Bütün kainatın və canlılığın kor təsadüflərin əsəri olduğunu iddia edən darvinizm, günümüzün ən təhlükəli ideologiyasıdır. Kommunizm və faşizm başda olmaq üzrə insanlığa fəlakət gətirən bütün zərərli axınların təməl dayaq nöqtəsi olan darvinizm, elmi olaraq tamamilə çürüdülmüş olmasına baxmayaraq, ideoloji qayğılarla dəstəklənməyə çalışılmaqdadır.

Darvinizm haqqında yetərli məlumata sahib olmayan, ya da mövzu haqqında dərininə düşünməmiş olan kəslər, darvinizmin necə bir təhlükə olduğunu anlamaya bilərlər. Təkamül nəzəriyyəsinin ictimai və əxlaqi olaraq nə böyük fəlakətlərə gətirib çıxardığını bilmir ola bilərlər. Darvinist düşüncənin təxminən 1.5 əsrdir insanlığa verdiyi zərərlərin fərqində olmadıqları üçün də, darvinizmlə edilən fikri mübarizənin nə qədər həyati olduğunu heç cür anlaya bilmir ola bilərlər. Halbuki, Allahın varlığını və birliyini, insanların Rəbbimizə qarşı məsul olduğu gerçəyini rədd edən darvinist ideologiya, insanlara kor təsadüflərin əsəri və sözdə bir növ heyvan olduqları təlqinlərini edərək böyük dağıntılara zəmin hazırlayır.

 

Bu açıq gerçəkdir ki, darvinizmin və ondan dəstək görən materialist fəlsəfənin yayılmasıyla birlikdə, “insan nədir” sualına azğın cavablar verilməyə başlanmışdır. Daha əvvəldən bu suala “insan, Allahın yaratdığı və Onun öyrətdiyi gözəl əxlaqa görə yaşamalı olan varlıqdır” cavabını verən insanların bir qismi, bir çox azğın təlqin nəticəsində, “insan təsadüflərlə var olmuş, həyat mübarizəsiylə inkişaf etmiş heyvandır” yanılmasına qapılmağa başlamışdır. Bu böyük yanılmanın fakturası isə çox ağırdır. İrqçilik, faşizm, kommunizm kimi vəhşilik ideologiyaları və digər bir çox barbar, xaotik dünya görüşü, bu yanılmadan güc tapmışdır.

 

Bütün zərərli ideologiyaların təməlində darvinist düşüncə quruluşu vardır

Darvinizmin səbəb olduğu bəlaları tam olaraq anlaya bilmək üçün döyüşlər, qarşıdurmalar, anarxiya və qarışıqlıq, bu səbəbdən əziyyətlə keçən 20-ci əsrin ümumi tablosunu araşdırmaq yerində olacaq. Keçdiyimiz əsrdə milyonlarla insan bir heç uğuruna, azğın ideologiyalara xidmət adına öldürüldü, qətl edildi, aclığa və ölümə tərk edildi, baxımsız, evsiz-eşiksiz, müdafiəsiz buraxıldı. Milyonlarla heyvanlara belə rəva görülməyəcək, insanlıqdan kənar rəftarlara məruz qaldı. Darvinist düşüncəyə sahib zalım liderlər, kütlələri qarşıdurmaya sürüdülər, qardaşı qardaşa düşmən etdilər, döyüşlər çıxartdılar, bombalayar atdırdılar, avtomobilləri, evləri, dükanları yandırıb yıxdırdılar, mitinqlər təşkil etdirdilər, cahil kütlələrin əllərinə silah verərək gəncləri, yaşlıları, qadınları, uşaqları, kişiləri güllə qarşısına düzdülər.

İnsanlığa qaranlıq günlər yaşadan bu ideologiyaların başında faşizm və kommunizm gəlir. Bunlar bir-birinə düşmən və bir-birini yox etməyə çalışan fikirlər olaraq görülər. Nə var ki, ortada son dərəcə maraqlı gerçək var: Bu ideologiyaların hamısı tək bir fikri qaynaqdan bəslənməkdə, o qaynaqdan güc və dəstək almaqda və o qaynaq sayəsində kütlələri razı salaraq öz tərəflərinə çəkə bilməkdədirlər. Bu qaynaq, materialist fəlsəfə və onun təbiətə uyğunlaşdırılmış halı olan darvinizmdir.

