Vətən qəzeti internet saytında 18 fevral 2009-cu il tarixində “Dahiliyin adı Darvin” başlıqlı yazı nəşr olundu. Mina G. Kırıkkanat imzalı bu yazıda, son iki əsrin ən böyük kütlə yalanının baş memarı Darvin dahi olaraq tanıdılırdı. Kırıkkanat yazısında, Darvinin elmi cığır açdığı və açılan bu cığırın elmi inkişaflara, xüsusilə, genetika elminə istiqamət verdiyini bildirmişdir. Üstəlik, Kırıkkanat Darvini inkar etdiyi üçün Türk xalqının elmi inkişaflardan xəbərsiz, hətta geri qalmış olduğunu iddia edirdi.

Ancaq Mina G. Kırıkkanatın etdiyi izahlardan, özünün elmi inkişaflardan və darvinizmin dünyada artıq qəbul edilməməsi səbəbinin elmdəki irəliləmələr olduğundan xəbərsiz olduğu aydın olur. Buna görə aşağıdakı şərhləri hörmətli Kırıkkanatın nəzərinə çatdırırıq.

Darvin bundan 150 il əvvəl heç bir elmi təməli olmayan bir nəzəriyyə ortaya atmışdır. Ardınca Növlərin Mənşəyi kitabında, xəyali ara formaların yoxluğu qarşısında nəzəriyyəsinin məhvə uğrayacağını açıq etiraf etmişdir. Darvinin etirafı bu şəkildədir:

     

Əgər, həqiqətən, növlər o biri növlərdən tədrici inkişafla törəmişsə, NİYƏ SAYSIZ ARA-KEÇİD FORMASINA RAST GƏLMİRİK? Niyə bütün təbiət bir QARIŞIQLIQ HALINDA DEYİL DƏ, TAM OLARAQ NİZAMLANMIŞ VƏ YERLİ YERİNDƏDİR? Saysız ARA-KEÇİD forması olmalı, lakin nə üçün yer üzünün saysız çox layında BASDIRILMIŞ OLARAQ TAPA BİLMİRİK?.. Nə üçün hər geoloji quruluş və hər təbəqə BELƏ ƏLAQƏLƏRLƏ DOLU DEYİL? Geologiya yaxşı dərəcələndirilmiş bir müddət ortaya çıxarmır və bəlkə də, BU MƏNİM NƏZƏRİYYƏMƏ QARŞI İRƏLİ SÜRÜLƏCƏK ƏN BÖYÜK ETİRAZ OLACAQ. 1

 

Məhz Darvinin bu uzaqgörənliyi baş vermiş, xəyali ara fosillər, həqiqətən, də tapılmamışdır. Tapılması qeyri-mümkündür, çünki canlılar arasında belə bir ARA-KEÇİD yaşanmamış, canlılar təkamül keçirməmişlər. Elmin göstərdiyi bu həqiqət indi XXI əsrdə Darvinin nəzəriyyəsini yerlə bir etmişdir.

 

İndi yer üzünün az qala hamısı qazılmış vəziyyətdədir. 100 milyondan çox fosil tapılmışdır. Bu fosillərin BİRİ BELƏ ARA FOSİL DEYİL. Fosillərin hamısı, milyonlarla il əvvələ aid MÜKƏMMƏL KOMPLEKS CANLILARA AİDDİR və bunların böyük bir qismi indiki vaxtda yaşayan canlıların eynisi olan YAŞAYAN FOSİLLƏRDİR. Yəni yer altından çıxarılmış 250 milyon fosilin hamısı YARADILIŞ GERÇƏYİNİ İSBAT EDİR.

Bu həqiqəti ilk görən türk xalqı olmuşdur. Çünki xalqımız, bu fosilləri şəxsən sərgilərdə gəzib araşdırmış, əlləriylə onlara toxunmuş, onları lupa altında analiz etmişdir. İbtidai məktəb uşaqları belə bu sərgilərə axın etmiş, fosillərin verdiyi mesajı dərhal anlamışlar: CANLILAR DƏYİŞMƏMİŞLƏR. Milyonlarla il əvvəl necə idilərsə, bu gün də eynidirlər. Bu həqiqət Darvinin, nəzəriyyəsini yıxacağını nəzərdə tutduğu ən qəti elmi sübutla, yəni fosillərlə ortaya çıxmışdır. Darvinistlərin illərdir gizlətməyə çalışdıqları 100 milyon fosilin açıqlanmasıyla, diqqət yetirilsə bütün darvinistlər məyus olmuşlar.

Ardınca Yaradılış Atlasının bütün dünyaya yayılması və xaricdə göstərilən fosil sərgiləri nəticəsində dünya da bu həqiqətin fərqinə varmışdır. Bütün ölkələrdə insanlar belə bir yalan ilə illərdir necə aldadıldıqlarını anlamışlar.

Paleontologiya ilə yanaşı digər elm sahələrində baş verən inkişaflar da darvinizmə ən güclü zərbələrdən birini vurmuşdur. Genetika və mikrobiologiya elmləri Darvinin heç bilmədiyi HÜCEYRƏNİ nümayiş etdirmişdir. DNT-in kəşfi, darvinizmi yerlə bir etmişdir. Canlı bədəninin fövqəladə kompleksliyi qarşısında darvinistlərin planları alt-üst olmuşdur. Həyatın mənşəyini özlərinə görə açıqlamaq üçün saysız təcrübə həyata keçirilmiş, hər dəfə də uğursuz olmuşlar. Tək bir zülalın ortaya çıxmasını açıqlaya bilməyən darvinistlər, fosil qeydlərinin ardınca ən böyük məğlubiyyəti, böyük təfərrüatlara sahib hüceyrənin kəşfi ilə götürmüşlər. İndi genetika haqqında ən az məlumatı olan bir insan belə, təkamül nəzəriyyəsini Darvin üçün utanc olaraq görür.

