HÖRMƏTLİ ADNAN OKTARIN RƏHMAN SURƏSİNDƏN AYƏ İZAHLARI
Rəhman surəsi, 48-ci ayə
İkisində də növbənöv meyvələrlə dolu budaqlar vardır.
Çox incə bəzəklər, çox incə gözəlliklər. Məsələn fincanı götürürsən, fincanın qulpunda quşlar cəh-cəh vurur. İncəlik, detal. Onun üstündə ekran var baxdığında sevdiyini görərsən. Bu növbənöv gözəlliklər xoşumuza getsin deyədir. Məsələn şüşədən, kristaldan olan ev havada dayanar. Quran necə gözəl izah edir. Cənnətdə də gözəllik, dünyada da gözəllik. Möminin hədəfi nədir? Həmişə gözəllikdir. Gözəllik və sevgi iç-içədir. Müsəlmanın hədəfi sevgidir, yoxsa gözəlliyin heç bir mənası olmaz. Əsas olan sevgidir, yoxsa gözəllik mənasız qalar.
Rəhman surəsi, 50-ci ayə
İkisində də iki axar bulaq vardır.
Məşhur bulaqlar. Bu bulaqlar bütün nemətlərin axdığı enerji kanalı da ola bilər. Çünki onsuz da hər yerdə bulaq, sular var. Kiçik-kiçik dərələr var. Cənnətin xüsusiyyəti bol suyu olmasıdır. Hər yerdə su vardır.
Rəhman surəsi, 52-ci ayə
İkisində də hər meyvədən qoşa-qoşa vardır.
Həmişə ikiliyə diqət çəkilir. Zülqərneyn hekayəsində də ikilər vardır. Xızır hekayəsində, hər yerdə vardır. Mehdiyyətlə iki həmişə əlaqəlidir. Cənnəttə hər meyvədən iki cüt var. Burada gördüyümüz meyvələrin hamısını orada görəcəyik. Amma bu şəkildə deyil, daha keyfiyyətli və daha dadlı, müqayisə edilməyəcək şəkildə üstündürlər.
Rəhman surəsi, 54-cü ayə
Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin də meyvələri onlara yaxın olacaqdır.
“Astarları atlazdan olan”. O qədər dərin detallar var ki, atlaza yaxından baxdığımızda nəfəsimiz kəsilər. Kiçik bir parçası belə çox gözəldir. “Döşəklərə dirsəklənəcəklər”. Yataqlar var. Yorğunluğu dünyada öyrəndiyimiz üçün müdhiş bir yataq instinkti olacaq. Yastıq və kreslo instinkti var. “İki cənnətin də meyvələri onlara yaxın olacaqdır”. Əlini uzatdığında budaq ağıllı, şüurlu olduğu üçün aşağı doğru uzanar, qopardığında dərhal yerində yeni meyvə meydana gələr.
Rəhman surəsi, 56-cı ayə
Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.
“Orada baxışlarını yalnız ərlərinə dikmiş …” Demək ki qadında baxış çox əhəmiyyətlidir. “… gözlərini öz ərlərinə dikmiş …”, bir başqasına deyil. O zaman dəyəri olmaz. Dərin bir baxış varsa, onu çox sevir deməkdir. Ərinə qarşı şiddətli sevginin bir əlaməti olmuş olur. Əri də bu baxışı gördükdə ondan çox məmnun olar.
Rəhman surəsi, 58-ci ayə
“Sanki onlar yaqut və mərcan kimidirlər”.
Yaqut qırmızı, tərtəmiz parıldayar, göz alıcıdır. Mərcan da elədir. Qadınlar taxdıqları zinyətləriylə mərcan, yaqut kimi tərtəmiz parıldayarlar. Ləl-cəvahirat kimi göz oxşayarlar. Dəriləri, gözlərinin gözəlliyi, dodaqlarının gözəlliyi, burunlarının gözəlliyi hər yerləri çox gözəl. Baxdıqda ləl-cəvahirat kimi insan olduğu görünür. Baxdıqda ləl-cəvahiratı xatırladır. Göz qamaşdırıcı gözəllikdədirlər. Ləl-cəvahirat necə insanı hipnoz edirsə, oradakı qadınlar da göz qamaşdırır, sanki hipnoz edir.
Rəhman surəsi, 62-ci ayə
“Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır”.
Etdi dörd cənnət. Allah iki cənnətdən bəhs edir. “Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır”. O zaman dörd cənnət olduğu dəqiqləşmiş olur. Cənnət sayını maraqlanana, dörd cənnət olduğu aydın olur.
Rəhman surəsi, 64-cü ayə
“Hər ikisi tünd yaşıldır”.
Demək ki cənnətdə həmişə meşəlik, ağac, çəmən və yaşıllıqdır. Cənnətdə əsas yaşıl rəng hakimdir.
Rəhman surəsi, 66-cı ayə
“İkisində də fəvvarə vuran iki bulaq vardır”.
