Bağırsaq paraziti Lyamblya üzərində aparılan son təcrübələr, bu canlının eukariot hüceyrənin təkamülü nağılında özünə əvvəldən verilən “itkin halqa” rolunu təkzib etdi. Əvvəldən hesab edilənin əksinə, Lyamblya da, mitoxondri genlərinin və mitoxondriyaya bənzər kisəciklərin tapıldığı bildirildi.
Təkamülçülər, eukariot hüceyrələrin prokariot hüceyrələrdən təkamülləşdiyini iddia edirlər. Eukariot hüceyrələr bitki və heyvanları əmələ gətirərkən, prokariot hüceyrələr kimi hüceyrəli bakteriyalarla məhduddur. Eukariot hüceyrə, prokariot hüceyrədə olmayan bir toxuma və pərdə ilə örtülü kompleks orqanlara malikdir. Təkamülçülər, eukariotları prokariotlardan ayıran bu quruluşların mənşəyinin, erkən prokariotların ortaq və parazit həyatı olduğunu fərz edirlər. Tamami ilə xəyal gücünə əsaslanan bu iddiaya görə, bakteriyaya oxşar erkən bir hüceyrə bir başqasını udmuşdur, ancaq hər hansı bir həzm baş vermədən ortaq bir həyat başlamışdır. Bu xəyali prosesin nəticəsində də, qonaq hüceyrənin vaxt keçdikcə eukariot hüceyrənin özəyi və orqanlarını əmələ gətirən şəkildə bir çevrilmə baş vermişdir kimi bir iddia irəli sürülmüşdür.
Lyamblya, bu fikirlə əlaqədar simvolik statusa malikdir. Bir özəyə sahib olduğu bilinən, ancaq qısa müddət əvvələ qədər, eukariot hüceyrələrdə olan mitoxondridən məhrum olduğu zənn edilən canlı, eukariotların orqanları pilləli olaraq qazandıqları bu xəyali dövrə işıq tutduğu kimi qəbul edilmişdir və izah olunmuşdur. Beləliklə, təkamülçülərin gözündə bir “itkin halqa” mövqeyi qazanmış, illər boyu dərs kitablarında eukariot hüceyrənin təkamülünə dəlil kimi göstərilmişdir.
İndi isə, “Nature” jurnalının 20 may 2004-cü il tarixli sayında nəşr olunan bir yazı1, Lyamblyanın, əslində ölçüsü kiçilmiş mitoxondrilərə sahib olduğunu və bu canlıya “itkin halqa” statusu ətf edilməsinin bir yanlış olduğunu bildirmişdir.
Conatan Knayt tərəfindən hazırlanan bəhs olunan yazıda, Lyamblyanı itkin halqa statusundan çıxaran elmi tapıntılara əlavə olaraq, bu tapıntılar qarşısında çəkdikləri həyat ağaclarının etibarsızlığı ortaya çıxan təkamül bioloqlarının müqavimətləri də, hazırladır. Buna görə, Royal Holloway Universitetindən molekulyar parazitoloq Corc Tovar və qrupu, Lyamblyada, eukariotlarda mitoxondri ilə əlaqəli olduğu bilinən zülallara rast gəlmişdir, bundan əlavə zülalların orqanizmlərin hüceyrələrində müəyyən nöqtələrdə toplandığını təyin etmişlər. Zülalların toplanma nöqtələrini elektron mikroskopu ilə araşdıran tədqiqatçılar, bu nöqtələrdə mitoxondri kimi iki pərdəyə sahib olan, ancaq daha kiçik ölçülü kisəciklərə rast gəlmişdilər. Bundan əlavə, kisəciklərin içində mitoxondrinin enerji əmələ gətirən fəaliyyətləri ilə əlaqədar olduğu bilinən dəmir-sulfat təcrübələrinə rast gəlinmişdir. Bütün bunlar, Lyamblyanın mitoxondridən məhrum olduğu kimi təkamülçü iddianın etibarsızlığını ortaya qoyur.