Təkamül nəzəriyyəsi, ortaya atıldıqdan qısa müddət sonra biologiya və paleontologiya kimi elm sahələrinin xaricinə çıxaraq, insan əlaqələrindən tarixin şərh olunmasına, siyasətdən cəmiyyət həyatına qədər bir çox sahədə təsirli olmağa başladı. Xüsusilə də darvinizmin “təbiətin mübarizə və qarşıdurma yeri olduğu” yalanı cəmiyyətlərə və insanlara tətbiq olunduğunda, Hitlerin üstün irqi meydana gətirmə çalışması, Marksın “insanlıq tarixi sinif qarşıdurmalarının tarixidir” yanılması, kapitalizmin “güclülərin zəiflərin üzərinə basaraq daha da güclənmələrini” nəzərdə tutması, üçüncü dünya ölkələrinin imperialist ölkələr tərəfindən mərhəmətsizcə istismar edilmələri, insanlıqdan kənar rəftarlara məruz qalmaları, zəncilərin hələ irqçi hücumlar və ayrı-seçkiliklə üz-üzə olması sözdə elmi örtük qazanmış olurdu. İnsanları özlərinə görə inkişaf etmiş heyvan kimi görənlər, zəif olanların üzərinə basaraq yüksəlməkdən, xəstə və zəif olanları bir şəkildə yox etməkdən, fərqli və aşağı gördükləri irqləri ortadan qaldırmaq üçün qırğınlar etməkdən heç çəkinmədilər. Çünki elm maskası taxmış nəzəriyyələri, onlara bunun “təbiətin qanunu” olduğunu söyləyirdi.

Görüldüyü kimi, bir çox insanın ictimai zərərlərinin fərqində olmadığı darvinizm, dünyaya çox böyük bəlalar gətirmişdir. Elmi heç bir dəlili olmayan və bir doqma olmaqdan kənara getməyən təkamül nəzəriyyəsi, indiki vaxtda da özünü dəstəkləyən elmi tapıntılar olmamasına baxmayaraq, sırf dinsizliyi yaymaq üçün kor-koranə müdafiə olunmaqdadır.

 

Terrorizmin ortadan qaldırılması darvinizmin fikirlə yox edilməsiylə mümkündür

Terrorun nə qədər böyük bəla olduğunun hər kəs fərqindədir, ancaq çoxu insan bu bəlanın ideoloji təməlinin darvinizm olduğunun fərqində deyil.

Darvinizmin insanların şüuraltına yerləşdiyi “insan, döyüşən heyvandır” yalanının son dərəcə təsirli olduğu açıqdır. Darvinizm insanlara “dünya görüşü” və “üsul” təsvir etməkdədir. Bu azğın dünya görüşünün və üsulun təməl anlayışı isə, “özündən olmayanla zidd düşmək”dir.

Bunu belə açıqlaya bilərik: dünya üzərində fərqli inanclar, fərqli dünya görüşləri, fərqli fəlsəfələr vardır. Bunlar bir-birlərinə iki fərqli dünyagörüşüylə baxa bilərlər:

 

1) Özlərindən olmayanların varlıqlarına hörmət göstərə bilər, onlarla dialoqa girə bilər, “insancıl” üsul izləyə bilərlər.

2) Özlərindən olmayanlarla mübarizə aparmaq, döyüşmək, onlara zərər verərək üstünlük qazanmaq yolunu seçə bilər, yəni “heyvani” davrana bilərlər.

 

“Terrorizm” fəlakəti, bu ikinci dünyagörüşünün ifadəsindən başqa bir şey deyil. Bu səbəbdən terrorizmlə mübarizə müzakirə mövzusu olduğunda da əsas edilməsi lazım olan, terrorun təməl dayaq nöqtəsini ortadan qaldırmaq, yəni darvinizm ilə elmi olaraq mübarizə etməkdir. Darvinizm fikirlə ortadan qaldırıldığında, terrorist təşkilatlanmalar çökər, terrorizm bəlası da sona çatar.

