“New Scientist” jurnalının 4 sentyabr 2004-cü il tarixli sayında, “Həyatın Sirləri” başlıqlı yazı nəşr olundu. Bəhs olunan yazıda, elmin cavablanılmamış ən böyük 10 sualı üzərində dayanıbdı. Ancaq yazıda, hər hansı əsas olmadan yer verilən təkamülçü iddialar da, gözə dəyirdi. Aşağıda, bəhs olunan iddiaları ifadə edib bunlar haqqında izah tapa biləcəyiniz səhifələrə keçidləri əlavə etdik.

 

RNA dünyası yanılması

Həyatın mənşəyi ilə əlaqədar hissədə, hər mərhələsi ayrı qeyri-mümkün zənciri olan “RNA dünyası” fikrinə yer verilirdi. Xəyal etməsi belə çətin olan bu ssenaridə, ilk genomların RNA-dan edildiyini, guya “öz-özünə kifayət edən bu RNA dünyası”nın yerinə, vaxt keçdikcə dövrümüzdəki DNT-nin keçə biləcəyi şəklində iddia irəli sürülürdü. Tamami ilə əsassız fərziyyədən ibarət olan RNA dünyası fikrinin elmi tapıntılar qarşısında niyə qeyri-mümkün ssenari olduğu haqqında buradan məlumat əldə edə bilərsiniz.

 

“Hələ də təkamül keçiririk?” yanılması

Bu hissədə, xəyali təkamül prosesi ərazində mutasiyaların guya davam etdiyi və bununla əlaqədar olaraq insanların mühitə görə dəyişdikləri iddia edildi. Ancaq mutasiyalarla əlaqədar bu səhv yanaşma, təkamülün doqma olaraq mənimsəndiyindən qaynaqlanır. Təkamülçülər, insanın keçmişdə təkamülləşdiyi hekayəsini kor-koranə qəbul etdikləri üçün, öz inanclarından indi və gələcəyə dair bənzər iddialar etməkdən də çəkinmirlər. Bu iddiaların doqma tərəfini daha yaxşı görmək üçün, mutasiyaların təsirinə qısa da olsa baxmaq kafi olacaq. Mutasiyaların yalnız bir təxribat mexanizmi olduğu aydındır. Fransız Elmlər Akademiyasının keçmiş rəhbəri Pyer Paul Qreysé, mutasiyaları “yazılı bir mətnin köçürülməsi əsnasında edilən hərf səhvləri”nə bənzətmişdir. Hərflərdə əmələ gələn yazılış səhvləri kimi mutasiyalar da, məlumat əmələ gətirməz, əksinə mövcud olan məlumata zərər verər (pozar). Qreyse, bu vəziyyəti belə açıqlamışdır:

 

Mutasiyalar, müəyyən müddətdə olduqca nizamsız formada əmələ gəlirlər. Bir-birlərini tamamlayan bir xüsusiyyətləri yoxdur və bir-birini izləyən nəsillər üzərində müəyyən istiqamətə doğru toplanmaq (yığılmaq) kimi təsirləri olmaz. Onsuz da, mövcud olan quruluşu dəyişdirərlər, amma bunu tamami ilə nizamsız şəkildə edərlər… Bir canlı bədənində çox kiçik də olsa, bir nizamsızlıq əmələ gələndə isə, bunun nəticəsi ölümlə nəticələnər. Həyat faktı ilə, anarxiya (nizamsızlıq) arasında heç bir ola biləcək uzlaşma yoxdur. 1

 

Məhz buna görə, Qreysenin dediyi kimi, “mutasiyalar nə qədər çox sayda olursa-olsunlar, hər hansı təkamül meydana gətirməzlər.” 2

Göründüyü kimi, “Hürriyet Bilim”in, “insanlar hələ də mutasiyalarla təkamülləşir” fikrini qəbul etmələri, elmi tapıntılara baxmayaraq, doqma olaraq davam etdirilən bir inancdan ibarətdir.

 

Zəkanın təkamülü yanılması

Yazıda, “zəkanın müəyyən ekoloji mühitdə yaşaya bilmənin ən yaxşı yolu olduğu, buna görə, təkamüllə inkişaf etdiyi” kimi bir iddia da irəli sürülürdü. Darvinist ön mühakimələrlə yaradılan insan ağlı haqqındakı təkamül ssenariləri, elmi dayağı varmış kimi göstərmək istədiklərinə baxmayaraq, tamami ilə elmdən uzaqdır. Təkamülçülər, bu mövzudakı iddialarını təcrübə kimi qazanmaq və guya təkamül prosesindəki şərtləri təkrarlama imkanına sahib deyildirlər. “Nature” jurnalının redaktoru Henry Gee, bir təkamülçü olmağına baxmayaraq bu cür iddiaların elmdən uzaq olduğunu belə qəbul edir:

 

“Məsələn, insanın təkamülünün, bədənin duruşu, beyin həcmi ilə atəş, alət istifadəsi kimi texnoloji müvəffəqiyyətlər və dilin ortaya çıxmağını təmin edən əl-göz koordinasiyasındakı inkişaflara bağlı olaraq inkişaf etdiyi deyilir. Ancaq bu cür ssenarilər, subyektivdir. Təcrübələrlə əsla sınaqdan keçirə bilməzlər, deməli, elmi deyildirlər. Ümumiyyətlə, istifadədə olmaları, elmi sınaqlara deyil, sahiblərinin iddia və nüfuzuna əsaslanır.” (Henry Gee, “In Search Of Deep Time: Beyond the Fossil Record to a New History of Life”, The Free Press, A Division of Simon & Schuster, Inc., 1999, səh. 5)

 

Zəkanın təkamülü iddiası kor-koranə izah edilən bir hekayədən ibarətdir. Bu haqdakı iddianın etibarsızlığını ortaya qoyan yazımızı buradan oxuya bilərsiniz.

 

 

1) Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, N.Y. 1977, səh. 97

2) Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, N.Y. 1977, səh. 88