“Sabah” qəzetinin 3 fevral 2003-cü il tarixli sayında “Məgər Marsdan gəlmişik?” başlıqlı xəbər nümayiş olundu. Yazıda, Paul Davies adlı fizikin, həyatın mənşəyinə dair nəzəriyyəsi bəhs olunurdu. Davies, milyardlarla il əvvəl Marsdan qopub gələn meteorların bəzi bakteriyalar daşıdığını, yer üzündə həyatın toxumlarını bu bakteriyaların atdığını iddia edirdi. “Sabah” qəzeti, bu ssenariləri sensasiya şəklində eşitdirir və “Paul Daviesin kitabı elm dünyasında fırtınalar qopardı” deyirdi. Halbuki elmi dəlillər qiymətləndirildiyində bu iddiaların əsassız, “Sabah” qəzetinin şərhlərinin də şişirdilmiş olduğu üzə çıxır.

Həyatın kosmosdan gəldiyi fikri, həyatı təsadüflərlə şərh etməyə çalışan təkamülçülərin ortaya atdığı iddiadır. Bu iddia, əslində təkamülçülərin həyatın mənşəyini şərh etdikdə qarşılaşdıqları çətinlikdən qaynaqlanır. Həyatın kosmosdan gəldiyi nəzəriyyəsinin haradan çıxdığını anlamaq üçün, əvvəlcə, həyatın mənşəyi ilə əlaqədar təkamülçülərin qarşılaşdığı çətinlikləri müzakirə etmək faydalıdır.

 

Həyatın mənşəyi problemi

Çarlz Darvin, “Növlərin mənşəyi” adlı kitabında, canlıların təsadüflərlə yarandığını iddia etməsinə qarşılıq, həyatın ilk dəfə necə yarandığına dair heç bir izah verməmişdir. Bu mövzunu, həyatın kiçik ilıq bir gölməçədə başladığı şəklində bir təxminlə başından etmişdir. Yaşadığı dövrdə, hüceyrənin daxili quruluşu haqqında az qala heç bir şey bilinmir, hüceyrə, yaş bir jele parçası kimi təyin olunurdu. Darvin, sonrakı illərdə, hüceyrənin guya təkamül prosesində necə yarandığının aydınlaşacağını gözləyirdi. Ancaq gözlənilən olmadı. İnkişaf edən elm, hüceyrənin çox üstün dizayna sahib olduğunu, bir-birinə əsaslanan çox sayda kompleks sistemdən yarandığı aydın oldu. Təkamülçülər, əvvəl uzun illər primitiv dünyada, zülalların təsadüfən əmələ gəldiyini iddia etdilər. Ancaq edilən riyazi hesablamalar, bir hüceyrənin deyil, hüceyrədə sintez edilən tək bir zülalın belə təsadüfən yarandığı ehtimalının “0” olduğunu sübut etdi. Həm də, kimya qanunları, həyat üçün lazımlı zülalların suda birləşməsinin mümkün olmadığını göstərdi. Zülalları əmələ gətirmək üçün birləşən amin turşuları, peptid bağ adı verilən əlaqə ilə birləşirdi və hər peptid, bağ üçün bir su molekulu yaranırdı. Yəni peptid bağın, suyun içində reallaşması ehtimalı yox idi. Bir tərəfdən 1980-ci illərdə ortaya atılan “RNA Dünyası” tezisi də boş çıxdı. Laboratoriya mühitində, süni yollarla sintez edilən kvadrilyonlarla RNA molekulundan heç biri özünü surətini çıxartmaq xüsusiyyətində deyildi.

Bu gün həyatın mənşəyi haqqında təkamül nəzəriyyəsi tamami ilə çıxılmaz vəziyyətdədir. Hüceyrənin kompleks quruluşu, həyatın mənşəyinin şüurlu yaradılış olduğunu aydınlaşdırır.

 

Çətin vəziyyətdən xilas olma səyi: Panspermiya

Təkamül nəzəriyyəsinin həyatın mənşəyi sahəsində düşdüyü bu çətin vəziyyət, nəzəriyyə üzərində meydana gətirdiyi mənfi təsirləri dağıtmaq istəyən təkamülçülər, həyatın bu səfər kosmosdan gəldiyi iddiasını irəli sürdü. Bu iddianın iki fərqli versiyası vardır.

