Bir müddət əvvəl Danimarkada nəşr olunan və İslam aləmində narahatlığa səbəb olan karikatura, bəzi cəmiyyətlər tərəfindən təkidlə qızışdırılan “mədəniyyətlər qarşıdurması” iddiasını bir daha gündəmə gətirmişdir. Bəhs olunan karikatura da, mədəniyyətlər qarşıdurması iddiası da, darvinist və materialist cəmiyyətlərin öz qaranlıq və şiddətə meylli daxili aləmlərinin əks olunmasından başqa bir şey deyil.

Bu gün, dünya üzərində böyük fikri mübarizənin davam etdiyi və dünyanın iki qütbə bölündüyü bir həqiqətdir. Ancaq bu iki qütbün tərəfləri müsəlmanlar, yəhudilər və xristianlar deyil. Bu iki qütbün bir tərəfində, Allahın varlığına və birliyinə iman edənlər var, digər tərəfində isə, inkarçılar var. Daha doğrusu, bir tərəfində İlahi dinlərə inananlar, digər tərəfində də, din əxlaqına qarşı olan darvinist, materialist cərəyanları müdafiə edənlər və ateistlər var.

İman edənlərlə inkarçılar arasındakı fikri mübarizə, qədim tarixdən bəri davam edir. Tarixin hər dövründə iman edənlər, bütün insanlara Allahın varlığını və birliyini izah etmiş, onları haqq dini yaşamağa dəvət etmişlər. İnkar edənlər isə, insanları Allahdan, din əxlaqından uzaqlaşdırmaq, əxlaqsızlığa və pisliyə yönəltmək üçün səy göstərmişlər. İndiki vaxtda da, bu tarixi fikri mübarizə, bütün inkarçı ideologiyaların əsas təməl nöqtəsi olan darvinist, materialist zehniyyət ilə, Allaha bir olaraq iman edənlər arasında davam edir.

 

İslamiyyət, sülhü və tolerantlığı əmr edir

Darvinistlərin, İslam mədəniyyəti ilə yəhudi, xristian mədəniyyəti arasında münaqişə yaratmaq üçün səyləri yararsızdır. İslam-sülhü əmr edən, insanların aralarındakı fikir ayrılıqlarını (sülh yolu ilə) həll etmələrini, iman edənlərin bütün insanlara ədalətlə və yaxşılıqla davranmalarını əmr edən dindir. Səmimi olaraq Qurana və Peyğəmbərimiz (s.ə.v.)-ın sünnəsinə itaət edən bir kəs, heç vaxt münaqişəni həll yolu kimi mənimsəməz. Saleh müsəlmanlar, Allahın əmr etdiyi əxlaqa uyğun olaraq, tolerant (səbirli), bağışlayan, təvazökar, başa düşən, yumşaq xasiyyətli və səmimi insanlardır. Bu əxlaqı yaşayan mömin, eyni zamanda müxtəlif inanclara və düşüncələrə mənsub olan kəslərə qarşı da tolerantdır.

Bu həqiqətin ən gözəl nümunələrindən biri, İslam tarixinin ilk dövrlərindən etibarən İslam idarəsi altındakı xristian və yəhudilərin mövqeyidir. Bu cəmiyyətlərin müsəlmanlarla əlaqələrini bitərəf gözlə araşdıran hər kəs, aydın bir həqiqətlə qarşılaşacaq. Kitab əhli, İslam idarəsi altında həmişə hüzur, asayiş və əmin-amanlıq içində yaşamışdır. Hətta, bəzən müxtəlif dinlərdən və ya məzhəblərdən olan təşkilatların nəzarəti altında zülm görən xristianlar və yəhudilər, İslam torpaqlarına sığınmışlar və axtardıqları etibarı müsəlman ölkələrində tapmışlar. Kitab əhlinin İslam torpaqlarında olduqca rahat və sakit həyat sürə bilmələrinin ən əhəmiyyətli səbəbi isə, müsəlmanların kitab əhlinə qarşı rəftar və davranışlarını Quran əxlaqına görə təyin etmələridir.

