“Hürriyet” qəzetinin 6 fevral 2005-ci il tarixli “Pazar” əlavəsində “Elmə görə təsadüflər həyatın elə özüdür” başlıqlı yazı nəşr olundu. “Hürriyet” bu yazıda, təsadüflərin həyatda yeniliklərə, bəzən elmi tapıntılara, bəzən karyera (fəaliyyət) ilə əlaqədar qərarlara, bəzən də, gözlənilməz növdən qəzalara gətirib çıxarmağından nümunələr verir, oxucularına təsadüfi qarşılaşmaları, daha çox ciddi qəbul etmənin yaxşı olacağını məsləhət verirdi.
Əlbəttə əvvəldən təxmin edilməyən qarşılaşmaları ağıllı formada qiymətləndirmək, əhəmiyyətsiz inkişaflar kimi nəzərdən qaçırmamaq inkişaf cəhətdən faydalı bir rəftardır. Ancaq, “Hürriyet” qəzetinin bu yazıda vermək istədiyi mesaj bununla məhdudlaşmır və bu yazının bundan sonrakı qismində təkzib olunan iddia da, bu mesajla yanaşı gizlidən-gizliyə təlqin edilmək istənilən təkamül yanaşmasıdır.
“Hürriyet” qəzeti, təsadüflərin “təxmin olmayan” və “şüursuz olma” xüsusiyyətlərini bir-birinə qarışdıraraq yanıldıcı təkamül təbliğatına başlamışdır. Bu təbliğatın aşağıda verilən nümunələri araşdırılanda mövzu daha yaxşı aydın olacaq.
On ildir görmədiyiniz lisey yoldaşınızla, xarici ölkədə qarşılaşdığınız vaxt bunun əvvəldən təxmin edilməyən bir qarşılaşma olduğu aydındır və ya “Hürriyet” qəzetində Aleksandr Flemingin nümunə verilən elmi kəşfi də, eyni şəkildə əvvəldən təxmin edilməyən bir görüşdür. (Fleming, bakteriyaları təsirsiz edəcək bir maddə üçün tədqiqat apardığı vaxt, bakteriyaların olduğu qablardan birində yaranan kiflərin oradakı bakteriya növünü yox etdiyini fərq etmişdir.)
Yenə “Hürriyet” qəzetinin bir başqa nümunəsinə görə, bir insanın bir dostunun təlqini ilə həyatında kritik bir qərar verməsi, məsələn karyera seçməsi də, əvvəldən təxmin edilməyən bir təsadüfdür.
Paraqraflarda gizlənmiş fəlsəfi təlqin
“Hürriyet” qəzeti, hamı tərəfindən qəbul edilə bilər, bu nümunələri verdikdən sonra, fəlsəfi cəhətdən tamami ilə fərqli ölçüdə bir mövzuya (oxuculara bildirmədən) keçir. Bu nümunələrdən qaynaqlanan “Hürriyet”, təsadüflərin həyatın başlanğıcındakı bəhs olunan rolu ilə əlaqədar olan təkamülçü təlqinləri sıralayır. İndi, aşağıdakı təlqinə baxaq və bunun yuxarıda bildirilən nümunələrlə fərqini araşdıraraq, “Hürriyet”in təkamül təbliğatını gözlər önünə sərək.
“Hürriyet” yazısının ardında təsadüflərlə əlaqədar olaraq bu ifadələrə yer verilir:
“…Təsadüflər hər inkişafın itələyici gücü və nəticəsidir. Yalnız onlar sayəsində dünyaya yeniliklər gəlir. Halbuki, yalnız təxmin edilə bilən hadisələrin yaşandığı yerdə, heç bir şey dəyişməz. Bir cəmiyyətin inkişafı qədər yaradıcılıq da, eyni qaydaları izləyər. Yaradıcılıq, əvvəl də, bir-birləri ilə əlaqəsi olmayan elementlərin birləşdirilməsi və sınanmasına əsaslanır.
Təkamül qaydasına görə də, canlılar dünyası belə bir sınaq oyunu və yanılma ilə ortaya çıxdı.”