Birincisi, həyatın şüurlu olaraq hazırlandığını qəbul edər, ancaq yer üzündə həyatı başladanın milyardlarla il əvvəl dünyanı ziyarət edən “yadplanetlilər” olduğunu bildirər. Bu iddianı irəli sürən adam Nobel mükafatlı molekulyar bioloq Francis Crickdir. 1953-cü ildə DNT-nin quruluşunu kəşf edən iki elm adamından biri olan Francis Crick, DNT qədər kompleks bir molekulun təsadüflərlə yarandığının mümkün olmadığını, bunun şüurlu olaraq hazırlandığını qəbul etməsinə qarşı, materialist ön mühakimələri lazımınca bütün kainata suveren bir Yaradıcının varlığını qəbul etməyərək, həyatın yadplanetlilər tərəfindən başladıldığını bildirmişdir. Crickin bu iddiası, həqiqi deyil və həyatın mənşəyini həqiqi mənada açıqlamaqdan uzaqdır. Çünki bu vəziyyətdə, yadplanetlilərin necə var olduğu şəklində bir sonsuz dövr ortaya çıxır. Üstəlik yaşadığımız, qüsursuz sistemlərlə təchiz edilmiş kainatın necə yarandığı sualı tamamilə cavabsız qalır.

Həyatın kosmosdan gəldiyini fərz edən nəzəriyyənin ikinci versiyası isə, ulduzlar arası buludlarda yarandığı fərz edilən bakteriyaların, meteorlar yolu ilə dünyaya gəldiyini və həyatın bu bakteriyalardan təkamülləşdiyini bildirər. Panspermiya adı verilən bu nəzəriyyə, 1950-ci illərdə, Fred Hoyle tərəfindən ortaya atılmış ancaq daha sonra etibarsızlığı aydın olmuşdur. Çünki kosmosdakı dondurucu temperaturun və kosmik radioaktiv şüaların hər hansı bir canlını sağ buraxması mümkün deyil.

İngiltərədəki Şəhər Universitetindən Dr. Mark Burchell, həyatın meteorlarla səyahət edən bakteriyalarla başladığı nəzəriyyəsini müzakirə edənlənlərdən biridir. Burchell, bu nəzəriyyəni isbat etmək üçün işlər aparmasına qarşı, hələ ilk başda bir bakteriyanın meteor üzərinə necə keçə biləcəyi sualının belə cavabsız olduğunu etiraf edir. Özü ilə aparılan bir reportajda, kosmosda həyat haqqında naməlumluq bu şəkildə ifadə edilir:

 

Kosmosda həyatı (yaşayış olduğunu) araşdırmaq həmişə çətin olmuşdur. Kosmosda həyatın var olduğuna dair əlimizdə heç bir dəlil yoxdur və biz hələ öz planetimizdəki həyatın mənşəyi haqqında belə əmin deyilik.” (“Bacterial Blasting Across Space”, Morris Jones, 4 noyabr 2002: http://www.spacedaily.com/news/life-02zx.html)

 

Burchell, günəş radiasiyaları, kosmik şüalar və başqa faktorların kosmosda bakteriya üçün olduqca çətin mühit yaratdığını bildirir. Həm də, meteorun atmosferə girdikdən sonra yanmağa başlamağı, tamami ilə yanmadan yerə çatsa belə, saniyədə 16 kilometrə çatan sürətlərlə yer üzünə çarpılaraq bakteriyaların həyatda qalmağını qeyri-mümkün edir. Bundan əlavə, həyatın meteorlarla yer üzündə başladığı iddiasını təməldən çürüdən faktor, belə bir bakteriya kosmosdan gəlsə belə başqa növlərə çevrilməsinin mümkün olmamağıdır. Genetik və molekulyar biologiya elmləri, bir bakteriyanın DNT-sinə mutasiya yolu ilə məlumat əlavə edilərək daha kompleks quruluşda orqanizmlərin yaranmasının mümkün olmadığını ortaya qoymuşdur. Beləliklə, “Sabah” qəzetində dərc edilən iddiaların tamamilə həqiqətdən uzaq olduğu ortaya çıxır.

