin də qorxacaq, bu hala gəlməkdən qorxur. Mömin onların mövqeyinə gəlməkdən qorxur. Allahın bir lütfü olaraq, ürəyini Allah qorxusu əhatə edir. Bu, əslində möminlərə faydalı bir şeydir. Cəhənnəmin kafirlərlə dolması möminlərin ayıq və şüurunun açıq olmasını təmin edən bir hadisədir. Cənnətin qiymətini bilmələrini təmin edir. Məsələn, adam deyir: “Cənnətdə bezmərikmi?” Adama hər istədiyində cəhənnəm görünür, adam orada necə bezsin? Elə bir şeydə bezəcək vəziyyət olarmı? Həm də çox gözəl bir yerdir. Daima Allahın təcəllisini görür, gözəl sözlər eşidir. Ucsuz-bucaqsız imkan var, katrilyonlarca imkan var. Üfüq açıqdır, nə istəyirsənsə olur. Amma mənfilik yoxdur. Ona görə bu dünyanın gözəl istiqaməti mübarizə və cəhd burada mümkündür. Səbir burada mümkündür, orada səbir yoxdur, cənnətdə səbir yoxdur. Məsələn, səbir burada böyük bir imtahandır, böyük bir nemətdir. Məsələn, cəhd, orada cihad yoxdur, cəhd etmək yoxdur. Təbliğ yoxdur, bir insanı razı salmağa çalışmaq və s. yoxdur. Olmayanlar o qədər çoxdur ki. Məsələn, zəkat vermirsən, sədəqə vermək yoxdur, namaz yox, oruc yox, həcc yox, yəni demək olar ki, heç bir ibadət yoxdur. Hətta Allah cənnətdə gənc bir cavan şəklində təcəlli edir. “Salam Əleykum, ey cənnət xalqı” -deyir, “Mən Allaham” -deyir. Hər kəs səcdəyə qapanır “dərhal qalxın” -deyir, “burada namaz yoxdur, ibadət yoxdur” -deyir, “artıq bitdi” -deyir. “Çünki ibadətlərinizi etdiniz, sizə Mənim qənaətim gəldi, ona görə cənnətə saldım. Bir daha burada namaz olmaz” -deyir. Yəni “sonsuza qədər burada namaz olmayacaq” -deyir. Möminlər də Allah xəbərdar etdiyi üçün bir daha səcdəyə qapanmırlar.
CƏNNƏTDƏKİ ƏN GÖZƏL VARLIQ ƏN GÖZƏL NEMƏT ALLAHIN ŞƏXSİNİN TƏCƏLLİSİDİR
Allah “Əsla səcdəyə qapanmayın” -deyir. “İndi Mənim üzümü seyr edəcəksiniz” -deyir. Üzünü, camalını seyr etmək ibadətdir. Yəni insanlar həzdən özünü itirir, Allah o qədər gözəl təcəlli edir. Cənnətdəki ən gözəl varlıq Allahın təcəllisidir. Amma şəxsi deyil bax, təcəllisidir. Çünki səcdəyə qapananda Allahı görə bilmirlər. Allah dərhal başınızı “qaldırın” -deyir. “Siz Məni seyr edin” -deyir. “Camalımı seyr edin” -deyir. Küfrdə bunu əcaib bir şey olaraq gördükləri üçün cadu ehtimalının daha çox üstündə dayanırlar. Ləyaqətsizliyə davam edirlər. Allah yenə onlara orada da əxlaqsızlıq etməyə icazə verir. Bir-birlərini qovurlar, cəhənnəmdə baş-göz yarırlar. Rüsvaylıq çıxarırlar. Allah istəsə, hamısını buxar edər. Allah etmir. Onsuz da ruhi xəstədirlər. İki dəqiqədən bir Allaha “bizi öldür” -deyirlər. Allah “yox” -deyir. “Öldürməyəcəyəm, yaşayacaqsınız” -deyir. Amma, bunlar zombidirlər, ölüdürlər. Mömin bu mövqeyə gəlməkdən Allaha sığınacaq. Ən çəkinəcəyi şey budur.