Tarixin müəyyən dövrlərində, iki mədəniyyət arasında yaşanan fikir ayrılıqları və problemlər də, cəmiyyətlərin dini inanclarından və bu inanclar üzərinə qurulmuş mədəniyyətlərindən deyil, din əxlaqına uyğun olmayan izah, tətbiq və qərarlardan qaynaqlanmışdır. Səlib (xaç) yürüşləri əsnasında yaşanan zülm, guya xristianlıq yolunda hərəkət edən, ancaq həqiqi din əxlaqı ilə heç bir əlaqəsi olmayan bir qrupun işidir. Belə ki, bu təcavüzkar qrup, yollarının üzərindəki Bizans kilsələrini də məhv etmişdilər. Bu zalımlıq, əsl İsəvilərin deyil, mənşəyi Şumer əfsanələrinə dayanan bütpərəst inanclara və materialist zehniyyətə sahib olan kütlələrin məhsuludur. Müsəlman torpaqlarında böyük zülmlərə səbəb olan Məbəd Cəngavərləri də, xristianlıqdan tamamilə uzaq, azğın inancları olan, qədim Misirin batil ənənələrini davam etdirən bir qrupdur.

 

Keçmişdə yaşanan anlaşılmazlıqlar din əxlaqına uyğun olmayan tətbiqlərin nəticəsidir

Unutmaq olmaz ki, hər üç İlahi dinin ortaq məqsədlərindən biri, bütün insanların sülh, asayiş, əmin-amanlıq və xoşbəxtlik içində yaşamalarıdır və buna zidd olan münaqişə hər üç dinə görə də səhvdir. Bu səbəbdən, səmimi iman edən müsəlmanların, yəhudilərin və xristianların bir-birləri ilə münaqişəsi mümkün deyil.

Bir tərəfdən, dini və əxlaqi dəyərləri hədəfləyən darvinistlərin və materialistlərin, əllərindəki geniş imkanları birləşdirdikləri və dindar insanlara qarşı ittifaq quraraq hərəkət etdikləri, yaşanan bir hərəkətdir. Dinsiz, materialist təlqinlərin mənfi, dağıdıcı nəticələrini ortadan qaldırmaq, gözəl əxlaqın, xoşbəxtliyin, asayişin, əmin-amanlığın, rifahın hakim olduğu cəmiyyətləri yaratmaq üçün, dinsizliyin dayaq nöqtəsi olan darvinizmlə və materialist fəlsəfələrlə elmi mübarizə aparılmalıdır. Darvinizmlə yanaşı ateizm də, materializm də, dinsizlik də sona çatmalı, insanların din əxlaqından uzaqlaşmalarından qaynaqlanan bütün problemlər həll olunmalıdır.

 

Darvinizm, dəccaliyətin dayaq nöqtəsidir

Darvinizmə qarşı aparılan elmi mübarizənin olduqca əhatəli olması və dünya səviyyəsində icra edilməsi əsas şərtdir. Çünki, darvinizm, bütün cəmiyyətləri hədəfləyər, insanlığı böyük fəlakətlərə sürüyər. Qəzet və jurnal yazıları, sənədli filmləri, televiziya proqramları vasitəsilə sıx olaraq davam etdirilən darvinizm təbliğatına qarşı, bu azğın ideologiyanın elmi heç bir dəyərinin olmadığı və nə kimi təhlükələr ehtiva etdiyi hər kəsə izah edilməlidir. Təkamül nəzəriyyəsinin elmi olaraq çökdüyünü, darvinist təbliğatın içi boş təlqinlərdən ibarət olduğunu görənlərin sayı artdıqca, darvinizm bəlasının təsiri azalacaq. İnsanları inancsızlığa və dinsizliyə sürüyən darvinizmin, fikirlə ortadan qalxması ilə, din əxlaqı sürətlə yayılacaq, yer üzünə sülh, təhlükəsizlik və əmin-amanlıq hakim olacaq.

