Darvinistlərin son 150 ildir böyük dəhşət və qorxu ilə çəkindiyi bir şey var: Yalanlarının ortaya çıxması! Darvindən bu günə sarsılmaz bir ideologiya, din olaraq ayaqda tutmağa çalışdıqları təkamül nəzəriyyəsinin saxtakarlıq olduğunun ortaya çıxmaması üçün var gücləri ilə çalışırlar. Bu yalanı davam etdirə bilmək üçün saxtakarlıqlar edir, saxta fosilləri muzeylərdə sərgiləyir, yeraltından çıxan fosillərin hamısını (təkamül nəzəriyyəsini təkzib üçün) tələm-tələsik gizlədir, təkamül nəzəriyyəsinin izahsız qaldığı milyonlarla mövzuya demaqogiya ilə cavab verirlər.

 

Riçard Davkinsdən qarşılıqlı müzakirə tələbimizə cavab gəldi: “AND İÇDİM, MÜBAHİSƏ ETMƏYƏCƏYƏM!” deyir. Bunun mənası budur: “Mən darvinizm mövzusunda məğlub oldum. Mübahisə edib kimsəyə rəzil olmaq niyyətim yoxdur.”

Amma bu vəziyyətdə nəyin üzərinə and içdim müəyyən deyil. Allah üzərinə and içmədiyi aydındır çünki Allaha inanmadığını söyləyir. Mübahisədə məğlubiyyəti qətidir. Amma darvinizmlə əlaqədar məlumatı olmayan şəxsləri tək tərəfli səhv istiqamətləndirməyə davam edəcəyi aydındır. Ancaq bu şəxslər gec tez Harun Yəhyanın internet saytlarını ziyarət edib doğruları görərək darvinizmin yalan olduğunu anlayırlar. Və bundan sonra da anlamağa davam edəcəklər, İnşaAllah.

 

Bu yalanı davam etdirmək üçün təkamül nəzəriyyəsini toxunulmaz hala gətiriblər. Belə ki, məktəblərdə, universitetlərdə, iş yerlərində, müxtəlif təşkilatlarda, hətta üst dövlət məqamlarında təkamül qəti olaraq mübahisə edilə bilməyən, inkar edilə bilməyən hala gəlmişdir. Yalnız bir nəzəriyyə olmasına baxmayaraq təkamül, bir anda dövlət qanunları tərəfindən qorunan, dərs vəsaitlərinə rəsmi olaraq daxil edilməsi, hər gəncin bilməsi və mənimsəməsi vacib olan qanun halını almışdır.

Lakin darvinistlərin bir anda qorxduqları başlarına gəlmiş, hiyləgərlik bir anda üzə çıxmışdır. Harun Yəhyanın işləri və xüsusilə Yaradılış Atlası ilə, darvinist saxtakarlıqları birdən ifşa olunmuşdur. Darvinistlər tərəfindən gizlədilməyə çalışılan 100 milyondan çox fosil olduğu aydın olmuş və bu fosillərin hamısının, çoxu dövrümüzdəki canlıların yüz milyon il əvvəlki nümunələrini təmsil edən tam və mükəmməl fosillər olduğu ortaya çıxmışdır. Darvinist cadunun pozulması dünya səviyyəsində olduqca təsirli olmuşdur.

Bu açıq vəziyyət qarşısında təkamül nəzəriyyəsinin ən ifrat müdafiəçilərindən biri və Darvinin rotveyleri olaraq tanınan Riçard Davkins ictimaiyyət qarşısında müzakirəyə dəvət edilmişdir. Özündən, darvinizmi çökdürən dəlillər qarşısında izahı olub olmadığı, yaradılış dəlilləri qarşısında nəzəriyyəni necə bir məntiqlə müdafiə edəcəyi soruşulmuşdur.

Lakin Davkins, belə bir müzakirəyə girməyə yanaşmamışdır! Riçard Davkinsdən qarşılıqlı müzakirə tələbimizə cavab gəldi: “AND İÇDİM, MÜBAHİSƏ ETMƏYƏCƏYƏM!” deyir. Bunun mənası budur: “Mən darvinizm mövzusunda məğlub oldum. Mübahisə edib kimsəyə rəzil olmaq niyyətim yoxdur.”

