Bu sənədli filmdə elmi olaraq reallaşması mümkün olmayan ssenarilər ardı ardınca reallaşmış qəbul edilib nağıllar silsiləsi ortaya qoyuldu. Min bir gecə nağıllarını əvəz edən istehsalda 400 milyon il əvvəlindən günümüzə doğru “xəyali təkamüllü dövrlər”in şəkilləri çəkildi və tamaşaçılara elmi gerçəklərmiş kimi göstərildi.

İlk başda ekranda “400 milyon il əvvəl” başlığı çıxdı və “təkamül nisbi olaraq yaxın bir zamanda dənizlərdən quru torpaqlara çıxmışdır” nağılı izah edildi. Ancaq quruya çıxan balığın, quruda yaşamağa zəruri fizioloji sistem və orqanları kor təsadüflər nəticəsində necə qazanmış ola biləcəyinə dair ən kiçik şərh gətirilmədi. Yalnız “heyvanlar quruda yaşamaq üçün suyu bədənlərində tutma yolları tapma gərəyi duymurlar” kimi saxta təkamülə məqsəd ətf edən elmdən kənar yanaşma sərgiləndi. Təkamül nəzəriyyəsinin iddiaları haqqında məlumatsız olduğu aydın olan Cine-5, darvinizm təbliğatı uğruna təkamülçülərin iddialarını belə nəzərdən keçirmə gərəyi duymadan, öz xəyal gücündə şəkilləndirdiyi çevrilişləri “balıq istədi, oldu” kimi məntiqsiz izahlarla ötürdü. Halbuki, adı üzərində “təsadüfi” olan mutasiyalar, orqanizm nə qədər istəyirsə istəsin, nə qədər ehtiyac duyarsa duysun, ona bir yenilik qatmayacaq, onun üçün yeni bir orqan yaratmayacaq.

Cine-5-in təkamül nağılları belə davam etdi:

“350 milyon il əvvəl… Nəhəng böcəklərdə suya davamlı dərilər təkamülləşmişdir, bu da onların planetə yayılmalarına şərait yaratmışdır. 290 milyon il əvvəl… daha çox heyvan çox su olmadan yaşamağı öyrənmişdi. Sərt qabıqları su itkisini əngəlləyirdi.

140 milyon il əvvəl… Sürünənlər quşlara təkamülləşmişdir. Onların suya davamlı yumurta dizaynları vardır. Bu da onların planetdəki bəzi düşmən çevrələrdə yaşamasını təmin etmişdir.

Məməlilər bədənlərində su tutacaq şəkildə təkamülləşmişdir. Bəziləri səhrada bir həyata belə adaptasiya olmuşlar.”

Görüldüyü kimi, Cine-5-in təkamül təbliğatı etmək məqsədiylə yer verdiyi bütün bu söz yığınının altında ən kiçik elmi dəlil və ya şərh yoxdur. Sürünənin pulları necə olub ki, yalnız quşlarda olan tük kimi xüsusi strukturlara çevrilə bilər? Necə olub ki, sürünənlərin içi dolu ağır sümükləri uçmada ağırlığın azaldıldığı içi boş quş sümüklərinə çevrilə bilər? Ən əhəmiyyətlisi qanad və onu dəstəkləyən əzələlər necə təkamülləşə bilər? Necə olub ki. bu xəyali təkamül prosesinin bir nöqtəsində, quşa keçid mərhələsindəki sürünənləri qaçınılmaz olaraq kobudlaşdıraraq yarım qanadlar korlaşmamış ola bilər; normal sürünənlərə görə avantajsız vəziyyətə düşən bu canlılar necə olub ki, həyat mübarizəsində ələnib ortadan qalxmamışlar?

Cine-5-in bu suallara veriləcək cavabı yoxdur; yalnız “sürünənlər quşlara təkamülləşmişdir” ya da “məməlilər bədənlərində suyu tutacaq şəkildə təkamülləşmişdir” kimi nağıllarla mövzunu yola verirlər. Gerçəkdə məməlilərin mənşəyi təkamülçülərin əsla açıqlaya bilmədikləri və nəzəriyyəyə böyük zərbə vuran mövzudur. Məsələn, məşhur təkamülçü Roqen Leven “ilk məməliyə necə keçildiyi hələ sirdir” deyərək təkamülçülərin içində olduqları vəziyyəti yekunlaşdırmaqdadır. (Roger Lewin, “Bones of Mammals, Ancestors Fleshed Out”, Science, cild 212, 26 İyun 1981, s. 1492) Ancaq Cine-5 təkamül nəzəriyyəsini kütlələrə mənimsətmədə elmi tapıntılara əsaslanmaq yerinə, qurbağanın şahzadəyə çevrildiyi nağıllardakı xəyal gücünü seçdiyi üçün bu çıxılmaz yolları gündəmə heç gətirməməkdədir