“Hürriyet” yazısındakı “təsadüflər hər inkişafın itələyici gücü və nəticəsidir” ifadəsi olduqca diqqət çəkicidir. Bu qısa cümlədə, çox böyük fəlsəfi təlqin gizlidir. “Hürriyet” qəzeti təsadüflərin itələyici güc (səbəb) və nəticə olduğunu iddia edir ki, bu, həyatın təsadüflərlə ortaya çıxdığı iddiasını ehtiva edir. Necə ki, “Hürriyet”, “Təkamül qaydasına görə də, canlılar dünyası belə bir sınaq oyunu və yanılma ilə ortaya çıxdı” ifadəsi ilə, bu yazıdakı əsl məqsədinin “gündəlik həyatınızda əvvəldən təxmin edilməyən qarşılaşmalara qeyri-ciddi yanaşmayın” mesajı ilə məhdud olmadığını göstərir. Həyatı bir növ yoxlama-yanılma oyunu məhsulu sayan “Hürriyet”, canlılardakı dizaynın şüurlu olaraq yaradılmadığını, guya kor təsadüflərlə, təsadüfən ortaya çıxdığını iddia edir.
Şüur faktoru ehtiva edən təsadüfləri təhrif etmək
Məhz bu nöqtədə, haqqında danışılan təsadüf, sadəcə “əvvəldən təxmin edilməyən qarşılaşmalar” deyil, “şüurdan məhrum, tamami ilə kor” təsadüfdür. “Hürriyet” qəzetinin, yazımızın əvvəlində göstərdiyimiz nümunələrinin “əvvəldən təxmin edilməyən” xüsusiyyəti ilə önə çıxan təsadüflər olduğunu ifadə etmişdik. İndi bu nümunələrə qısaca dönək və bunları bir də şüur faktoru cəhətdən araşdıraq. Bu araşdırma göstərəcək ki, “Hürriyet” qəzeti şüur faktoru ehtiva edən təsadüfləri, şüursuz təsadüflərə dair iddiasına aid göz boyayan nümunələr kimi istifadə edir.
Məsələn, Fleminq, əvvəldən təxmin etmədiyi bir şəkildə bakteriyaların kiflənərək məhv olduğunu tapmışdır. Ancaq bu kəşfin şüursuz bir kəşf olduğunu demək mümkün deyil. Çünki, “Hürriyet” yazısında da, ifadə edildiyi kimi Fleminq, buna görə on ildir tədqiqat aparır. Yəni, penisillinin kəşfi, bir məqsəd üçün başladılan planlı prosesin bir hissəsidir. Laboratoriya mühitində, Fleminqin, bakteriyaları o qabda saxlamağı, əvvəldən təxmin edilməyən kəşfin “şüurlu” bir ünsürüdür. Eyni formada, bir yoldaşının karyera seçimində təsirli olan bir şey də, ona verdiyi tövsiyədə mühakimə qabiliyyətini, yəni ağlını istifadə etməklə, adamın karyerası ilə əlaqədar əvvəldən təxmin etmədiyi bu seçiminə şüurlu bir faktor qatmış olur.
Məsələn, bir futbol yarışında, heç gözlənilməz şəkillərdə qollar atıla bilər. Ancaq bu təsadüflərdə şüurlu bir ünsür vardır, çünki nəhayət ortada topu iki dirəyin ortasından keçirmək üçün mübarizə aparan 22 şüurlu insan vardır. “Hürriyet”-in nümunələri də, bu şəkildədir. Bəli, insan həyatındakı təsadüflər, əvvəldən təxmin olmayan formada reallaşar, ancaq “Hürriyet”, şüur faktoru ehtiva edən nümunələr verir.
Nə vaxt “Hürriyet” bu nümunələrdən həyatın kor təsadüflərin məhsulu olduğu iddiasına keçir, məhz o məqamda aldatmağa başlamışdır. Çünki insanların şüur altına “baxın insan həyatında bu təsadüflər bu cür yeniliklər əmələ gətirir. Məhz həyat və təkamül də, belə təsadüflərlə ortaya çıxmış yeniliklərdir” şəklində tamami ilə həqiqətdən kənar, həm də heç dürüst olmayan bir təlqini də var.
