“İçdiyiniz suyu gördünüzmü?” (Vaqiə surəsi, 68)
- Atmosferdən təmin edilən su yer altında necə yığılır?
- Torpaq təbəqələrində, palçıqlı və çirkli mühitdə yığılan su, bizə necə təmiz və şəffaf olaraq çatır?
Bir çox sənaye quruluşu, isitmə, sulama və sənaye sahələrində, tullantı sularından faydalana bilmək üçün xüsusi təmizləmə qurğuları qurur. Böyük xərclərlə düzəldilən bu qurğuların böyük sərmayələrə baxmayaraq, istifadə etdikləri su tutumu olduqca məhduddur, bundan əlavə, bu məhdud tutum üçün çoxlu enerji sərf edilir. Halbuki, Allahın üstün yaratmasının dəlili olaraq yeraltı sularının enerjisi tamamilə təbii qaynaqlardan təmin edilir və insan məhsulu olan qurğularla müqayisə edilməyəcək miqdarda su, davamlı təmizlənilərək insanların istifadəsinə təqdim edilir.
Yeraltı sularının meydana gəlməsi
Yağış, canlıların həyatının davamı üçün şərtdir. Yağışın meydana gəlməsi əsnasında okeanlar, dənizlər, atmosfer və torpaq arasında su dövranından söhbət gedir. Okeanlar, dənizlər, buzlaqlar, qar örtüləri, axar sular, göllərdən buxarlanan sular ilə torpaq səthindən və bitkilərdən buxarlanan bir miqdar su buxarı atmosferə keçər. Daha sonra uyğun şərtlər altında sıxlaşaraq, yağış, qar və dolu şəklində yer üzünə geri dönər.
Qüdrətli Allah Quranda yağışın meydana gəlməsi ilə əlaqədar yuxarıda qısaca bəhs etdiyimiz bu prosesləri belə xəbər verir:
“Buludları qaldıran küləkləri Allahdır göndərən. Allah səmada onları istədiyi kimi yayıb topa-topa edir. Sən onlardan yağış töküldüyünü görürsən. Allah onu qullarından istədiyi kimsələrə endirən kimi onlar sevinirlər.” (Rum surəsi, 48)
Yer üzünə müxtəlif formalarda düşən bu yağışların (yağış, qar, dolu) bir qismi, çuxur sahələri dolduraraq, gölləri və ya yer üzündəki yamacları izləyərək axar suları meydana gətirər. Ancaq yer üzünə düşən yağmurların hamısı yerüstü suları meydana gətirməz, bir qismi isə “uyğun şərtlər” olduğunda yer altına sızar və yeraltı suları meydana gətirər. Allah bu həqiqəti ayədə belə bildirir:
“Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir…” (Zumər surəsi, 21)
Burada diqqət yetirməyimiz lazım olan bəzi əhəmiyyətli nöqtələr vardır. Məsələn:
- Yer altına sızan bu sular yerin altında bir çox təbəqə varkən niyə müəyyən təbəqədə toplanaraq daha aşağı təbəqələrə sızmır?
- Müxtəlif torpaq təbəqələrindən keçdiyi halda palçıqlı və bulanıq olmalı su, içməyə hazır halda şəffaf və təmiz şəkildə necə qalır?
- Yer altında müəyyən təbəqələrdə toplanan bu sular hansı səbəblə və necə yer üzünə çıxa bilir?
Bütün bu sualların cavabı bizə Allahın yaratmasındakı mükəmməlliyi göstərir. Allah Quranda bizlərə bu şəkildə bildirir.
“O, göydən su endirir və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axır…” (Rad surəsi, 17)
Yağışlarla yığılan su yer altına necə sızar?
Yeraltı suların əsl qaynağı atmosferdən gələn sulardır. Suyun yer altına keçə bilməsi üçün lazımlı bəzi şərtləri belə sıralaya bilərik:
- Su, cazibə qüvvəsi ilə yerin dərinliklərinə doğru hərəkət etdiyi üçün cazibə qüvvəsi çox əhəmiyyətlidir.
- Yer qabığının sızma tutumu məhduddur. Bunun sayəsində yeraltı su müəyyən həddə çataraq sabit dəyər qazanar və daşaraq yer üstünə çıxmasının qarşısı alınar.
- Kapilyarlıq qüvvəsinin olması lazımdır. Beləcə müəyyən dərinlikdən sonra yeraltı suların çəkilib yox olması əngəllənmiş olar.
- Sızmanın ola bilməsi üçün zəmini meydana gətirən qayaların məsamə, yarıq, çatlaq kimi suyun keçməsinə imkan verəcək bəzi boşluqlar ehtiva etməsi yeraltı suyun meydana gəlməsi baxımından çox əhəmiyyətlidir. Burada yaradılış möcüzəsi ortaya çıxır. Suyun asanlıqla sıza biləcəyi torpaq təbəqələrinin üst qisimləri qumlu təbəqələrdən meydana gələrkən, suyun çəkilməsini əngəlləyən gilli torpaqlar yeraltı suyun döşəməsində yerləşir.
- Zəminin bitki örtüsü ilə örtülü olması sızmağı asanlaşdırar. Çünki bitki örtüyüylə örtülü olan yerlərdə yerüstü axışı yavaş olduğuna görə, yuxarıda ifadə edilən şərtlər də uyğun olanda sızma artar.
- Leysan şəklində yağan yağışlarda sızma miqdarı azalar. Çünki bu cür yağışlarda sürətlə yerə düşən damlalar səthin yamacına bağlı olaraq səth axımına keçərlər. Çiskin şəklində düşən yağışlarda isə sızma daha asan reallaşar.
