“Ntvmsnbc.com” xəbər portalında, 17 aprel 2008-ci il tarixində nəşr olunan xəbərdə, bu dəfə fillərin mənşəyi ilə əlaqədar olaraq “uydurulan” təkamül nağılı gündəmə gətirildi. “Filin atası 37 milyon il əvvəl suda yaşayıb” başlıqlı xəbərdə, “müasir filin atasının 37 milyon il əvvəl suda yaşadığı və begemota bənzər həyat şəklinə sahib olduğu” qarşıya qoyuldu.

“Ntvmsnbc.com”un bəhs olunan iddianı ötürmə şəklinə baxıldığında “elm adamları müəyyən etdi” ifadəsi ilə ətrafa qəti izah verildiyi görülür. Halbuki bu işin nəticələrinin həm təkamül nəzəriyyəsinə dəstək olaraq təqdim edilməsi, həm də “Ntvmsnbc.com”un bunu qəti həqiqət olaraq yazması tamamilə yalandır. Mövzuyla əlaqədar təqdim edilmiş və yaxud təqdim ediləcək tək bir dəlil yoxdur, elmdən kənar bu iddia, yalnız nağıl hökmündədir. Bu səbəbdən həmin çalışma təkamül nəzəriyyəsinə heç bir dəlil vermir və iddiaların məzmunu təkamülçü fərziyyədən kənara çıxmır.

 

Əldə edilən məlumatlar, iki növün qidalanma şəkli ilə məhduddur və təkamülə heç bir dəlil təşkil etmir.

“Ntvmsnbc.com”da haqqında danışılan çalışma, İngiltərədəki Oksford və ABŞ, Nyu Yorkdakı “Stony Brook” universitetlərindən tədqiqatçılarla reallaşdırılan və nəticələri Amerikan Elmlər Akademiyası nəşri olan PNAS jurnalında nümayiş olunan çalışmadır.

Haqqında danışılan çalışmada, Misirin şimalında ələ keçirilən və dövrümüzdən 37 milyon il əvvəl yaşadıqları hesablanan MoeritheriumBarytheriumun diş fosilindəki karbon və oksigen izotopları araşdırılmışdır (izotoplar, kimyəvi elementlərin müxtəlif sayda neytrona -yəni atom ağırlığına- sahib formalarıdır. Və fosillər üzərində uzun zaman əvvələ aid göstərişlər saxladıqları xüsusiyyətinə sahib olduqları üçün elm adamlarının araşdırma mövzusu olmur). Tədqiqatçılar, bu işin nəticəsində, iki növün ümumiyyətlə şirin su bitkiləri ilə qidalandığı, Barytheriumun eyni zamanda quru bitkiləri ilə də bəsləndiyi nəticəsinə gəlmişlər. Göründüyü kimi tapıntılar yalnız iki fosilin diş fosilləri üzərində əldə edilən və bu səbəbdən yalnız o canlıların özləri ilə əlaqədar olan məlumatları vermişdir.

 

Filin əcdadının suda yaşadığı iddiası isə, tədqiqatçıların, bu işə hələ başlamamışdan əvvəl onsuz da bir doqma olaraq mənimsədikləri düşüncə tərzi ilə əlaqədardır.

Materialist fəlsəfəyə paralel olaraq, bütün canlıların təbii proseslərlə və digər canlılardan törəyərək gəlməsi ehtimalını bir doqma olaraq mənimsədikləri üçün, filin də başqa canlı növlərindən irsi olaraq dəyişmə müddətində təkamül keçirdiyini fərz edir, MoeritheriumBarytheriumun məcburi oxşarlıqlarından başlayaraq, bu canlıların filin ata tərəfdən qohumları olmalarının izah edirlər. Bir sözlə, məlumatları fərziyyələrinə görə izah edir, sonra da fərziyyələrinin məlumatlarla dəstəkləndiyini irəli sürərək “sonsuz dövr” adı verilən məntiq pozuqluğu göstərirlər. Lakin bu dövrün heç bir yerində fərz edilən bu xəyali təkamülün heç bir elmi dəlilinə belə rast gəlinmir.

 

“Ntvmsnbc.com”un tək tərəfli xəbərçiliyi

Bəhsi keçən xəbərlə əlaqədar xarici mətbuatın yazdıqlarına baxıldığında, “Ntvmsnbc.com”un bəhsi keçən bu çalışmanı tək tərəfli şəkildə və darvinist ön mühakimələrlə yazdığı aydın görülür. Miçiqan Universitetindən paleontoloq Bil Sanders, “Discovery News”ə verdiyi izahda, izotop analizini “bu canlıların qismən suda yaşadıqlarını göstərməsi baxımından birinci sinif və zəkalı” olaraq qiymətləndirdiyini ifadə edir1. Ancaq Sanders, bu canlılarla fillər arasında qohumluq əlaqəsi qurulmasının məntiqinin şübhəli olduğunu ifadə edir.

Ancaq “Ntvmsnbc.com” xəbərində çalışmanı reallaşdıran tədqiqatçıların “fərziyyələri”, çaşdırıcı şəkildə “elmi gerçək” kimi qeyd edilir, Sandersin bu əleyhinə və olduqca yerində etdiyi etirazına heç bir şəkildə toxunulmadığı görülür. Aydındır ki, belə xəbərçilik anlayışının obyektivliklə heç bir əlaqəsi yoxdur. “Ntvmsnbc.com”, bundan əvvəl bir neçə dəfə etdiyi kimi, xəyali fərziyyələri yalnız darvinizmə dəstək olaraq ortaya atıldığı üçün sahiblənib təbliğat vəsaiti olaraq istifadə edir, çalışma ilə əlaqədar iddiaların əslində bir fərziyyələr zəncirindən ibarət olduğunu, hətta bunların digər tədqiqatçıların etirazlarını heç bir şəkildə oxucularına bildirilmir.

 

Nəticə

“Ntvmsnbc.com” çalışanlarına gerçəklərin üstünü örtərək xalqı çaşdırmağı hədəfləyən bu tək tərəfli yayım anlayışlarını gözdən keçirmələrini, müasir elm qarşısında çökmüş bir nəzəriyyə olan darvinizmi fəlsəfi olaraq ayaqda tutmaq səyinə son vermələrini tövsiyə edirik. Canlıların, materialist fəlsəfə və onun biologiyadakı davamı darvinizmin iddia etdiyi kimi bir Yaradıcı olmadan və təbii proseslərdə kor təsadüflərlə ortaya çıxmamış, Uca Allahın sonsuz ağılı və qüdrəti ilə “Ol” əmrinin nəticəsində mövcud olmuşdur.

 

 

1) Jennifer Viegas, Ancient Mammals Fill Elephant Family Tree, http://dsc.discovery.com/news/2008/04/15/elephant-fossil-teeth.html