Hörmətli Adnan Oktarın ilk olaraq 2004-cü ildə nəşr etdirmiş olduğu “Sosial Silah Darvinizm” adlı kitabında izah etmiş olduğu, sonra isə yeni inkişaf edən hadisələrlə birlikdə müxtəlif məqalələrində dilə gətirdiyi mövzu, dünyada məşhur darvinist nəşrlərdə illər sonra yer aldı. Bu mövzu, darvinist fitnənin özü ilə gətirdiyi məktəb qətliamları idi. Olduqca çox saydakı sözü gedən məktəb qətliamlarının ortaq xüsusiyyəti isə, qətliamların gənc şagirdlər tərəfindən “təkamül adına” və “təbii seleksiya” adına edilmiş olması idi.
“Timesonline” internet saytı, sözü gedən qətliamların darvinizm ilə əlaqəsini 8 noyabr 2009-cu ildəki veb səhifəsində açıqlayarkən, Türkiyədə də “Habertürk” qəzeti sözü gedən xəbəri, “Lisey Qətliamlarında Çek Darvinə” başlığı altında 9 noyabr 2009-cu ildə verdi. Halbuki sözü gedən qətliamlar, ilk baş verdiyi andan indiyə kimi 10 il keçir və bunlar müxtəlif aralıqda illərdir reallaşan qətliamlar idi. Həm də bu qətliamların hamısında, ətrafa atəş açan gənclər darvinizmin gərəyini etdiklərini açıqca ifadə edirdilər. Hər biri, darvinist ideologiyanın bir gərəyi olaraq gücsüzlərin mütləq ələnilməli və yox edilməli olduğuna inanırdı. Bir heyvandan ibarət olaraq gördükləri yoldaşlarını və müəllimlərini bu anlayışa görə qətl etmək onlara çətin gəlməmişdi. Tam əksinə, bu insanların yox edilməsi ilə cəmiyyətə və gələcəyə fayda verdiklərini düşünürdülər.
Darvinizm, belə azğın bir inanc şəklidir. Qədim şummerlərdən bəri var olan və Darvinin “Növlərin Mənşəyi” adlı kitabının ardından masonların dəstəyi və təbliğatları ilə bir diktatorluq halına gələn darvinizm, cəmiyyətləri də insanlığı da davamlı olaraq ziyana uğratmışdır. Dünya müharibələri Darvin pərəstişkarı faşist və kommunist diktatorların idarəsi altında, darvinist ideologiyanın tam olaraq tətbiq olunduğu bir tətbiq sahəsi olmuşdur.
350 milyon insan bu müharibələr nəticəsində şəhid edilmiş və ya qətl edilmişdir. Bu böyük qətliam, azğın darvinist ideologiyanın gətirdiyi ən qanlı nəticədir. Hazırda isə bu böyük müharibələrin yerini, cinayətlər, qırğınlar, daxili qarşıdurmalar, degenerasiya və irqçilik almışdır. Məktəb qətliamları, darvinizmin gətirdiyi bu ziyan və fəlakətlərin ayrı və son dərəcə ürküdücü bir ölçüsüdür.
Əgər bir gənc; ailəsini, yoldaşlarını, müəllimlərini, qısacası ətrafındakı hər kəsi bir heyvan olaraq görsə, həyatındakı hər şeyin, özünün belə təsadüflərin əsəri olduğuna inanırsa, güclü olanın yaşamalı olduğunu, bunun üçün də zəiflərin ələnilməsi və yox edilməsi lazım olduğunu düşünürsə, belə bir gəncin “təbii seleksiyaya görə gərəksiz və dəyərsiz gördüyü” kəsləri qətl etməsi son dərəcə asandır. Bu adam, anası da ola bilər, müəllimi də, ən yaxın yoldaşı da. Onun üçün hər biri bir heyvan törəməsidir. Belə bir adamı, əxlaq, ailə dəyərləri, vəfa, sevgi, şəfqət, mərhəmət kimi mövzularla yolundan döndərmək Allahın diləməsi xaricində qeyri-mümkündür. Çünki belə bir insanın ideologiyası, dünyaya baxışı tamamilə fərqlidir. Bu adamın sevgi və şəfqəti anlaya bilməsi üçün Allah sevgisinə, Allah qorxusuna və dolayısilə insan sevgisinə sahib olması lazımdır. Lakin darvinist zehniyyətdə bu iki inanca da yer yoxdur. Bu səbəbdən bu gəncə əxlaq və sevgi dərsi verə bilmək üçün əvvəlcə onun darvinist zehniyyətdən xilas olması şərtdir.