Böyük İslam alimi Bədiüzzaman Səid Nursi də, əsərlərində darvinist və materialist fəlsəfələrə qarşı aparılan elmi mübarizənin üzərində dayanmışdır. Xüsusi ilə Axırzamanda, bu fikri mübarizənin daha da böyük əhəmiyyət qazanacağına diqqət çəkmişdir. Axırzamanın ən böyük fitnəsi olan Dəccalın, darvinist və materialist cərəyanların lideri mövqeyində olacağını bildirən Bədiüzzaman, bu haqda müsəlmanları belə xəbərdar etmişdir:

 

“Tabiiyyun (təbiətçilik, darvinizm), maddiyyun (materializm) fəlsəfəsindən təvəllüd edən (qaynaqlanan) bir cərəyanı, Nemrudanə (inkarçı cərəyan), getdikcə Axırzamanda, fəlsəfəi maddiyə (materializm fəlsəfəsi) vasitəsi ilə, intişar edərək (güclənərək) güc tapıb, üluhiyyəti (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gəlir… Və onların başına keçən ən böyükləri, ispirtizma və manyetizmanın hadisatı növündən (hipnoz edici və ovsunlayıcı) müdhiş möcüzələrə (fövqəladə xüsusiyyətlərə) məzhər (sahib) olan Dəccal isə, daha da irəli gedib, cəbbaranə suru (şiddətə əsaslanan) hökumətini bir cür ağalıq (üstünlük) təsəvvür edib (sanıb) üluhiyyətini (ilahlığını) elan edər.” 1

 

Bədiüzzamanın da, ifadə etdiyi kimi darvinizm, dəccaliyyətin ən əhəmiyyətli vasitəsidir. Dəccaliyətin dini mövqeyindədir. İnsanları inkara, dinsizliyə, əxlaqsızlığa sövq edən dəccaliyyət, bunu edərkən, dinsizliyin guya elmi örtüyü olan darvinizmi istifadə edər. Bu vəziyyətdə bəzi müsəlmanların, darvinizmə qarşı fikirlə mübarizə aparmağın lazımsız olduğunu bildirmələri, dəccaliyyət ilə mübarizənin lazımsız olduğunu deməklə eyni mənanı verir ki, bunu heç bir müsəlman özünə yaraşdırmamalıdır. “Darvinizmlə məşğul olmağa nə gərək var?” demək, “Dəccal dilədiyi kimi fitnəsini yaysın, bizi maraqlandırmaz” mənasını verər. “Darvinizm o qədər əhəmiyyətli bir mövzu deyil” demək, dəccaliyyəti əhəmiyyətsiz etmək, gizləmək deməkdir. Səmimi bir müsəlman, Dəccaliyyəti öz əliylə gizləməz. Tam əksinə, bütün oyunlarını və hiylələrini üzə çıxardaraq, dəccaliyyəti fikirlə məhv etməyi hədəfləyər.

 

Darvinizmlə mübarizə mütləq elmi yolla aparılmalıdır

Müsəlmanların dəccaliyyət və dəccaliyyətin silahı olan darvinizmlə mübarizələri mütləq elmi olmalıdır. Darvinizm, silahla, şiddət hərəkətləri ilə, təcavüzkarlıqla məhv olmaz. Elmi dəlillərlə izah olunaraq təsirsiz hala gətirilər. Peyğəmbərimiz (s.ə.v.) bir hədisi şərifində, dəccaliyyətin Axırzamanda “duzun suda əriməsi” kimi əriyərək yox olacağını bildirmişdir. Dəccaliyyəti “duz”a, dəccaliyyəti məhv edən fikri (elmi) sistemi isə “su”ya bənzətmişdir:

 

“Məhz həmin vaxt Allahın düşməni olan Dəccal Məsih, hz. İsanı görəndə duzun suda əriməsi kimi əriyib gedər.”2

 

Axırzamanda dəccaliyyəti əridib yox edəcək su, elmdir. Duz-atəş edilərək, bombalanaraq əridilə bilməz. Yalnız suda əriyər. Darvinizm də, orta məktəblərdə, universitetlərdə, təhsil ocaqlarında təkamül nəzəriyyəsinin bütün iddialarının etibarsızlığı izah edildiyində, duzun suda əriməsi kimi əriyib yox olar. Darvinizmin məğlubiyyəti ilə, kommunizm, faşizm, irqçilik, terrorizm, anarxiya kimi bütün təcavüzkar və radikal cərəyanlar da tərəfdarlarını itirər. Yer üzündə qarışıqlığa və təxribatçılığa səbəb olan dəccaliyyət fikirlə ortadan qalxar.

 

Bəzi adamlar darvinizmlə elmi mübarizə aparmaqdan niyə qaçınar?

