Darvinizm masonluğun təməl fəlsəfəsidir. Çünki darvinizm, masonların dünyada qurmağa çalışdıqları dəccali sistemin çürük infrastrukturunu meydana gətirməkdədir. İnsanları Allah inancından uzaqlaşdırmağa məqsəd qoymaqda, yer üzündəki zülm sisteminin azğın və saxta fikri dayağını meydana gətirməkdədir. Məhz bu səbəblə mason təşkilatlanması, təkamül nəzəriyyəsinin cəmiyyətə qəbul etdirilməsi mövzusunda ən çox məşğul olan təşkilatdır. Mason jurnalı, masonların təkamül ideologiyasına niyə bağlı olduqlarını bu şəkildə ifadə etməkdədir:
Darvinin təkamül qaydası təbiətdə yaranan bir çox hadisənin Tanrı işi olmadığını göstərdi.”1 (Allahı tənzih edərik)
Masonlar, məhz bu böyük yalanı ayaqda tuta bilmək və kütlələrə yaya bilmək üçün təkamül nəzəriyyəsini həqiqət elmi nəzəriyyə imiş kimi təqdim etməyə çalışarlar. Halbuki, masonların dəstəkləyib ön plana çıxardıqları təkamül nəzəriyyəsi, tək bir elmi dəlillə belə dəstəklənməmiş, Yaradılışı dəstəkləyən 250 milyon fosil və digər elmi tapıntılar qarşısında tamamilə çöküşə uğramış TARİXİN ƏN BÖYÜK SAXTAKARLIĞI, ELM ADINA ORTAYA ÇIXMIŞ ƏN BÖYÜK YALANDIR.
Bir başqa “mason jurnalı” olan Memar Sinan isə masonluğun darvinizmə dünyagörüşünü bu şəkildə izah etmişdir:
Bu gün artıq ən mədəni ölkələrdən, ən geri qalmışlarına qədər tək etibarlı elmi qayda Darvinin və onun yolunu izləyənlərinkidir.2
Masonlar, darvinizmi elmi nəzəriyyə kimi göstərməyə və bunun ən doğru yol olduğu təlqini verməyə çalışarlar. Çünki darvinizm, masonik diqqət mərkəzinin önünü açan azğın düşüncə sistemini yaymaq üçün istifadə edilməkdədir. Bu səbəbdən masonlar, bu nəzəriyyənin təbliğatının edilməsini də başlıca vəzifələri arasında qəbul etməkdədirlər. Mason jurnalı, bu “masonik vəzifə”ni belə ifadə etmişdir:
Hamımıza düşən ən böyük insancıl və masonik vəzifə; müsbət elmdən … ayrılmamaq, bunun təkamüldə ən yaxşı və tək yol olduğunu mənimsəyərək bu inancımızı insanlar arasında yaymaq, xalqı müsbət elmlərlə (darvinizmlə) yetişdirməkdir.3
Yüksək dərəcə mason olan Selami İşındağ isə “Masonluqdan İlhamlanmalar” adlı kitabında, masonluğun təkamül işığında insana dünyagörüşünü bu şəkildə ifadə etməkdədir:
İnsan, təkamül baxımından, heyvandan ayrı deyil. İnsanın meydana gəlməsi və təkamülü üçün, heyvanların tabe olduqları güclərdən ayrı, xüsusi güclər yoxdur.4
Dəccal sistemi olan masonluq, insanı təsadüfən meydana gəlmiş bir heyvan kimi görən Darvinizm yoluyla bütün hədəflərinə rahatca çata biləcək saxta bir dayaq əldə etmiş olmaqdadır. Darvinizm, dəccalın bütün azğın fikir sistemini oturda biləcəyi azğın ideologiya olaraq masonlar tərəfindən ortaya atılmış, masonlar tərəfindən dəstəklənmiş, elm kimi göstərilmiş və masonlar tərəfindən qorunmuşdur. Hələ də, dəccal sistemi bu azğın ideologiyanı təzyiq, təlqin, zorbalıq və saxtakarlıq yoluyla qorumağa davam etməkdədir.
Bunu daha yaxşı anlaya bilmək üçün, dəccal sistemi masonluğun, Darvin dövründə bu azğın ideologiyanı necə dəstəkləyib ön plana çıxardığını araşdırmaq yerində olacaq.
