“New Scientist” jurnalının 22 fevral 2003-cü il tarixli sayında “Dünya istiləndikcə sincablar təkamülləşir (Squirrels evolve as the world heats up)” başlıqlı xəbər nəşr olundu. Xəbərdə bir məməli növünün, iqlim dəyişikliklərinə uyğunlaşa bilmək üçün, təkamülləşdiyinin ilk dəfə göstərildiyi irəli sürülürdü. “New Scientist”də bəzi canlıların, iqlimdəki istiləşmənin təsirlərini aradan qaldırmaq üçün, daha soyuq qütb bölgələrinə köçdüyü izah edilir, sincabların isə, köçmək yerinə iqlim dəyişikliklərinə genetik olaraq uyğunlaşdığını iddia edilirdi. Halbuki, “New Scientist” yanılırdı. Bəhs etdiyi dəyişiklik əslində təkamülü göstərməz.

Bəhs olunan təqdqiqatda araşdırılan sincab növü, Kanadada yaşayan və qırmızı sincab kimi tanınan canlıdır. Alberta Universitetindən, bioloq Andruv Mak Adam və iş yoldaşları, 10 il boyunca sincabların, ilin hansı dövründə doğduqlarını izləmişdir və əldə etdiyi məlumatları qeyd etmişdir. 10 illik dövrdə, 3-4 sincab nəslinin yaşadığını müşahidə edən tədqiqatçılar, dövrümüzdəki sincabların ulu analarından, 18 gün daha erkən doğmaq vəziyyətinə gəldiklərini ifadə edir. Beləliklə sincablar, ildə, orta hesabla 6 gün erkən doğaraq, istiləşən iqlimə reaksiya verirlər.

Təkamülçülər, bu dəyişikliyi, “təkamül” kimi qəbul edir və bunun, sincabın ancaq davranışlarına deyil, genetik vəsaitində də, görünə bildiyini irəli sürürlər. Halbuki, bu iddia, dəqiq deyil, çünki tədqiqatçılar, genetik dəyişikliyi birbaşa müşahidə etməmişdilər. Bu iddianın dayağı, riyazi məlumatlara əsaslanan bir analiz üsuludur. “New Scientist” jurnalında bu haqda aşağıdakı ifadə deyilir:

 

“Tədqiqatçılar, dəyişikliyin nə qədər fərdi davranış elastikliyinə və nə qədər təkamülə əsaslandığını tapmaq üçün statistik üsuldan istifadə etdilər. Hər nəsil üçün doğum günlərindəki normal variasiyanı hesabladılar və sonra orta hesabdan daha əvvəl doğan sincabları təyin etdilər. Əgər, bu sincabların valideynləri də, eyni xüsusiyyətə sahibdirsə, bunun varisliklə keçməsi mümkündür. Əkinçilikdə geniş şəkildə istifadə edilən bu üsul, erkən doğuşa aid reallaşan dəyişikliyin 15%-ni təkamülə ətf edir”.

 

Bu riyazi analizlər, təkamülə dəlil gətirmir. Çünki təkamül nəzəriyyəsi, növlərin təkamülləşdiyi iddiasını, genlərdə əmələ gələn mutasiyalara əsaslanır. Buna görə, əgər sincablardakı davranış dəyişikliyinin 15% nisbətində genetik dəyişikliyə əsaslandığı qarşıya qoyulacaqsa, bu genetik dəyişikliyin hansı genlərdə və hansı mutasiyalarla əmələ gəldiyinin göstərilməsi əsas şərtdir. Halbuki tədqiqatçılar doğum vaxtı ilə əlaqədar, hər hansı bir gen təsbitini belə tapmamışdılar. Erkən doğan dişi sincabın balasının da, erkən doğulduğunu göstərmək, bu vəziyyətin mutasiya ilə ortaya çıxan və nəsildən-nəsilə keçən bir dəyişiklik olduğunu göstərmək kifayət deyil. Bir sözlə, bu analizlər, ortada bir “təkamül” olduğunu göstərmir, yalnız bu araşdırmanı aparan kəslərin məcburi və xəyali də olsa bir “təkamül” nəticəsinə nail olmağa çalışdıqlarını sübut edir.

Tədqiqatçılar, bu xəyali təkamülə, xəyali itələyici (neqativ) güc də, ətf edirlər. Yazıda, McAdamın qrupundan Stan Boutin, guya bu təkamülün itələyici (neqativ) gücünü belə izah edir:

 

“Sincabların təkamülündəki itələyici güc, iqlim dəyişikliklərinin, yazda tapıla bilən qida miqdarında, nizamlı artım təmin etməsindən qaynaqlanır. Beləliklə, digərlərindən daha erkən doğa bilən dişilərin doğduğu körpələrin yaşamaq ehtimalı daha çox olur. Bu erkən doğulmuş körpələr, özlərindən daha gənc olanlardan, bir boy qabaqda başlayarlar və bu, payız gəlib də qış üçün qida yığmaq lazım olanda, onları daha iri və müstəqil edir.”

 

Qida miqdarındakı həmişəki artım, payıza çatanda, gedərək daha iri sincabların əmələ gəlməsini təmin edə bilər. Ancaq bu vəziyyət, bəhs olunan təkamülün bir itələyici gücü ola bilməz, çünki bu gücün təsir etdiyi sincabların, genetik olaraq üstünlük yaradan bir mutasiyaya uğradıqlarını göstərən tapıntı yoxdur. Mutasiya olmadıqdan sonra, genetik dəyişiklik olmadıqdan sonra da, təkamüldən heç söhbət gedə bilməz. Bu nümunədə, təkamül təmin edən “itələyici bir güc” olduğu irəli sürüləcəksə, hansı mutasiyalar üzərində təsirli olduğu göstərilməlidir. Ancaq yuxarıda da ifadə etdiyimiz kimi, bu mutasiyalar, yalnız araşdırmaçıların zehinlərində mövcuddur.

 

Nəticə

Sincablarda görünən bu dəyişiklik bir təkamül nümunəsi deyil. Canlıların, özlərini iqlim şərtlərinə görə uyğunlaşdırma qabiliyyətləri vardır, bu, məlum bir şeydir və bunun bir təkamül olmadığı da, indiyə qədər dəfələrlə sübut edilmişdir. İqlim dəyişikliklərinin, sincablarda genetik dəyişiklik əmələ gətirdiyi iddiasına təqdim edilən riyazi analizlər də, yenə təkamüllü məna ifadə etmir. Bu davranış dəyişikliyinə nəzarət edən gen və son on illik dövrdə, bu gendə əmələ gəlmiş mutasiyalar göstərilmədikcə, bu iddianın bir nağıldan başqa bir şey olması mümkün deyil.

Qaldı ki, əgər ortada, sincabların doğuş vaxtını dəyişdirən bir mutasiya olsa belə, bu, yenə də, təkamül nəzəriyyəsinə bir dəlil gətirməz. Nəzəriyyə, mutasiyaların yeni genetik məlumat çıxarmağına, yeni orqanlar, yeni biokimyəvi quruluşlar əmələ gətirməsinə ehtiyacı var. Yəni, mutasiyalar “yuxarı doğru inkişaf” təmin etməlidir. Sincabların doğum vaxtındakı bir dəyişiklik isə (əgər həqiqətən bir mutasiya ilə əlaqədar olsa belə) yeni bir genetik məlumat, yeni bir orqan, yeni bir sistem, yeni bir biokimyəvi quruluş ortaya çıxması mənasını verməz. Bu, yalnız “üfüqi növlərə ayrılma” olar və bir sözlə “təkamül” kimi hüququ yoxdur.