Ancaq, darvinizm dəstəklənməyə davam edildiyi, insanlara darvinist yalanlar təlqin edilib öyrədildiyi müddətcə, terrorun sona çatması mümkün deyil. Bir tərəfdən məktəblərdə darvinizmi öyrədib digər tərəfdən gənclərin terrorist təşkilatlanmalara qatılmalarına təəccüblənmək bir ziddiyyətdir. Çünki bir insanın terrorist ola bilməsi üçün, əvvəl qarşısındakının insan olmadığına, qarşıdurmanın təbiətin qaydası olduğuna, öldürmənin və qətl etmənin sözdə məqbul olduğuna, heç kimsəyə qarşı məsul olmadığına inanması, yəni darvinist olması lazımdır. İllərlə şüursuz atomların bir yerə gələrək canlılığı meydana gətirdiyi, özünün də bir maddə yığını hətta bir növ heyvan olduğu, qarşıdurma olmadan irəliləmənin mümkün olmayacağı yalanlarıyla böyüyən insana, “sevgidən, xoş görüşdən, mərhəmətdən, sülhsevər olmaqdan” bəhs etmənin mənası yoxdur. Ya da bu insanın “necə olub da mərhəmətsizcə günahsızları qətl edə bildiyini” sorğulamaq bir nəticə verməz. Bu insandan, insanlara hörmət göstərməsini, qanunlara uyğun gəlməsini, dövlətinə itaət etməsini gözləmək mənasızdır.

Darvinizmlə fikirlə mübarizə etmədən terrorizmlə mübarizə etmək, bir tərəfdən davamlı bataqlıq yaratmaq və başqa tərəfdən ağcaqanadları yox etməyə çalışmaq deməkdir. Halbuki, ağcaqanadları yox etmənin tək yolu bataqlığı qurutmaqdır. Məhz bu səbəblə cəsarətlə, elmi olaraq darvinizmin üzərinə gedilməsi lazımdır.

 

Bu böyük elmi mübarizəni göz ardı etməmək lazımdır

Bura qədər qısaca toxunduğumuz məlumatlar, darvinizmin nə qədər təhlükəli ideologiya olduğunu və bu azğın ideologiyayla ediləcək fikri mübarizənin əhəmiyyətini açıqca göstərməkdədir.

Buna baxmayaraq, bəzi şəxslər hələ də, “Niyə darvinizm mövzusu bu qədər əhəmiyyətlidir?” deyərək guya bu elmi mübarizəni kiçik hesab etməkdə ya da “Onsuz da Darvinə artıq inanılmır, bu səbəbdən bu mövzuda məşğul olmağa ehtiyac yoxdur” kimi həqiqətdən uzaq məntiqlər qarşıya qoyaraq müsəlmanların darvinizmlə mübarizəsini maneə törətməyə çalışmaqdadırlar. Bu və bənzəri iddialar, əslində darvinizmlə fikirlə mübarizə etməkdən qaçınmaq üçün qarşıya qoyulan bəhanələrdir.

Bu bəhanələrin qarşıya qoyulmasının müxtəlif səbəbləri vardır. Bu səbəblərdən ən əhəmiyyətlisi, məlumat qeyri-kafiliyi səbəbiylə darvinizmdən qorxulmasıdır. Təkamül nəzəriyyəsinin elmi dəlillərə əsaslandığını zənn edən şəxslər, darvinizmlə mübarizə etdiklərində elmə qarşı mübarizə edəcəklərini sanır ola bilərlər. Hətta elmin təkamülü isbat etdiyini sandıqları üçün, bu mövzuyla yaxından maraqlandıqlarında özlərinin də bu təlqinlərin təsirində qalıb inanclarının sarsılacağından, dünya görüşlərinin dəyişəcəyindən qorxur ola bilərlər. Halbuki bunlar tamamilə yersiz qorxulardır. Çünki, təkamül elmdən kənar nəzəriyyədir. Son əlli ildir elmin bütün sahələrində əldə edilən hər yeni tapıntı, təkamül nəzəriyyəsinin yalan olduğunu Yaradılışın isə açıq-aşkar gerçək olduğunu isbat etməkdədir. Elmin göstərdiyi gerçək, Allahın bütün kainatı yoxdan yaratdığı, təkamül nəzəriyyəsinin isə elmi heç bir dəyərinin olmadığıdır.

