Radikal qəzeti köşə yazarı Türker Alkan, 26 iyul 2003-cü il tarixli “Tanrı kainatı niyə yaratdı” başlıqlı məqaləsində, bəzi səhv görüşlər qarşıya qoydu. Gərək özünü, gərəksə oxucularını məlumatlandırmaq məqsədiylə bu görüşlərin niyə səhv olduğunu açıqlamaqda fayda var.
Alkanın yazısında doğrudan və ya bilavasitə olaraq dilə gətirdiyi səhv düşüncələr belə sıralana bilər:
1) Dinlərin, çox tanrılı dinlərdən tək tanrılı dinlərə doğru “təkamül” keçirdiyi iddiası.
2) Kainatda insan oğlunun xüsusi mövqeyi olmadığı, kosmosun insana istiqamətli xüsusi “dizayn” ehtiva etmədiyi iddiası.
3) İçində yaşadığımız kainatın əslində sonsuz saydakı başqa kainatlardan yalnız biri olduğu iddiası.
Bunların niyə səhv olduqlarını sırasıyla açıqlayaq.
1) Dinlərin təkamülü yanılması
Türker Alkan, “universal dinlər, tam qövmlərə enən dinlərin yerini almağa başladı?” ifadəsiylə, tarix içində dinlərin təkamülləşdiyini, qəbilə dinlərinin universal dinlərə çevrildiyini irəli sürməkdədir. Bu görüş “dinlərin təkamülü” olaraq bilinər. 19-cu əsrdə ortaya atılmış, hərarətlə müdafiə olunmuş, ancaq bu fikri dəstəkləyən heç bir arxeoloji tapıntı əldə edilə bilmədiyi üçün, bir fərziyyə, bir hekayə olaraq qalmışdır. 1995-ci ildə çap olan “Evolution of Religion: A Re-Examination” adlı kitabda, yazar Bernard J. Verkamp, bunu belə izah edir:
Dinin mənşəyi problemi Birinci dünya müharibəsindən bir müddət sonra təxminən bütün antropoloqlar tərəfindən tərk edildi və “ələ alınmaq istənmədi”, çünki etibarlı məlumata çatmaq çox çətin idi və problem həll edilə bilməz görünürdü. Və əgər həqiqətən məsələ, bəzi 19-cu əsr təkamülçülərinin qəbul etdiyi kimi, ilk başda dinin nə olduğunu elmi olaraq ortaya qoymaq olsaydı, bu həqiqətən də həll edilə bilməz bir problem olardı. Çünki, görəcəyimiz kimi, ilk dinin necə olduğunu tərif edə bilmək üçün açıqcası yetərli arxeoloji dəlil yoxdur.1
Verkamp, ortada “dinin təkamülü”nə dair dəlil olmadığını qəbul etdikdən sonra, bu mövzuda yalnız təxmini tezislər çıxarıla biləcəyini ifadə etməkdə və kitabında bunları qiymətləndirməkdədir.
Qısacası, insanlığın daha qədim çağlarda daha “ibtidai”, yəni çox-tanrılı və qəbilə dinlərə inandığı, tək Allaha inanma və bütün insanlığa xitab etmə əsasına söykənən universal dinin (bu din, ilk insan olan hz. Adəmdən bu yana insanlığa vəhy edilən Haqq dindir) sonradan ortaya çıxdığı iddiasının heç bir dayağı yoxdur. Türker Alkan, bu iddianı sanki sübut edilmiş tarixi gerçək sanmaqla və elə göstərməklə, yanılmaqdadır.
2) Kainatda insana istiqamətli dizayn olmadığı yanılması
Türker Alkanın yazısının təməl arqumenti isə, içində yaşadığımız kainatın, biz insanlar üçün xüsusi plana, dizayna sahib olmadığı, bir başqa deyişlə kainatdakı varlığımızın təsadüfi və əhəmiyyətsiz olduğu iddiasıdır. Alkan bu iddiadan təvazökar olmamız lazım olduğu kimi müsbət nəticə çıxarmaqdadır, amma nəticənin müsbət olması, iddianın doğruluğunu göstərməz. Əksinə, bu iddia, tamamilə səhvdir.
Alkan bu iddianı xüsusilə, kainatın böyüklüyünə əsaslandırır. Ona görə, kainatda dünyadakı qumlar qədər çox ulduz olduğuna görə, dünya üzərindəki həyatımız da elə ortaya çıxmış olmalıdır.
Halbuki, mövzu “kainatdakı ulduzların sayı” kimi səthi hesabla deyil, kainatdakı fiziki tarazlıqlarda bir məqsəd olub olmadığı kimi daha dərin sualla ələ alınsa, vəziyyət fərqliləşər. Bu problemin araşdırılması, çox əhəmiyyətli nəticələr ortaya qoymuşdur.
