Stefen Cey Qould, onu, “hər kəsin ən sevimli onurğasız fosili” olaraq adlandırmışdı.1 Çünki trilobit, ən yaxşı qorunmuş, mükəmməl görünüşə və müdhiş kompleksliyə sahib dəniz qabıqlıları sinfindən, xüsusi canlı idi. 530 milyon il əvvəlin səssiz dünyasında, çox sayda lupadan ibarət olan gözləri ilə, görüb ovlana bilən mükəmməl quruluşu ilə, rahatlıqla üzüb bəslənə bilən fövqəladə kəşf idi. Darvinin və sonrakı illərdə Darvin dəstəkçilərinin ən çox məyus olduqları, içindən çıxmaları lazım olan ən böyük problemlərdən biriydi.
Bu bir gerçəkdir ki, daha əvvəl də ümumi xəttləriylə bəhs etdiyimiz kimi, istisnalar xaricində yumşaq toxumalar yox olmağa məhkumdur. Çünki toxumalar, ətrafda olan ovçuların yeməyidir. Bakteriyalar isə hər yerdə çürüyən toxumalara qarşı hazır gözləyən ovçulardır. Həyat boyunca bu orqanik molekullarla bəslənərlər.2
Biz məhz bu səbəblə soyu tükənmiş bir canlının necə yaşadığını, hansı orqanı necə və nə üçün istifadə etdiyini, iç orqanlarının necə quruluşu olduğunu tam olaraq bilməyik. Onları tanımağımıza, ümumi mənada necə bir sistemə sahib olduqlarını anlamamıza çatacaq qədər məlumatı təmin edən, ancaq fosillərin bizə buraxdıqları izlərdir.
Lakin Kembri canlılarından söhbət getdikdə vəziyyət dəyişər. Bu canlılar, yumşaq toxumalarının böyük əksəriyyəti ilə o qədər yaxşı qorunmuşlar ki, geridə buraxdıqları qalıqlardan, necə yaşadıqlarını, necə bəsləndiklərini, ovçu olub olmadıqlarını, sürətli üzüb üzmədiklərini bilmək mümkündür. Trilobitlər isə, dünyanın müxtəlif bölgələrində yaşamış, Kembri dövrünün ən çox iz buraxan canlılarıdır. Məhz bu səbəblə, nümunələri bir araya gətirərək, bu canlıların xüsusiyyətlərini detallı olaraq təyin etmək mümkün olmuşdur.
Trilobitin fiziki xüsusiyyətlərini ümumi xəttləriylə belə yekunlaşdıra bilərik: Trilobitlər, arthropoda filuminin alt filumini meydana gətirərlər və sinə hissələri üç parçadan ibarət olan oynaq ayaqlılardır. (Trilobit adı da bu quruluşdan gəlməkdədir). Bədənlərində, həm başlarını, həm də sinələrini örtən və keratindən meydana gələn qabıq vardır. Bu canlıların xüsusiyyətləri, günümüz oynaq ayaqlılar kimi, qabıqlarını dəyişdirərək inkişaf etmələridir. Kembri fosillərinin yarısından çoxu trilobitlərə aiddir. Qabıqlı canlılar olmaları səbəbindən qalıqları yaxşı qorunmuşdur. Trilobitlər detallı bədən quruluşuna, həssas sinir sisteminə və birləşmiş gözlərə sahibdirlər. Bütün bu xüsusiyyətləri, qüsursuz inkişaf etmiş halları ilə, Kembri partlamasının başlarında bənzər kompleksliyə sahib bir çox digər filumlə birlikdə ortaya çıxmışdır.
Trilobitin ən uzun bölgəsi, başı ilə qarın bölgəsi arasındakı qisimdir. Bu bölgə, müxtəlif parçalı hissələrdən meydana gəlməkdədir. Bu hissələrin bütünü bir-biriylə əlaqəlidir. Hər biri digərinə öndən və arxadan kiçik ilgək tərzi bağlarla bağlanmışdır. Çöldən baxıldığında qatar görünüşü meydana gətirməkdədir.