Darvinizmlə elmi mübarizə aparmaqdan qaçanlar, darvinizmin elmi təməllərə əsaslandığını və saysız dəlillə dəstəklənildiyini zənn edən məlumatsız kəslərdir. Bu kəslər, təkamül nəzəriyyəsinin güclü bir iddia olduğu yanılmasına düşər və bu güclü guya elmi olduğunu düşündükləri ideologiyaya qarşı mübarizə aparmağı haradasa qeyri-mümkün olduğunu fikirləşirlər. Təxminən 1,5 əsrdir ki, bütün kütlələri yalan və saxta üsullarla aldatmağa çalışan bu əsassız və köhnə nəzəriyyənin, əsla sarsılmayan güclü təməllərə əsaslandığına inanırlar. Halbuki, təkamül nəzəriyyəsi, uzun müddətdir ümumi bir qərarla saxlanılmağa çalışılmış və yeganə dəstəyi, sıx təbliğat, spekulyativ xəbərlər və fırıldaqçılıq olan aldatmadır. Elmi məlumatlar, təkamül nəzəriyyəsini dəstəkləmir. Nəzəriyyənin heç bir elmi tapıntısı yoxdur. Elm, təkamülü dəstəkləmir, tam əksinə, təkzib edir. Təkamül nəzəriyyəsinin bir yalan olmağına baxmayaraq həmişə gündəmdə tutulması, nəzəriyyənin elmə əsaslandığı üçün deyil, materializm və dinsizliyin dayaq nöqtəsi olduğuna görədir.

Mediadakı bu sıx təbliğata aldanan bəzi müsəlmanlar, tamami ilə spekulyativ üsullarla və ideoloji səbəblərlə aparılan təkamül təbliğatlarını gözlərində böyüdüb, bunun öhdəsindən gəlməyəcəklərini zənn edərək, nəzəriyyəni öz fikirlərinə görə müsəlmanlaşdırmağa çalışarlar. Elmə qarşı çıxmamaq üçün, elmi zənn etdikləri təkamül nəzəriyyəsi ilə İslamiyyət arasında bir orta yol tapmağa çalışarlar. Bu iddialarını dəstəkləyə bilmək üçün də Şumer dövründən qalan bütpərəst inancları istifadə edərək, alim kimi hesab etdikləri adamların sözlərini istifadə edər və “din bunu izah edir” mesajı vermək istəyərlər. Halbuki bu aydın şəkildə, darvinizmlə fikri mübarizə aparmaqdan qaçmaq üçün bir bəhanə üsuludur. Passiv, təslimiyyətli mübarizənin çox çirkin istiqamətidir.

Bu adamlar, darvinizmə qarşı, fikirlə qalib gələ bilməyəcəklərindən qorxub, gizli, məğlub olan mübarizə üsulundan istifadə edirlər. Halbuki, Allaha ürəkdən inanan, Onun üstün gücünü təqdir edən müsəlman üçün, bu mübarizə şəkli olduqca alçaldıcıdır. Saleh bir müsəlmanın mübarizəsinin, passiv və məğlub olması mümkün deyil. “Biz də eyni şeyi müdafiə edirik” məntiqi ilə, darvinizmə etiraz etməkdən heç söhbət belə gedə bilməz. Müsəlmanın iman etdiyi həqiqət, hər şeyi Allahın yaratdığı həqiqətidir. Buna görə, bir müsəlmanın, darvinistlərlə eyni şeyi müdafiə etməsi mümkün deyil. Müsəlman, darvinizmə qarşı açıq, qalibiyyətli (müzəffər) fikri mübarizə aparmalıdır. Allahdan lazımi qədər qorxan müsəlmanın, darvinizm ilə eyni fikri və ideologiyanı müdafiə etməsi mümkün deyil. Bu həqiqətin fərqinə vara bilməyənlər, insanın təkamüllə inkişaf etdiyini iddia edər, lakin onlara, cinlərin və mələklərin necə yaradıldıqlarını soruşulmasını fikirləşməzlər. Əlbəttə onlara bu sualı soruşanda, “Allah yaratdı” deyə cavab verəcəklər. Cinlərin və mələkləri Allahın yaratdığını bilib təsdiq edən bu adamların, Allahın, insanı da eyni şəkildə yaratdığını düşünə bilməmələri, bunu fikirləşməmələri olduqca dəhşətlidir. Mələyi “Ol” əmri ilə bir dəfədə yaradan Uca Rəbbimizin, insanı da eyni şəkildə yaratdığını görə bilməyəcək qədər azmışdırlar.

