Bu proqramda, müxtəlif sürünən növlər haqqında məlumatlar verilirdi. “National Geographic TV”, sürünənlərin bədənlərini örtən pulları haqqında danışarkən, bu quruluşun mənşəyinə dair bu təkamül nağılını izah edirdi:
“Pullar, milyonlarla illik təkamül prosesi üçün müxtəlif məqsədlərə görə verilmişdir. İlanın rəngli görünməsini təmin edərək düşmənlərinə zəhərli olduğunu xəbərdarlıq edəcək formada, müdafiə etmək üçün və quruda hərəkət etmək üçün verilmişdir.”
“Discovery Channel”-in izah etdiyi bu nağıl, tamamilə xəyal gücünə əsaslanır. Bu cür nağılların diqqət çəkiciliyi, xəyali təkamül prosesin “milyonlarla il” olduğunun vurğulanmasıdır. Yəni uzun zamanın yeni bioloji quruluşlar əmələ gətirə bildiyi təlqini verilir. Halbuki canlılardakı bioloji dəyişmə mövcud gen hovuzunda reallaşar və prosesin uzunluğu bu vəziyyətə təsir etməz. Necə ki, əldə yüz milyonlarla il, heç dəyişmədən həyatlarını davam etdirib indiyə kimi gəlib çatan növlərə aid fosillər var. Məsələn köpək balıqlarının 400 milyon ildir dəyişmədiyi fosillər açıqca görünür. Xəyali təkamül prosesinin canlılara bioloji quruluşlar verdiyini (yaratdığını) demək isə, daha da böyük bir nağıldır. Fərz edilən bu proses, hər hansı şüuru və məqsədi olmayan təbiət hadisələrinə və təsadüfə əsaslanır. Canlılardakı bioloji quruluşlar isə olduqca kompleksdir (mürəkkəbdir). Bu mürəkkəb quruluşların təsadüfən yaranma ehtimalı yoxdur.
Molekulyar bioloq Harry Rubin bunu belə etiraf edir:
“Bakteriyalarin həyatı belə, təsadüfən yarana bilməyəcək qədər mürəkkəbdir.” (Harry Rubin, “Life, Even en Bacteria, Is Too Complex to Have Occurred by Chance” en Margenau and Varghese (eds,), Cosmos, Bios, Theos, səh. 203)
Təsadüflə izah oluna bilməyən bioloji quruluşların mənşəyini xəyali təkamül prosesinə deyil, şüurlu dizayna əsaslanmaq uyğundur. İlandakı pulların (dərisinin) dizayn məhsulu olduğunu göstərmək üçün, tankın hərəkət sistemini misal çəkmək uyğun olar:
Bir tankın paletlərinə baxdıqda bunların ardıcıl sıralanan dırnaqlardan ibarət olduğu görünür. Bu dırnaqların isə çöl ucları şaquli çıxıntılar olan bir şəklə sahibdirlər. Bu çıxıntılar tankın hərəkəti əsnasında yerə bataraq çəkiş təsirini artırarkən, tankın sərf etdiyi enerjini də azaldar. Tank paletlərindəki dırnaqların sıra ilə düzülməsi və bunların yeri qavrayacaq şəkildə istehsal olunmasında müəyyən məqsədyönlü dizayn olduğu açıqdır.
Bir ilanın pullarında da eyni xüsusiyyətlər vardır. Bir ilanın qarnında ardıcıl sıralanmış və həndəsi nizamda yerləşmiş pullar mövcuddur. Bu pulların altında olan əzələlər, çox saydakı onurğaya yapışaraq çəkiş gücünü təmin edər və nizamlı bir sıxılma-boşalma ilə ilanı irəli itələyər. Bu hərəkətin nizamlı icra edilməsi ancaq kompleks sinir sisteminin idarəsi ilə mümkündür. Bu pulların altdakı əzələləri və sinxronizə sıxılmağı idarə edən sinir sistemi ilə birlikdə hərəkət əmələ gətirəcək şəkildə hazırlandığı aydındır. Tank paletini görəndə bunun şüurlu dizayn məhsulu olduğunu, yəni mühəndis tərəfindən düzəltdiyini anlayırıq. Daha da kompleks olan pulların dizaynı da, eyni şəkildə şüurlu dizayn, yəni yaradılışın məhsuludur.
Proqramda ortaya qoyulan bir başqa təkamül nağılı da 65 milyon il əvvəl yaşadığı deyilən Mososaurus adlı nəhəng dəniz sürünəni ilə əlaqədardır. “National Geographic TV”, bu canlının üzgəclərindəki sümükləri göstərir, sonra da bunların bir vaxtlar quru canlılar olduqlarını, üzgəclərindəki sümüklərin də ayaq kimi funksiya daşıdığı nağılını izah edir. “National Geographic TV”, eyni iddianı delfinlər və balinalar haqqında da irəli sürmüşdür. Halbuki, bu nağılı dəstəkləyə bilən heç bir elmi tapıntı yoxdur. “National Geographic TV”-nin darvinizmə nə cür böyük dəstək olduğu və bunu hər yerdə məşhur nağıllarla bəzədiyi bilinir. “National Geographic TV” əvvəl də, balinaların təkamülü nağılını izah etmişdir, biz də, saytımızda bu yalana cavab vermişdik. Dəniz məməlilərin mənşəyi həqiqətdə təkamül nəzəriyyəsinə ən əhəmiyyətli zərbələrdən birini vurur. “National Geographic TV”-nin Mesosaurusla əlaqədar nağılının etibarsızlığı haqqında baxın:
<http://www.darwinizminsonu.com/doga_tarihi_2_13.html> və <http://www.harunyahya.org/Makaleler/balina_masali.htm>