İçeriğe geç

Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq

“…Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq.” (Ənam surəsi, 71)

 

Doğru yolun tək sahibi olan Qüdrətli Allah Quranda, sonsuz gözəllik yurdu cənnətə qovuşmanın Onu razı edəcək saleh əməllər etməklə mümkün olacağını bildirmişdir. Saleh əməllər etmək və cənnətə layiq ruh gözəlliyinə sahib ola bilmək, şübhəsiz güclü imana bağlıdır. Güclü imana sahib olan möminlər ayədə bildirildiyi kimi, Allaha tam təslimiyyətlə təslim olmuşlar.

Möminlərin bu dünyadakı məqsədləri Allaha qulluq etmək və Onun razılığını və rəhmətini qazanıb, cənnətinə qovuşa bilməkdir. Buna görə möminlər həyatlarını, onlara Allahın razılığını qazandıracaq saleh əməllər etməyə və Quran əxlaqını yaşamağa həsr etmişlər. Möminlər, Allaha sıx bağlandıqları üçün, Allah onları Öz doğru yoluna yönəldər.

Şübhəsiz ki, insanın heç bir dünyəvi qazanc hədəfləmədən, özünü yalnız Allahın razılığını və sevgisini qazanmağa həsr etməsi, bu adamın Allaha olan güclü sədaqətini və bağlılığını çox açıq şəkildə ortaya qoyur. Möminlər Allahın razılığını qazanmağı hər şeydən üstün tutduqları üçün, onların -Allahın diləməsi xaricində- doğru yoldan azmalarından söhbət gedə bilməz. Möminlər, Allahın özlərinə göstərdiyi bu yolda irəliləməkdən heç bir şəkildə güzəştə getməzlər. Buna bağlı olaraq bəslədikləri güclü sədaqət və təslimiyyət duyğusu ilə “bütün həyatlarını Allahın razılığını qazanmaq üçün yaşayarlar.” Etdikləri hər işdə Allahı xatırlayar və o işi Allahın razılığını qazanma niyyətiylə edərlər.

Bununla yanaşı möminlər, özlərinə isabət edən çətinliklərə qarşı da ən gözəl şəkildə səbir edər və davamlı Allaha dua edərək, Allahdan kömək diləyərlər. Onlar üçün, həyatları boyunca bu yolda irəliləyə bilmək və Allahı razı edəcək saleh əməllər və davranışlar etmək çox əhəmiyyətlidir. Möminlərin bu yoldakı istəkləri, şövqləri, gücləri və qətiyyətləri, onların Allaha qarşı bəslədikləri səmimi sədaqətin və təslimiyyətin göstəricisidir.

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz