İsveçrəli və amerikalı elm adamlarının reallaşdırdığı son çalışma, yarasaları havada tutan aerodinamik faktorları gün işığına çıxardı. Buna görə yarasalar, eynilə böcəklərin etdiyi kimi, uçma əsnasında qanad hərəkətlərinin meydana gətirdikləri hava axınlarından özlərini havada tutmaqdan faydalanırlar. Və bu hava axınlarının yarasanın havada tutan ümumi qüvvətə qatqısı 40%-ə çatır.

 

Yarasalar olduqca çevik uçarlar. Qanadlarını saniyədə 3 ilə 17 dəfə çırpan yarasalar, son sürətdə uçarkən belə birdən-birə çevrilə biləcək əla hava akrobatlarıdır. Ən nizamsız və maneəli sahələrdə belə ən mükəmməl slalomları və ən mürəkkəb manevrləri edirlər. Bu üstün manevr qabiliyyətləri uçuş zamanı qanadlarının səth şəklini dinamik şəkildə dəyişdirmək bacarığından əldə edir. Yarasanın əl sümükləri, incə zər şəklində yayılan və hər hansı tüklü quruluş ehtiva etməyən qanadları boyu uzanır. Yarasa, zər kimi qanadı boyu uzanan barmaq sümüklərini və sümüklərə bağlı əzələləri istifadə edərək uçma zamanı qanadların alması lazım olan şəklə nəzarət edir.

Havada bədənini salmaq istədiyi şəklə və yönəltmək istədiyi istiqamətə görə bir sonrakı anda qanadlarının alacağı şəkli olduqca həssas və qəti şəkildə nizamlayır. Bunların istifadəsi, təyyarələrdə qanadlarda olan qanad arxa hissəsinin istifadəsi ilə bənzər təsir ortaya qoyur. İndiki vaxtda heç bir texnoloji cihazın eləmədiyi, elm adamlarının da hələ tam olaraq anlamadıqları şəkildə, qanad səthində olan təzyiq alıcılarını qanad ətrafındakı hava hərəkətlərini qəbul etməkdə və bunlarla əlaqədar məlumatları beyinə çatdırmaqda istifadə edirlər. Yarasa beynində bu məlumatlar şərh olunar və heyvanın istiqaməti və sürəti də hesaba alınaraq qanad hərəkətlərini nəzarət edən sinir əzələ sistemi vasitəsilə ən uyğun qanad şəkli təmin edilmiş olunur.

Cənubi Kaliforniya universitetində aviasiya və kosmos tədqiqatçısı olan və haqqında danışılan elmi məqalənin müəllifləri arasında yer alan Qeof R. Speding, yarasaların bu qabiliyyətini elektron olaraq idarə olunan və qüsursuzca işləyən bir sistemə bənzədir. Speding, “New York Times” qəzetində nümayiş olunan yazılarında mövzuyla əlaqədar olaraq bu ifadələri ortaya qoyur:

 

“Bütün sistemin necə işlədiyini hələ anlamamışıq… Ancaq bir şəkildə gözəl, nizamlı bir hava axını yaradır, əgər biz axını düymələrə basaraq tənzimləmə imkanımız olsaydı eynilə bu şəkildə tərtib edərdik”.

 

Yarasaları havada tutan aerodinamik faktor: Qanad ucu girdabı (KUG)

Elm adamları, təcrübələrində bir hava tunelində yerləşdirilmiş ballı su qarışığından bəslənərək öyrədilmiş 3 ədəd yarasa istifadə etdilər. Təcrübələr əsnasında yarasaların bu qaynaqdan bəsləndiyi əsnada qanad ətrafındakı hava axınlarının hərəkətlərini izlədilər. Bu məqsədlə hava tunelinin içində rəngləndirilmiş su buxarı istifadə edən elm adamları, lazer şüalarıyla izləyərək kameraya aldıqları hava zərrəciklərinin hərəkətlərini araşdıraraq yarasa qanadlarının ekoloji havayla necə qarşılıqlı təsir ortaya qoyduğunu, nə kimi dəstək axınları meydana gətirdiklərini araşdırdılar. Bu müşahidələr, yarasa qanadının iti ucunun, qanad ucunda bir hava girdabı meydana gətirdiyini ortaya qoydu. Speding, etdikləri müşahidəni bu sözlərlə bildirir:

 

“Çırpılan bir qanadın uc qismindən ibarət olan girdabın üzərindən keçən hava axını, qanadın arxa hissəsində təəccüblü dərəcədə hamar və nizamlı olan laylı hava quruluşu meydana gətirir və girdabın özü qaldırma qüvvəsinin ən az 40%-ni təşkil edir… yarasanın qanad şəklini və qanad əyrilərini aktiv olaraq dəyişdirmə qabiliyyəti girdabın nəzarət və sabitliyinə qatqı edə bilər.”

