“Hürriyet Elm” əlavəsinin 1 fevral 2003-cü il tarixdəki sayında, insan-it əlaqəsinə əsaslanan təkamül təbliğatı edildi. “Evcilləşdirmə müddəti, iti insanlaşdırdı” başlığını daşıyan yazıda, itin sözdə təkamülüylə əlaqədar xəyali ssenarilər irəli sürülürdü. Bir tərəfdən də insan tərəfindən evcilləşdirilən itin, insan davranışlarını anlamağa başlayaraq “insanlaşdığı” iddia edilirdi.
Bu ssenarilər yalnız bir nağıldan ibarətdir. Xəbərdə verilən məlumatlar gerçəkdə bu iddialara dəlil olaraq göstərilə bilməz. “Hürriyet Elm”, bu məlumatları təhrif etməkdə və darvinizm təbliğatında istifadə etməkdədir.
Bu yazıda xəbərdəki təhrif etmələr gözlər önünə səriləcək.
Haqqında danışılan genetik analizlərin elmi etibarlılığı qalmamışdır
“Hürriyet Elm”də danışılan araşdırma, “Science” jurnalının 22 noyabr 2002-ci il tarixdəki sayına əsaslanır. İddiaların qaynağını, 654 fərqli it cinsindən alınan mitoxondri DNT(mtDNA) nümunələri və 38 Avrasiya canavarından alınan nümunələr arasında edilən müqayisə etmələr meydana gətirməkdədir. mtDNA düzülmələrini araşdıran araşdırmaçılar, itin sözdə atasıyla əlaqədar xəyali ssenarilər qarşıya qoymaqdadırlar. “Hürriyet Elm” jurnalı bu ssenarilərə əsaslanaraq indiki vaxtda yaşayan bütün it cinslərinin, 15.000 il qədər əvvəl Şərqi Asiyada yaşamış olan dişi canavardan təkamülləşdiyini iddia etməkdədir.
Ancaq bu iddialar elmi baxımdan möhkəm təmələ əsaslanmır. Çünki araşdırmaların əsaslandığı mtDNA analizləri etibarlı deyil.
Qısa müddət əvvələ qədər, mtDNA-nın yalnız dişilər kanalıyla nəsildən-nəsilə köçürüldüyü qəbul edilirdi. Araşdırmaçılar mtDNA nümunələrini araşdırır və bu şəkildə araşdırdıqları canlının genetik keçmişinə uzana bildiklərini irəli sürürdülər. Təkamülçülər də bu analiz üsulunu öz ssenarilərində tez-tez istifadə edir, əldə etdikləri mtDNA məlumatlarını, araşdırılan canlının sözdə təkamülü ssenarilərinə dayaq göstərirdilər. Düzülmələr arasındakı fərqlərin təsadüfi mutasiyalar nəticəsində meydana gəldiyi iddiasını ən başdan qəbul edirdilər. Beləliklə mtDNA düzülmələrindən əldə etdikləri məlumatları təhrif edərək xəyali ssenarilərinə dəlil göstərirdilər.
Ancaq qısa müddət əvvəl mtDNA-nın atadan da köçürülə biləcəyinin başa düşülməsi, bir anda bu üsula əsaslanan təkamülçü şərhləri əsassız buraxdı. mtDNA-nın ana kanalıyla köçürüldüyü, biologiya qanunu olmaqdan çıxdı. Məşhur İngilis elm jurnalı “New Scientist”, internet saytından “Mitoxondri həm anadan, həm də atadan köçürülə bilər” başlığıyla verdiyi xəbərdə, Danimarkalı həkimlərin bir xəstə üzərində etdikləri testlərdən danışır, son tapıntının, bu mövzudakı əvvəlki iddiaları alt-üst etdiyini ifadə edirdi. Test nəticələri xəstənin mitoxondrilərinin 90% nisbətində atasından gəldiyini göstərirdi. “New Scientist”, bu kəşfin təkamül ssenarilərinə zərbəsini belə etiraf edirdi: “Təkamül bioloqları, növlərin bir-birindən ayrılmasını mitoxondri DNT silsilələrindəki fərqlərdən yola çıxaraq tarixləndirirdilər. Mitoxondri DNT-nin çox nadir olaraq da olsa atadan köçürülməsi, işlərinin çoxunu etibarsız etməyə kafi olacaq.” (1)
mtDNA analizinin elmi dəyəri olmadığını vurğulayan bir qaynaq da “Reuters” agentliyi oldu. Bu üsula əsaslanan genetik araşdırmanı xəbər verən agentlik, mtDNA analizi üçün “naməlum elm üsulu” təyin etməsini istifadə edirdi. (2)
mtDNA analizləri haqqındakı bu məlumatlar, “Hürriyet Elm”də nəşr olunan və mtDNA analizlərinə əsaslanan “itlərin təkamülü” ssenarisinin elmi dayağı olmadığını göstərməkdədir. Araşdırmanın nəşr olunduğu “Science” jurnalında belə nəticələrin etibarlı olmadığına dair şərhlər yer alır. Məsələn, Corciya universitetindən I. Lehr Brisbin, “İtlərin mənşəyi haqqında nəşr olunan hər şey mübahisəlidir” deyir.