Riçard Davkins belə bir müzakirəyə təbii ki, girə bilməz, çünki qarşısına çıxacaq sualları cavablandıra bilməyəcək:

 

  1. Yeraltından çıxan tam, mükəmməl və qüsursuz canlıları göstərən 100 milyondan çox fosili açıqlaya bilməyəcək. Bunların necə olub ki, YÜZ MİLYON İLLƏR ƏRZİNDƏ HEÇ DƏYİŞMƏDƏN QALDIQLARINI, niyə bir ARA FORMA BEILƏ XÜSUSİLİYİ GÖSTƏRƏN ƏCDADLARININ OLMADIĞINI izah edə bilməyəcək.

 

  1. Bundan əvvəl də izah edə bilmədiyi kimi, yer üzündə tapılmış milyonlarla fosil arasından niyə TƏK BİR ARA FOSİL BELƏ OLMADIĞINI açıqlaya bilməyəcək.

 

  1. Yeraltından çıxarılan dövrümüzdəki aslanların, atların, fillərin, tısbağaların, canavarların, quşların, dovşanların, tülkülərin, zebraların, maralların və digər bütün dövrümüzdəki canlıların milyon illik kəllə sümüyü fosillərini təkamül nəzəriyyəsi ilə açıqlaya bilməyəcək. Canlıların necə olub MİLYON İLLƏR ƏVVƏL BUGÜNKÜ ŞƏKİLLƏRİ İLƏ ORTAYA ÇIXDIQLARINI VƏ HEÇ VAXT DƏYİŞMƏDİKLƏRİNİ izah edə bilməyəcək.

 

  1. At sxemini, Piltdoun Adamının, Nebraska Adamının, Heackelin şəkillərinin, üzərilərinə tük yapışdırılmış tüklü dinozavr fosillərinin, ağaca bağlayaraq montaj edilmiş sənaye kəpənəklərinin SAXTAKARLIQ OLDUĞUNU qəbul etmək məcburiyyətində qalacaq.

 

  1. Darvinistlərin ara fosil olaraq ortaya atdıqları və sayı beşi keçməyən fosillərin elmi olaraq etibarsız qəbul edildiyi; qurudan havaya keçidə nümunə olaraq göstərilən ARCHAEOPTERYX ilə eyni dövrdə YAŞAYAN MÜKƏMMƏL QURULUŞDAN UÇUCU QUŞ FOSİLİ OLDUĞUNU, sudan quruya keçid nümunə verdikləri COELACANTHIN HƏLƏ DƏ YAŞAYAN TAM BİR CANLI OLDUĞUNU, LUCİNİN ƏDƏBİYYATA KEÇMİŞ MEYMUN OLDUĞUNU etiraf etmək məcburiyyətində qalacaqlar.

 

  1. Kembri fosillərini, bunun ardından tapılan yaşayan fosilləri və nəhayət indi mövcud olan tam 100 milyon fosili NİYƏ GİZLƏTDİKLƏRİ sualı cavabsız qalacaq.

 

  1. – Tək bir zülalın meydana gəlməsi üçün DNT lazımdır

– Zülal olmasa DNT əmələ gələ bilməz

– DNT olmasa zülal əmələ gələ bilməz

– Zülal olmasa zülal əmələ gələ bilməz

– Tək bir zülalın meydana gəlməsi üçün 60 ayrı zülal lazımdır

– Bu zülalların biri belə əskik olsa zülal mövcud ola bilməz

– Ribosom olmasa zülal meydana gəlmə bilməz

– RNT olmasa da zülal meydana gəlməz

– ATP olmasa da zülal meydana gəlməz

– ATP-ni istehsal edəcək mitoxondri olmasa da zülal meydana gəlməz.

– Hüceyrə nüvəsi olmasa zülal meydana gəlməz

– Sitoplazma olmasa da zülal meydana gəlməz

– Hüceyrədəki orqanoidlərdən biri əskik olsa zülal əmələ gələ bilməz

– Hüceyrədəki bütün orqanoidlərin mövcud olması və çalışması üçün də zülallar tələb olunur

– Bu orqanoidlər olmasa da heç bir şəkildə zülal olmaz.