Masonlar tərəfindən dəstəklənilən Darvin
Darvinizmin masonluğun ən böyük oyunlarından biri olduğu həqiqətini gözlər önünə sərən əhəmiyyətli nümunə, bir mason yığıncağında alınmış olan qərardır. Parisdəki 33-cü dərəcə Mizraim Masonluq Uca Şurasına bağlı şura üzvləri, yığıncaqlarında təkamülün bir elm olaraq dəstəklənilməsi lazım olduğunu açıqlayarkən, özləri də nəzəriyyə ilə lağ edirdilər:
Məhz bu [təkamül nəzəriyyəsinin elmi olduğu] düşüncəsindən istifadə edərək, biz heç dayanmadan, mətbuatımız yoluyla bu nəzəriyyələrə kor-koranə güvənilməsini təmin edəcəyik. İntellektuallar… məlumatlarıyla özlərini tərifləyəcəklər və hər hansı məntiqi bir təsdiqləməyə ehtiyac duymadan elmdən ala bildikləri bütün məlumatı fəaliyyətə keçirəcəklər, nümayəndəliklərimizdəki mütəxəssislər onların zehinlərini bizim istədiyimiz istiqamətdə öyrədə bilməyimiz üçün bütün parçaları hiyləgərcə bir araya gətirdilər. Bir an üçün bunların boş sözlər olduğunu düşünməyin: Darvinizm üçün nizamladığımız müvəffəqiyyətlər üzərində diqqətli düşünün…5
Amerikadakı masonluq da, Mazraimin bu qərarını çox keçmədən mənimsəmişdir. “New Age” jurnalı mart 1922-ci il tarixdə masonluğun hakimiyyətinin təkamül və insanın öz inkişafı sayəsində qurulacağını ifadə etmişdir.
Diqqət yetirilsə, təkamül nəzəriyyəsinin indiki saxta elmi görünüşü, 33 dərəcə mason localarında təsbit edilib qərarlaşdırılmış olan oyundur. Masonlar, özləri üçün belə gülməli olan bu yalana elm bəzəyi verə bilmək üçün, öz istədikləri şəkildə davranan elm adamlarını, özlərinin istiqamətləndirdiyi mətbuatdan istifadə edəcəklərini açıqca ifadə etməkdədirlər. Masonlar, darvinizm üçün reallaşdırdıqları müvəffəqiyyətlərdən bəhs edərkən, əslində bir yalanın universitetlərə, məktəblərə, məktəb kitablarına, bütün nəşr orqanlarına bir həqiqətmiş kimi girməsini, anti-darvinist ifadələr işlədənlərin susdurulmasını, anti-Darvinist fəaliyyətlərin təzyiq yoluyla dayandırılmasını nəzərdə tutmaqdadırlar. Masonların darvinizm üçün reallaşdırdığı bu saxta “müvəffəqiyyətlər”, indiki vaxtda elə səviyyəyə gətirilmişdir ki, İngilis kilsəsi Darvindən üzr istəməyə, Papa, öz evində darvinizm yanlısı konfranslar verməyə məcbur edilmişdir. Dünyaya hakim dəccal sistemi masonluğun, bir locada qərarlaşdırıb tətbiq etdiyi bu azğın sistem, belə təsirli olmaqdadır.
Haksley
Masonluğun darvinizm ilə əlaqəsinin bir başqa əhəmiyyətli dəlilini isə Darvin dövründə Darvinin ən böyük dəstəkçisi olan və Darvinin buldoq iti olaraq xatırlanan Tomas Haksleyin fəaliyyətlərindən anlamaq mümkündür. Haksley, İngiltərənin ən əhəmiyyətli elm təşkilatlarından biri olan “Royal Society”nin üzvü idi və bu təşkilatın haradasa bütün digər üzvləri kimi vəzifəli mason idi.6 “Royal Society” ya da uzun adıyla “The Royal Society of London for The Improvement of Natural Knowledge” (Təbii məlumatın inkişaf etdirilməsi üçün London Krallığı dərnəyi) 1662-ci ildə quruldu. Təşkilatın bütün üzvləri istisnasız masonlardan ibarət idi.7
Heç bir fərdi müvəffəqiyyəti olmamasına baxmayaraq, olduqca gənc yaşda “Royal Societ”yə üzv qəbul edilən Tomas Haksleyi bu masonik təşkilat tərəfindən əhəmiyyətli edən şey, Darvinin ən böyük dəstəkçisi olması idi.