Belə bir gənc, bütün varlıqların təsadüfən yaradılmadığını, özünü də ətrafındakıları da yaradanın Uca Allah olduğunu bildikdə, ancaq normal düşünməyə başlayacaq. Allahın özünü bir məqsəd üçün bu dünyaya gətirdiyini, bir məqsəd üçün yaşadığını və ölümün varlığının hikmətlərini düşünəcək. Yaşadığı hər an özünə Allahdan davamlı nemət verildiyinin fərqinə varacaq. Anlayacaq ki, nə varlığı nə də həyatındakı heç bir an təsadüf deyil. Yaşadığı hər andan Allahın qatında sorğuya çəkiləcək və özünə verilən hər nemətdən məsul olacaq.
Çünki axirətdə onu gözləyən sonsuz bir həyat vardır. Bu sonsuz həyatda ən böyük xoşbəxtliyi, yəni cənnətə layiq ola bilməsi üçün dünya həyatında Allahın razılığına istiqamətli, Allahın bəyəndiyi gözəl əxlaqa istiqamətli bir səy içində olması lazımdır. Belə bir insan ancaq o zaman bütün yaradılanların Allahın ruhunu daşıdığını, bütün varlıqların Allahın gözəlliyinin bir təcəllisi olduğunu, axirətdəki sonsuz həyat üçün səy göstərməli olduğunun fərqinə vara bilər. Ancaq o zaman belə bir insana gözəl əxlaq, sevgi, şəfqət, vəfa, mərhəmət izah edilə bilər. Allah inancı, belə bir insanın yeni, tərtəmiz bir dünyagörüşüylə, sakit, dinc və sevgi dolu olaraq yenidən var olmasını təmin edər. Darvinist ideologiyanın gətirdiyi ziyan, qorxu, kin, nifrət yerini sevgi, şəfqət və dostluq hisslərinə buraxar.
“Darvinizm keçmişdə qaldı, niyə bir təhlükə olaraq qiymətləndirilir” deyə ortaya çıxanlar, mətbuatda yer alan bu xəbərləri, cəmiyyətlərin darvinizm üzündən nə hala gəldiyini çox yaxşı anlamalıdırlar. Əgər darvinizm bu dünyadan tamamilə yox edilsə, bu dünyada müharibələrin, daxili qarşıdurmaların, terrorun, cinayətlərin, qırğınların heç qalmayacağını görə bilməlidirlər. Darvinizm və darvinizmin gətirdiyi dinsizliyin bir təzahürü olan degenerasiya, kin, hirs və nifrət kimi əxlaqi xüsusiyyətlərin sona çatacağını anlaya bilməlidirlər. Hazırda dünyada yaşanan bütün bəlaların, bütün narahatlıqların əsl səbəbi darvinizmdir. Buna görə, darvinizm bu dünyada sona çatana qədər bu azğın bütpərəst din ilə fikri mübarizə içində olmaq son dərəcə lazımlıdır.
Uca Allah ayələrində belə bildirir:
Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər? Müşriklər Allahı qoyub onlara göylərdə və yerdə olan ruzidən heç bir şey verməyən və buna gücləri çatmayan bütlərə ibadət edirlər. Heç kəsi Allaha oxşatmayın. Həqiqətən, Allah bilir, siz isə bilmirsiniz. (Nəhl surəsi, 72-74)
Hörmətli Adnan Oktarın, son illərdə çoxalan lisey qətliamlarının darvinizm ilə əlaqəsindən bəhs etdiyi keçmiş dövrlərə aid yazılarından keçidlər:
http://adnanoktar.az/az/Kitablar/42809/sosial-silah-darvinizm http://harunyahya.org/tr/NetCevap/148079/Darwinin-Olumcul-Mirasi-ABDde-Gosterimde
http://harunyahya.net/V2/Lang/tr/Pg/WorkDetail/Number/10192
http://adnanoktar.az/az/Makaleler/46120/DARVINIZMIN-TEHSIL-FITNESI