Proqramda ilanları təbii mühitlərində araşdıran bioloqun bu ifadələrinə yer verilirdi:

 

“İlanların qolları və ayaqları olmadan kompleks işlər görəcək şəkildə təkamülləşmiş olmaları mənə çox təsir edir”.

 

Bu ifadələr tamamilə sahibinin ön mühakimələriylə əlaqədardır. Diqqət yetirilsə, buradakı “təkamül” sözü ilanın bu hərəkət qabiliyyətinin necə ortaya çıxdığı, hansı mexanizmlərlə inkişaf etdiyi kimi suallara cavab verməməkdədir. İlanların sahib olduğu əzələ sistemi son dərəcə kompleksdir. Bununla birlikdə, proqramda mövzu edilən gürzələr istiliyə həssas, xüsusi qəbul etmə orqanlarına sahibdirlər. Amerikan ordusu bu sistemi, döyüş təyyarələrində inkişaf etdirmək istədiyi mərmi qəbul etmə və təqib sistemlərində təqlid etmənin yollarını araşdırmaqdadır. (Baxın: “Biomimetik: Texnologiya təbiəti təqlid edir” <http://www.harunyahya.org/bilim/biyomimeti/Biyomimetik_01.html>, Harun Yəhya)

 

Dünyanın ən inkişaf etmiş əsgəri texnologiyalarına sahib ordunun ilandakı bu dizaynı təqlid etməyə çalışması, ilandakı sistemin nə qədər effektiv, bunun əsaslandığı dizaynın da nə qədər kompleks və ağıllı olduğunun göstəricisidir. İlandakı bu mühəndislik dizaynı əlbəttə, məqsədsiz təbii müddətləri deyil şüurlu dizaynı, yəni bu canlıları Allahın yaratdığını göstərir.

 

Bu vəziyyətdə yuxarıda sözləri yazılan bioloqun bu cür deməsinin daha doğru olduğu ortaya çıxar:

 

“İlanların qolları və ayaqları olmadan kompleks işlər görəcək şəkildə YARADILMIŞ olmaları mənə çox təsir edir”.