Gizlində ateizm təbliğatı
Bu məqamda, “Hürriyet”-in, bura qədər adı ifadə edilməmiş münasibətinin adını da, qoymaq lazımdır. “Hürriyet”, həyatla əlaqədar olaraq, təsadüflərin həm səbəb, həm də, nəticə olduğu bir modeli müdafiə edir. Bunun adı ateizmdir. Təsadüflərin həm səbəb, həm də, nəticə olaraq izahatı, başdan-ayağa ateizm təbliğatının başda gələn bir xüsusiyyətidir. Necə ki, Fransız Elmlər Akademiyasının keçmiş rəhbəri Pyer Paul Qrasın, “…təsadüf anlayışı, ateizm imici altında, ona gizlicə tapınılan bir növ ilah halına gəlmişdir” sözləri bu gizli ilahlaşdırmağa işarə edir.1
Həyatın təsadüflərlə ortaya çıxması, qəti surətdə qeyri-mümkün olan bir faktdır. Necə ki, həyatın kompleksliyinə qısaca diqqət yetirək, bu kompleksliyin təsadüfi olaraq ortaya çıxma ehtimalına dair hesablamalara nəzər saldığımızda, “Hürriyet”-in göz boyayan söz oyunları ilə etdiyi “səhv sınaqlarla ortaya çıxan həyatın təməlində təsadüf var” təlqini darmadağın olacaq.
Darvinist zooloq Riçard Davkins, həyatın hələ tək bir hüceyrədə ortaya qoyduğu kompleksliyi belə bir misalla izah edir:
“Fizika kitabları kompleks ola bilər, amma bir fizikin kitabında izah olunan obyekt və faktlar, yazarın bədənindəki tək bir hüceyrədəkindən daha sadədir. Bu hüceyrələrin çoxu bir-birindən fərqlidir, həssas bir quruluşla, mühəndisliklə əlaqədar bir kitab yazma qabiliyyətinə sahib olan bir maşını (yazarın bədənini) əmələ gətirərlər və bu yazar, trilyonlarca hüceyrəyə malikdir… Hər bir hüceyrə nüvəsi “Encyclopedia Britannica” ensiklopediyasını meydana gətirən otuz cilddən də çox sayda və rəqəmsal kimi kodlaşdırılmış məlumat məzmununa malikdir və bu məlumat saxlama tutumu, hər bir hüceyrə üçün etibarlıdır, bütün hüceyrələrin cəmi üçün deyil.” 2
Davkisin bəhs etdiyi bu yüklü genetik məlumatın, “Hürriyet”-in iddia etdiyi kimi təsadüflərlə ortaya çıxma ehtimalı qətiyyən yoxdur.
Həyatın kompleks quruluşunun təsadüflərlə ortaya çıxma ehtimalı üzərində, əhatəli olaraq çalışan bir tədqiqatçı, məşhur astronom və riyaziyyatçı Sir Fred Holedir. Hole, həyatın təsadüfi şəkildə başlamasının qəti surətdə qeyri-mümkün olduğu nəticəsinə varmış, bu qeyri-mümkünlüyü aşağıdakı iki təəccüblü misalla açıqlamışdır:
“Bütün kainatı dəmir yığını ilə əhatə olduğunu fərz edin və bu dəmir yığınının içində Boeing 747-ə aid hissələr və qarışıq elektrik sxemləri və bir-birindən ayrı formada olsun. Bu dəmir yığınına bir qasırğa vurur. Bu qasırğanın ardından bütün hissələri bir yerə yığılıb və uçuşa hazır bir Boeing 747 çıxa bilərmi? 3
“Rubik Kubu”nu tanıyan bir kəs belə, rubikin tərəflərini təsadüfi oynadan bir görmə problemi olanın həll edə bilməyəcəyini qəbul edəcək. İndi sırası pozulmuş rubikin 1050 görməyən insan olduğunu və hamısının eyni anda həll edilmiş şəklə gəlmə ehtimalını xəyal etməyə çalışın. Artıq həyatın bağlı olduğu bir çox polimerden (kompleks kimyəvi reaksiyalardan) yalnız birinin təsadüfi yer dəyişdirməsi fürsətinə sahibsiniz. Yalnız bio-polimerlerin deyil, eyni zamanda proqramlaşdırılmış bir hüceyrənin çalışması da, adi təbii şorbada təsadüfi əmələ gələ bilməzdi”.4
Göründüyü kimi, heç bir hüceyrənin, hüceyrəni əmələ gətirən çox sayda kompleks zülaldan tək birinin də təsadüflərlə ortaya çıxma ehtimalı yoxdur.