Bu parçalar, bir-birlərinə bağlanmış oynaqlardır. Arxa qisimləri dənizin dib hissələrində oturar vəziyyətdə olsa da bu canlılar, xüsusi oynaqlar sayəsində qıvrılaraq yuxarı doğru qalxa bilərlər. Trilobit, relslərə ehtiyacı olmayan qatar kimi maneələr üzərində hərəkət edə bilər, bükülə bilər, dilədiyi tərəfə dönə bilər. 3
Quyruğa yaxından baxanda, bunun da parçalardan meydana gəldiyi aydın olar. Amma bu parçalar açıqca görünməməkdədir. Bir-birlərinə tam olaraq qaynaşmış vəziyyətdədirlər. Bəzi trilobitlərdə, quyruq qismi baş qismindən daha uzundur və bir çox bölmə ehtiva edər.4
Trilobiti meydana gətirən hər bölmədən cüt halında çıxıntılar çıxmışdır. Oynaqlı ayaqlar, üç parçadan ibarət olan bronxvari çıxıntılar və iç orqanların olduğu parçalı quruluş, canlının gövdə qismini meydana gətirər. Canlının kompleks gözlərinin olduğu baş qismində də antenalar vardır. Bu antenalar, buynuz funksiyası yerinə yetirməkdədirlər.
Parçalardan ibarət olan günümüz canlıları, trilobitlərlə bənzərlik göstərərlər. Böcəklər, qabıqlılar, hörümçəklər, qırxayaqlar, bir-biri ardına gəlmiş müxtəlif parçalardan meydana gələrlər. Bunlar trilobitlərlə başqa ortaq xüsusiyyəti daha paylaşarlar: Oynaqlı ayaqları. İlk baxışda, bir ağcaqanadın ayaqları ilə xərçəngin ayaqları arasındakı bənzərliyi anlamaq çətindir. Ancaq hər ikisi də eyni şəkildə oynaqlıdır. Hər oynaq, bir ox üzərində və öz oxunda dönə bilər. Oynaqlı ayaqları canlılar arthropodlar olaraq adlandırılarlar və bu səbəblə trilobitlərin də arthropodların bir növü olduğu düşünülməkdədir.
Trilobiti meydana gətirən hər bölmədən cüt halında çıxıntılar çıxmışdır. İç orqanların meydana gətirdiyi hissə, canlının ümumiyyətlə orta qismində var. Orta hissəyə doğru meydana çıxan oynaqlı ayaqların xaricindəki digər çıxıntılar isə üç parçadan ibarət olan bornxvari çıxıntılardır. Yəni, bütün arthropodların mütləq etmələri lazım olduğu kimi, nəfəs almaq və dəniz suyundakı oksigendən faydalana bilmək üçün istifadə etdikləri qəlsəmələrdir.
Qısa bir müddət sonra, trilobitlərin baş qismindən çıxan antenalar da kəşf edilmişdir. Lupa altında araşdırıldığında uca doğru incələn və yenə bölmələrdən meydana gəlmiş antenalar, arthropod bədəninin ən inkişaf etmiş qoruyucularıdır. Bu antenalar, barmaqların və burnun reallaşdırdığı vəzifəni etməkdə və canlının öz ətrafını böyük həssaslıqla qəbul etməsini təmin etməkdədirlər. Trilobitdəki bu strukturlar, Kembri dövrü əvvəli canlılarıyla müqayisə edilməyəcək dərəcədə kompleksdir. Bunlar içində biri vardır ki, optika fiziklərin xəyal edə biləcəyi ən yaxşı quruluşa malikdir. Bu quruluş, möhtəşəm yaradılış sərgiləyən trilobit gözüdür.
Bir trilobit gözü, bu kiçik, uzun prizma yığınlarından ibarət olan möcüzədir. Uzun, yarım dairə şəklindəki göz, yüzlərlə, hətta minlərlə mərcəyə sahib ola bilər. Bunların hər biri fərqli istiqamətlərdəki görünüşü qəbul edər. Bəziləri önə doğru baxar, bəziləri yanlara, bəziləri də arxaya doğru baxar. Lupaların hər biri özləri üçün təyin olunmuş sahəyə fokuslanarlar. Beləliklə canlı, hər istiqamətdən gələn təhlükənin fərqində ola bilər, ovlana bilmək üçün də böyük üstünlüyə sahib olar.
