Ergi Deniz Özsoy, özündən ara fosil gətirməsi istəndiyində, “Amerikan Tarix Muzeyini gətirməmiz lazım. Fosil gətirmək uşaq oyuncağımı?” demişdir. Ancaq buradan xatırlatmaq lazımdır ki, keçən həftə eyni proqrama qatılan və Yaradılış gerçəyini müdafiə edən elm adamları, studiyaya ƏLLƏRİNDƏ QALIQLARLA GƏLMİŞLƏR, Yaradılış gerçəyini isbat edən dəlilləri birbaşa bütün Türkiyəyə göstərmişlər.

Özsoy, bu proqramda, yüzlərlə ara fosil olduğunu iddia etməkdədir. Əgər müdafiə etdiyi nəzəriyyə doğru isə, yüzlərlə minlərlə deyil, milyonlarla hətta milyardlarla ara fosil olmalıdır. Yaradılış gerçəyini isbat edən 250 milyon fosildən iki qat, üç qat, hətta dörd qat daha çox ara fosil olmalıdır. Və əgər Özsoyun iddia etdiyi təkamül nəzəriyyəsi doğru isə, bu ara fosilləri tapmaq da olduqca asan olmalıdır. Yaradılış gerçəyini müdafiə edən iki elm adamı necə tam və mükəmməl qalıqları studiyaya gətirə bildisə, Özsoyun da iddiasına görə olması lazım olan bu milyardlarla ara fosildən heç olmasa birini gətirə bilməlidir. Əgər “darvinizmin isbatı ara fosillər var” deyirsə, bunu etməlidir.

Lakin bu fosillər gətirə bilməməsi əlbəttə normaldır. ÇÜNKİ ARA FOSİL, BİR ƏDƏD BELƏ YOXDUR. İstəsə Özsoy, Amerikan Tarix Muzeyinə getsin, orada da ara fosil tapa bilməyəcək. Orada çoxlu şəkildən, bərpalardan və mükəmməl canlılara aid bir neçə qalıqdan başqa bir şey yoxdur. Darvinin tapa bilmədiyi, Darvindən sonrakı darvinist elm adamlarının tapa bilmədiyi və tapa bilmədiklərini etiraf etdikləri xəyali ara fosilləri Özsoyun tapıb gətirə bilməsi əlbəttə ki mümkün deyil.

Lakin “Amerikaya gedib gətirə bilmərəm” demək asan yoldur. Çünki bunu söyləyincə, ətrafına “qeyri-mümkünü” bacara bilmədiyi təəssüratı vermiş olmaqdadır. Beləliklə haqlı mövqeyə gəlməyi ümid etməkdə və Darvinizmin həqiqətən ara fosilləri varmış, amma əldə edə bilmirmiş təəssüratı vermək bu yolla daha asan olmaqdadır.

Məhz bu, DEMAQOQLUQ ETMƏKDİR. Darvinizm indiyə qədər həmişə demaqoqluq ilə dəstək olunmuşdur. Yaxşı bəs gerçək elmi dəlil? MƏHZ O YOXDUR.

Burada Nadir Helvacıoğlunun bənzər demaqojik iddialarına da cavab vermək yerində olacaq. Helvacıoğlu, israrla, Yaradılış müdafiəçilərinin dəlil gətirməsi lazım olduğundan bəhs etməkdədir. Sanki bir əvvəlki proqramda söz alan iki elm adamının studiyaya gətirdiyi milyardlarla illik qalıqları görməmiş, onların izah etdiyi elmi dəlilləri dinləməmiş kimi, davamlı eyni iddianı gündəmə gətirib dayanmaqdadır. Əgər Helvacıoğlu keçdiyimiz proqramı izləmədisə, o zaman ona tövsiyəmiz, Yaradılış Atlası adlı əsəri oxumasıdır. Yaradılış Atlası, Yaradılışın yüzlərlə dəliliylə doludur. YER LAYLARINDAN ÇIXARILMIŞ MİLYARDLARLA İLLİK, HEÇ DƏYİŞMƏMİŞ, TƏKAMÜL KEÇİRMƏMİŞ FOSİLLƏR SƏRGİLƏNMƏKDƏDİR. Bunlardan tam 250 MİLYON VARDIR. Və bunlar, davamlı Darvinistlərin qarşısına gətirilməkdədir. Lakin demaqoqluğun davam edə bilməsi, çarəsizliklərinin aydın olmaması üçün darvinist safında “dəlil gətirsinlər” sözü davamlı olaraq təkrarlanmaqdadır.

Özsoy və Helvacıoğlu səhv anlamış ola bilər. 250 milyon fosil, darvinistlərin ara fosilləri kimi fərazi, xəyali fosillər deyildirlər. Bu qalıqları Türk milləti şəxsən araşdırmış, onlara əlləriylə toxunmuşlar. Bunlar, keçdiyimiz həftə Dr. Oktar Babuna və Dr. Cihad Gündoğdu tərəfindən şəxsən studiyada göstərilmişdir. Bunlar gerçək elmi dəlillərdir. Əgər demaqoqluq yerinə elm istəyirlərsə, Özsoy və Helvacıoğlunun da öz nəzəriyyələrini sübut edəcək qalıq gətirmələri əsas şərtdir.