Türker Alkan, “Radikal” qəzetində “İlahi kimya” başlıqlı yazı nəşr etdi (5 iyun 2005-ci il). Hörmətli Alkan, təkamül və yaradılış həqiqətinə aid müzakirələrə toxunduğu yazısında, öz fikrini bəyan edir və insanın fiziki və kimyəvi qarşılıqlı təsirlərlə həyatını davam etdirən, “fövqəladə maşın” olduğunu bildirirdi. Bu fikrini isə, başlıqlara tez-tez əks olunan bəzi xəbərlərdən nümunələrlə dəstəkləməyə səy göstərir və analıq instinktinin təsiri olduğu düşünülən bir kimyəviyə, inanca nəzarət etdiyi fərz edilən beyin bölgəsinə, ya da güvənmək hissini artıran qoxunun tapıldığına dair işləri düşüncəsinə dayaq (əsas) göstərirdi.

Ancaq “insan maşındır” düşüncəsində dərin yanılma əsasdır. Bu yanaşmanın heç bir məntiqli və elmi əsası yoxdur.

Bu fikir qarşıya qoyularkən, materialist fəlsəfə əsas götürülür, insanın bir atom yığını olduğu və bütün davranış və zehni fəaliyyətlərinin də kimyəvi qarşılıqlı təsirlərin bir nəticəsi olduğu müdafiə olunur. Halbuki bu zəmin, tamamilə təkzib olunmuş bir zəmindir. Çünki insanların zehni fəaliyyətləri materializmlə izah oluna bilməz.

Materialistlər, nəzəriyyələrinin qaynağı olan ağıllarını, yalnız beyindəki atomlar arasında davam edən kimyəvi reaksiyaların məhsulu hesab edirlər. Kimyəvi reaksiyaların məhsulu kimi müdafiə olunan bir nəzəriyyənin doğruluğuna inanmaq üçün, heç bir məntiqli səbəb yoxdur. XX əsrin qabaqcıl darvinistlərindən və eyni zamanda materialist bioloq J. B. S. Haldana, bu həqiqətin fərqinə (şüuruna) varmış və bunları demişdir:

 

“Ağlın, maddənin yalnız bir yan məhsulu olduğu fikri, mənə fövqəladə dərəcədə ehtimaldan kənar görünür. Əgər zehni əməliyyatlarım tamami ilə beynimdəki atomların hərəkəti ilə təyin olunursa, inanclarımın doğru olduğunu fərz etmək üçün bir səbəbim yoxdur. Kimyəvi olaraq etibarlı ola bilərlər, amma bu, onları məntiqli, etibarlı etmir. Bu halda oturduğum budağı kəsmək məcburiyyətindən qaçmaq üçün, deyə bilərəm ki, ağlın tamami ilə maddəyə bağlı olmadığına inanmağa çətinlik çəkirəm.” (Haldana J. B. S., “When I Am Dead” en “Possible Worlds: And Other Essays” [1927], Chatto and Windus: London, 1932, reprint, səh.209)

 

Bir materialist üçün bu çətin vəziyyətdən xilas olmağın yeganə yolu, Haldananın da, dediyi kimi ağlın tamami ilə maddəyə bağlı olmadığını qəbul etməkdir. Ancaq bunu edən biri, artıq bir materialist sayıla bilməyəcəyi üçün materializm, onu təkzib edən bir fəlsəfədir. Buna görə, “insan fiziki və kimyəvi təsirlərin məhsulu olan bir maşındır” düşüncəsi etibarsızdır.

Digər tərəfdən, haqqında danışılan yazıda Hörmətli Alkanın əsas kimi göstərdiyi işlər də, elmi olaraq heç bir etibarlılığa sahib deyildirlər. Hər hansı bir insan davranışının genlər, kimyəvilər və ya beyin bölgəsi ilə əlaqədar olduğunu iddia edən işlər, hər hansı konkret (real) bir əlaqənin sübut meydana gətirmir. Bunlar, müəyyən davranışlarla statistik cəhətdən əlaqələr göstərməyə çalışılan işlərdir. Belə bir şeyi etmək asandır, ancaq etibarlı deyil.

Məsələn bir tədqiqatçı, insan davranışlarının planetlərin hərəkətlərindən qaynaqlandığına inanırsa, bir sıra insanları yoxlaya bilər və onların münaqişə və ya yenilik axtarmağa meylli olmaq kimi davranışlarını, öz fikrinə görə kateqoriyalandıra bilər. Bir tərəfdən də, Saturn və Yupiterin xəritələrdəki mövqeyinə baxaraq, planetlərin mövqeyi ilə bu kəslərin davranış xüsusiyyətləri arasında paralelliklər araşdıra bilər. Ancaq aydındır ki, belə əlaqələr qurduğu vaxt bunlar, planetlərin insan davranışının qaynağı olduğunu sübut etməz.

Bu cür mövzuların başlıqlara tez-tez əks olunmasına da, aldanılmamalıdır. Əslində bu başlıqlar, məşhur mediada reklam və sensasiya məqsədi ilə istifadə edildikləri üçün, ciddi elmi qaynaqlarda açıq-aşkar tənqid olunur. Məsələn, elm jurnalı “Science”-də mövzu ilə əlaqədar olaraq nəşr olunan “Genlər və davranış” başlıqlı məqalədə bunlar yazılır:

 

“Elm adamları, müəyyən genlərin və ya xromosom bölgələrinin davranış xüsusiyyətləri ilə əlaqəli olduğunu təkrar olaraq iddia etdilər, amma, əldə etdikləri tapıntılara (başqa işlərdə) yenidən çata bilməməsi üçün bunları geri çəkməli oldular… Bu iddiaların hamısı böyük coşğuyla elan edildi, hamısı məşhur mediada sorğu-sualsız salamlandı amma, hamısı artıq etibardan düşmüş vəziyyətdədir”. (C. Mann, “Genes and behavior,” Science 264; 1687 (1994), səh.1686 -1689).  

 

Masacusetsdəki Brandeis Universitetində neyrogenetika vəzifəsində çalışan Cef Hol, “Bu hekayələrin bəzilərinin ömrünün yarısı, təxminən altı aydır” sözləri ilə buna dair irəli sürülən bütün fikirlərin qısa vaxtda təkzib olduğunu və bunun artıq qanuniləşdiyini vurğulayır (Karen Schmidt, “It was my genes, guv”, New Scientist, cild 156 sayı 2107, 8 noyabr 1997, səh. 46). Təqdir edilməlidir ki, bir çalışmanın başlıqlara daşınmağı onu etibarlı etməz. Əsas olan, məhz icra edilən metodların etibarlılığı ilə əldə edilən tapıntıların başqa işlərlə də, təsdiqlənməsidir. Yuxarıda göstərildiyi kimi, davranış və genlər, beyin bölgəsi və s. arasında əlaqə yaradan çalışmalar, bu təməl meyarların hər ikisindən də, məhrumdur. İnsan, şüursuz atomların təsadüfən meydana gəlməsi deyil, Uca Allahın üstün ağıl və sonsuz qüdrət ilə var etdiyi bir canlıdır. Allah Quranda belə bildirilir:

 

“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluqat olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!” (Müminun surəsi, 12-14)