“Ntvmsnbc.com” xəbər portalında yayımlanan, 9 aprel 2004-cü il tarixli və “İlanların təkamülü quruda başladı” başlıqlı xəbərdə, Penn State Universitetində vəzifəli biologiya professoru Blair Hedges ilə doktorantura dərəcəli alim Nikolas Vidalın birlikdə həyata keçirdikləri genetik analiz xəbəri verildi. Vidal və Hedges, “Biology Letters” jurnalının 7 may 2004-cü il tarixli sayında nəşr olunacaq olan araşdırmalarında, 17 ilan növünün DNT-ləri ilə sürünənlərin DNT-lərini müqayisə etmişdir, ilanların genetik bənzərlik baxımından quru sürünənlərinə, dəniz sürünənlərdən daha yaxın olduqlarını təyin etmişdilər. Tədqiqatçılar bu məlumatlara əsaslanaraq ilanların dənizdə deyil, quruya çıxdıqdan sonra təkamülləşdiklərini iddia edirdilər.
Ancaq, ilanların guya təkamülü ilə əlaqədar bu iddia, təkamül nəzəriyyəsinə heç bir elmi dəlil gətirmir. Tədqiqatçılar, genlərdəki bənzərlikləri əvvəlcə bir ehkam kimi mənimsədikləri təkamül inancına görə şərh edirlər. İlanların yüz milyon illik bir müddətdə təkamülləşdiyi iddiasını yoxlayarkən, araşdırılması lazım olan şey, fosil qeydləridir. Fosil qeydləri göstərir ki, ilanların təkamüllə ortaya çıxdığını göstərən heç bir elmi tapıntı yoxdur. Digər bütün canlı qrupları kimi, ilanlar da, fosil qeydlərində xüsusi quruluşları ilə birdən və heç bir ata formaları olmadan çıxmışlar.
Fosil qeydlərində olan ən qədim ilanlar da, heç bir “ara forma” xüsusiyyəti daşımayan və günümüzdəki nümunələrindən fərqsiz canlılardır. Tanınan ən qədim ilan fosili, Cənubi Amerikada “Üst Təbaşir dövrünə aid qayalıqlarda tapılan “Dinilysia”dır (nəsli kəsilmiş ilan növü). Onurğalı paleontologiyası mütəxəssisi Robert Karrol, bu canlının “olduqca inkişaf etmiş bir təkamül səviyyəsində olduğunu”, yəni ilanların xarakteristika xüsusiyyətlərinə onsuz da sahib olduğunu qəbul edir.
Ortada heç bir fosil qeydi olmadığı halda, təkamülçülər arasında, ilanların mənşəyi ilə əlaqədar böyük mübahisələr yaşanır. Bir qisim təkamülçülər, ilanların quruda təkamülləşdiyini iddia edərkən bir başqa qisim təkamülçülər də, ilanların dəniz sürünənlərindən təkamülləşdiyini irəli sürürlər. Hər iki tərəf də, bu iddialarına əsaslandıra biləcək qalıqlardan məhrumdur.
Dəlil olmamağına baxmayaraq ilanların mənşəyi haqqında fərziyyələrin ardı-arası kəsilmir və tam 130 ildən bəri, bir o tərəfdən bir də bu tərəfdən xəyali iddialar irəli sürülür.1
Necə ki, Hedqes və Vidalın bu son iddiası da, etirazsız qalmışdır. Alberta Universiteti paleontoloqu və ilan mütəxəssisi Maykıl Kadvel, bu araşdırmada əldə edilən tapıntıların, hər hansı bir nəticə ortaya qoymaqdan uzaq və naməlum olduğunu demişdir, haqqında danışılan iddianın “öyrədilmiş bir təxmin”dən başqa bir şey olmadığı bildirmişdir.2 (Bu tənqid, təəccüb doğurmayan bir şəkildə, “Ntvmsnbc.com” xəbərində əhəmiyyətsiz edilmişdir.) Amerikan Təbiət Tarixi Muzeyinin nəşri olan “Natural History” jurnalında, 2003-cü ilin aprel ayında nəşr olunan bir məqalədə isə, ilanların mənşəyi ilə əlaqədar olaraq bu ifadələrə yer verilmişdir:
“İlanların [təkamüllü] mənşəyi onurğalı biologiyasında mübahisəli bir mövzudur və daha çox dəlil əldə edilənə qədər həll olunacaq kimi görünmür.”3
Göründüyü kimi “Ntvmsnbc.com”da yer alan ilanların təkamülü iddiası, bu haqda heç bir elmi əsasa sahib olmayan təkamülçülərin yeni bir mübahisəli fərziyyəsindən ibarətdir.
“Ntvmsnbc.com”un darvinist ön mühakimələri
“Ntvmsnbc.com”un bu xəbəri təqdim etmə tərzi araşdırmağa dəyər. “Ntvmsnbc.com”da, xəbərin təqdimatı forması, səciyyəvi bir darvinizm təbliğatının xarakteristika xüsusiyyətlərini daşıyır. (“Ntvmsnbc.com”un təkamül xəbərlərində, xüsusi ilə diqqətçəkən bu təbliğat forması haqqında daha çox məlumat üçün baxın: Səciyyəvi bir “Darvinizm təbliğatının analizi” bəhs olunan təkamülçü iddia, xəbərin başlığında elmi həqiqət kimi təqdim edilir (İlanların təkamülü quruda başladı), yazının təməlində (ilanların 365 milyon il əvvəl dənizlərdən quruya çıxan dördayaqlı sahil sürünənlərindən törədiyi şəklində) darvinist nağıllar danışılır.
Darvinist nəşrlərin, təkamül xəbərlərini təqdimatında, çox rast gəlinən bir vəziyyət, bu xəbərdə də, görünür. Yazının əvvəlində ilanların təkamülündən dəqiq bir həqiqət kimi danışıldığı halda, bu mövzuyla əlaqədar naməlumluq ancaq, xəbərin ən son cümləsində yer tapır:
“Vidal və Hedqes, təkamülün quruda necə inkişaf etdiyini, ilanın sürünəndən ilk dəfə nə vaxt ayrılmağa başladığına dair isə heç bir məlumat olmadığını ifadə etdilər.”
Bir çox oxucunun belə bir xəbərin yalnız başlığını və anonsu ilə kifayətlənəcəyi nəzərə alınsa, bu xəbərin oxucuların zehnində naməlum bir iddia kimi deyil, elmi həqiqət kimi iz buraxacağı aydın olur.
Nəticə:
“Ntvmsnbc.com” səlahiyyətlilərinə, Darvinizmin elmi əsası olmayan bir nəzəriyyə olduğunu qəbul etmələrini xatırladır, bu nəzəriyyəyə (yalnız öz dünya görüşlərinə uyğun gördükləri üçün) kor-koranə dəstək olub oxucularını yanıltmaqdan imtina etməyə dəvət edirik.
Qeyd: Bu yazı, “Özgür Politika” qəzetinin 11 aprel 2004-cü il tarixli sayında eyni başlıqla nəşr olunan xəbərə də, cavabımızdır.
1) Dennis O “Brien, “By land or by sea: A snake debate”, The Baltimore Sun, 9 fevral 2004
2) “By land or by sea: A snake debate”
3) “Terrible Lizards of the Sea”, Natural History, aprel 2003