 

Qanadların ortaya çıxardığı bu qaldırma təsiri bundan əvvəl ağcaqanadda bilinirdi ancaq daha ağır canlılarda bu çalışma ilə ilk dəfə göstərilmiş oldu.

 

Yarasalardakı mükəmməl sistemlər kəşfiyyat təyyarələrinin inkişaf etdirilməsində istifadə edilə bilər

Yarasanın qüsursuz sistem meydana gətirən uçuş mexanizmləri, aviasiya sahəsində inkişaf etdirilməyə çalışılan texnologiyalar üçün də ilham qaynağı meydana gətirir. Bunların başında isə miniatür kəşfiyyat təyyarələri gəlir.

Çalışma ilə bağlı elmi məqalənin redaktoru və İsveçrədəki Lund universitetində çalışan Anders Hedenstrom bu mövzuda bu izahı edir:

 

“Bu çalışma göstərir ki, təbiətdən əldə edəcəyimiz daha çox mühəndislik dizaynı ilhamı mövcuddur”2

“Bu cür çalışmalar, yalnız bir neçə santimetr uzunluğunda yarasa bənzəri robotlar və yaxud “mikro hava nəqliyyat vasitələrindən” inkişaf etdirməyi mümkün edə bilər.”3

 

Speding isə yarasanın bu mövzuda təmin etdiyi perspektivi bu sözlərlə ifadə edir:

 

“Əgər yüksək dərəcədə manevr qabiliyyətinə sahib, yavaş uçan kəşfiyyat təyyarələri hazırlamaq istəyiriksə görəsən qanadlarını bir yarasa kimi hərəkət edəcək formada etməliyik?”

 

Belə mükəmməl sistem ilk olaraq necə ortaya çıxmışdır?

Soruşduğumuz bu sual, yarasanın nə mükəmməl sistemlərlə təchiz edilmiş canlı olduğunu göstərən bu son çalışma ilə mümkünsüz olaraq qarşımıza gəlir. Bundan əvvəl izah edildiyi kimi, yarasanın olduqca kompleks manevr sistemləri, qüsursuz işləyən əmr sistemi vəzifəsi görən beyin tərəfindən istiqamətləndirilir. Beyin, qanadda olan sensorlar tərəfindən hava axınının xüsusiyyətləri haqqında təsvir edilən məlumatları əla bir kompüter və müvafiq neyron əzələ sistemləri üçün səhvsiz olan əmrlər kimi ötürür.

Beyin, mükəmməl kompüter kimi qanad üzərində yerləşdirilən qəbul edici hava axınlarının xüsusiyyətləri ilə əlaqədar olaraq ötürülən məlumatları şərh edir və əlaqədar sinir əzələ sistemlərinə səhvsiz işləyən əmrlər göndərir.

Ancaq mövzu üzərində bir az düşünsək, əslində yarasanın qanad, barmaq, əzələ, beyin kimi orqanlarının hüceyrələrdən meydana gəldiyini, hüceyrələrin isə hər hansı bir şüurdan məhrum molekullardan ibarət bir bütün olduğunu görərik.

Amma bütün bu hüceyrələr mükəmməl əməkdaşlıq və ünsiyyət şəbəkəsi yaratmaq üçün necə yaradıla bilərlər, yarasanın uçuşu üçün lazım olan hərəkətləri necə aşa bilərlər? Niyə milyardlarla hüceyrə arasında narahatlıq və xaos mühiti olmur və niyə bütün hüceyrələr toxumaların funksiyalarını yerinə yetirmək üçün vəzifələrini bilirlər? Ən inkişaf etmiş laboratoriyalarda çalışan elm adamlarının belə maraq və heyranlığını çəkən bu sistemləri ilk olaraq bu hüceyrələrin planlamaları mümkündürmü?

Əlbəttə, yox. Bütün bu sistemi və bunun funksiyalarını “Ol” əmri ilə mövcud edən Uca Allahdır. Uca Rəbbimiz olan Allah, uçan canlıları havada saxladığını Quran ayəsində belə bildirir:

 

Məgər onlar Allaha tabe olub havada uçan quşları görmürlərmi? Onları havada saxlayan ancaq Allahdır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 79)