Darvinizmin elm qarşısındakı məğlubiyyətindən xəbərsiz olanların içinə düşdükləri səhvlərdən biri də, guya darvinizmlə İslamı uyğunlaşdırmağa çalışmaqdır. Etiraz etmənin mümkün olmadığını düşündükləri üçün, guya “orta yol” meydana gətirməyə çalışmaqda, bu şəkildə təhlükəni uzaqlaşdıra biləcəklərini düşünməkdədirlər. Halbuki, bu son dərəcə səhv və xətalı tutumdur. Daha əvvəl də ifadə etdiyimiz kimi təkamül elm tərəfindən etibarsızlığı isbat edilmiş nəzəriyyədir. Həm də iddia edildiyi kimi, Quranda təkamülə işarə edən tək bir izah da yoxdur, bütün kainatın və canlılığın Rəbbimizin “Ol” əmriylə yoxdan bir anda yaradıldığı bildirilməkdədir.

Bu səbəbdən, darvinizmlə elmi mübarizə etməkdən qaçmaq ya da “İslami təkamül” kimi xəyali ssenarilər qarşıya qoymaq yerinə, məlumat əldə etmənin son dərəcə asan olduğu indiki vaxtda müsəlmanların özlərini bu mövzuda yetişdirmələri və bu böyük fikri mübarizəyə dəstək olmaları lazımdır.

Bunu da ifadə etmək lazımdır ki, bu elmi mübarizənin son dərəcə əhatəli; texnologiyanın hər cür imkanından tam mənasıyla faydalanılaraq, elmi bütün inkişaflar yaxından izlənilərək, bu inkişafların ortaya qoyduğu gerçəklər toplanaraq, açıq və dəqiq dəlillər təqdim edilərək edilməsi son dərəcə əhəmiyyətlidir. Kifayət qədər məlumat və dəlil təqdim etmədən, “Madam insanlar meymundan gəldi, niyə o zaman hələ meymunlar var, onlar niyə insana çevrilmir” kimi illərdir alışılmış bəzi nümunələr verilərək darvinizmin fikirlə məğlub edilə biləcəyini sanmaq, hadisənin ölçülərinin kifayət qədər düşünülməməsindən qaynaqlanmaqdadır. Çox müxtəlif qaynaqdan davamlı darvinizm təbliğatına məruz qalan insanın, sadə və sıravi nümunələrlə qəlibləşmiş düşüncə quruluşunu dəyişdirə bilməyəcəyi açıqdır. O səbəblə elmin təkamül nəzəriyyəsini dəstəklədiyini sanan insanlara, şəxsən elmin ortaya qoyduğu nəticələri təqdim edərək, təkamülün elmdən kənar olduğunu göstərmək lazımdır. Darvinizmə qarşı icra edilən fikri mübarizənin özü də budur.

 

Darvinizmlə fikri mübarizə birlik olmağı tələb edir

Belə əhatəli elmi mübarizənin təsirli ola bilməsi üçün müsəlmanların birlik və bərabərlik ruhu içində hərəkət etmələri böyük əhəmiyyət daşımaqdadır. Allah Quranda müsəlmanların inkar əxlaqına qarşı verəcəkləri fikri mübarizədə birlik olmaları lazım olduğunu bildirmişdir. Bir ayədə, müsəlmanların birlik içində hərəkət etməmələri vəziyyətində yer üzündə təxribatçılıq çıxacağı bu şəkildə xəbər verilmişdir:

 

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

 

Dinsizlik dünyanın bir çox bölgəsində məşhurkən, terror və anarxiya bütün insanları təhdid edərkən, bir çox məzlum və günahsız insan, zülm və təzyiq altında əzilərkən səmimi olaraq iman edənlərin etməsi lazım olan bütün imkanları sonuna qədər istifadə edib dinsizliklə fikirlə mübarizə etməkdir. Müsəlmanların aralarındakı düşüncə fərqlərini qarşıya qoyaraq birlik təmin edə bilməmələri, edilməsi lazım olan bu böyük elmi mübarizədə güclərinin azalmasına səbəb olacaq. İçində olan şərtlər görüş ayrılıqlarını bir kənara buraxıb, din əxlaqının yayılması üçün ittifaq etməyi zəruri etməkdədir.