Darvinizm təhlükəsinin şüurunda olmayan, onun Allah inancına qarşı mübarizəsini başa düşə bilməyən bu insanların, səhv üsulları tətbiq etmək yerinə, bu haqda heç şərh etməmələri daha yaxşı olar. Mübarizədən qorxub, güc çatdıra bilmədikləri mövzularda səhv və ağılsız metodlara müraciət etmək səhv üsuldur. Darvinizm, ciddi şəkildə mübarizə aparılmalı və tamami ilə ortadan qaldırılması lazım olan böyük təhlükədir. Bu böyük təhlükənin şüuruna varmayaraq darvinizmə qarşı aparılan fikri mübarizəyə mane olmaq, böyük səhv və Allaha qarşı böyük bir məsuliyyətdir.

 

Darvinizmlə aparılan fikri mübarizəyə dəstək olmaq istəyənlər nələr edə bilər?

Dəccaliyyətin fitnəsini təsirsiz hala gətirmək istəyən hər müsəlman, darvinizmə qarşı elmi mübarizə aparmalıdır. Bunun üçün, təkamül nəzəriyyəsini təkzib edən dəlillərin həmişə izah edilməli, çoxaldılıb paylanılmalıdır. Bir tək zülalın belə, təsadüfən əmələ gəlməsinin qeyri-mümkün olduğunu, canlılığın cansız maddədən, özbaşına əmələ gələ bilməyəcəyini, hüceyrənin və orqanellərinin kompleks quruluşunun təsadüflərlə izah oluna bilməyəcəyini, canlıların bir-birindən törədiyini göstərən tək bir fosilin belə olmadığını, mutasiyaların və təbii seleksiyanın yeni bir canlı növü əmələ gətirə bilməyəcəyini öyrənən bir adamın darvinizmin yalanlarına inanmağı mümkün deyil.

Yaşadığımız dövrdəki texnoloji imkanlar da, müsəlmanlar üçün çox böyük nemətdir. Bu nemətlərdən lazımi qədər faydalananda, darvinizmə və materializmə qarşı aparılacaq fikri mübarizə daha asan və sürətli olacaq. Darvinizmin etibarsızlığını dəlilləri ilə üzə çıxardan yüzlərlə məqalə, kitab, sənədli film, CD və internet saytı var. İstəyən hər kəs bu işlərdən faydalanaraq, bunları çoxaldıb paylayaraq darvinizmə qarşı aparılan elmi mübarizədə iştirak edə bilər.

Əgər siz də darvinizmə qarşı aparılan mübarizədə qatqınız olmasını istəyirsinizsə, edə biləcəyiniz bir çox fəaliyyətlər var. Bu haqda hazır olan yüzlərlə əsəri ən yaxşı şəkildə qiymətləndirə bilərsiniz. Bununla əlaqədar kitabları oxuyub, daha sonra oxuduqlarınızı başqalarına verə bilər, onların da oxuduqdan sonra başqalarına verməsini istəyə bilərsiniz. Kitabların surətini çoxaldıb daha çox insana paylaya bilərsiniz. Əgər kitab almağa imkanınız yoxdursa, internetdə yüzlərlə kitab, yüzlərlə məqalə ödənişsiz yayımlanır. Bu məqalələri kompüterinizə yükləyib, ailənizə oxuda bilərsiniz. Çap elədikdən sonra qonşularınıza, iş yoldaşlarınıza, məktəb yoldaşlarınıza paylaya bilərsiniz. İnternetdəki söhbət mühitlərinə, mesaj qruplarına bu əsərlərdən hissələr götürüb göndərə bilər, beləliklə bir anda bəlkə də yüzlərlə adama darvinizmin əsl üzünü göstərmiş olarsınız. Bununla əlaqədar sənədli filmləri evinizdə, iş yerinizdə və ya məktəbdə toplu olaraq seyr edə bilərsiniz. Daha sonra bu sənədli filmləri çoxaldaraq daha geniş kütlələrin seyr etməsini təmin edə bilərsiniz. Əgər sənədli film seyr etmə imkanınız yoxdursa, hazırlanmış səs kasetlərindən təmin edər, yolda, evdə, işdə bunları dinləyə bilər və dinlətdirə bilərsiniz.