Amherst, Massachusettsdəki Hampshire Collegedən davranışsal ekoloq Raymond Coppinger isə “Bunlara inandığımdan əmin deyiləm” deyərək bu ssenariləri inandırıcı qəbul etmədiyini açıqca ifadə etməkdədir.
Bütün bunlar “Hürriyet Elm”də yer verilən təkamül ssenarilərinin elmi gerçəklərə deyil, xəyal gücünə əsaslandığını ortaya qoymaqdadır. “Hürriyet Elm” jurnalı, təkamül ssenarilərinin elmi arxa planına baxmadan, bu ssenariləri səhifələrinə daşımaqdadır.
Növ içi çeşidləndirmə təkamül nəzəriyyəsinə dəlil deyil
“Hürriyet Elm”də, bir tərəfdən bütün it cinslərinin canavarlardan təkamülləşdiyi irəli sürülməkdə, digər tərəfdən də bu cinslərlə əlaqədar “dəyişikliklərdən” danışmaqdadır. Bu nöqtədə kafi genetik məlumatına sahib olmayan oxucular, “Hürriyet Elm”in izlədiyi izahat şəklinə görə, bu vəziyyətin itin təkamülü iddialarına bir dəlil olduğu yanılmasına düşə bilərlər.
“Hürriyet Elm” jurnalındakı xəbərdə insanların, istədikləri it cinsini yarada bildiyi, bunun üçün itləri asanlıqla dəyişdirə bildiyi ifadə edilməkdə və bəzi cütləşdirmə işlərindən nümunə verilməkdədir. Məsələn, bir it yetişdiricisinin Boxer cinsi itinin quyruğunu yalnız 4 nəsildə yox etməyi bacardığı, Pitbul cinsi itlərin də yalnız 30 il içində yırtıcı çənə quruluşuna sahib olduğu izah edilməkdədir.
Burada bilinməli olan nöqtə, ortaya yeni bir canlı növü çıxmadığıdır. Boxer cinsi itin quyruğu ya da pitbul cinsi itin çənə quruluşuyla əlaqədar məlumatlar itlərin gen hovuzunda həmişə mövcud olmuşdur.
Hər canlı növünün öz gen hovuzu vardır. İtlərin DNT-sində mövcud bütün genlər, müxtəlif şəkillərdə birləşərək fərqli variasiyaları, yəni fərqli görünüşlü it cinslərini ortaya çıxara bilərlər. Yuxarıda verilən nümunələrdə, seçilən itlərin genləri, qısa quyruq və yırtıcı çənə quruluşu ortaya çıxaracaq bir kombinasiya ortaya qoymuşdur. Burada müəyyən bir növ içində çeşidləndirmə meydana gəlmiş ancaq ortaya heç bir yeni növ çıxmamışdır.
Əlbəttə, bunların “Hürriyet Elm”də yer alan it təkamülü iddialarıyla heç bir əlaqəsi yoxdur. “Hürriyet Elm” bu mövzuda xüsusilə bulanıq izahat ortaya qoymaqda və genetik məlumatı az olan oxucuları, məqsəd qoyduğu təkamül təbliğatına çəkə bilməyi hədəfləməkdədir.
İtlərin insanlaşdığı yanılması
“Hürriyet Elm”dəki yazıda rast gəlinən bir əhəmiyyətli yanılma itlərin insanlaşdığı yanılmasıdır. Yazıda evcilləşdirilən itlərin; at, qoyun, keçi, pişik və inəyə görə daha çox “insanlaşdırıldığı” irəli sürülməkdədir. İtin insanı anlama bacarığında şimpanzedən daha üstün olduğu da iddia edilməkdədir. Bu iddialarla əlaqədar olaraq bəzi nümunələr verilməkdə, bəzi hadisələrdə itlərin göstərdiyi davranışlar xüsusilə şişirdilərək “İt, insana şimpanzedən daha çox bənzəyir” kimi maraqlı şərhlər edilməkdədir.
Nümunələrdən birində it meymun və canavarın; insan davranışlarına nə şəkildə reaksiya verəcəyini ölçən bir təcrübədən danışılmaqdadır. Təcrübə ilə əlaqədar bunlar izah edilməkdədir:
“….Qrup, it, meymun və canavarın davranışlarımıza nə şəkildə reaksiya göstərdiyini araşdırıb. Bu məqsəddə iki bənzər qabdan birinin altına yemək qoyulmuş və araşdırmaçılardan biri içində yemək olan qabın üzərinə yüngülcə vurduqdan sonra qaba işarə edib. Sürpriz bir şəkildə bu işarəni qavrayan yalnız it olmuşdur.”