- Tək bir zülalın əmələ gəlməsi üçün DNT lazımdır
- Zülal olmadan DNT əmələ gələ bilməz
- DNT olmadan zülal əmələ gələ bilməz
- Zülal olmadan zülal əmələ gələ bilməz
- Tək bir zülalın əmələ gəlməsi üçün 60 müxtəlif zülal lazımdır
- Bu zülalların biri belə əskik olsa zülal mövcud ola bilməz
- Ribozom olmadan zülal əmələ gəlməz
- RNA olmadan da zülal əmələ gəlməz
- ATP olmadan zülal əmələ gəlməz
- ATP-ni çıxaran mitoxondri olmadan da zülal əmələ gəlməz.
- Hüceyrə nüvəsi olmadan zülal əmələ gəlməz
- Sitoplazma olmadan da zülal əmələ gəlməz
- Hüceyrədəki orqanellərdən biri əskik olsa, zülal əmələ gələ bilməz
- Hüceyrədəki bütün orqanellərin mövcud olması və çalışması üçün də zülallar lazımlıdır
- Bu orqanellər olmadan da heç bir şəkildə zülal olmaz.
Bu sistem, bir yerdə çalışmaq məcburiyyətində olan zəncirvari bir sistemdir. Biri olmadan digəri də ola bilməz. Tək bir hissəsi mövcud olsa belə, sistemin digər hissəsi olmadan bu parça heç bir işə yaramaz.
Qısaca, bir zülalın mövcud olması üçün hüceyrənin hamısı lazımdır. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə var olmadığı müddətdə, bir zülal əmələ gələ bilməz.
Nəticə:
“Hürriyet” qəzetinin, həyatın yanlış sınağın məhsulu təsadüf olduğuna dair iddiası, elmdən uzaq iddiadır. Molekulyar biologiya və genetika elmləri, canlıların DNT-sində yüklü miqdarda genetik məlumat tapıldığını, üstəlik bu genetik məlumatı tərcümə edən bir kod və mexanizmin varlığını üzə çıxartmışdır. Bir insan hüceyrəsində ensiklopedik miqdarda məlumat vardır. Yuxarıdakı riyazi hesablamaların nəticələrinin də ortaya qoyduğu kimi, belə bir məlumatın təsadüfi olaraq ortaya çıxma ehtimalı qətiyyən yoxdur.
Həyatın mənşəyi ilə əlaqədar düzgün açıqlama təsadüf deyil, şüurlu dizayndır. İstər Mors əlifbası, istər Ərəb əlifbası və ya DNT əlifbası olsun, bir kod hər zaman bir ağlın varlığına işarə edir. “Hürriyet” qəzetini səhər əlinə alan bir oxucu, qəzetin ön səhifəsinin mürəkkəbin kağız üzərinə səhvən tökülüb təsadüfi olaraq o yazıları və şəkilləri ortaya çıxardığını heç vaxt fikirləşməz. “Hürriyet” qəzetindən də çox yüklü miqdarda məlumat saxlayan DNT-nin də, təsadüfən ortaya çıxma ehtimalı yoxdur. “Hürriyet” qəzetinə, fəlsəfi olaraq davam etdirdiyi bu yanılmanı tərk etməsi və həyatın mənşəyinin şüurlu dizayn, yəni yaradılış olduğunu qəbul etməsini tövsiyə edirik.
1) Pierre Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, səh. 107
2) Richard Dawkins., “The Blind Wadətchmaker,” [1986], Penguin: London UK, 1991, reprint, səh. 17-18
3) Fred Hoyle, The Intelligent Universe, Dorling Kindersley Limited, 1983, səh. 19
4) Sir Fred Hoyle, “The Big Bang en Astronomy”, New Scientist, cild 92 (19 noyabr 1981), səh. 526-527