R. S Seymour və qrupunun fikrinə görə “Physiological and Biochemical Zoology” jurnalında nəşr olunan məqalədə, timsahların sözdə təkamüllü atalarının istiqanlı olduğuna dair bir iddiaya yer verildi.1 Araşdırmaçılar yalnız fərziyyədən ibarət olan iddialarında, timsah ürəyinin, ağciyər və bədənin ağciyər xaricində qalan hissələrinə fərqli təzyiqdə qan nasosla vura bilmə bacarığı üzərində fərziyyələr ortaya qoyurdular.

Timsahlar, bədən istilikləri olduqları mühitdə asılı olan, soyuqqanlı sürünənlərdir. Bu canlılar, ürəklərinin dörd kameralı olmasıyla digər sürünənlərdən seçilirlər. Digər sürünənlərin ürəyi üç kameralıdır. Timsahlar kimi soyuqqanlı canlıların maddələr mübadiləsi istiqanlılara nisbətən daha yavaşdır, yəni bədənlərindəki reaksiyalar daha yavaş reallaşar. Bu səbəbdən daha az enerjiyə ehtiyac duyarlar. Buna qarşılıq daha az hərəkətlidirlər. Soyuqqanlı və istiqanlı canlılar (quşlar və məməlilər) arasındakı bu hərəkətlilik fərqində, ürəyin dizaynı təsirli bir faktor olaraq qarşımıza çıxar.

Qurbağa, quş, timsah və insan kimi onurğalılarda, ağciyərdə oksigenləşən qan, ürəyə girər və buradan nasosla vurularaq bədənin digər toxumalarına göndərilər. Bədəndən gələn oksigensiz qan ürəyə və oradan təmizlənmək üzrə ağciyərə çataraq dövrü tamamlayar. Bu dövr, iki damar sistemi ortaya qoyar. Bunlardan birincisi ürək və ağciyərlər arasındakı damar sistemi, digəri də ağciyərlər xaricindəki qisimlərlə ürək arasındakı damar sistemidir.

Canlının ürəyindəki kamera sayı, bu iki damar sisteminə göndəriləcək qanın təzyiqinin nizamlamasında iştirak edər. Üç kameralı ürək dizaynında, oksigenli qan bir kameraya, oksigensiz qan ikinci bir kameraya daxil olar, bunlar daha sonra üçüncü kamerada birləşdirilərək ağciyərə və ağciyər xaricindəki toxumalara gedən damarlardan “eyni təzyiqlə” göndərilər. Kamera sayı dörd olduğunda isə qanın, ağciyərlərə və ağciyər xaricindəki toxumalara fərqli-fərqli təzyiqlərdə göndərildiyini görərik. Dörd kamera, iki-iki “fərqli təzyiqlərdə” nasosla vurar. Dörd kameralı ürək sistemində oksigenli və oksigensiz qanlar bir-birinə qarışmaz. Bu iki tip qanın fərqli təzyiqlərdə nasosla vurulması sayəsində, ürəyin yaxınında olan ağciyərə həddindən artıq təzyiqdə qan göndərilməsinin qarşısı alınmış olar. Bu sayədə ağciyərlərlə oksigen dəyişməsinin edildiyi mikroskopik boşluqlara qan daşmaz.

Daha uzun bir səfərə çıxan və bədənin ağciyər xaricindəki bütün toxumalarına oksigen daşıyan qan isə daha çox təzyiqlə nasosla vurular. İstiqanlılar, sahib olduqları dörd-kameralı ürək dizaynı sayəsində, hərəkətli həyatları boyunca hüceyrələrinə ehtiyac duyduqları oksigeni sürətli bir şəkildə göndərmiş olarlar.

 

Araşdırmaçılar, timsahın soyuqqanlı olduğu halda dörd kameralı ürək dizaynına sahib olmasından hərəkətlə, təkamülçü bir fərziyyə ortaya qoymaqda və bu ürək dizaynının timsahın sözdə istiqanlı atalarından qalmış ola biləcəyini fərziyyə edirlər. Bu fərziyyələrini hekayələşdirərək timsahın xəyali istiqanlı atalarının quruda yaşayan hərəkətli canlılar olduğunu ancaq suda yaşamağa uyğunlaşma təmin etdikləri dövrdə soyuqqanlı bir canlıya çevrildiyini qarşıya qoymaqdadırlar.

İddialarının spekulyativ istiqamətini araşdırmaçıların özü də qəbul etməkdə və timsahın milyonlarla il əvvəl yaşamış (timsah) atalarının istiqanlı yoxsa soyuqqanlı olduğunu bilmənin mümkün ola bilməyəcəyini ifadə etməkdədirlər. Mövcud fosillər bu mövzuda hər hansı konkret bir nəticəyə gəlməsinə imkan verməməkdədir.

Timsah fosilləri 140 milyon il boyunca eyni qalmışlar və heç bir dəyişiklik keçirməmişlər.2 Burada elm adamlarını skelet quruluşunda heç bir dəyişiklik keçirməyən timsahın atalarının istiqanlı canlılar olduğunu fərz etməyə sövq edəcək heç bir elmi səbəb yoxdur. Araşdırmaçılar bu xəyali hekayəyə, yalnız təkamülü bir doqma olaraq mənimsəmiş olduqlarına görə sarılmaqdadırlar.

Yalnız təxəyyülünə əsaslanmasına qarşı bir doqma olaraq mənimsənən bu təkamülçü inanc, qədim çağlarda insanlar tərəfindən mənimsənən, timsahların Nil çayının palçığından törədiyi inancından fərqsizdir. Təkamülçüləri irəli dərəcədə xəyal gücünə əsaslanan fərziyyələr uydurmağa aparan səbəb isə nəzəriyyələrinin heç bir elmi dayağa sahib olmamasıdır. Təkamülçülər, hər hansı bir təkamülləşmə təmin etmiş bir mexanizmin varlığını göstərə bilməmiş, milyonlarla sayda olması lazım olan ara-keçid forması nümunələrindən bir də ortaya qoya bilməmişlər. Hətta bütün bu ssenarinin başlanğıc pərdəsinə yerləşdirdikləri hekayəni, yəni həyatın təsadüfi olaraq başladığı iddiasıyla əlaqədar xəyali hadisələri fərziyyə səviyyəsində də ortaya qoya bilməmişlər. Açıqdır ki, timsahların ürək anatomiyasına baxılaraq uydurulan bu zorakı fərziyyələr təkamülçülərə heç bir fayda gətirməyəcək.

“Physiological and Biochemical Zoology” jurnalına, təkamül nəzəriyyəsinə verdikləri kor-koranə dəstəkdən imtina etmələrini tövsiyə edirik.

 

 

1) Seymour, R. S., Bennett-Stamper, C. L., Johnston, S. D., Carrier, D. R., Grigg, G. C. 2004. Evidence for endothermic ancestors of crocodiles at the stem of archosaur evolution. Physiol. Biochem. Zool. 77: 1051-1067.

2) Dicks, L., The creatures time forgot, New Scientist, 164(2209):36-39, 1999