Digər nümunədə isə itlərin doğuşdan mesaj anlama bacarığı inkişaf etdirdikləri irəli sürülməkdə və önündəki əti yeməsi, sahibi tərəfindən qadağan edilən itdən danışılmaqdadır: “İlk başda bu qadağaya itaət edən it, sahibinin bir anlıq üçün belə olsa baxışını digər bir nöqtəyə çevirməsini fürsət bilib əti silib süpürür.”
“Hürriyet Elm” bu nümunəni verdikdən dərhal sonra mesajını da əlavə etməyi laqeyd yanaşmır: “İnsanları anlama bacarığında it, şimpanzedən belə üstündür”.
Əlbəttə ki, haqqında danışılan “insanlaşma” şərhi yalnız məcazi mənada bir dəyər daşıya bilər; çünki nə itlərin, nə də digər canlı növünün insan xüsusiyyətləri göstərmədiyi, insanlarla digər canlılar arasında çox böyük fərqlər olduğu açıq gerçəkdir. Bəzi canlı növlərinin bəzən zəka nümunələri nümayiş etdirməsi, “insanlaşdıqları” mənasını verməz.
“Hürriyet Elm” yazıçılarının bu mövzuda fərq edə bilmədikləri gerçək isə, “itlərin anlama bacarığı şimpanzedən daha üstündür” deyərkən, əslində təkamül nəzəriyyəsinin ən fundamental iddialarından birini çürüdən bir gerçəyi dilə gətirmələridir. Bilindiyi kimi, təkamülçülər insanlarla şimpanzelərin ortaq bir meymuna oxşar atadan gəldiyini iddia edərlər və dolayısilə şimpanzeni bütün heyvanlar aləmi içində insana sözdə ən yaxın canlı olaraq tərifləyərlər. Bunun təbii bir nəticəsi isə, şimpanzenin zəkasının insana ən yaxın zəka olması lazım olduğudur. Halbuki, “Hürriyet Elm”də təlqin edilən gerçəklər (delfinlər, qunduzlar, arılar kimi başqa canlılarda ortaya çıxan təəccüblü zəka nümunələri) şimpanzenin heç də ən ağıllı canlı olmadığını göstərməkdədir. Bu, “təkamül ağacı”yla ziddiyyət təşkil edən əhəmiyyətli elmi gerçəkdir.
“Hürriyet”in izahatında səhv olan nöqtə isə, itlərin bu qabiliyyətləri təkamüllə qazandıqları fikridir. Bir itin, sahibinin xarakterini təhlil edib buna görə bir növ “ədəb” inkişaf etdirib bunu sonrakı nəsillərə köçürməsi mümkün deyil. İtlər sahib olduqları qabiliyyətləri sonradan qazanmış deyil. Yalnız, itləri əhliləşdirən insan oğlu, onların anlayışa qabiliyyətlərini daha çox istifadə etməyə başlamış, digər yandan heyvan yetişdiriciləri, seçici cütləşdirmə yoluyla daha ağıllı it cinslərini seçərək çoxaltmışlar. Bu kimi heyvan yetişdiriciliyi nümunələrinin (Darvinin fərziyyələrinin əksinə) müəyyən genetik sərhədləri aşmadığı və dolayısilə bir təkamül nümunəsi olmadığı, indiki vaxtda artıq bilinməkdədir. (Baxın: Harun Yəhya, Həyatın gerçək mənşəyi, 2000)
Nəticə
İtlər (bütün digər canlılar kimi) təkamüllə deyil yaradılışla ortaya çıxmış canlılardır. İnsana yaxınlıqları, insanları anlama qabiliyyətləri və insanlara olan faydaları Allahın yaradılışda itə verdiyi xüsusiyyətlərdən qaynaqlanmaqdadır. Necə ki, Quranda Allahın heyvanlarda insanlar üçün müxtəlif faydalar var etdiyinə diqqət çəkilər. (Nəhl surəsi, 5)
“Hürriyet Elm”, araşdırmanın nəşr olunduğu jurnalda belə itlərin mənşəyiylə əlaqədar qeyri-müəyyənlik ifadələri varkən, təkamül təbliğatı üçün bu vəziyyəti göz ardı etməkdə və itləri təkamülləşmiş bir növ olaraq göstərməkdədir. Mövzuyla heç əlaqəsi olmadığı halda “insana şimpanzedən daha yaxın” kimi bir ifadə ilə darvinist mesajlar verməkdə, insanla şimpanze arasında irəli sürülən xəyali qohumluğu sanki sübut edilmiş konkret bir gerçək kimi göstərərək təkamül təbliğatı etməkdədir. Jurnalın elm xəbərlərində daha obyektiv bir siyasət izləməsini diləyirik.
- “Mitochondria can be inherited from both parents”, 23 avqust 2002: http://www.newscientist.com/news/news.jsp?id=ns99992716
2) ”Reuters”.”Study finds Bay of Bengalislanders are genetically unique”, 10 dekabr 2002: