“Science Daily” xəbər portalında yer alan 2 noyabr 2007-ci il tarixli yazıda, meduzaların bilinən fosil qeydini 200 milyon il geriyə atan başqa fosil tapıntısı tapıldı [“Fossil Record Reveals Elusive Jellyfish More Than 500 Million Years Old” (Fosil qeydi, 500 milyon ildən daha yaşlı, nadir olan meduzanı göstərdi)].
Günümüzdən 505 milyon il qədər əvvəl yaşadığı hesablanan meduza, gərək günümüzdəki meduza ilə eyni komplekslik səviyyəsinə sahib olması, gərəksə kompleks bədən strukturlarının heç bir təkamüllü olanı tapılmadan birdən və tam meydana gəlmiş şəkildə ortaya çıxdığı Kembri dövrünə uzanmasıyla təkamül nəzəriyyəsinə son bir zərbə meydana gətirdi.
ABŞ-dakı Kanzas Universitetindən araşdırmaçılar tərəfindən reallaşdırılan və “Science Daily” yazısında detalları köçürülən çalışmada, elm adamları müasir meduza ailə və dəstələriylə uyğunlaşdırdıqları dörd tip Nayderyan (cnidarian) fosili əldə etdilər. Əldə edilən meduza fosillərinin yaşı, daha əvvəldən bilinən ən qədim nümunələrdən təxminən 200 milyon daha qədim tarixi verməkdə idi. Fosillər, meduza kimi həssas quruluşda canlıya aid olmalarına qarşı yaxşı qorunmuş vəziyyətdə tapıldılar. Kanzas Universiteti ekologiya və təkamüllü biologiya professoru Paulin Kartrit, bu vəziyyəti aşağıdakı sözlərlə ifadə etməkdədir:
“Təyin etdiyimiz fosillərin bu qədər maraqlı olmasının səbəblərindən biri, diqqətə çarpan zəng şəklinin, buynuzların, əzələ izlərinin və hətta böyük ehtimalla cinsiyyət vəzlərinin də görülə bilər olmasıdır.”
Meduza, incə dənəli qum üzərində heyvanın şəkilinə bənzəyən iz təbəqəsi buraxmış şəkildə tapıldı. Bir çox meduza bu qədər detallı iz buraxmır, çünki öldükləri zaman ümumiyyətlə, kobud dənəli qumlar üzərində qalmaqda, bu tipdəki zəmin isə izləri saxlama baxımından uyğun xüsusiyyət daşımamaqdadır.
Kartritin təkamül yanlısı yanıldıcı şərhi
Kartrit, fosil tapıntısıyla əlaqədar izahlarında hiyləli təkamül hekayəsinə yer verməkdə və bunları söyləməkdədir:
“Fosil qeydləri yumşaq bədənli həyat formalarına çox da uyğun ev sahibliyi etmir, çünki bu tip orqanizmlər öldükdən sonra arxalarında olduqca az iz buraxırlar. Bu səbəbdən bir çox yumşaq bədənli heyvanın təkamüllü inkişafını həll etmək üçün hələ çalışırıq.”
Kartrit, burada hər nə qədər təkamülçü iddia ortaya qoymuş olsa da əslində təkamül iddiası olaraq dayanan şey, meduzalarının mənşəyi və Kembri dövrü haqqında məlumatlı olanların gözündə acizlik ifadəsinə çevrilməkdədir. Bu acizliyi göstərmək üçün, Kembri dövründə ortaya çıxan (və bəlkə bəzi fosil izlərə görə mənşələri daha da geriyə uzanan) meduzalarının mənşəyi mövzusunun təkamül nəzəriyyəsinə meydana gətirdiyi çıxılmaz vəziyyəti ana xətləriylə araşdıraq.
Meduzanın təkamülçüləri çarəsiz buraxan mənşələri
Meduza, dünyanın bütün okeanlarında görülən və onurğasızların Skifozoa sinfinə aid olan, jele kimi quruluşda canlılardır. Beyinləri olmamasına baxmayaraq, işıq və qoxunu qəbul etmələrini təmin edən sinir sistemləri vardır. Yetkin meduzanın bədəni təxminən 95% nisbətində sudan meydana gəlir. Zəng şəkilli baş qisimləri, alt tərəfin mərkəzində mədəni saxlayar. Zəngin alt tərəfindən sallanan buynuzlar və buynuzların üzərində də düşmənlərinə toxunduğu zaman onları zəhərləyən xüsusi tipdə hüceyrələr vardır.
Bu meduza fosilinin yaşadığı və günümüzdən 505 milyon il əvvələ aid olan dövr isə Kembri dövrü içində yer alır. Kembri dövrü, Qallerin orta əsrlərdəki adı olan Kambriadan almaqdadır. İlk olaraq Qallerin qayalıqlarında müəyyən olunmuş olan Kembri dövrü, günümüzdən 543 ilə 490 milyon il əvvəl arasında yaşanmışdır. Kembri dövrünü, təbiət tarixi baxımından bənzərsiz edən xüsusiyyəti, kompleks həyat formalarının birdən və qüsursuz quruluşda ortaya çıxışına şahid olmasıdır. Bu dövr içində yer alan və günümüzdən 530 milyon il əvvələ qarşılıq gələn 5-10 milyon illik zaman aralığında, yer üzünün okeanlarında birdən birə buynuzlara, qol və ayaq çıxıntılarına, məngənələrə, antenalara, gözlərə və qan dövran sistemi kimi bir çox kompleks sistemə sahib fərqli növlərdə heyvanlar hasil olmuşdur.
Komplekslik səviyyəsi baxımından, Kembri əvvəli (Prekembri) və Kembri dövrləri, açıq təzad meydana gətirməkdədir. Çünki Kembri əvvəli dövrdə fosil təbəqələrində yalnız tək hüceyrəli (və ya çox hüceyrəli amma xüsusiləşmiş hüceyrə ehtiva etməyən quruluşda) orqanizmlər olduğu halda, təbiət tarixində açılan yeni pərdə ilə bu orqanizmlərlə müqayisə edilə bilməyəcək şəkildə, dəfələrlə daha kompleks quruluşda orqanizmlər dünyanın müxtəlif bölgələrində birdən ortaya çıxmışlar. Keçid son dərəcə sürətlidir və tək hüceyrəlilər ilə Kembri canlıları arasında olmalı olan çox sayda mərhələdən heç birini ehtiva etməməkdədir. Bu keçid elə ani komplekslik artımı meydana gətirmişdir ki, bu hadisə bioloqlar tərəfindən Biologiyanın “Big Bang”ı olaraq adlandırılmışdır (Kembri partlaması).
Meduzalar da Kembri dövründə ani yayılma göstərən və daha əvvəlki dövrlərdə təkamülün atası olaraq önə sürülə biləcək heç bir öncül canlını ata qəbul etməyən orqanizmlərdir. Təkamülçülər üçün Kembri dövrü canlılarının mənşəyi, meduzaları da daxil olmaq üzrə tamamilə qaranlıqdadır. Kaliforniya universitetinin internet saytında meduzaların təkamüllü mənşələrinin bilinmədiyi aşağıdakı sözlərlə etiraf edilməkdədir:
Meduzaların təkamüllü mənşələri və digər orqanizmlərlə olan sözdə təkamüllü mənşələri olduqca sirlidir və biologiyanın ən maraqlı bilməcələrindən birini meydana gətirməkdədir. (FAQ-Where do the jellyfish come from? http://www.odc.ucla.edu/html/body_faq.html, 2 İyul 2003.)
Kartritin sözlərinə dönəcək olsaq, bu elm adamı fosil ilə əlaqədar şərhlərində “yumşaq bədənli orqanizmlərin təkamüllü inkişafını həll etmək üçün hələ çalışırıq” deməkdədir. Ancaq Kaliforniya universiteti saytındakı etirafdan da aydın olduğu üzrə, Kartritin “həll etmək üçün çalışırıq” dediyi təkamüllə əlaqələr, fosil qeydlərində heç bir gerçək qarşılığı olmayan, yalnız Kartrit kimi təkamülçülərin xəyallarında var olan əlaqələrdir.
Bundan əlavə Kartrit, fosil tapıntısının zehnində yaşatdığı təkamül nağıllarına zərbələrini də görməzlikdən gəlməkdədir. Bu zərbələr nədir?
Günümüzdən 300 milyon il əvvəlinə uzanan meduza fosili qeydi bu tapıntıyla 200 milyon il daha geriyə getmişdir. Təkamülçülər, 300 milyon illik meduza fosillərindən daha əvvəlki dövrlərdə yaşamış meduzaların daha sadə quruluşda və təkamülü hazırlayaraq əl verər xüsusiyyətdə olmasını gözlədiyi halda, 505 milyon il əvvəl yaşamış meduzaların günümüz meduzalarıyla “eyni” komplekslik səviyyəsini ortaya qoyduğunu görmüşlər.
Bir başqa deyişlə, meduzalarının ilk ortaya çıxdığı andan etibarən bu canlıların heç bir istiqamətdə təkamüllü inkişaf göstərmədiyini, bu canlıların bədən strukturlarının, yer üzündəki varlıqlarına qarşılıq gələn yarım milyard il kimi çox uzun zamanı əhatə edən dövr boyunca eyni qaldığını görmüşlər. Təkamüllün atası olmayan; 500 milyon il əvvəl birdən və kompleks quruluşuyla ortaya çıxan; sonrakı yüz milyonlarla illik dövrdə heç bir dəyişiklik ortaya qoymayan meduzaların təkamülündən bəhs edilə bilərmi? Əlbəttə, bəhs edilə bilməz. Bu, elmdən kənar olar, doqmatik olar. Kartritinki də belədir.
Ani və kompleks quruluşda ortaya çıxış, yaradılışın açıq dəlilidir. Meduzaların fosil tarixlərinin yanında, yaradılışlarına işarə edən başqa xüsusiyyətləri də vardır.
Meduza davranışındakı yaradılış dəlili
Bu baxımdan olduqca maraqlı olan xüsusiyyət, meduzanın buynuzlarındakı zəhərləyici hüceyrələrlə əlaqədar olanıdır. Yetkin meduzaların zəngləri, kiçik ölçülü meduzalar üçün etibarlı sığınacaq da təmin edər. Olduqca təəccüblü şəkildə, digər bütün canlılar üçün zəhərləyici reaksiyalar verən bu hüceyrələr, kiçik meduzalara dəfələrlə təmas etdikləri halda onlara heç bir zərər verməməkdədirlər!
Kənardan baxılanda beyni belə olmayan, sadə təsir-reaksiya qaydalarına görə davrandığı düşünülən belə bir canlının, həmcinslərini ayırd edər və onları güdərmiş kimi zəhərli hüceyrələrini atəşləməməsi, ağıllı və şəfqətli davranış forması yaratmaqdadır. Şübhəsiz, bu davranış şəkli eyni zamanda, təbiətin darvinist dünya görüşüylə açıqca ziddiyyət təşkil edən gerçəyini meydana gətirməkdədir. Bilindiyi kimi, darvinist dünya görüşü, təbiətin heç bir plan və məqsəd ehtiva etməyən, həyatda qalmadan başqa bir şey güdməyən, zəifləri öldürməyə proqramlaşdırılmış heyvanlarla dolu olduğunu izah etməkdədir.
Halbuki, meduza, digər canlılar toxunduğunda bioloji aləmin ən sürətli təpkimələrindən biriylə cavab verib onları iflic etdiyi halda, öz həmcinslərinə heç bir zərər verməməkdədirlər. Belə ki, başqa canlılar üçün ölümcül silahlar meydana gətirən buynuzlar, kiçik meduzalar üçün etibarlı sığınacağa çevrilməkdədir. Şübhəsiz, meduzanın, buynuzlarının ucundakı canlının öz həmcinsi olduğunu qəbul etməsi, bu məlumatı şərh etməsi və onu qoruyacaq şəkildə ayıracaq rəftar sərgiləyərək zəhərli hüceyrələrini atəşləməmsi, üstəlik bütün bunların ağırlıq tərəfindən 95%-i “su” olan, inkişaf etmiş gözləri və bir beyni də olmayan canlı tərəfindən edilməsi möcüzənin təcəllisindən başqa bir şey deyil. Şübhəsiz, meduzaya bu şəkildə davranmağı ilham edən, onun və digər bütün canlıların Yaradıcısı olan Uca Allahdır. Allah, hər şeyi hər an idarəsi altında saxladığını bir Quran ayəsində belə bildirməkdədir:
“Həmd, göylərdə və yerdə olanların hamısı özünə aid olan Allahındır; axirətdə də həmd Onundur. O, hökm və hikmət sahibidir, xəbər alandır.” (Səba surəsi, 1)
Nəticə
Görüldüyü kimi, meduzanın təkamülü nağılı olan bu son qalıqlar qarşısında elmi olduğu önə sürtülə biləcək heç bir dayağa sahib deyil. Bu vəziyyətə baxmayaraq, Kartritin xəyalində yaşatdığı təkamüllü əlaqələrin elmi zəmini varmış kimi şərhlər etməsi, təkamülçülərin tamamilə doqmatik zehin quruluşunda olduğu göstərməkdədir. Bütün bunlar nəticəsində açıqdır ki, darvinistlər yaradılışı açıqca dəlilləndirən inkişafları hər nə bahasına olursa olsun, görməzlikdən gəlməyi əsas almış fanatizmdə hərəkət etməkdədirlər. Meduzalar daha əvvəlki canlılardan təsadüfən ortaya çıxmış şüursuz bioloji məhsullar deyil, Uca Allahın qüsursuz yaratması daxilində və “OL” əmriylə ortaya çıxmış möcüzələrdir. Müasir elm, Allahın varlığının dəlillərini bir-bir ortaya qoymağa davam etməkdədir. Təkamülçülərə düşən isə ön mühakimələrini bir kənara buraxıb sağlam fikrə qulaq asaraq bu böyük və əhəmiyyətli gerçəyi görməyə çalışmaqdır.