- Səth şəklinin yamacı nə qədər çox olsa sızma o qədər azalar və düşən yağış səthdən axaraq keçər.
Görüldüyü kimi yer üzünə düşən suyun yer altında müəyyən laylarda toplanması və təkrar yer üstünə çıxması müəyyən şərtlərin reallaşması ilə mümkün olur. Bütün bu şərtlər, yeraltı suların həmişə müəyyən plan və nizam üzərinə meydana gəldiyini göstərir. Allah bunu Quranda bu şəkildə bildirmişdir:
De: “Deyin görüm, əgər suyunuz yerin dibinə çöksə, Allahdan başqa kim sizə axar su gətirə bilər?” (Mülk surəsi, 30)
Yeraltı suların yaradılışındakı hikmətlər
“Havalandırma bölgəsi” nədir?
Yeraltı suyun üstündə “Havalandırma bölgəsi” adı verilən təbəqə yerləşir. Yer altına sızan suların bir qismi dib qisimlərə enmədən bu təbəqədə yığılar. Burada dayanan asılı su zərrəcikləri, köklərini yeraltı suyun olduğu təbəqəyə qədər uzada bilməyəcək bitkilərin sudan faydalanmasını təmin edər.
Yeraltı sular necə palçıqsız şəkildə bizə gəlib çatır?
Yeraltı suların əsl möcüzəvi xüsusiyyətlərindən biri suyun yer altındakı torpaq təbəqələri arasından heç kirlənmədən tərtəmiz və içməyə uyğun olaraq çıxmasıdır. Su yer altına enərkən hər biri fərqli xüsusiyyətlərə sahib təbəqələrdən keçər. Bu süzülmə əməliyyatı ilə içindəki çöküntü və çirkdən təmizlənərək yer altında yığılar.
Su qaynaqları, istiliklərinə görə fərqlilik göstərər. Bunların bir qismi soyuq sular formasındadır və içməli su olaraq istifadə edilər. Yer altına sızan suların bir qismi yerin dərin qisimlərinə enər və təmas etdikləri isti qisimlər vasitəçiliyi ilə isinərlər. Bu sulardan istiliyi 40-900 C o arasında olanlar “isti və ya müalicəvi” adıyla tanınarlar. Bu sular mədə-bağırsaq və revmatizm kimi xəstəliklər üçün müalicə məqsədli istifadə edilir.
Yeraltı sular niyə yerin formalarına görə mövqe dəyişdirər?
Yeraltı sular torpağın altındakı laylarda, yer üzünün təpə, kürək kimi qisimlərində yüksələr, vadi kimi alçaq qisimlərdə isə alçalar. Əgər vadi, düzənlik kimi alçaq səth formalarının olduğu qisimlərdə, təpə, kürək kimi formaların olduğu sahələrdəki qədər su yüksəlsəydi, bataqlıqlar meydana gələrdi. Yeraltı suların yüksək səth şəkillərinin formasına uyğun gəlməməsi vəziyyətində isə, su səviyyəsi lazım olan səviyyədən daha aşağıda olacağı üçün bu sulardan faydalanmaq qeyri-mümkün hala gələcəkdi. Xüsusilə quraq sahələrdə və ya quraqlığın olduğu dövrlərdə bu sulardan faydalanmaq mümkün olmayacaq, hətta, bəlkə də bu suların varlığından xəbərsiz olaraq yaşayacaqdıq. Allah Quranda bu mövzuya diqqət çəkir:
“Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. Biz deyəcəyik: “Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik.” (Kəhf surəsi, 41)
Yüksək sahələrdə yeraltı su səviyyəsi səthə çox yaxın olsaydı …
Bu vəziyyətdə ən az yağışda torpaq səthində sürüşmələr olacaq və məskunlaşma sahələri palçıq gölünə çevriləcəkdi. Quranda bəzi ayələrdə keçmiş qövmlərin başına gələnlərlə əlaqədar belə xəbər verilir:
“Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və içində bir az sidr ağacı olan iki bağla əvəz etdik. Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı?” (Səbə surəsi, 16-17)
Yeraltı anbarlar niyə yerüstü anbarlardan daha əlverişlidir?
Yeraltı suları, yerin altındakı anbarlara bənzədə bilərik. Lakin yer üstündəki anbarlardan fərqli olaraq, bunlar quraqlığa daha davamlıdırlar. Başqa bir sözlə yer altında olmaları səbəbiylə buxarlanma səviyyəsi olduqca aşağıdır. İnsanlar, buxarlanma və çirklənmə kimi problemlər olmadığına görə, sahil bölgələrdə duzlu su sızmasının qarşısını almaq və daşqınları nəzarət altında saxlamaq üçün yerüstü suların çoxunu yer altına sövq edən qurğular qururlar.
Mədən suları necə meydana gəlir?
Bu sular yer altına sızarkən keçdikləri qaya və ya torpağı əridərək, onların tərkibində olan elementləri də bünyələrinə alarlar. Bu sulardan termal, içməli və ya istifadə etməli su olaraq müxtəlif formalarda fayda əldə edilir. İçlərində ərimiş halda mineral olan sular isə “mineral su” olaraq istifadə edilər.
Allah, qullarına qarşı mərhəmətli olandır. Rəbbimizin, fərqində belə olmadığımız uzun fəaliyyətlər tələb edən sistem ilə xidmətimizə verdiyi sular, Onun “Şafi” (Şəfa verən) sifətinin təcəllisi və insanlara olan rəhmətini göstərən dəlillərdən yalnız biridir.
“Biz göydən lazımi qədər su endirib onu yerdə saxladıq. Şübhəsiz ki, Biz onu yox edə də bilərik.” (Muminun surəsi, 18)