 

Daviesin, tezisinə dəstək göstərdiyi dəlillər əsassızdır

“Sabah” qəzetində Paul Daviesin iddialarına dəlil göstərilən iki tapıntı da etibarlı yerə əsaslanmır. Bu nəzəriyyəyə təqdim edilən heç bir söz heç bir dəlilə əsaslanmır. Məsələn, Qrenlandiyada tapılan və 3.8 milyard illik yaşları olaraq hesablanan fosillərin Marsdan gəldiyini bildirilir. Halbuki bu fosillərin həqiqi bakteriyalara aid olduğu tamami ilə təsdiqlənmiş bir fosil deyil və elm dünyasında bu iddianın etibarlı olub-olmadığı hələ müzakirə edilir.

Həyatın meteorlar yolu ilə kosmosdan gəldiyini müdafiə edənlər, meteor üzərində rast gəldikləri mikroskopik parçacıqlarla, dünyada rast gəldikləri orqanizmlərin fosilləri arasında bənzərliklər qururlar. Məsələn, Marsdan gəldiyi təxmin edilən bəzi meteorlarda karbon kürəciklər, ya da, maqnit kristallar tapıldığı bildirilmiş və bunların meteor üzərində yaşamış orqanizmlərə aid fosillər olduğu bildirilmişdir. Ancaq bu bənzərliklər sübut edilməmişdir. NASA-nın Johnson Kosmos Mərkəzindən, Everett Gibbson bu haqda bunları deyir:

 

“Yer üzündəki mikrofosillər, biofilmlər və üç Mars meteorunda rastlanan xüsusiyyətlər arasındakı bənzərliklər maraqlıdır, ancaq qəti şəkildə isbat edilməmişdir.” (Gibson, E.K. Jr., D.S. McKay, K.L. Thomas-Keprta, et al. (2001), “Life on Mars: Evaluation of the Evidence Within Martian Meteorites ALH84001, Nakhla, and Shergotty,” Precambrian Research, 106:15-24)

 

Həm də toqquşma əsnasında təxminən 6500C kimi yüksək istilik yaranması bu karbon kürəciklərin canlı orqanizmlərə aid olma ehtimalını ortadan qaldırır. 1996-cı ildə geoloji mikro strukturların analizində, mütəxəssis bir qrup tərəfindən aparılan tədqiqatda, Marsdan gəldiyi bildiriləm bir meteor üzərindəki mineralların əmələ gələ bilməsi üçün 6500C istilik yaranmalı olduğu və bu qədər yüksək istiliklərə heç bir orqanizmin dözə bilməyəcəyi hesablanmışdır. (Bradley, J.P., R.P. Harvey, and H.Y. McSween Jr. (1996), “Magnetite Whiskers and Platelets in ALH84001 Martian Meteorite: Evidence of Vapor Phase Growth,” Geochimica et Cosmochimica Acta, 60:5149-5155)

 

“Sabah” qəzetində, Paul Daviesin, iddialarına dəlil olaraq, 1911-ci ildə, Misirin Nakhla kəndinə düşən bir meteor üzərindəki həyat fosilləri göstərilir. Bu fosilləri araşdıran elm adamları, 2001-ci ildə, PNAS (Proceedings of the National Academy of Sciences) jurnalında nümayiş olunan bir məqalədə, bu meteora baxaraq, Marsda yaşayış olduğu qənaətinə gəlmədiklərini bildirmişdilər:

 

“Əvvəlki şərhlərin əksinə mövcud olan kristaloqrafiq və morfoloji dəlillər, Marsda, keçmişdə yaşayış olduğu fikri dəstəkləməyə kafi olmadığı fikrindəyik.” (Buseck, P.R., R.E. Dunin-Borkowski, et al. (2001), “Magnetite Morphology and Life on Mars,” Proceedings of the National Academy of Sciences, 98:13490-13495, 20 noyabr)

 

Nəticə: “Sabah” qəzeti sensasiyalı jurnalistliyi tərk etməli, elmi həqiqətləri düzgün şəkildə bildirməlidir.

“Sabah” qəzetində dərc edilən “Marsdan gələn həyat ssenariləri” elmi cəhətdən etibarsızdır. Bunlar, yalnız təkamül nəzəriyyəsini çətin vəziyyətdən çıxartmaq üçün dəstəklənilən iddialardır. Elmdən uzaq olan iddiaları sensasiyalı şəkildə nəşr edən “Sabah” qəzeti obyektiv nəşri izləmir və həyatın həqiqi mənşəyini nəzərə almır. Bu həqiqi mənşə isə aydındır: Yaradılış.