Elm adamları, kainatdakı bütün fiziki tarazlıqların insan həyatı üçün çox həssas şəkildə nizamlandığı gerçəyini ilk dəfə 1970-li illərdən etibarən fərq etməyə başladılar. Araşdırmalar dərinləşdirildikcə, kainatdakı fizika, kimya və biologiya qanunlarının; cazibə, elektromaqnetizm kimi təməl qüvvətlərin; atomların və elementlərin strukturlarının hamısının insanın həyatı üçün tam olmalı şəkildə təşkil edildikləri bir-bir tapıldı. Qərb elm adamları bu gün bu fövqəladə dizayna “İnsani qanun” (Anthropic Principle) adını verməkdədirlər. Yəni kainatdakı hər detal, insan həyatını güdən bir məqsəd olaraq hazırlanmışdır.
İnsani qanunun ən fundamental bəzi nümunələrini belə yekunlaşdıra bilərik:
- Kainatın ilk genişlənmə sürəti (Big Bangın partlama şiddəti) tam olması lazım olduğu ölçüdə olmuşdur. Elm adamları, əgər ilk partlama sürəti milyard dəfə milyardda bir belə fərqli olsaydı, o vəziyyətdə maddənin ya təkrar içinə çökmüş və ya tamamilə dağılmış olacağını hesablamaqdadırlar. Bir başqa deyişlə, daha kainatın ilk anında, milyard dəfə milyardda birlik dəqiqlik vardır.
- Kainatdakı mövcud dörd fiziki qüvvə (cazibə, zəif nüvə qüvvəsi, güclü nüvə qüvvəsi və elektromaqnit qüvvət), nizamlı kainat ortaya çıxması, elementlərin və dolayısilə həyatın var ola bilməsi üçün tam olmaları lazım olan dəyərlərdədirlər. Bu qüvvətlərdəki çox kiçik oynamalar (məsələn 1039-da 1 və ya 1028-də 1 kimi, yəni kobud hesabla milyard dəfə milyard dəfə milyard dəfə milyardda 1 lik fərqlər), kainatın yalnız radiasiyadan ibarət olmasına və ya hidrogen xaricində heç bir elementin var olmamasına səbəb ola bilərdi.
- Günəşin ideal böyüklüyü, dünyanın günəşə olan ideal uzaqlığı, suyun bənzərsiz fiziki və kimyəvi xüsusiyyətləri, günəş şüalarının həyat üçün ən lazımlı dalğa boyunda olması, Yer atmosferinin tənəffüs üçün ən ideal nisbətdəki qazları ehtiva etməsi, dünyanın maqnetik sahəsinin, yer üzü şəkillərinin insan həyatına ən uyğun şəkildə olması kimi daha bir çox “həssas nizam” vardır. (Bu mövzuda geniş məlumat üçün baxın: Harun Yəhya, Kainatın yaradılışı, İstanbul, 1999)
Bu həssas nizam anlayışı, bu gün astrofizikanın ən təəccüblü tapıntılarından biri mövqeyindədir. Kainatdakı hansı fiziki qayda, hansı dəyişiklik araşdırılsa, bunların insan həyatına ən ideal mühiti təmin edəcək çox xüsusi dəyərlərə sahib olduğu görülər. Məşhur astronom Paul Davies, bunun nəticəsini “The Cosmic Blueprint” (Kosmik plan) adlı kitabının son paraqrafında “bir dizayn olduğu düşüncəsi, əzici şəkildə üstün gəlməkdədir” deyə açıqlayar. 2
Astrofizik W. Press isə “Nature” jurnalındakı məqaləsində, “kainatda, ağıllı həyatın inkişafını dəstəkləyən böyük dizayn var” deməkdədir. 3
Maraqlı tərəfi isə, bu tapıntıları ortaya çıxaran elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyini çox da istəməyən materialist dünyagörüşünə sahib olan elm adamlarının olmasıdır. Araşdırarkən Allahın varlığına dəlil axtarmaq kimi bir niyyətlə hərəkət etməmişlər. Amma hamısı, bəlkə də çoxu bunu heç istəmədiyi halda, kainatın ancaq fövqəladə dizaynla açıqlana biləcəyi nəticəsinə varmışlardır. Amerikalı astronom Corc Greenstein, “The Symbiotic Universe” (Simbiyotik kainat) adlı kitabında bu gerçəyi belə etiraf edir:
Bu, (fizika qanunlarının həyat üçün xüsusi olaraq hazırlanmış olması) necə mümkün ola bildi?… Dəlilləri araşdırdıqca, israrla əhəmiyyətli bir gerçəklə qarşı-qarşıya gəlirik; bir təbiət üstü Ağıl dövrəyə girmişdir. Yoxsa görəsən bir anda, heç də o niyyəti daşımamamıza baxmayaraq, İlahi Varlığın var olduğuna dair elmi dəlillərləmi üz-üzə gəlirik? 4