İndi Türkiyədə təkamülə inanmayanların nisbəti 95%-dir. Bu, Türk millətinin gerçək elmi dəlilləri görür olması; eyni zamanda sağlam fikirli, ağıllı və son dərəcə açıq fikirli bir millət olmasındandır. Bu səbəblədir ki, Türk milləti, elmi dəlilləri görmələrinin dərhal ardından təkamül nəzəriyyəsinin bir yalan olduğunu anlamışlar. Darvinizmin dünyadakı bütün bəlaların qaynağı olduğunu, Allah inancına qarşı formalaşdırılmış azğın ideologiya olduğunu, illərlə saxtakarlıqla dəstək olmağa çalışıldığını dərhal görmüşlər. NƏCİB TÜRK MİLLƏTİ ARTIQ ALDADILMIR. Bu millətimiz adına bir iftixar vəsiləsidir. Bu vəziyyət, Mina G. Kırıkkanatın iddia etdiyi şəkildə nəcib millətimizin geri qalmışlığının deyil, ağlının, uzaqgörənliyinin, elmə açıq və vicdanlı olmasının göstəricisidir.

Bu eyni zamanda mədəni bir ölkənin göstəricisi olan fikir azadlığının da bir əlamətidir. İndi Avropada şagirdlər, darvinist diktatorluğun çirkin oyunları nəticəsində, (bütün etirazlarına baxmayaraq) boş söz olduğu halda məktəblərdə təkamül təhsili almaq məcburiyyətindəykən, sağlam fikirli türk milləti uşaqlarının təkamül yalanı ilə aldadılmasına icazə verməmişdir. Dünyada bu mənada ən aydın millət Türk millətidir.

Bu yazının məzmunundan hörmətli Kırıkkanatın dünyadakı inkişaflardan da xəbərsiz ola biləcəyi təəssüratı doğulur. Belə ki, dünyanın ən mədəni ölkələrindən Amerikada indi lisey təhsili almış kəslər arasında “canlıları Allah yaratdı” deyənlərin nisbəti 79%-dir.2

Darvinin ana vətəni İngiltərədə isə bu nisbət 75%-dir.3 Bu nəticələr qarşısında, Darvinin rotveyleri olaraq tanınan ateist Riçard Daukins də öz xalqını geri qalmışlıqda ittiham etmişdir. Ancaq hər kəs çox yaxşı bilir ki, rifah və təhsil səviyyəsi olduqca yüksək olan ingilis xalqı üçün “geri qalmış millət” deyilməsi olduqca çətindir.

Darvin Avropaya bir işıq dövrü gətirməmiş, tam əksinə tarixdəki ən qorxunc müharibələri, qırğınları, faşizmi, kommunizmi, kütləvi qırğınlarını, soyqırımı, dəhşət, qorxu və terroru gətirmişdir. İnsanlar Darvinin azğın nəzəriyyəsinin bir nəticəsi olaraq tarixin ən qaranlıq dövrlərini yaşamışlar. Elmi inkişaflar belə təhrif edilmiş, azğın təkamül nəzəriyyəsinə uyğunlaşdırılmağa çalışılmışdır. İnsanlar darvinizmə görə, adı çiçəklənmə dövrü olan saxta bir dövrdə, tamamilə qaranlığa basdırılmışlar.

İndi insanlar, dəhşətli yalandan oyanmışlar.

Hörmətli Kırıkkanatın dahi zənn etdiyi Darvin, indi utancla xatırlanır. İbtidai məktəb uşaqları belə Darvinə və nəzəriyyəsinə gülür, darvinist təlimçilərinə qarşı açıq dəlillərlə etiraz edirlər. Ölkələr, 150 ildir aldadılmağın şokunu yaşayır və axın-axın bu azğın nəzəriyyəni rədd edirlər. Hər bir elmi dəlil tarixin ən böyük saxtakarlığı olan darvinizmi yıxmışdır. Demaqoqluq, artıq bu saxta nəzəriyyənin dirilməsinə çatmır.

Bu Allahın təqdir etdiyi qədərdir. Hər varlıq kimi Darvini də yaradan Allahdır. Və Allah inanan qullarına vəd etmişdir. Batil, saxta və uydurma olan hər şey, mütləq Haqq olan qarşısında məğlubiyyətə uğrayacaq. İman edənlər, Allahın yaratdığı qədəri izləmişlər və bunun olacağı zamanı gözləmişlər. Və indi, Uca Rəbbimizin vədi reallaşmış, bu batil və saxta din, anlı-şanlı məğlubiyyətə uğramışdır. Aləmlərin Rəbbi olan Allah ayələrində belə bildirir:

 

Yoxsa onlar sənin barəndə: “O, Allaha qarşı yalan uydurdu” – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir. (Şura surəsi, 24)

 

Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)

 

 

 

1)  Charles Darvin, The Origin of Species, səh. 172, 280

2)  http://wwrn.org/article.php?idd=30275

3)  Guardian, 2 fevral 2009, Riazat Butt, “İngilislərin yalnız 25%-i Darvinin təkamül nəzəriyyəsinə inanır”