“Radikal” qəzeti yazarı hörmətli Türker Alkan, 28 sentyabr 2003-cü il tarixli yazısında, saytımızdan söz edərək belə yazırdı:

 

“Sağ olsunlar, mən heç də istəkli olmadığım halda məni saytlarına qonaq edirlər. Mənimlə birlikdə Mine Kırıkkanat, Hakkı Devrim, “Sabah”dan Emre Aköz, mühüm qonaqlar arasındadır. Hamımızın ortaq şəkildə günahı var: Darvinizm!”

 

Bəli hörmətli Alkanı və digər yazıçıları saytımızda tənqid edirik. Amma bunun səbəbi “günahkar” olmaları deyil. Bir fikri müdafiə etmək günah deyil. Necə ki, yazılarımızda yanılmalardan danışılır.

“İnsanların yanılmalarını düzəltməklə niyə məşğul olursunuz?” deyə soruşa bilər. Necə ki, Türker Alkan da bunu soruşur.

Bu, insanlar və cəmiyyət üçün bir şeylər edə bilmə istəyi ilə əlaqədardır. Əgər fərdləri və cəmiyyəti səhv istiqamətə doğru çəkən fikri axınlar varsa, bunlara qarşı fikri mübarizə vermək, qınanması deyil, təqdir edilməsi və hər kəsin eyni şəkildə yerinə yetirməsi lazım olan idealist davranışdır. Məsələn, bir cəmiyyətdə irqçilik və faşist ideologiyalar yayılsa, buna qarşı intellektual vəziyyət almaqdan daha doğru və lazımlı nə ola bilər?

Darvinizm də bizim tərəfdən fərdləri və cəmiyyətləri səhv istiqamətləndirən bir ideologiyadır. Bu ideologiya, dünya üzərindəki həyatın təsadüflərin əsəri olduğunu irəli sürür. Həm də, həyatın itələyici gücünün “eqoist rəqabət və qarşıdurma” olduğunu iddia edir. Buna inanan insanlar; dünyanı, heç bir əxlaqi meyarın əhəmiyyət daşımadığı, heç bir mütləq dəyərin var olmadığı, yalnız fərdi mənfəətlərin məna daşıdığı arena olaraq görərlər.

Halbuki bu inanc səhvdir. Bu inancın elmi dəlilləri kimi göstərilməyə çalışılan faktlar (təkamül nəzəriyyəsinin sözdə paleontoloji, bioloji, genetik və s. “dəlilləri”) təhrif edilir və səhv şərh olunur. Elm, həyatın təkamüllə deyil “şüurlu dizayn”la ortaya çıxdığını, yəni həyatı Allahın yaratdığını göstərir.

“Netcevap” saytı bu gerçəyin əhəmiyyətinin fərqindədir və bunu ifadə etməyə davam edəcək.

 

Darvinizm ateizmlə sinonimdirmi?

Hörmətli Alkan, darvinizmlə ateizmdən danışaraq, “mən bu iki anlayış arasında heç bir zəruri əlaqə görmürəm” deyir.

Qismən haqlıdır; Darvinizm ateizmlə sinonim deyil. Darvinist olmadan da ateist oluna bilər və hər darvinist ateist deyil. Amma “Darvinist olmayan ateistlər” və “ateist olmayan darvinistlər”, olduqca kiçik azlıq təşkil edirlər. Əslində, bu iki “izm” arasında çox yaxın bir əlaqə vardır və günümüz dünyasına baxsaq, bunların ən az 95% nisbətində yan-yana dayandıqlarını görə bilərik.

Çünki darvinizm, “təbiəti bir Yaradıcının varlığını göz ardı edərək izah etməyə çalışma” üsuludur. Bu nəzəriyyə ilə birlikdə ateizm böyük sürət qazanmışdır. Günümüzün xadim ateistlərindən biri, eyni zamanda “ən qatı darvinisti” olan İngilis zooloq Richard Dawkinsdir. Və Dawkins, “Darvin bizə intellektual istiqamətdən razı qalmış ateist olma imkanını verdi” sözüylə məşhurdur.

Əslində isə Darvin onlara belə bir imkan verməmişdir, çünki nəzəriyyəsi elmi və məntiqi baxımdan çürükdür. Amma ateistlər, darvinizmdə bu cür əsas tapdıqları üçün, bu nəzəriyyəyə dörd əllə sarılır və onu yaşatmaq üçün var gücləriylə çalışırlar. Dünya üzərindəki sistemli darvinizm təbliğatı, məhz bu səbəblə vardır.

 

Elmlə din arasındakı əlaqə nədir?