“Royal Society”in digər üzvləri də, həm kitabını nəşr etmədən əvvəl, həm də nəşr etdikdən sonra Darvinə böyük dəstək olmuşlar. Bu masonik təşkilat, Darvini və darvinizmi o cür sahibləndi ki, bir müddət sonra, eyni Nobel mükafatları kimi, hər il müvəffəqiyyətli elm adamlarına “Darvin medalı” hədiyyə etməyə başladı.
Qısacası, özü də mason olan Darvin tək başına deyildi. Nəzəriyyəsini ortaya atdığı andan etibarən “təşkilatlı” bir şəkildə dəstəklənildi. Bu təşkilatlı dəstək, nüvəsini masonların meydana gətirdiyi ictimai sinif və qruplardan gəlirdi. Marksist düşünər Anton Panekoek, “Marxism And Darwinism” (Marksizm və darvinizm) adlı kitabında, bu əhəmiyyətli həqiqətdən danışar və burjuaziyanın, yəni Avropalı zəngin kapitalist sinifin darvinizmi dəstəkləməsini belə izah edir:
Marksizmin əhəmiyyətini və mövqeyini, yalnız proletar sinif mübarizəsindəki roluna borclu olduğu hər kəs tərəfindən bilinər… Darvinizmin də Marksizmlə eyni təcrübələri yaşadığını görmək çətin deyil. Darvinizm, elm dünyası tərəfindən obyektiv yanaşma ilə müzakirə edilərək və test edilərək qəbul edilmiş mücərrəd nəzəriyyə deyil. Xeyr, darvinizm ilk addımı təyin edər atmaz, həvəsli dəstəkçiləri və ehtiraslı düşmənləri olmuşdur. Darvinin adı, nəzəriyyəsindən az bir şey anlayan insanlar tərəfindən ucaldılmışdır… Darvinizm də, sinif mübarizəsində bir rol oynamışdır və bu rol sayəsində sürətlə yayılmış, ehtiraslı tərəfdarlar və çətin düşmənlər qazanmışdır.
Bu iddia, masonların təkamül nəzəriyyəsinə niyə əhəmiyyət verdiklərini açıqca göstərməkdədir. Onların məqsədi, insanın və bütün canlılığın təsadüfən meydana gəldiyi fikrini zehinlərə yaymaq, beləcə insanlara azğın materialist fəlsəfəni tutarlı kimi göstərə bilməkdir. Yaradıcını inkar etmənin (Allahı tənzih edirik) və təsadüfləri saxta ilah halına gətirmənin tək üsulu isə onlara görə təkamül nəzəriyyəsidir. Məhz bu səbəblə masonluq, hər nə surətdə olursa olsun, təkamül nəzəriyyəsini dəstəkləyər, bunu müdafiə edər, cəmiyyətlərə yaymağa çalışar və saxtakarlıqla və ya zorbalıqla belə olsa mütləq qoruması altında tutar. Dünyada bu yalanın təkidlə və böyük fanatikliklə qorunmasının, dünyaya hakim darvinist diktatorluq olmasının səbəbi məhz budur.
Qaynaqlar:
1) Mason Dergisi, Sayı: 25-26, səh.14
2) Mimar Sinan Dergisi, Sayı 38, səh. 18, yıl 1980
3) Türk Mason Dergisi, Sayı:25-26, Mart 1977, səh. 59
4) Dr. Selami Işındağ, Sezerman Kardeş VI, Masonluktan Esinlenmeler, İstanbul 1977, səh. 78 110 Dr. Selami Işındağ, “Masonluk Öğretileri”, Masonluktan Esinlenmeler, İstanbul 1977, səh. 137
5) John Daniel, Two Faces of Freemasonry, Day Publishing, 2007, səh. 121
6) Albert G. Mackey. “Charles Darwin and Freemasonry”. An Encyclopedia of Freemasonry New York: The Masonic History Company, 1921, Vol. III
7) John J. Robinson, Born in Blood, səh. 285