Heinrich Heine Universitetində, molekulyar təkamül tədqiqatçısı olaraq vəzifəli olan Willyam Martin,
“Lyamblyanın eukariot hüceyrələrin standart təkamül tarixi sxemlərində, bir ara mərhələ kimi nümayişi, bundan belə müdafiə oluna bilməz” 2
sözləri ilə bu həqiqəti ifadə edir.
Digər tərəfdən, bəzi təkamülçülər Tovarın nail olduğu nəticələri qəbul etmək istəmirlər. Ancaq görünür ki, bu müqavimət heç bir elmi sübut olmadığına görə, daxildən hiss etdikləri büdrəmədən qaynaqlanır. Martin, bu kəslərin əksinə fərziyyə üzərində çalışaraq, uzun illər keçirdikləri üçün nəticələri qəbul etməyi rədd etdiklərini ifadə edir. Martin, sözlərinə bunları əlavə edir:
“Onlar (Lyamblyada) mitoxondri olmağını istəmirlər, çünki şorbalarının dadını [yəni işlərini] pozur. Bu fikirləri çox kök atmışdır.” 3
Bəzi təkamülçülər Lyamblya ilə əlaqədar tapıntıları qəbul etməkdə təkid edirlər, bu “kök salmış” düşüncə, yəni eukariot hüceyrənin mənşəyi ilə əlaqədar təkamülçü iddialar heç bir elmi əsasa sahib olmayan, doqmatiq hekayədən ibarətdir. Təkamülçülərin bu sahədə irəli sürdükləri iddialar, elmi təcrübələrə və bu təcrübələrin nəticələrinə əsaslanaraq şəkillənməmişdir. Bir bakteriyanın başqa bir bakteriyanı udması kimi bir fakt da, heç bir şəkildə müşahidə edilməmişdir. Molekulyar bioloq Vitfeld, bu vəziyyəti belə ifadə edir:
“Prokariotik endosimbiosis (udma) bəlkə də, bütün endosimbiotik nəzəriyyənin əsaslandığı, hüceyrəvi mexanizmdir. Əgər bir prokariot bir başqasını uda bilməzsə, endosimbiozun necə qurulduğunu təxmin etmək çətindir. Təəssüf ki, endosimbioz nəzəriyyə üçün heç bir müasir nümunə yoxdur.” 4
Amerikalı bioloq L. R. Kroft isə, bu haqda belə deyir:
“Bir bakteriyanın başqa bir bakteriyanı udması heç bir şəkildə müşahidə edilməmişkən, belə bir iddia irəli sürmək heç bir şəkildə elmi deyil. Qaldı ki, xloroplast, ribozom, mitoxondri, lizozom kimi orqanlar hüceyrə xaricinə alınaraq bir-birlərindən ayrılanda yaşaya bilmirlər.” 5
Göründüyü kimi bu fikir, heç bir elmi əsası yoxdur və bunun test (təcrübədən keçirtmək) edilməsi də, qeyri-mümkündür. Levin və Lenski, heç bir elmi əsası olmayan bu fikrin, təkamülçülərin məhz-belə hekayələrindən biri olduğunu belə etiraf edirlər:
Bakteriyalarda virusların və plazmodilərin birlikdə həyatı haqqında, bir neçə ümumi və xüsusi ifadələr etdik… Bu canlılarla əlaqədar şeylərin necə əmələ gəldiyi haqqındakı bu ifadələrin çoxu, mikroblu elə-belə hekayələrdən ibarətdir. Digər bir çox təkamüllü faktda olduğu kimi, hadisələrin təklif edilən yollardan reallaşdığını rəsmi olaraq göstərməyin bir yolu tapılmır.” 6
Göründüyü kimi eukariotların təkamül ssenarisi, heç bir elmi əsası olmayan, xəyali bir ssenaridən ibarətdir. Burada belə bir sual ağla gələ bilər: Belə bir təkamül ssenarisinin elm adamları tərəfindən kor-koranə müdafiə olunmasının təməli, elm olmadığına görə nədir? Bunun cavabı, təkamül nəzəriyyəsi ilə, elm adamlarının fəlsəfi qəbulları arasındakı əlaqədədir. Maykl Koreyin yazdığı kimi:
“İndiki vaxtda çalışan təkamülçülərin əksəriyyətinin, Yaradıcının varlığına qarşı yanaşmalarında, ateist və ya aqnostik (bilinməzlik) olmaları bir təsadüf deyil. Elmin, materialistlərin fikrinə görə təyin olunmuşdur, öz təbiəti, elm adamı olmağa qərar verəcək tipdə kəslər üzərində güclü bir seçici təsir bağışladığı görünür. Müasir elmi hərəkatin başlanğıcda deist bir təməldə qurulduğu doğru olmaqla yanaşı, bir çox müasir elm adamlarının işlərinin, dini kökləri ilə əlaqələrini itirmişlər və bu şəxslərin əhəmiyyətli bir hissəsi, açıq-aydın anti-deist kimi xarakterizə oluna bilər. Əslində, bir çox ateist elmi karyeralarına yalnız təbiət elmlərinin deist olmayan təbiəti üzündən çəkildiyi görünür.” 7
Darvinin təkamül nəzəriyyəsi, materialist və ateistlər üçün, bu dünyadakı varlıqlarını izahda özlərinə saxta da olsa, bir “yaranma hekayəsi” təmin etmişdir və elmi tapıntılar qarşısındakı etibarsızlığına baxmayaraq ateist-materialist elm adamları tərəfindən, elm kimi cəmiyyətə təlqin edilməyə çalışılır. (Daha çox məlumat üçün baxın: Harun Yəhya, Təkamül aldatması). Eukariot hüceyrənin guya ki, təkamülünün kor-koranə müdafiə olunması və dərs kitablarında xəyali ara formalarla və həyat ağacları ilə təkidlə dəstəklənilməsinin ardındakı səbəb də budur. Ateist-materialist tədqiqatçılar, elmi həqiqətləri üzə çıxartmaq məqsədindən uzaqlaşdıraraq, elmə, materialist izahı dəstəkləmə missiyası yükləmişlər və eukariot hüceyrələrin naturalist təkamüllə ortaya çıxdığını bir ehkam kimi müdafiə edirlər.
İstəsəniz, hüceyrədəki mükəmməl quruluş və hüceyrənin funksiyası haqqında buradan çox məlumat əldə edə bilərsiniz, hüceyrəni, Allahın qüsursuz olaraq yaratdığını görə bilərsiniz.
Hüceyrədəki dizaynı rədd edən təkamülçülərin inanclarının ağıldan nə qədər uzaq olduğunu özünüz ölçə bilərsiniz.
1) Jonathan Knight, “Giardia: Not so special, after all?” Nature 429 , 20 may 2004, səh. 236-237
2) Katrin Henze and William Martin, “Evolutionary biology: Essence of mitochondria,” Nature 426, 13 noyabr 2003, səh. 127-128
3) Jonathan Knight, ibid.
4) Whitfield, “Book Review of Symbiosis in Cell Evolution”, Biological Journal of Linnean Society. 77-79 (1982) səh. 18
5) L.R.Croft, How Life Began , Evangelical Press (1988), səh. 93-94
6) Levin, B. R.& R. E. Lenski, “Coevolution in bacteria and their viruses and plasmids, in Coevolution” 99, səh. 126-127, Futuyma D. & Slatkin M. Editors. Coevolution. Sinauer Associates, Sunderland, Mass.,1983
7) Corey M.A., “Back to Darwin: The Scientific Case for Deistic Evolution” University Press of America: Lanham MD, 1994, səh.403