Hörmətli Alkanın yazılarında tez-tez təkrarladığı bir yanılması, yaradılışdan və bu mövzudakı elmi dəlillərdən danışıldığı zaman, bunu “elmlə metafizikanın bir-birinə qarışdırılması” hesab etməsidir. “Elm adamlarının hamısı, dini inancları nə olursa olsun, işlərini obyektiv təməllərə əsaslanmaq məcburiyyətindədirlər” deyə yazır.

Əlbəttə elm yalnız obyektiv həqiqətləri ələ alaraq maddi dünyanı araşdırır. Bu səbəblədir ki, bir çox dini mövzu (məsələn, duanın təsiri və ya ölümdən sonrakı həyat) elmin sahəsi içində deyil. Biz də onsuz da bu mövzuları elmin sahəsi içinə daxil etmək kimi bir səy göstərmirik.

Amma hörmətli Alkanın israrla göz ardı etdiyi bir nöqtə vardır: Din bizlərə obyektiv həqiqətlər haqqında da məlumat verir. Məsələn, Quranda kainatın yoxdan yaradıldığı (yəni bir başlanğıcı olduğu); canlı qruplarının Allahın diləməsiylə ayrı-ayrı yaradıldıqları; insanın da yenə digər canlılardan ayrı bir şəkildə, Allahın möcüzəsiylə yaradıldığı və yer üzünə yerləşdirildiyi xəbər verilir.

Elm bu mövzuları bütün detallarıyla araşdıra bilərmi? Xeyr… Bunlar, keçmişdə reallaşmış hadisələr olduqları üçün, təcrübəyə və müşahidəyə tabe tutula bilməzlər. Amma elm, bu faktların “izlərini” kəşf edə bilər. Necə şumerlər deyə bir xalqın yaşadığını təcrübə və müşahidə yoluyla deyil də, geridə buraxdıqları qalıqlardan anlayırıqsa, kainatın yoxdan yaradıldığını da Big Bangın izlərindən (kainatın davamlı genişləməsindən, kosmik fond radiasiyasından) anlayırıq.

Canlıların mənşəyi mövzusunda bizə yol göstərəcək “izlər” isə, canlıların indiki vəziyyətləri (anatomiyaları, genetik kodları və s.) və paleontoloji fosillərdir.

Məhz bu iki sahə də darvinizmin ssenarisini yalanlayır, yaradılış gerçəyini təsdiqləyir:

 

1) Canlıların indiki vəziyyətləri; təbiətdə sərhədsiz dəyişiklik olmadığını, canlıların məqsədsiz təbiət hadisələri ilə ortaya çıxmış ola bilməyəcək qədər kompleks dizaynlara sahib olduqlarını göstərir.

2) Fosillər isə, fərqli canlı qruplarının yer üzündə birdən və öz xüsusi strukturlarıyla ortaya çıxdıqlarını göstərir. Bunun mənası isə “yaradılış”dır. “Niyə elə?” deyə soruşanlar, məşhur təkamülçü bioloq Douglas Futuymanın bu mövzuda ortaya qoyduğu meyarı diqqətə ala bilərlər:

 

“Canlılar dünya üzərində ya tamamilə mükəmməl və əskiksiz şəkildə ortaya çıxmışlar, ya da özlərindən əvvəl var olan bəzi canlı növlərindən təkamülləşərək meydana gəlmişlər. Əgər əskiksiz və mükəmməl şəkildə ortaya çıxmışlarsa, o halda üstün ağıl tərəfindən yaradılmış olmaları lazımdır.” 1

 

Hörmətli Alkana bu mövzuda son bir xatırlatma: Diqqət yetirilsə burada “parapsixologiya”dan danışmırıq. “Kainat və həyat necə var oldu?” sualı, parapsixologiyanın deyil, elmin sahəsi içindədir. Və bu sahənin içindən gələn məlumat, İlahi dinlərin də xəbər verdiyi həqiqəti, yəni bir Yaradıcının açıq-aşkar varlığını təsdiqləyir. Bunu anlamazlıqdan gəlmək və məsələni “parapsixologiya”nın sahəsi içinə itələməyə çalışmaq fayda verməz.

 

Nəticə

Bizim hörmətli Alkana (və saytımıza “qonaq” olan digər yazarlara) izah etmək istədiyimiz həqiqət, darvinizmdən kənar məsələdir. Bu məsələnin adı materializmdir. Yalnız maddənin var olduğu ya da obyektiv həqiqətin yalnız maddi varlıqlarla məhdud olduğu inancıdır. Səhv olan budur; Darvinizm yalnız bu fəlsəfənin “təbiət elmlərinə uyğunlaşdırılması”dır.

Saytımızın “qonaqları” olan yazıçılar, materializmi təkzib edən elmi dəlillərlə aydın şəkildə qarşılaşana qədər, özlərinə (və oxucularına) bu mövzudakı həqiqətləri izah etməyə davam edəcəyik.

 

 

1) Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. səh. 197