İNSANLARIN BİR QİSİMİ İSLAMI QƏBUL ETDİKDƏ KÜFRÜ TAM BURAXMIR. KÜFRDƏN GƏLƏN ÇİRKİN YÜKLƏRİ TAMAMİLƏ BURAXMAQ LAZIMDIR
Əlbəttə, insanlar küfrü buraxmır, yəni İslamı qəbul etdikdə o, bəzən küfrdən gələn çirkin materiallarla birlikdə yük maşını kimi o mübarək yerə girər. Halbuki, o yükləri, o çirkləri atmalıdır, pis şeyləri, qaranlıq şeyləri atmalıdır. Onları da İslamın içinə soxur. Məsələn, iyrənclik, dedi-qodu, həsəd, qısqanclıq, kin, söz atma, nalayiqlik, əhval-ruhiyyənin tez pozulması, səmimiyyətsizlik, bunlar hamısı küfrdən gələn şeylərdir. Məsələn, bir çox insan cahilliyyədə üzündə maska ilə gəzər, səmimi deyil. Ondan bir müdafiə mexanizmi olaraq istifadə edər. Məsələn, qızlar özlərini sadəlövh göstərərlər. Məsələn, ağılsız kimi göstərərlər, səmimi olmazlar. Amma İslama gəlir, adam yenə də ağılsız və sadəlövlük havasındadır. Halbuki, artıq sən şüurlanmısan. Sən artıq ağılla, Quranla düşünürsən. Mən gənclərdə də görürəm, küfrdə sadəlövh, özünü avam kimi göstərir. Müsəlman olur yenə avamlıq havasındadır. Olarmı? Sən artıq şüurlanmısan. Allahın ruhunu daşıyırsan. Ağılını başına almalıdır. Kindarlığı, romantikliyi olduğu kimi qalır, intiqamçılığı olduğu kimi qalır, küsəyənliyi olduğu kimi qalır. Kompleksləri olduğu kimi qalır. Olarmı? Sən iman əhli olmusan. Onların hamısı təmizlənəcək. Bir sən, bir Allah, tərtəmiz ruhun, o qədər. O qədər pisliyi niyə gətirirsən? Yük maşınına yükləmiş ev daşıyırmış kimi. Bəzi şəxslər var ki, pis, murdar şeyləri cır-cındır, çullar, bunlar itməsin deyə onları da aparmağa çalışır. Axı sən yeni evə köçürsən, pisliyi niyə gətirirsən? Və ehtiyacın da yoxdur. Yeni evində onsuz da hər şey var, hər cür gözəllik var. O cır-cındırı gətirmə, o pislikləri gətirmə. Bir qismi o pisliklə ömür boyu yaşayır, belə olmaz. Onu müsəlmanlığın içinə soxmayacaqlar.
TƏVƏKKÜL MÖMİNİN İMTİNA EDİLMƏZ XÜSUSİYYƏTİDİR
Məsələn, təvəkkülsüzlük, cahiliyyədə bir şey eşidən kimi dərhal çaxnaşma, hücum tərzində dəhşətə qapılır, biri bir şey söyləyir, göyərir, biri bir şey söyləyir, əli-ayağı boşalır, unuda bilmir, yata bilmir və yaxud bir təhlükə ilə qarşılaşır ağlı gedir. Təvəkkül et, bu taledə yaradılmış şeydir. Talenin xaricində bir şey olmayacağına görə rahat ol. Təvəkkül etməmək ən böyük rahatlığı əldən qaçırmaq deməkdir. Yəni ağıllı bir hərəkət deyil. Təvəkkül ən güclü əsəb dərmanından, antidepresandan daha təsirlidir. Təvəkkül, heç bir antidepresanın etməyəcəyi müsbət təsiri edər. Onun üçün Quranda Allah həmişə təvəkkülün üstündə dayanır. Yəni möminin imtina edilməz xüsusiyyəti təvəkküldür.