Buradan, həqiqətən bulaq olduğu aydın olur. Bir enerji kanalı kimi deyil, həqiqətən bulaq olduğu aydın olur. Fışqırma var və axır. Amma anladığım qədəriylə çox nəhəng bir hovuz və çox nəhəng bir fəvvarə var. Demək ki, çox məşhur və cənnətin ən bəyənilən yerlərindən biridir ki, Quran ona diqqət çəkmiş. Hamısında hovuz var.
Rəhman surəsi, 68-ci ayə
“İkisində də (cürbəcür) meyvələr, xurma ağacları və nar vardır”.
Allah bir neçə nümunə vermiş və bənzərsiz olduğunu deyir, yəni bənzəri yoxdur. Dünyadakı kimi deyil, yoxsa Allah bənzəri vardır deyərdi.
Rəhman surəsi, 70-ci ayə
“Orada xasiyyətləri gözəl, üzləri gözəl qadınlar vardır”.
Əvvəlcə xasiyyəti deyilir. Çünki üzü gözəl olsa da əxlaqı gözəl olmadıqdan sonra həqiqətən sevimsiz olur. Ona görə fəlakətlər meydana gəlir. Qadının gözəl olması yetərli deyil. İmanla gözəl olması lazımdır. Allaha inanmalı, iman etməli, Allahdan qorxmalı, Allahı çox sevməlidir ki, gözəl olsun. Yoxsa gözəl ola bilməz. Allah əvvəlcə xasiyyətə diqqət çəkir.
Rəhman surəsi, 72-ci ayə
“Otaqlar içində qorunmuş huri qadınlar var”.
Qorunmuş deyərkən orada qurd yox, it yox, qorunacaq bir mövqe yox. Qorunmadan qəsd nədir? Cinsi əlaqədir. Yəni cinsi əlaqəyə girməyib. Qorunan, kimsənin toxunmadığı təmiz qadınlar var. Otaq dediyi; başqasının görmədiyi böyük nəhəng çadırlardır. Cənnətdə sevişmə olacağı üçün, başqasının görməsinə mane olmaq üçün Allah daha dinc olması üçün ayrıca nəhəng otaqlar yaradıb. Möhtəşəm çadırlardır. Çadırların hər milimi bəzəklidir. Çadırların içi də, çölü də nurdan işiqlıdır, çox gözəldir. Məsələn orda otağın içi işıqlanarkən lampadan istifadə edilmir, özündən işıqlıdır. Onsuz da qiyamətdən sonra fizika qanunları dəyişəcək. Bütün fizika qanunları dəyişəcək. Elm adamlarının söylədiyi hər şey orada etibarsızdır. Yeni fizika qanunları, yeni kimya qanunları olacaq.
Rəhman surəsi, 74-cü ayə
“Bunlardan əvvəl özlərinə nə bir insan, nə bir cin toxunmuşdur”.
Allah bir daha vurğulayır. Əvvəlki ayələrdə vurğuladığını bir daha vurğulayır. Heç bir şəkildə cinsi əlaqəyə girməmiş, tərtəmiz, çox keyfiyyətli, çox gözəl qadınlar vardır.
Rəhman surəsi, 76-cı ayə
“Onlar yaşıl balışlara və gözəl döşəkcələrə dirsəklənəcəklər”.
Xanımlarıyla birlikdə sevişirlər, danışırlar, söhbət edirlər. Allah o gözəlliyi izah edir.
UŞAQ İMTAHAN OLUNMAZ DEYƏ BİR MÖVZU YOXDUR, UŞAQ DA İMTAHAN OLUNAR
Hz. İsmayıl (ə.s)-ın hadisəsində olduğu kimi, hz. Yusuf (ə.s)-ın hadisəsində olduğu kimi. Hz. Yusuf (ə.s) quyuya atıldıqda uşaq idi. Uşaq imtahan olunmaz deyə bir mövzu yoxdur. Uşaq da imtahan verər. Allah onu da çətinliklərlə, asanlıqlarla sınayar ki böyüdükdə onu xatırlayar. Böyüdükdə onu xatırlaması imtahanın bir şərtidir. Əgər uşaqlığında heç bir çətinliklə qarşılaşmasa, heç bir uşaq çətinliklə qarşılaşmasa o zaman imtahan qalxar. O zaman möcüzə meydana gələr. Düşünün, heç bir uşaq uşaqlığında heç bir şəkildə çətinliklə qarşılaşmır. Amma müəyyən bir yaşdan sonra çətinliklə qarşılaşır. Bu ağılın ixtiyarını qaldırar. Ağılın ixtiyarı qalxmaması üçün təbii bir görünüş olması üçün bu lazımdır. Amma bəzən Allah uşaqlarda imtahan üçün onları islah etməsi, doğru yola çatdırması üçün nəticələr meydana gətirə bilər. Onda bir xeyr və hikmət vardır. Yəni uşaq heç öyrədilməzsə, heç imtahan olunmazsa o bayaq söylədiyim hadisə meydana gələr. Amma uşaqlar qorunurlar. Diqqət yetirin, məsələn bir şey olar. Həmişə uşaqlar xilas olar. Amma hamısında xilas olsa, imtahan sirrinə müxalif olar.