Trilobit, günümüz ağcaqanadlarının üstdə görülən pətək gözlərinin quruluşuna malikdir. Lupaların sayı, bəzən trilobitlərdə minlərlədir. Hər bir lupa, fokuslandığı bölgənin görünüşünü qəbul edər. Lupa sayı nə qədər çox isə, görünüşün həllolma dəqiqliyi də o qədər yaxşıdır. Günümüzdən yarım milyard il əvvəlinə aid bu mükəmməl gözlər, qüsursuz yaradılış möcüzəsidir.
London Təbiət Tarixi Muzeyi paleontoloqlarından təkamülçü Riçard Fortey, bəzi trilobitlərin sahib olduğu gözlərdəki lupa sayının üç mindən çox olduğunu hesablamışdır. Üç mindən çox lupa, üç mindən çox fərqli təsvirin bu canlıya çatması mənasını verməkdədir. Bu da, 530 milyon il əvvəl yaşayan bir canlının, göz və beyin quruluşunun nə qədər böyük kompleksə sahib olduğunu və təkamüllə heç bir şəkildə meydana gələ bilməyəcək qüsursuz quruluş sərgilədiyini açıqca göstərməkdədir. Bu vəziyyəti Harvard, Roçester və Çikaqo universitetlərindən geologiya professoru Devid Raup bu şəkildə açıqlamışdır:
Trilobitlərin gözü, ancaq günümüzün yaxşı təhsil almış və son dərəcə qabiliyyətli optik mühəndisi tərəfindən inkişaf etdirilə biləcək dizayna sahib idi.
Trilobitlərdəki mürəkkəb göz quruluşu, indiki vaxtda cırcırama böcəyi və arı kimi oynaq ayaqlarda eynilə mövcuddur. Bu göz tipi, trilobitlərdə ilk olaraq günümüzdən 530 milyon il qədər əvvəl ortaya çıxmışdır və günümüzə qədər heç bir dəyişikliyə uğramamışdır. Oynaq ayaqların “bütün” tarixinə yayılan bu “təkamülsüzlük”, darvinizmə tam mənasıyla bir rəddiyə meydana gətirməkdədir.
Kembri dövründə son dərəcə kompleks canlı yaşamışdır. O dövrün dünyasını mükəmməl gözləri ilə görə bilmiş, mükəmməl quruluşu ilə bütün yer üzünə yayılmışdır. Canlıların ən kompleks orqanlarından “göz”, heç bir ara mərhələ keçirmədən, heç bir xəyali “ibtidai forma” sahib olmadan birdən ortaya çıxmışdır. Bu canlının da, sahib olduğu mükəmməl gözün də bir təkamüllü mənşəyi yoxdur. Çünki bu canlı da, onun mükəmməl gözləri də təkamül keçirməmişdir. Bu canlı, sahib olduğu bütün mükəmməlliklər, bütün kompleks strukturlar, heyranlıq oyandırıcı gözlər və indi görə bilmədiyimiz rəngləriylə bundan tam 530 milyon il əvvəl yaradılmışdır. Onun necə xüsusiyyətlərə sahib olduğunu, necə yaşadığını, necə gördüyünü və necə göründüyünü tam olaraq bilən, onu yoxdan var edib yaradan Allahdır. Allah bu gerçəyi ayəsində bildirmişdir:
Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır). (Hud surəsi, 6)
- Levi-Setti, Trilobites: A Photographic Atlas, University of Chicago Press, Chicago, 1975, http://www.answersingenesis.org/creation/v21/i1/trilobite.asp
- Richard Fortey, Trilobite, “Eyewitness to Evolution”, Vintage Books, 2000, səh. 27-28
- Richard Fortey, Trilobite, “Eyewitness to Evolution”, Vintage Books, 2000, səh. 30-31
- Richard Fortey, Trilobite, “Eyewitness to Evolution”, Vintage Books, 2000, səh. 30-31
- Richard Fortey, Trilobite, “Eyewitness to Evolution”, Vintage Books, 2000, səh. 62-63
- David Raup, “Conflicts Between Darwin and Paleontology”, Bulletin, Field Museum of Natural History, cild 50, yanvar 1979, səh. 24
- L. Gregory, Eye and Brain: The Physiology of Seeing, Oxford University Press, 1995, səh. 31