11 aprel 2003-cü il tarixdə, “Discovery Channel”də “Super milçək” adlı sənədli film yayımlandı. Proqramda “Drosophilia melanogaster” növü meyvə milçəklərinin genetika elminin inkişafında oynadığı rol haqqında bəhs edilirdi. 1900-cü illərin əvvəlində, Tomas H. Morgan adlı elm adamının işlərindən başlayaraq, günümüzə qədər müxtəlif genetik araşdırmalarda istifadə edilən meyvə milçəyinın vasitəçi olduğu, böyük elmi inkişaflar izah edildi. Ancaq, “Discovery Channel”, izah etdiyi hər canlını, təkamül təbliğatına vəsait olma vərdişini bu proqramda bir dəfə də ortaya qoydu. Üstəlik, yenə nağıl izah edərək və həqiqətlərin üstünü örtərək…

Sənədli filmdə əsasən Tomas H. Morqanın çalışmaları haqqında bəhs olunurdu. “Discovery Channel” bu çalışmaların məqsədini belə ifadə edirdi:

 

“Darvin, nəzəriyyəsini əlli il əvvəl inkişaf etdirmişdi. Morqan, laboratoriyasında bunu sınaqdan keçirtmək istəyirdi. Təkamül necə reallaşmışdı onu həll edəcək idi.”  

 

“Discovery Channel”, bu ifadələrlə, təkamül elmi bir həqiqət və laboratoriya mühitində müşahidə edilə bilən kimi bir təəssürat bağışlamaq istənilirdi. Eyni zamanda, meyvə milçəkləri üzərində aparılan təcrübələrin guya təkamülü sübut etdiyi kimi bir xəbər də, verirdi. Halbuki, meyvə milçəkləri üzərində aparılan təcrübələr, təkamül nəzəriyyəsini təsdiqləyən deyil, etibarsız edən nəticələr ortaya qoymuşdur:

 

  • Əvvəlcə nəzəriyyənin əsaslandığı mutasiyaların canlı növlərini inkişaf etdirərək, onları təkamülləşdirən xüsusiyyətdə olmadığı aydın olmuşdur. Təsadüfi mutasiyalar, təsirli olduqları vaxt, canlıları inkişaf etdirmək yerinə, onları şikəst buraxır və ya canlının ölümünə gətirib çıxarır. (Təkamülçülər bəzi mutasiyaların faydalı olduğunu irəli sürürlər. Halbuki, buna aid verdikləri nümunələr, olduqca yanıldıcıdır. Mutasiyaların həqiqi təsiri üçün baxın: http://www.darwinizminsonu.com/mekanizmalar06.html
  • Bir başqa əhəmiyyətli maneə, mutasiyaların sonrakı nəsilə keçməsi üçün yalnız cinsiyyət hüceyrələrində reallaşma məcburiyyəti olmasıdır. Bu qədər maneəyə və müvəffəqiyyətsiz sınaq təcrübəsinə baxmayaraq, faydalı mutasiya olacağı fərz edilsə belə, cinsiyyət hüceyrəsi xaricində əmələ gəlməsi vəziyyətində mutasiyanın təsirləri, sonrakı nəsillərə keçməyəcəyinə görə “təsirsiz” hala gələcəkdir.
  • Bundan əlavə, hüceyrə köçürülməsi əsnasında səhv köçürülmələr nəzarət edilir və təmir edilir. Bu da, mutasiyaların böyük hissəsini ortadan qaldırar.
  • Təkamül nəzəriyyəsi sadədən kompleksə doğru təkamül prosesi olduğunu iddia edir. Ancaq heç bir mutasiyanın orqanizmə məlumat əlavə etmədiyi, mutasiyaların həmişə dağıdıcı olduqları görünmüşdür. Bu təcrübələrin müvəffəqiyyətsiz nəticələri, bir çox təkamülçü tərəfindən dəfələrlə müxtəlif cür etiraf edilmişdir. Bu etiraflardan bəziləri bunlardır:

 

Prof. R. Qoldsmit (Zooloq, Kaliforniya universiteti):

“İndiyə qədər heç kimin makro mutasiyalar yolu ilə, yeni bir növ, ya da cins yarada bilmədiyi bir həqiqətdir. Seçilmiş mikro mutasiyalar yolu ilə də, heç bir növ yaradıla bilmədiyi də doğrudur. Ən yaxşı tanınan “Drosophila” (meyvə milçəyi) kimi orqanizmlərdə, belə saysız mutasiya tanınır. Əgər hər hansı bir orqanizm üzərində bu minlərlə mutasiyanın bir kombinasiyasını edə bilsəydik, yenə də, təbiətdə olan hər hansı bir növlə oxşar olan bir növ çıxara bilməzdik.”

 

Maykıl Pitman:

“Saysız genetik, meyvə milçəklərini nəsillər boyunca saysız mutasiyalara məruz buraxdılar. Yaxşı, nəticədə insan istehsalı olan bir təkamül ortaya çıxdı? Təəssüf ki, xeyr. Genetiklərin yaratdıqları canavarlardan, yalnız çox azı, bəsləndikləri şüşələrin xaricində həyatlarını davam etdirə bildilər. Praktikada mutasiyaya uğradılmış olan bütün milçəklər ya öldülər, ya şikəst qaldılar, ya da sonsuz oldular.”

 

Qordon Taylor (Təkamülçü genetik) :

“Bu, çox təəccüblü amma bu qədər də, gözdən qaçırılan bir həqiqətdir: Altmış ildir dünyanın dörd tərəfindəki genetiklər, təkamülü sübut etmək üçün, meyvə milçəkləri çoxaldırlar. Amma, hələ bir növün, hətta tək bir fermentin belə ortaya çıxmasını müşahidə etməmişlər.”

 

Bir tərəfdən, milçəyin genetik xüsusiyyətləri bir yana, quruluşundakı mükəmməllik, özbaşına canlılığın təsadüf əsəri ola bilməyəcəyini göstərir. Saniyədə 200 dəfə qanad çırpan, şüşəyə və tavana qona bilən, ən inkişaf etmiş təyyarələrdən də üstün manevr qabiliyyətinə sahib olan dizaynın təsadüflərlə əmələ gələ biləcəyini müdafiə etmək, bir atelyeyə yerləşdiriləcək şimpanzelərin buradakı vəsaitlərlə inkişaf etmiş bir döyüş təyyarəsi yarada biləcəyini müdafiə etməkdən daha ağılsızlıqdır. “Discovery Channel”, kor təsadüflərin kompleks dizaynlar əmələ gətirməsinin qeyri-mümkün olduğunu, bunların ancaq şüurlu dizayn, yəni yaradılışla açıqlana bildiyini qəbul etməlidir.