Türker Alkan əgər elmi ədəbiyyatı daha yaxın izlərsə, elm dünyasının burada izah etdiyimiz gerçəklər çərçivəsində böyük dəyişmə keçirməkdə olduğunu görə bilər. Bu dəyişiklik, Avstraliyalı məşhur molekulyar bioloq Michael Dentonun 1998-ci ildə çap olan, “Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose on the Universe” (Təbiətin qədəri: Biologiya qanunları kainatdakı məqsədi necə göstərir) adlı kitabında belə izah edilir:
20-ci əsr astronomiyasında ortaya çıxan yeni portret, keçdiyimiz dörd əsr ərzində elmi kütlələrdə əsas qəbul görən bir fərziyyəyə qarşı ciddi inqilab meydana gətirməkdədir. Bu fərziyyə, həyatın kainat içində ortaya çıxmış təsadüfü və əhəmiyyətsiz anlayış olduğu düşüncəsidir… Müasir kosmologiya və fizika tərəfindən ortaya qoyulan dəlillər, əslində 17-ci əsrdəki təbii teologiya müdafiəçilərinin axtardıqları, amma o dövrdəki elm səviyyəsi içində tapa bilmədikləri dəlillərdir. 5
Michael Denton, “Nature’s Destiny” adlı kitabının sonunda, “bir zamanlar ateizmin və şübhəciliyin ən böyük müttəfiqi sayılan elm, nəhayət ikinci min ili bitirməkdə olduğumuz bu dövrdə, bir zamanlar Nyutonun və onun tərəfdarlarının istəmiş olduqları kimi, antropometrik inancın ən böyük müdafiəçisi halına gəlmişdir” deməkdədir. 6
Antropometrik inanc, Allahın dünyanı insan üçün yaratmış olduğu inancıdır.
Yəni Türker Alkanın 40 il əvvəl inandığı, amma bu gün rədd etdiyi gerçək…
Türker Alkanın yazısında dilə gətirdiyi bir başqa yanılma isə, yaşadığımız kainatın, əslində daha böyük bir “kainatlar qrup”nun bir parçası olduğu iddiasıdır. Bu, heç bir elmi dəlili olmayan fərziyyədən ibarətdir. Məşhur astronom Paul Davies bu iddianı bir neçə ay əvvəl “New York Times”da dilə gətirmiş, amma bunun bir dəlili olmadığını da etiraf etmişdi. Maraqlananlar, Harun Yəhyanın Paul Daviesin bu yazısı haqqındakı məqaləsini oxuya bilərlər. (baxın: Paul Daviesin “Çox kainat üçün ümidsiz səyi”)
Nəticə
Hörmətli Alkan elm və din əlaqəsi haqqında bəzən yazır. Bu mövzuya olan marağını təbrik edirik. Ancaq görünən odur ki, bu mövzu haqqında özünə yol göstərən məlumatlar və yanaşmalar bundan 30-40 il əvvəlində qalmış, köhnə materialist nəzəriyyələrdir. Gerçəkdə materializm (və onun təkamül nəzəriyyəsi, təsadüfi kainat modeli kimi ünsürləri), elmi tapıntılar tərəfindən rədd edilməkdə, elm kainatdakı və təbiətdəki “dizayn”ın təəccüblü dəlillərini ortaya qoymaqdadır. Digər bir ifadəylə, elm, kainatı və canlıları Allahın yaratmış olduğu gerçəyinin dəlillərini tapmaqdadır.
Türker Alkana maraq duyduğu bu mövzunu bir daha, ön mühakiməsiz olaraq və tək tərəfli qaynaqlardan uzaqlaşaraq araşdırmasını təklif edirik. Ümid edirik o zaman, Allahın varlığının açıq-aşkar dəlillərini özü də asanlıqla görə biləcək.
- Bernard J. Verkamp, The Evolution of Religion: A Re-Examination, University of Scranton Press: Scranton, PA. 1995, səh. 1-2
- Paul Davies, The Cosmic Blueprint, London: Penguin Books, 1987, səh. 203
- Press, “A Place for Teleology?”, Nature, vol. 320, 1986, səh. 315
- George Greenstein, The Symbiotic Universe, səh. 27
- Michael Denton, Nature”s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, səh. 14-15
- Michael Denton, Nature”s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe, The New York: The Free Press, 1998, səh. 389