 

Bu sistem, bir zaman işləmək məcburiyyətində olan iç-içə sistemdir. Biri olmasa digəri ola bilməz. Tək bir hissəsi mövcud olsa belə, sistemin digər hissələri olmasa bu hissə heç bir işə yaramaz.

Qısası,

BİR ZÜLALIN MÖVCUD OLMASI ÜÇÜN HÜCEYRƏNİN HAMISI LAZIMDIR. Hüceyrə, bu gün araşdırdığımız və çox az bir qismini anlaya bildiyimiz mükəmməl kompleks quruluşu ilə mövcud olmadığı müddətcə, TƏK BİR ZÜLALIN BELƏ NİYƏ MEYDANA GƏLMƏDİYİNİ AÇIQLAYA BİLMƏYƏCƏK.

 

  1. Çöldə də, beyində də işıq olmamasına baxmayaraq, BEYİNDƏ TƏSVİRİN KİMİN GÖRDÜYÜNÜ AÇIQLAYA BİLMƏYƏCƏK. Səsdən izolyasiya beynin içində danışmaları, səsləri, musiqini KİMİN EŞİTDİYİNİ İZAH EDƏ BİLMİYƏCƏK. BEYİNDƏ TƏSVİRDƏN, MUSİQİDƏN, TOXUNMAQDAN, QOXLAMAQDAN ZÖVQ ALAN, BUNLARA RƏY BİLDİRƏN, BUNLARA REAKSİYA GÖSTƏRƏN VARLIĞIN KİM OLDUĞU SUALINA CAVAB VERƏ BİLMƏYƏCƏK.

 

Bütün bu gerçəklər qarşısında Riçard Davkinsin müzakirəyə girməməyinin səbəbi, bu qədər çəkindiyi başa düşülür. Bütün iddialarının çökdürəcəyi, cavab verə bilməyəcəyi mövzular qarşısında alçalmaqdansa, öz ağlına görə çözümü “mən and içdim mübahisə etməyəcəyəm” deməkdir.

Belə vəziyyətlərdə yalan dediyi üçün çözümü demaqogiyada tapan tərəf, bir başqa demaqoq taktika izləyərək hər zaman qarşı tərəfin reklam məqsədi güddüyü iddiasındadır. Bu ənənə davam etmiş və Davkins, yaradılışçıların müzakirələrini nümayiş mahiyyətində tələb etdiklərini iddia etmişdir. Lakin, unutduğu nöqtə budur: İstənən və geniş miqyasda cavab tapan təqdimat, YARADILIŞ ATLASI İLƏ BÜTÜN DÜNYAYA TƏQDİM EDİLMİŞDİR. Bütün dünyaya TAM 100 MİLYON FOSİL TANIDILMIŞDIR. BUNLARIN YARADILIŞ DƏLİLLƏRİ OLDUQLARI SÜBUT EDİLMİŞDİR. Bunun üzərinə kiçik müzakirələrin reklam mahiyyətində təsirinin olacağını iddia etmək olduqca gülməli olar. Bu müzakirə, Davkinsin yanıldığını, Davkinsin öz ağzından bütün dünyanın eşitməsi baxımından əhəmiyyət daşıyır. Yoxsa onsuz da təkamül nəzəriyyəsinin və Davkinsin iddialarının çöküntüyə uğradığını, təməlindən yıxılıb öldüyünü bütün dünya bilir.

Darvinistlər baxımından əzab verən həqiqət, konkret dəlillərin yəni fosillərin rədd edilməsidir. Gözləmədikləri şey isə, bütün fosillərin yaradılışı sübut etməyi və etina ilə saxladıqları bu fosillərin sanki bir şok dalğası şəklində bütün dünyaya göstərilməsidir. Yaradılış Atlasının səbəb olduğu sarsıdıcı təsir səbəbi ilə dilləri tutulmuşdur. Konkret dəlillər ortaya çıxdığı üçün demaqogiya artıq mənasız qalır. Davkinsin yaşadığı şok da bunun nəticəsidir. Bu səbəbdən bütün dünyanın da gördüyü bu konkret dəlilər qarşısında müzakirəyə girməyi çətin görünür.