Darvinizmə qarşı icra edilən elmi mübarizədə hər müsəlman məsuliyyət boynuna götürməlidir. Bütün müsəlman vətəndaş cəmiyyət quruluşları, təşkilatlar, fondlar və dərnəklər ortaq şüurla hərəkət etməli, “Bu bizim təşkilatımızın çalışması deyil”, ya da “bu bizim fondumuzun əsəri deyil” deyə düşünmədən, darvinizmlə mübarizəyə dəstək olmalarıdır. Mənsub olduğu fondun, dərnəyin, təşkilatın işləri xaricindəki bütün işləri göz ardı etmək, “Bizim ictimaiyyətimizdən deyil, o səbəblə fikrinə də əhəmiyyət vermərik” məntiqində olmaq, müsəlmanlara heç yaraşmayan yanaşmadır. Bu şərtlər altında müxtəlif bəhanələr qarşıya qoyaraq darvinizmlə fikirlə mübarizə etməkdən qaçmaq, birlik və bərabərlik ruhuyla hərəkət etməmək həm dünyada həm də axirətdə məsuliyyəti olan davranış ola bilər. Səmimi müsəlmanların bu səhvə yol verməkdən çəkinməsi son dərəcə əhəmiyyətlidir.

Müsəlmanların, Allah rizası üçün bütün imkanlarını səfərbər edərək dinsizliyə qarşı edəcəkləri fikri mübarizə, Allahın icazəsiylə, bütün insanlıq üçün ən gözəl şəkildə nəticələnəcək. Birlik və bərabərlik içində, səmimiyyətlə icra ediləcək işlər, Rəbbimizin Qurani Kərimdə vəd etdiyi kimi “Haqqın üstün gəlib, batilin yox olmasına” vəsilə olacaq. Uca Allahın bu vədi bütün iman edənlər üçün böyük şövq və həyəcan qaynağıdır:

 

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

 

Darvinizm insanları aldatmağa davam edir. Aparılan araşdırmalar, darvinizmin hələ də bir çox insanı aldatmağa davam etdiyini göstərməkdədir. Xüsusilə, Avropa ölkələrində təşkil edilən anketlər, Fransa, Almaniya, İngiltərə başda olmaq üzrə bir çox ölkədə insanların böyük əksəriyyətinin təkamül nəzəriyyəsinin elmi həqiqət olduğunu sandığını ortaya qoymuşdur. Təkamül yalanına inanan bu insanlar Allaha imandan və din əxlaqından da uzaqlaşmaqdadırlar. BM tərəfindən edilən bir anket bu gerçəyi gözlər önünə sərməkdədir. Anketə görə Avropalıların yalnız 18%-i insanı Allahın yaratdığına inanmaqda, 82%-i isə insanın digər növlərdən təkamülləşərək meydana gəldiyini sanmaqdadır. Ölkələrə tək-tək baxıldığında vəziyyət belədir:

 

1) Almaniya – 35%-i katolik, 36%-i isə protestant olan xalqın yalnız 14%-i yaradılışa inanmaqdadır.

2) Fransa – Yaradılış gerçəyinə inananlar təxminən 18% nisbətindədir.

3) İngiltərə – xalqın 20%-i Yaradılışa inanmaqdadır.

4) İspaniya – Əhalinin böyük hissəsini katoliklərin olduğu İspaniyada, insanları Allahın yaratdığı gerçəyinə inananların nisbəti 13%-dir.

5) Norveç – Yaradılışa inananlar, cəmiyyətin 19%-ni meydana gətirməkdədir.

6) Finlandiya – xalqın 80%-i evanjelikdir, ancaq Yaradılışa inananların nisbəti 16%-dır.

7) İsveç – Allahın insanları yaratdığına inananların nisbəti 12%-dır.

8) Danimarka – xalqın 9%-i Yaradılışa inanmaqdadır.

9) Belçika – Yaradılış gerçəyinə inananların nisbəti 10%-dir.

10) İsveçrə – xalqın 24%-i Yaradılış gerçəyinə inanmaqdadır.

 

Bu cədvəl elmi bütün tapıntıların təkamülü yalanladığını, darvinizimin xəyal məhsulu hekayələrdən kənara getmədiyini, elmin göstərdiyi gerçəyin Yaradılış olduğunu izah etmənin əhəmiyyətini bir daha isbat etməkdədir.