Məktəbdə və ya iş yerində divar pannoları hazırlayıb, bu pannolarda təkamül nəzəriyyəsinin etibarsızlığını göstərən dəlilləri göstərə bilərsiniz. Bunun üçün internetdə ödənişsiz nəşr olunan afişaları, şəkilləri, bannerləri istifadə edə bilərsiniz. Ya da, kitablardakı yazılardan, məqalələrdən qısa məlumatlar hazırlaya bilər, bunları pannolarda nəşr edə bilərsiniz. Məktəbinizdəki, səmtinizdəki, şəhərinizdəki kitabxanaya bu əsərləri hədiyyə edə bilərsiniz. Bir kitabxana yoxdursa, yaradılmasını təmin edə bilərsiniz. Beləliklə çox sayda insanı doğruya dəvət etmə imkanı taparsınız.

Göründüyü kimi səmimi səy göstərmək istəyənlərin edə biləcəyi çox iş vardır. Əhəmiyyətli olan heç kimin, “Mən nə edə bilərəm ki?, mənim səyim nəyi dəyişdirər ki?” kimi səhv düşüncəyə qapılmamasıdır. Hər kəsin, imkanları çatdığı qədər nə olursa olsun, bunu nə qədər istifadə etdiyi, səmimiyyətlə nə dərəcə əmək sərf etdiyi əhəmiyyətlidir. Nəticəni təqdir edən Uca Allahdır. Allah, səmimi səy göstərənlərin işlərini ən gözəl şəkildə nəticələndirər. Hər kəsin göstərdiyi səyin qarışlığını əskiksiz alacağı Quranda belə xəbər verilmişdir:

 

“Şübhəsiz insana öz əməyindən başqası yoxdur. Şübhəsiz öz əməyi (və ya səyi) görüləcək. Sonra ona ən əskiksiz cavab veriləcək. Əlbəttə dönüş Rəbbinə olacaq.” (Nəcm surəsi, 39-42)

 

Nəticə

Müsəlmanların məsuliyyəti “yer üzündə fitnə qalmayana qədər” fikri mübarizəyə davam etməkdədir. Günümüzün ən təhlükəli və ciddi fitnəsi isə, darvinizmdir. “Darvinizm, elm adamlarının mövzusudur, bizi maraqlandırmaz” kimi yanılmalara qapılmaq yerinə, müsəlmanlar, yer üzündə böyük zülmə səbəb olan bu ideologiyanı fikirlə təsirsiz hala gətirməlidir. Əksinə, zülmlə razılaşmaq mənasına gələ bilər ki, səmimi olaraq iman edən heç kim, belə bir məsuliyyəti boynuna götürmək istəməz.

Həm də, bunu da xatırlatmaq lazımdır ki, səmimi olaraq iman edənlərin fikri mübarizəsi əvvəldən qazanılan bir mübarizədir. Möminlər, darvinizm də daxil olmaqla bütün inkarçı ideologiyalara qarşı mütləq qalib gələcəklər. Allah, iman edənləri Quranda belə müjdələmişdir:

 

“Kim Allahı, Rəsulunu və iman edənləri dost (vəli) etsə, heç şübhə yoxdur ki, qalib gələcək olanlar, Allahın tərəfdarlarıdır.” (Maidə surəsi, 56)

 

Buna görə, iman edənlər dinsizliklə apardıqları fikri mübarizədə, qalib olduqlarının şüuru ilə və haqqı müdafiə etmək şərəfi ilə hərəkət etməlidirlər. Allahın icazəsi ilə darvinizm fitnəsi şübhəsiz sona çatacaq, Rəbbimiz “haqq olanı, batil olanın” üstünə keçirəcək. İman edənlərin səyi isə, bu elmi zəfərin savabını ala bilmək olmalıdır.

 

 

1) Məktubat, səh. 55

2) Səhihi Müslim, c. 4/2221; İmam Şarani, “Ölüm, Qiyamət, Axirət və Axırzaman Əlamətləri”, Bədir nəşriyyat, səh.44